Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə18/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   14   15   16   17   18   19   20   21   ...   130

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Şahbaz ŞAMIOĞLU (MUSAYEV) 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
shindi61@mail.ru
 
 
M.F.AXUNDZADƏNİN EPİSTOLYAR İRSİNDƏ  
MƏTBUAT MƏSƏLƏLƏRİ 
 
Açar sözlər: M.F.Axundzadə, epistolyar irs, mətbuat, dil və üslub 
Key  words:  M.F.Akundzade,  epistolary  heritage,  press,  language  and 
style 
Ключевые  слова:  М.Ф.Ахундзаде,  эпистолярное  наследие,  пресса, 
язык и стиль
 
 
Azərbaycan  ədəbi-bədii,  ictimai  fikir  tarixinin  təkrarsız  nüma-
yəndəsi  Mirzə  Fətəli  Axundzadənin  xidmətləri  yalnız  milli  ədəbiy-
yatımızda dram janrının, realist bədii nəsrin və professional ədəbi tən-
qidin banisi olmaqla məhdudlaşmır. Böyük ədib həmçinin mənsub ol-
duğu  millətin  müasirləşməsi,  dünyanın  və  Avropanın  mədəni  xalq-
larının  səviyyəsinə  yüksəlməsi  üçün  bitkin  konsepsiyanın  yaradıcı-
sıdır. O, bu vacib problemin həlli istiqamətində bütün ömrü boyu nə-
zəri  və  əməli  fəaliyyətini  davam  etdirmişdir.  Ərəb  qrafikalı  əlifbanın 
tərəqqi  əsrində  mənsub  olduğu  xalqın  inkişafına  bir  əngəl  olduğunu 
dərindən  başa  düşən  və  onun  islahı  uğrunda  ardıcıl  mübarizə  aparan 
M.F.Axundzadə paralel olaraq kitab çapının təşkili və milli mətbuatın 
yaradılması istiqamətində də çalışmışdır. M.F.Axundzadə fəaliyyətin-
də praqmatik olduğundan çox gözəl anlayırdı ki, bütövlükdə ədəbiyyat 
cəmiyyətə  xidmət  etməli,  onun  inkişafında  əsas  vəsilə  olmalıdır.  Bö-
yük  ədib  bu  məsələlərdə,  təbii  ki,  Avropa  təcrübəsinə  əsaslanırdı. 
Avropa  xalqları  XV  əsrdən  etibarən  modern  mətbəələr  vasitəsilə  ki-
tablar  çap  etdikləri  halda,  minillik  mədəniyyət  tarixinə  malik  Şərq 
xalqları  hələ  də  xəttatların  hazırladıqları  əlyazma  kitablarla  kifayət-
lənirdilər.  M.F.Axundzadə  Avropanın  keçib-gəldiyi  yola  istinadən 
belə  qənaətdə  idi  ki,  kitab  çapı  işi  mətbuatın  yaranması  üçün  ilkin 


özül,  qəzetçiliyin  əsasının  qoyulmasında  baş  məşq  ola  bilər.  Avropa 
ölkələrində  XV  əsrdən  etibarən  ilk  mətbəələrdə  məhz  kitablar  çap 
olunmuş,  bundan  təxminən  iki  əsr  sonra  isə  klassik  çap  qəzetləri 
fəaliyyətə başlamışdır. Xarici ölkələrin jurnalistikası tarixi üzrə mütə-
xəssis  H.Vəliyev  haqlı  olaraq  yazır:  «Beləliklə,  kitab  çapı  jurnalis-
tikanın inkişafında mühüm amil olmuş, XV əsr Qutenberq imperiyası 
dövrü  kimi  tanınmış,  Venesiya  isə  İtaliyada  kitab  çapının  paytaxtı 
hesab edilmişdir. Venesiyada Aldarın mətbəə-nəşriyyatı 100 il fəaliy-
yət  göstərmiş,  40  il  ərzində  Avropanın  260  şəhərində  1100  mətbəə 
açılmışdır» (1, 31). 
Qeyd edək ki, ilk mətbəələr, məsələn, Rusiyada XVI, Türkiyədə 
XVIII  əsrdən  fəaliyyətə  başlamışdır.  Bir  sözlə,  Azərbaycan  dilində 
sənaye  üsulu  ilə  kitab  çapı işinin  gecikməsi,  təbii  ki,  millətin  mədəni 
inkişaf  səviyyəsinə  təsirsiz  ötüşmürdü  və  bu  vacib  məsələnin  həllini 
tapması  istiqamətində  M.F.Axundzadə  kimi  görkəmli  ziyalının  çalış-
malara  başlaması  təsadüfi  deyildir.  M.F.Axundzadənin  bu  sahədəki 
çalışmaları  kitabşünaslıq  və  mətbuat  üzrə  mütəxəssislər  tərəfindən 
dönə-dönə  qeyd  edilmişdir.  Tanınmış  ictimai  və  elm  xadimi  R.Mah-
mudov  təsadüfi  deyil  ki,  M.F.Axundzadəni  Azərbaycan  jurnalistika-
sının banisi adlandırırdı. «Mətbuatımızın, publisistika və ümumiyyət-
lə, jurnalistikamızın yaranması da birinci növbədə onun (M.F.Axund-
zadənin  –  Ş.Ş.)  adı  ilə  bağlıdır»  qənaətini  irəli  sürən  R.Mahmudov 
fikrini  belə  əsaslandırırdı:  «Düzdür,  M.F.Axundzadə  (bundan  sonra 
dissertasiya,  kitab  və  məqalə  adlarından  başqa,  bütün  sitatlarda 
«M.F.Axundov»  ifadəsi  «M.F.Axundzadə»  şəklində  veriləcəkdir  – 
Ş.Ş.) bu və digər bir nəşriyyatın başında durmamışdır. Lakin ana dili-
mizdə mətbuat yaratmaq üçün ilk təşəbbüsü o göstərmiş və bu sahədə 
çox iş görmüşdür» (2, 202). 
M.F.Axundzadə  ana  dilində  kitabların  çapı  üçün  mətbəəni  özü-
nün müəllimi və dostu M.Ş.Vazehlə birgə açmağı planlaşdırsa da, «şə-
rait yaradılmadığı və Axundzadənin tələb etdiyi «güzəştlər» rədd edil-
diyi üçün  onun  Azərbaycan  dilində ədəbiyyat  çap  edib  yaymaq  məq-
sədilə mətbəə açmaq cəhdi» (R.Mahmudov) baş tutmamışdır.  
Ümumiyyətlə,  çarizm  hər  vəchlə  müsəlmanların,  o  cümlədən 
azərbaycanlıların  elmi-mədəni  təsisatlar  yaratmalarının  qəti  əleyhdarı 
olmuşdur. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin bioqrafi-
yasını  yazmış  Fərhad  Ağazadə  dövrün  gerçəkliklərini  ümumiləşdi-
rərək  yazırdı:  «Kimin  nə  haqqı  var  idi  ki,  çar  hökumətindən  qəzetə 
icazəsi  istəyə  bilsin?..  Məktəb,  qəzetə  kimi  onun  xoşuna  gəlməyən 
şeyləri  ondan  tələb  etməməli.  Çar  hökuməti  kütlənin  savadlanmasını 


istəmir!  Daha  hökumətə  nə  üçün  baş  ağrısı  verilsin?..  O  zamanlarda 
Azərbaycan  türklərinin  cürəti  ola  bilməzdi  ki,  özlərinə  türk,  vətən-
lərinə  də  Azərbaycan  adını  desinlər…»  (3,  20).  XIX  əsrin  otuzuncu 
illərindən  başlayaraq  XX  əsrin  əvvəllərinə  qədər  Azərbaycan  türk-
lərinin  inkişafını  əngəlləyən  yazılmış  və  yazılmamış  qanunlar  hökm 
sürmüşdür  (Yalnız  birinci  rus  inqilabından  sonra  nisbi  yumşalma 
müşahidə edilib). Böyük Mirzə Cəlil də bu barədə özünün «Xatiratım» 
adlı memuarında aşağıdakı qeydləri vermişdir: «…o vaxtlar müstəbid 
Rusiya  hökumətinin  mənəm-mənəm  bir  dövründəki,  rus  tayfasından 
savayı, türk kimi kiçik bir millətə etina olunmurdu… Xüsusən ki, İran 
və  Osmanlı  ilə  həmsərhəd  olan  Qafqaz  müsəlmanlarının  maarifinin 
qüvvətlənməyinə Rusiya hökuməti heç bir vaxt yol vermək istəməzdi» 
(4, 705). 
M.F.Axundzadə  Azərbaycan  dilində  kitablar  çap  etmək  üçün 
mətbəə  açmaq,  nəşriyyat  yaratmaq,  milli  dildə  qəzet  buraxmaq  arzu-
sunu  reallaşdıra  bilməsə  də,  bu  böyük  amallar  uğrunda  ilk  toxumları 
səpmiş  bir  şəxsiyyət  kimi  mətbuat  tariximizdə  də  həmişə  yaşamaq 
şərəfinə  nail  olmuşdur.  M.F.Axundzadə  Avropa  ölkələrində  olduğu 
kimi, azərbaycanca  müstəqil qəzetin  nəşrini  vacib  sayırdı.  Bu məsələ 
ətrafında M.F.Axundzadənin görkəmli gürcü ədibi və mətbuat xadimi 
Georgi  Sereteli  və  Azərbaycan  mətbuatının  banisi,  təkrarsız  maarifçi 
Həsən  bəy  Zərdabi  ilə  çalışmaları  diqqəti  cəlb  edir.  G.Sereteli  gürcü 
mətbuatı tarixində silinməz izlər qoymuş şəxsiyyətlərdəndir. O, 1864-
cü  ildə  «Droeba»  qəzetinin  əsasını  qoymuş,  bir  müddət  İ.Kereselid-
zenin  rəhbərliyi  altında  çıxmış  kənd  təsərrüfatı  təmayüllü  «Qutnis 
deda»  qəzetini  Kənd  Təsərrüfatı  Cəmiyyətindən  aldığı  900  manat 
hesabına  «Sasoplo  qazeti»  («Kənd  qəzeti»)  ilə  birləşdirərək  yeni 
mətbuat orqanı yaratmış, ömrünün sonlarına yaxın həyat yoldaşı, uşaq 
yazıçısı A.Tumanişvilinin redaktoru olduğu «Cecili» jurnalının 1893-
cü ildən çıxmağa başlayan həftəlik «Kvali» dərgisini redaktə etmişdir 
(1897-ci ilə qədər). Tədqiqatçı A.Mişiyevin yazdığına görə, G.Sereteli 
1871-ci  ildə  azərbaycanca  da  kənd  təsərrüfatı  təmayüllü  bir  qəzet 
buraxmağa təşəbbüs göstərmiş, lakin Azərbaycan dilini bilmədiyindən 
«Sasoplo  qazeti»ni  sadəcə  Azərbaycan  dilinə  çevirəcək  bir  şəxs 
axtarmış  və  gürcü,  ərəb,  Azərbaycan  dillərini  bilən  İvan  Asatianinin 
namizədliyini rəsmi dairələr qarşısında qaldırmışdır (5, 88-89).  
Şübhəsiz  ki,  milli  mətbuat  yaratmaq  sahəsində  M.F.Axundza-
dənin  ən  böyük  xidməti  «Əkinçi»nin  ərsəyə  gəlməsində  onun  yara-
dıcısı  H.Zərdabiyə  hərtərəfli  yardım  göstərməsi  və  mənəvi  dayaq 
olmasıdır. Mövcud elmi ədəbiyyatlar və hər iki görkəmli ədibin yazış-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə