Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə418/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   414   415   416   417   418   419   420   421   ...   444
Cədvəl N9 6

Tədris kurslarının proseduraları



Bilik səviyyəsi

Testləşmədə düzgün cavab, %

Təklif edilən tədris rejimləri

1

90-100

Auditora

hazırlıq keçməmək olar



2

80-90

2-3 günlük seminarlar

3

70-80

2-3 həftəlik kurslar

4

50-70

1-2 aylıq kurslar

5

5 O-yə qədər

Xüsusi hazırlıq

1 -ci səviyyə auditora hazırlıq keçməsini nəzərdə tutmur, imtahan verilməsi metodlarına diqqət yetirilməsini zəruri hesab edir.

Testləşmə zamanı 80-90 % bal toplamış iddiaçılar üçün (2-ci səviyyə) 2-3 günlük seminarların keçirilməsi tövsiyə edilir. Ayrı-ayrı sahələr üzrə təlimin keçirilməsi tələb olunur.

7 Nü-li cədvəl əvvəlki cədvəldə göstərilən 3 ,4 və 5-ci səviyyələrdə olan auditor dinloyicilorinin bilik səviyyələrinə uyğun olaraq tərtib edilmişdir.

Tədris-metodiki morkoz imtahanlardan üç gün sonra onun nəticələri haqqında Attestasiya Komissiyasına məlumat verir. Komissiya 2 həftə ərzində imtahanların nəticələrini nəzərdən keçirir. Auditorlara ixtisas attestatı bir ay müddətində təqdim edilir.


XXXVI fəsil. Audit idarəetmə obyektidir 589

Cədvəl Ns 7

İxtisas sahələri üzrə seminarların keçirilməsi


Sahələrin adı

Akademik saatların miqdarı



1.

Mühasibat uçotu və hesabat

6-8

2.

Audit

4-6

3.

Hüquqi və fiziki şəxslərdən vergiqoyma

4-6

4.

Müəssisənin maliyyələşdirilməsi

4-6

5.

Təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsi

6-8

Yekun

24-34

Komissiyalara attestatların təqdim edilməsi zamanı baş vermiş neqativ hallarla bağlı məlumatlar daxil olarsa, iddiaçıya əsassız olaraq verilmiş attestat ləğv edilir.

Attestasiyalar haqqı ödənilməklə həyata keçirilir. Attestasiya haqqının ödənilmə qaydası hökumət tərəfindən müəyyənləşdirilir. İddiaçı attestatın alınmasından imtina edərsə, bu zaman onun həyata keçirilməsinə görə verilən haqq geri qaytarılmır.

Auditorlara ixtisas attestatı üç il müddətinə verilir. Attestasiyadan keçmiş ixtisas attestatı alan şəxs (onu əldə etdiyi vaxtdan 2 il ərzində) auditor kimi fəaliyyət göstərməzsə, auditor öz fəaliyyət hüququnu itirir.

İxtisas attestatının fəaliyyət müddəti qurtardıqda auditorlar Komissiyaya müraciət edərək onun vaxtını uzatmaq tələbini irəli sürürlər. Komissiya (ixtisas attestatının fəaliyyət müddətinin artırılması ilə bağlı auditorların müraciət etdiyi şəraitdə) aşağıdakı hallarda ixtisas imtahanlarını təkrarən keçirmək hüququna malikdir:

- auditorlara (vergi orqanları, sifarişçilər, həmçinin auditor firması tərəfindən) iradlar olduqda;

- auditor fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarında



dəyişikliklər olduqda.

Auditorlara verilən attestatların fəaliyyət müddəti üç ilə qədər artırıla bilər. Attestatların fəaliyyət müddətinin artırılmasına görə attestasiya ödənişlərinin 50 %-i auditorlar tərəfindən ödənilir.

Fəaliyyət müddəti ərzində itirilmiş ixtisas attestatları yenisi ilə əvəz oluna bilər. Bu auditorların ərizəsi əsasında qaytarılır. Attestatların yenidən verilməsinə görə əvvəlki ödənişlərin 50 %-i həcmində haqq ödənilir.

590 Vaqif .Niftuilayev. Sahibkarlığın əsaslan

Auditor fəaliyyəti üzrə komissiya (Auditorlar palatası) auditorla-



ru verilən ixtisas attestatlarının vahid dövlət reyestrini formalaşdırır. İxtisas attestatlarının dövlət reyestrinə aşağıdakı məlumatlar daxildir:

  • auditorların adı, familiyası, doğulduğu yer:

  • pasport məlumatı, auditorların yuş«v/ş' yeri:

  • ixtisas attestatlarının verilmə vaxtı müddəti.

Attestasiyadan keçmiş auditorlar haqqında məlumat yerli

nəşriyyatlarda çap edilir.

İddiaçı ixtisas attestatlarının verilməsindən imtina edilən qərarla (Mərkəzi Komissiyanın qərarı) razılaşmadıqda o bir ay müddətində məhkəməyə müraciət edə bilər.

Auditor fəaliyyətinin lisenziyalaşdırılması qaydasına diqqət yetirək. Auditor fəaliyyətinin həyata keçirilməsinə görə lisenziyaların verilməsi qaydası hökumətin qərarı ilə tənzimlənir. Auditor fəaliyyətinin lisenziyalaşdırılması (auditorfəaliyyətində tətbiq edilən qanunvericilik aktlarının tələblərinə əməl edilməsi) dövlət nəzarətinin təmin edilməsi üçün həyata keçirilir.

Müstəqil auditorlar və auditor firmaları, o cümlədən xarici ölkələrin hüquqi vo fiziki şəxsləri ilə birgə yaranmış auditor firmaları yalnız lisenziyalar aldıqdan sonra fəaliyyət göstərə bilərlər.

Lisenziyalar aşağıdakı sahələrdə auditor fəaliyyətinin həyata keçirilməsini nəzərdə tutur;



  • bank auditi:

  • sığorta təşkilatlarının auditi:

  • büdcə, qeyri-büdcə fondlarının investisiya institutlarının auditi:

  • digər iqtisadi subyektlərin auditi.

Lisenziyalar vahid formada verilir. Auditor fəaliyyəti üzrə komissiya (Auditorlar palatası) auditor fəaliyyətinin həyata keçirilməsinə görə baş lisenziya verən orqandır. Baş lisenziya aşağıdakı orqanlara verilir:

  • Maliyyə Nazirliyi. Bu nazirlik aşağıdakı orqanlara audit üzrə lisenziya verir:

  • büdcə, qeyri-büdcə orqanlarının investisiya institutlarının auditinin lisenziyalaşdırılması:

  • Dövlət Sığorta Şirkəti. Bu orqan sığorta təşkilatlarını lisenziyalaşdırır:

  • Mərkəzi Bank. Mərkəzi Bank isə bank auditinin lisenziyalaşdırıl- mastnı həyata keçirir.

Maliyyə Nazirliyinin, Dövlət Sığorta Şirkətinin və Mərkəzi Bankın baş lisenziyası əsasında (auditorfəaliyyətinin lisenziyasının həyata keçirilməsi üçün) Mərkəzi Attestasiya-Lisenziya Komissiyası və onun işçi aparatı yaradılır.

Auditorlardan və auditor firmalarından onlara lisenziya verilməsinə görə ödənclər toplanır. Onun həcmi hökumət tərəfindən müəyyənləşdirilir. Lisenziya müraciət əsasında (müstəqil auditor kimi çalışan


XXXVJ fasil. Audit idarəetmə obyektidir 591

ya auditor Jırmasında çalışanlara) verilir. Lisenziyanın verilməsi zamanı aşağıdakı sənədlər tələb edilir:

  1. müstəqil işləyənlər üçün - ixtisas attestasiyalarının notariusda təsdiq edilmiş surətləri;

  • sahibkarların dövlət qeydiyyatı haqqında şəhadətnaməsi:

  • yaşayış yeri haqqında arayış:

  • lisenziya verilməsinə görə ödənclərin toplanması haqqında qəbz:

  1. auditor firmaları üçün lisenziyalar verilərkən aşağıdakı sənədlər tələb olunur:

  • bütün dəyişikliklər əlavələr nəzərə alınmaqla təsis sənədlərinin notariusda təsdiq edilmiş surətləri:

  • qanunvericiliyə uyğun olaraq onların dövlət qeydiyyatı haqqında arayışın

surəti:

  • bank arayışları digər sənədlərlə təsdiq edilmiş nizamnamə kapitalı (nizamnamə fondu) və onun strukturu:

  • onların rəhbərləri, müavinləri və attestasiyadan keçmiş auditor firmasında çatışmazlıqlar haqqında məlumatlar:

  • lisenziyaların verilməsinə görə toplanan ödənc haqqında qəbz.

Lisenziyaların verilməsinə görə (ödənclərlə bağlı qəbz istisna

edilməklə) adlan çəkilən bütün sənədlər iki nüsxədən ibarət tərtib edilir. Lisenziyaların verilməsi üçün ərizə ilə birlikdə sənədlər təqdim edilir. Ərizəyə 60 gün müddətində baxılıb cavab verilməlidir.

Lisenziyaların verilməsi haqqında qərar Mərkəzi Komissiyanın müvafiq protokolları ilə qeydiyyatdan keçirilir. Lisenziya müraciət edən şəxsə qəbul edilən qərardan bir həftə sonra verilir.

Mərkəzi Komissiya lisenziya verilməsindən (onun əldə edilməsi üçün təqdim edilən sənədlər auditor fəaliyyəti haqqında qaydaların tələblərinə cavab vermədiyi hallarda) imtina edə bilər.

Auditorlar və auditor firmaları lisenziyaların verilməməsi haqqında qərarlardan arbitraj məhkəməsinə şikayət edə bilər.



Lisenziya aşağıdakı hallarda ləğv edilə bilər:

  • lisenziya verildikdən sonra auditorlar tərəfindən təqdim edilən yoxlama məlumatlarında əsassız faktlar müəyyənləşdirildiyi zaman:

  • auditin gedişi zamanı iqtisadi subyektlərin icazəsi olmadan kənar şəxslərə auditorlar auditor firmaları tərəfindən məlumatların verildiyi hallarda (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaı/hı):

  • məhkəmə tərəfindən cəzalandırılmış şəxslər (maliyv.''-ı.'>s.vriil.ı: fəaliyyətində müəyyən vəzifələr tutmaq hüququndan m üırnm edilmiş şəxslər) auditor fəaliyyəti ilə məşğul olduqları zaman:

  • iqtisadi subvektlərin təsərrüfat fəaliyyəti yoxlanılarkən auditorlar

tərəfindən saxtalaşdırma hallarına yol verildiyi zaman:

  • qeyri-ixtisaslı auditor xidmətlərinin göstərilməsi zamanı.

Lisenziyalar ləğv edilərkən komissiya tərəfindən auditorlara yazılı formada məlumatlar verilməlidir.

592 Vaqif Niftullayev. Sahibkarlığın dsasları

Lisenziyaların ləğv edilməsi haqqında qərardan auditorlar (auditor firması) məhkəməyə şikayət etmək hüququna malikdirlər.

Lisenziya əldə etməyən hüquqi və fiziki şəxslərin auditor fəaliyyətini həyata keçirməsi qanunvericilikdə qadağan edilir.

Komissiya lisenziya əldə etmiş auditorlar və auditor firmalarına vahid dövlət reyestrinin verilməsini təmin edir.

Dövlət reyestrinə aşağıdakı məlumatlar daxildir:


  • müstəqil fəaliyyət göstərən auditorlar üzrə - familiya, ad, hüquqi ünvan, hesablaşma hesabı, rabitə vasitəsinin nömrəsi, auditorun ixtisas attestatının fəaliyyət müddəti və verilməsi vaxtı;

  • auditor firmaları üzrə - firmanın adı, hüquqi ünvanı, rabitə vasitələrinin nömrəsi, hesablaşma hesabı, firmanın nizamnamə kapitalının (nizamnamə fondlarının) strukturu haqqında məlumatlar, firmanın təsisçiləri, onun rəhbərləri, müavinləri, attestasiyadan keçmiş auditor firmasında çalışanlar haqqında məlumat.

Auditor və auditor firmalarına lisenziyanın verilməsi ilə bağlı məlumatlar mərkəzi və yerli nəşriyyat orqanlarında çap edilir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə