Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə35/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   31   32   33   34   35   36   37   38   ...   130

və musiqi məclisi qurub eyş-işrət edirlər. Pəri qızların gözəlliyi şahın 
ağlını  başından  alır.  Pərilər  şahı  da  məclisə  dəvət  edirlər.  Şəhvət 
odunda  alışan  şah  həya  pərdəsini  atıb  açıq  şəkildə  pəriyə  əl  uzadır. 
Bunu görən pəri onu şərab içməklə ram etməyə çalışır. Bu məclis otuz 
gecə davam edir və hər birində pəri qız onu şərabla yatızdırır. 
Nizaminin «Yeddi gözəl»ində bu təsvirlər nə qədər həyəcanlı və 
romantikdirsə,  İsanın  əsərində  bir  o  qədər  real  və  təbii  görünür. 
Nizami  və  İsanın  əsərlərində  də  pəri  qızlar  və  Mehrinin  iştirakı  ilə 
şərab məclisləri qurulur. Pərilər şərab içirlər, ancaq Mehri şərab içmir. 
Nizami  əsərində  olduğu  kimi  Mehrinin  təşkil  etdiyi  toy-şərab  məcli-
sində Məğrib şahı  iştirak edir. Şərab məclisləri həm  pəri qızları,  həm 
Mehrini əyyaş, şəhvət adamlarının zorakılıqlarından xilas edə bilir. Bu 
nağıllardakı  şərab  sufi-irfani  şərab  deyil,  hissləri,  zehni  yatızdıran 
real-maddi şərabdır. 
İstər Nizami, istərsə də İsanın əsərlərində şairlərin başlıca məq-
sədləri  məhəbbətlə  şəhvətin  fərqini  aydınlaşdırmaqdır.  Əsər  boyu  bu 
şəhvət düşgünləri öz eşqlərindən, gözəlliyə vurğunluqlarından, eşq di-
vanəsi  olmalarından  bol-bol  danışırlar.  Onlar  öz  məkrli  məqsədlərinə 
çatmaq üçün hər cür yalan və hiylə işlətməkdən çəkinmirlər. Şair on-
ların əxlaqi pozğunluqlarını, həya-abırdan uzaq olduqlarını ifşa edir. 
Biz  «Yeddi  Gözəl»dəki  nağılda və  İsanın  məsnəvisində Fərhad 
və  Məcnun  eşqini  görmürük.  Fərhad  və  Məcnun  eşqində  şəhvət, 
ehtiras hisləri gözə dəymir. Bu cəhətdən Vəfanın eşqi cinsi şəhvətlər-
dən ari, pak ürək sevgisi sayıla bilər.  
«Mehri və Vəfa»dakı ehtiras düşgünlərini Nizaminin Xosrov ob-
razı ilə müqayisə etmək olar. O, dəfələrlə Şirini öz şəhvət toruna salıb 
məqsədinə çatmaq istəyir. Şirin ona: 
 
Mehribanlıq iyi görmədim səndə
Dikbaşlıqdan başqa hökmranlıq səndə. 
Bu eşq deyil, havayi şəhvətdir,  
Eşq hara, sən arxayın hara… 
Get Şəkərlə oyun oyna
Sənin Şirin şəhdilə işin olmasın (4, 556, 559), 
 
– deyir. Şirin və Mehri şahzadə olsalar da onların həyat sərgüzəştləri 
tamamilə  başqadır.  Şirin  Xosrovu  sevir,  ancaq  onda  özünə  qarşı  mə-
həbbət  hissi  görmür.  Mehri  isə  Vəfanın  sevgilisi  və  şahzadə  olsa  da 
saraydan didərgin düşdüyünə görə fərari həyat sürür. Macəralar da bu 
qaçqınlıq dövründə baş verir. Şair İsanı düşündürən də budur ki, niyə 


Mehrinin  həyatının  sonu  səadətlə,  Şirinin  aqibəti  isə  faciəylə  bitir. 
Onun  fikrincə,  Şirin  Fərhadı  sevsəydi,  sonda  xoşbəxt  həyata  nail 
olardı.  Buna  görə  də  Şirin  və  Fərhaddan  ad  çəkir.  Xosrovdan  ad 
çəkmir. İsa Kənan və Yəqubdan da danışır. Demək istəyir ki, onların 
qəm-qüssəyə  batmalarının  səbəbi  Yusifin  öz  evindən  oğurlanması  və 
macəralar  həyatına  qədəm  qoymasıdır.  Necə  ki,  Mehri  cadugər  tərə-
findən oğurlanıb başqa saraya aparıldı. Mehri ilə Yusifin həyatlarının 
sonu ona görə uğurlu oldu ki, onların hər ikisi hiylə və məkrdən uzaq 
idilər. 
İsa öz poemasında Leyli və Məcnundan da ad çəkir. Niyə? Çün-
ki  bu  qoşa  aşiqlərin  də  həyatı  dözülməz  macəralar  içində  keçmişdir. 
Biri ev dustağı, o biri çöl-səhralar dustağı. Məcnun səhralarda Leyliyə 
eşqnamələr  qoşur,  Vəfa  da  çöllərdə  itirib  axtardığı  Mehriyə  «fərana-
mə»lər  söyləyir.  Hər  iki  aşiqin  həyat  macəralarında  oxşar  cəhətlər 
vardır. Hər ikisi öz yurd-obalarını tərk etməyə məcbur olmuşlar. Məc-
nun  qəbiləyə  qayıdarkən  uşaqlar  onu  dəli  bilib  daşa  basırlar.  Hər  iki 
aşiq şairdirlər. Ümumiyyətlə, Şərqin tanınmış bütün aşiq-məşuqları bir 
qayda  olaraq  fitrətən  şairdirlər.  Onlar  həmişə  zülm  və  məzəllət  məz-
həri olmuşlar.  
«Mehri və Vəfa»dan təxminən yarım əsr qabaq – 1310-1320-ci 
illər  arasında  yazıldığını  təxmin  etdiyimiz  Azərbaycan  şairi  Yusif 
Məddahın türkcə «Vərqa və Gülşah» əsəri mövzu və məzmununa görə 
qadınların  eşq-məhəbbət  macəralarına  həsr  edilmişdir.  «Mehri  və 
Vəfa»dan fərqli olaraq bu əsərdə həm də qəhrəmanlıq motivləri vardır. 
Bu  motiv  müəyyən  dərəcədə  Nizaminin  də  «Leyli  və  Məcnun» 
poemasında yer almışdır. Nizami və Yusif Məddahın əsərlərində ravi-
lər belə güman etmişlər ki, gənc nəslin eşq-sevgi həyatında baş verən 
ictimai  haqsızlıqları,  hərc-mərcliyi  aradan  qaldırmaq  üçün  hərbi 
müdaxilə  lazımdır.  Ancaq  «Yeddi  gözəl»  nağıllarında  və  «Mehri  və 
Vəfa»da  bu  tədbirlər  nəzərdə  tutulmamışdır.  Bu  əsərlərdə  müəlliflər 
məsələnin  əxlaqi  mahiyyət  daşıdığını  və  bunun  hərb  yolu  ilə  həllinin 
olmadığı, yalnız humanizm prinsiplərinə riayət edilməsi ilə bu macə-
raların  çözülməsini  mümkün  bilmişlər.  Beləliklə,  XI  əsrdən  qələmə 
alınan  «Vərqa  və  Gülşa»  və  onun  sonrakı  tərcümə  və  nəzirələri  ilə 
başqa  səpgidə  qələmə  alınmış    epik  əsərlər  əsasən  iki  növdə  yazıl-
mışdır:  epik  qəhrəmanlıq və epik romantik və əxlaqi  əsərlər.  «Vərqa 
və  Gülşah»  və  onun  müxtəlif  nəzirələri  epik  qəhrəmanlıq  janrına 
mənsubdur.  Bu  əsərin  təfərrüatlı  məzmun  və  təhlili  haqqında  «Ədə-
biyyat tarixi»nin 3-cü cildində bizim araşdırmamız dərc edilmişdir (5, 
89-93). 


«Vərqa və Gülşah» (Yusif Məddah Gülşah – deyə yazır) qədim 
«Sindibadnamə»  və  «Mərzbnamə»lər  silsiləsindən  başlanğıc  almış 
əsərlərdən biridir. «Bəxtiyarnamə» də bu silsiləyə daxildir. «Vərqa və 
Gülşah» bahadırlıq (həmasə) üzərində yaradılmış məhəbbət dastanıdır. 
Əsərin  başlanğıcında  tovhid  və  qısa  bir  nət  verilmişdir.  Əsərdə  baş 
vermiş  hadisələr  Məkkə  və  Şam  (Dəməşq)  arasında  cərəyan  edir. 
Dastanın surətləri də sanki ərəblərdir (5, 91). Poema məsnəvi forma-
sında, altı məclisdə qurulmuş, bədii dil etibarilə romantik və rəmzi sə-
ciyyə  daşıyır.  Məsnəvinin  qəhrəmanları  Vərqa  və  Gülşah  qəbilə  baş-
çıları  iki  qardaş  Humam  və  Hilalın  ailələrində  dünyaya  gəlmiş,  bir 
yerdə  boya-başa  çatmışlar.  Onlar  yeddi  yaşından  məktəbə  gedir,  bir-
birini sevirlər. Ata-anaları bu sevgini duyub onları bir-birinə namizəd 
(adaxlı)  edirlər.  Uşaqlar  on  iki  yaşlarından  hərbi  təlim  almağa  baş-
layır,  döyüş  sənətini  öyrənirlər.  On  beş  yaşlarına  çatanda  toy-düyün 
qurub  onları  evləndirərkən  gözlənilməz  faciə  baş  verir.  Qonşu  qəbi-
lənin rəisi Bəni Əmr Gülşahın gözəlliyini eşidib qoşunla yola düşür və 
Gülşahı  alıb  aparmaq  istəyir.  O,  toyda  hamının  sərxoşluğundan  isti-
fadə edib Gülşahı ata mindirib qaçırır. Gülşahı evinə gətirən Bəni Əmr 
onunla dil tapmağa çalışarkən sərt cavab alır. Humam oğlu Vərqa ilə 
ordu çəkib Bəni Əmr ilə vuruşur. Gülşah xilas edilsə də sonradan əsir 
alınıb  Bəni  Əmrin  çadırına  aparılır.  Namus  uğrundakı  döyüşlərin  bi-
rində  Humam  öldürülür.  Qəbilə  adamları  ağ  çıxarıb  qara  geyinir. 
İkinci  məclisdə  döyüşlərin  birində  Bəni  Əmr  öldürülsə  də  müharibə, 
qırğınlar  bitmir.  Nəhayət,  Gülşah  əsirlikdən  xilas  edilirsə  də  bu  dəfə 
qızın ata-anası evləri, mal-mülkü talan edilən Vərqaya qız verməkdən 
imtina edirlər. Dördüncü məclisdə təsvir olunur ki, Şam hakimi Möh-
sün  şah  Gülşahın  gözəlliyini  eşidib  tacir  geyimində  Bəni  Şeybə  qə-
biləsinə  –  Hilalın  yanına  gəlib  Gülşahla  evlənmək  istədiyini  bildirir. 
Möhsün şah Gülşahı aparandan sonra Vərqa uzun səfərdən qayıdır və 
Gülşahın  Şam  hakimi  Möhsün  şaha  ərə  verildiyini  eşidir.  O,  atlanıb 
Şama yola düşür və yolda qırx həramilə vuruşmalı olur. Otuz iki həra-
mini öldürdükdən sonra özü də yaralanır. Vərqa atına minib bir bağa 
gəlir və atdan düşüb huşunu itirir. Bağa öz adamları ilə gəzintiyə gələn 
Möhsün  şah  Vərqanı  görür  və  onu  saraya  aparırlar.  Bir  qədər  qulluq 
və müalicədən sonra Vərqa sarayda Gülşahla görüşə bilir. Möhsün şah 
Vərqa ilə Gülşahın sevgili olduqlarını bildikdən sonra Gülşahı boşayıb 
Vərqaya  verəcəyini  və  hakimiyyəti  də  ona  verəcəyini  bildirir.  Vərqa 
bu  sözdən  usanıb  sarayı  tərk  edir.  O,  yolda  dincəlmək  istədiyi  yerdə 
ölür. Möhsün şah  bu hadisəni  eşidib onu dəfn edir. Gülşah qəbir üs-
tündə özünü bıçaqlayıb öldürür. Möhsün şah onu da Vərqanın yanında 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə