Bakыnыn Qurtuluшu
167
Birinci mülazim (leytenant) İsmayıl Haqqı və mülazim (leytenant)
Zəki
Əfəndilər şəhid, mülazim Nəzmi Əfəndilə zabit
vəkili Zəki Əfən-
dilər ağır yaralı, 11 şəhid, 26 yaralı, 3 nəfər itkin.
30-cu tabur: mülazim (leytenant) Kazım və İbrahim Əfəndilər şə-
hid, Birinci mülazim (leytenant) Bəsri Əfəndi yaralı, 13 nəfər şəhid,
78 nəfər yaralı, 15 nəfər itkin.
Dağ topçu takımından: 19 nəfər itkin, 6 heyvan ölmüş, iki top, on
tüfəng və 41 atım cəbbəxana düşmən əlinə keçmişdir.
Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz İslam
Ordusu komandanı yanında azərbaycanlı generallardan Əli Ağa Şıx-
linski, 5-ci Qafqaz Firqəsi erkanıhərbi (Baş Qərargahı) və başqa zabi-
tlər olduğu halda Göyçaya gəlmiş və döndükdən sonra 5-ci Qafqaz
Firqə qərargahı Göyçaya təyin edilmişdir: “Müsüslü cəbhəsində olan
ordu erkanıhərb (Baş Qərargah) rəisi Nazim Bəy də geri alınmış və bu
cəbhədəki kıtaatla (ordu hissələri) Azərbaycanı kaymakam (qəza rəisi)
Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.”
“Azərbaycan kolordusu (hərbi birləşmələri) namilə meydanda olan
kıtaat (ordu hissələri) 500-600 nəfərdən ibarətdi. Əfsus bu təşkil edilə-
cək kolorduya (hərbi birləşmələrə) aid bir qisim maliyyə və təchizat
vardı. Əslində bu maliyyə və təchizatdan istifadə edə bilməsi üçün 5-
ci Qafqaz Firqəsi də 25 iyundan etibarən Azərbaycan kolordusu (hərbi
birləşmələri) əmrinə verildi. Kolordu (hərbi birləşmələri) komandanı
Əli Paşa Şıxlinski ilə cərəyan edəcəyinə və o vasitə ilə firqənin hərə-
kəti hərbinə verilən raportların Orduya tətbiq olunacağına dair ordu-
dan əmr alındı.”
Anadolu qəhrəmanlarının unudulmaz fədakarlıqlarından ilham
alan Azəri Türkü ikinci 15 Sentyabrın da doğulmasına dərin inam bəs-
ləməkdədir. Çünki o, Anadolu qəhrəmanlarının mübarək qanları baha-
sına bizə bəxş etmiş olduqları 15 Sentyabr zəfərini heç bir zaman
unutmamış və unutmayacaqdır.
Anadolu Türklərinin Azərbaycanın istiqlalı və istiqbalı uğrun-
da apardıqları çətin və qanlı müharibələr və mücadilələr həqiqə-
tən də nəsildən nəsilə keçərək unudulmaz bir dastan halına çat-
mışdır (48, s. 10-16).
“Qurtuluş, sentyabr 1935,
YIL 2, sayı 11.