Nяsiman Yaqublu
152
dəsi olaraq düşmən gayizinə (nizəsinə, silahına) köksünü gərməkdə-
dir. Tarix o məsud anları bir daha yaşamaqla, Azərbaycan istiqlal ina-
mının nə qədər qüvvətli olduğunu bir daha isbat etmiş olacaqdır.
Azərbaycan Cümhuriyyəti 4 000 000 nəfərə malikdir. Şimali
Qafqaz Türk və İslam ünsürlərilə bərabər Qafqaz İslam əhalisi isə 7
266896-dır. Gürcüstan və Ermənistandakı 1 000 000-a yaxın Türk
əhalisi də bura daxil edilərsə, Qafqazın Türk və İslam əhalisi
8 000 000-a çatır. Bu şəkildə Qafqazın hakim və sıxlıq zümrəsini təş-
kil etməkdədir (22, s. 8-9).
“Mücahit”, yıl-6, sayı-31-32, iyul-avqust 1960.
Bakыnыn Qurtuluшu
153
A.Həmdi
15 SENTYABR 1918
u gün, iki il davam edən Azərbaycan İstiqlalının Bakı-
da felən quruluşunun və bütün Azərbaycan türkçülü-
yünün qurtuluşunun altıncı il dönümüdür.
Tamam altı il əvvəl bu gün şanlı türk ordusu Azərbaycanın
paytaxtı Bakını düşmənlərdən qurtarır, şərəfli türk və Azərbaycan
bayraqları Bakı üzərində dalğalanır, bütün xalq Məhmətcilkəri anıb da
sevinc və hörmət hissləri ilə göz yaşları tökürdülər...
Bakı aylarca düşmən əlində qalmış, aylarca şanlı böyük qardaşının
imdad və müavinətinə intizar edərək, fəlakətə qatlanmış idi. Fəqət iştə
bu gün: 15 Sentyabr, Azərbaycan qurtulur, Azərbaycan türklüyü yeni
bir həyata qovuşurdu...
Nuru Paşa həzrətləri sevimli siması ilə Bakıya girərəkən minlərcə
xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlərlə baş əyir,
digər tərəfdən vüqar və ciddi duruşu, dərin bir etimad təlqin edən
gözləri ilə Mürsəl Paşa da sürəkli alqışlarla qarşılanır, böyük, fədakar
və qəhrəman vətənpərvər Nazim bəy də əl üzərində gəzdirilir və bütün
türk ordusu, xəlqin minlərcə alqış sədası ilə türk oğlu vətəni Bakını
iştə ziyarət edirdi. Artıq böyük qardaşı kiçik qardaşın imdadına
yetişmiş, kiçik qardaş da böyük qardaşına dərin hisslərini bildirirdi...
O gün bütün türk aləmi üçün həqiqətən günlərin ən böyüyü yaşanırdı.
Məchul əsgər, türkün məlum bu vətəni və əsrlərdən bəri bu gün
cahanın təsdiq etdiyi türk qəhrəmanlığını yüksəltmiş və qurtarmışdır.
Fəqət məchul türk əsgəri daha nələr qurtarmamış, daha nə şah əsərlər
yaratmamışdır?
Fəqət Azərbaycan məchul türk əsgərinə qarşı ziyarət etməkdən də
məhrumdur! Hər millət öz millətinin şairinə aid məchul hisslərini
təkrar və izhar etməklə tarix hüzurunda milliyə böyük bir əlavə etmiş
olur. Fəqət bu hissiyyat milliyyəni öz vətənində hürr və müstəqil
olaraq ifadə edə bilməmək qədər bir millət üçün həzin bir lövhə
deyilmidir? Əfsus! İştə Azərbaycan türkü... Bu gün Azərbaycan dörd
ildən bəri bolşeviklərin istilası altındadır. Azərbaycanın yalnız siyasi
deyil, hərbi və milli hürriyyətini də bu gün bolşevik idarəsi qapmış və
B
Nяsiman Yaqublu
154
həqq (15 iyul) olmaq münasibəti ilə Bakının xilasına aid təzahürat
milliyyədən və Bakını qurtaran məchul türk əsgərinə qarşı iddia deyən
vəzifədən də məhrum edilmişdir. Bununla bərabər türkün məchul
əsgəri Azərbaycana məlum bir şüarda vardır: “Bir kərə yüksələn bay-
raq bir daha enməz!”. Əlbəttə Azərbaycan bir gün zalım rus boyundu-
ruğundan və o şimal canavarının qanlı pəncəsindən qurtulacaq və hə-
qiqi hürriyyət və istiqlalına qovuşacaqdır. İştə uzman Azərbaycan
türkü (15 Sentyabr) bu günü şəhamət və dilavərliyinə aid, fəqət
məchul qalmış bir şah əsəri olaraq yad və təcil edəcəkdir. Əvət,
Azərbaycan qurtulacaq, Azərbaycan elmə, mədəniyyətə, bir dəfə daha
simayi milliyyəsinə daxil olacaqdır. Çünki Bakı və ətrafında mədfun
türkün məchul əsgəri böylə istəyir, çünki, məchul əsgər böylə
söyləyir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” (71a, s. 14-16).
“Yeni Qafqasiya”, 16 eylul 1340-1343,
18 səfər, 1924-cü i.l
Bakыnыn Qurtuluшu
155
Askar Aras
İTİRDİYİMİZ BÖYÜK ADAM
ürk ordusunun mümtaz (parlaq) şəxsiyyətlərindən bi-
ri olan Orgeneral hörmətli Müzəffər Tuğsavul May
ayında aramızdan ayrılaraq əbədiyyətə qovuşmuşdur.
Orgeneral Tuğsavul hərtərəfli mükəmməl bir insandı. Mən burada
bu böyük insanın yaxından tanıdığım türkçülük vəsfini anlatmaq istə-
yirəm.
Möhtərəm orgeneral, hələ çiçəyi burnunda təzə bir əsgər ikən, tale
ona özü kimi üç gənc dostu ilə Azərbaycanın acı günlərində bu ölkəni
başdan-başa qət edərək tetkiklərdə olmaq imkanını bəxş etmişdir.
Söhbətlərimizdə daima mənə “İştə Türklük bütün şahlanışı ilə bu
səyahətimdə mənim mənliyimə işlədi” – deyər və Allaha şükür edərdi.
Azərbaycanda ikən günü gününə yazdığı 3 ədəd böyük not dəftəri-
ni daima çalışma masasının gözündə itina ilə (diqqətlə) saxlar və özü-
nü hər ziyarət edişimdə bunlardan parçalar oxumaqla özünü həyəcana
gətirər, gözlərini yaşardardı: “Bu mövqeyə gəldim, o günlərdəki kimi
içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm”
– deyirdi. “Bizə kəsilən saysız qurbanlarımı, Türk əsgərlərini gördük-
ləri üçün üzlərini qibləyə çevirib səcdəyə qapananlarımı, yoxsa yeddi-
sindən yetmişinə qədər qatıldıqları möhtəşəm alaylarla əl üstündə da-
şınmamızımı anladım” – deyər və bütün bunları təsvir edən not dəf-
tərini həyəcanla oxuyardı.
İştə Bərdə qəsəbəsinə girərkən ayaq izlərimizə üz sürtmək istəyən
ixtiyar nənənin nasırlı (qırışlı) əlini necə alıb öpdüyünü oxumağa baş-
ladı.
Heç unutmaram, vali olaraq İzmirə gedəcəyi günlərin ərəfəsində
idi. Bir gün mənə küçədə rast gəlmiş və düşüncəli olduğumu təxmin
edərək “Nə düşünürsən Aras, mən Aras çayını 4 dəfə keçdim, beşinci
dəfə keçəcəyim mütləqdir” – deyib mənə təsəlli vermişdi.
Nur içində yatsın! (17, s. 9).
“Türk izi” jurnalı, Ankara, 1952, sayı: 2-3.
T
Dostları ilə paylaş: |