Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə420/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   416   417   418   419   420   421   422   423   ...   444
Mənəvi normalar prinsiplərə əməl edilməsi. Auditorlar öz hərəkətləri və davranışlarını ümumbəşəri mənəvi dəyərlərə, qaydalara və etik normalara uyğunlaşdırmalıdırlar. Auditorlar kollektivlərdə etik notrnalara əməl etməlidirlər. Burada belə bir prinsip əsas tutulmalıdır: “Özün üçün rəva bilmədiyini başqasına etmə”. Qərarların qəbul edilməsi zamanı dəqiqlik və obyektivlik təmin edilməlidir. Bu və ya digər qayda pozuntuları hüquq normaları əsasında həll edilməlidir.

  • İctimai maraqlara əməl edilməsi. Auditorlar cəmiyyətin və ictimaiyyətin maraq və mənafelərinə xidmət edirlər. Onlar öz fəaliy-
    XXXVI fəsil. Audit idarəetmə obyektidir 593

    yotlərində xidmot borclarını yerinə yetirirlər. Müştərilərin mənafelərinin (vergi, məhkəmə digər hakimiyyət orqanlarında) müdafiə edilməsi, həmçinin digər hüquqi və fiziki şəxslər arasında normal münasibətlərin yaradılması auditorların əsas vəzifəsi hesab edilir. Auditorların müdafiə etdikləri iqtisadi subyektlərin maraqlan qanuni və ədalətli əsaslara söykənməlidir. Müştərilərin fəaliyyətində qanun pozuntulu- ra olarsa, auditorlar onların müdafiəsindən imtina etməlidirlər.

    1. Auditorların obyektivliyi. Auditor tərəfindən təklif, tövsiyə və rəylərin verilməsində obyektivliyə əməl edilməlidir. Auditorlara qey- ri-dəqiq məlumatlar təqdim edilməməlidir.

    Təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı faktlar obyektiv olaraq auditorlar tərəfindən araşdırılmalıdır. Bu zaman şəxsi emosiyalara yol verilməməlidir.

    Auditorların qərarları və yoxlama zamanı verdikləri rəylər bu və ya digər şəxslərin iradəsindən asılı olmamalıdır. Bu baxımdan ayrı-ayrı şəxslərin cinayət xarakterli əməllərindən və bu xarakterli sövdələşmələrdən uzaq olmalıdırlar.



    1. Auditorların diqqətliliyi. Bu və ya digər xidmətlərin yerinə yetirilməsi zamanı auditorlardan diqqətlilik tələb olunur. Auditorlar öz vəzifələrinin yerinə yetirilməsinə ciddi yanaşmalı və təsdiq edilmiş auditor standartlarına əməl etməlidirlər. Auditorlar fəaliyyətlərini planlaşdırmalı və özlərinə tabe olan mütəxəssislərin fəaliyyətini yoxlamalıdırlar.

    2. Auditorların müstəqilliyi. Auditorlara müştərilər tərəfindən şübhəli informasiyalar daxil olduqda xidmətlər göstərilməsindən onlar imtina etməməlidirlər. Bu isə auditorların müstəqilliyini xarakterizə edən ən mühüm cəhət hesab edilir.

    Aşağıdakı hallar auditorların müstəqilliyini məhdudlaşdırır:

    1. müştərilərin fəaliyyəti ilə bağlı məhkəmə işində auditorlann iştirakı;

    2. müştərilərin təşkilatlarının fəaliyyətində auditorlann bü-başa iştirakı;

    v) auditorların müştərilərdən maliyyə və əmlak asılılığı (digər təşkilatların investisiyalarında birgə iştirak edilməsi, bank və digər kreditor təşkilatlarından kredit alınması zamanı)',

    q) auditorlar əsas təşkilatlar vasitəsi ilə müştəri təşkilatlarının təsərrüfat fəaliyyətində iştirak etdiyi hallarda;



    1. müştəri təşkilatlarının direktoru və yüksək idarəetmə orqanlarının nümayəndələri ilə qohumluq və şəxsi dostluq münasibətləri;

    2. müştərilərin qonaqpərvərliyi. Auditorlar tərəfindən onlardan əldə edilən əmtəə və xidmətlərin qiymətinin real bazar qiymətlərindən aşağı olması;

    j) müştəri təşkilatlarının idarəetmə orqanlarında, onun əsas təşkilatlarında auditorların (auditorfirmasının rəhbərinin) iştirakı;

    z) təşkilatların sərmayə qoyuluşunda auditorların və auditor firmasının rəhbərinin rəyi və məsləhətləri (auditorların həmin təşkilatlarda maliyyə




    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   416   417   418   419   420   421   422   423   ...   444




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə