81
Əbu Nuh:–Yeganə olan Allaha and olsun ki, o bizimlədir və sizə qarşı
vuruşmağa hazırdır.
Əmr As:–O bizimlə vuruşmağa hazırdır?!
Əbu Nuh:–Bəli! Allaha and olsun, o, Cəməl müharibəsində mənə
demişdi ki, biz Cəməl əshabına qələbə çalacağıq. Dünən də dedi ki, əgər
şamlılar bizə hücum etsələr və bizi Hicrə qovsalar, yenə də döyüşdən əl
çəkməyəcəyik. Çünki bizim haqq, onların isə batil yolda, bizim
öldürülənlərimizin cənnətdə, onlarınkının isə cəhənnəmdə olduğunu bilirik.
Əmr As:–Bir
iş görə bilərsənmi ki, Əmmarla görüşüm?
Əbu Nuh:–Bilmirəm, lakin çalışaram ki, görüş baş tutsun.
Bu sözü deyib onlardan ayrıldı və Imam (ə)-ın qoşununa, Əmmarın
olduğu yerə getdi, hadisəni əvvəldən-axıra kimi Əmmara söylədi. Sonra
əlavə etdi ki, başda Əmr As olmaqla on iki nəfərlik bir dəstə onunla
görüşmək istəyir. Əmmar görüş üçün hazırlığını bildirdi. Sonra hamısı
süvaridən ibarət olan bir dəstə Imam (ə)-ın qoşununun axır tərəfinə hərəkət
etdi. Ovf ibni Bişr Əmmarın dəstəsindən ayrıldı, şamlılara yaxınlaşıb "Əmr
As haradadır?" - deyə ucadan səsləndi. Dedilər ki, buradadır. Ovf Əmmarın
olduğu yeri göstərdi. Əmr As Əmmara dedi ki, Şam ordusuna tərəf hərəkət
etsin. Ovf cavab verdi ki, o, sizin məkr və hiylələrinizdən amanda deyil!
Axırda qərara aldılar ki, hər ikisi iki xəttin arasında müzakirəyə başlasınlar
(hər ikisini də bir qrup döyüşçü müşayiət edirdi). Hər iki dəstə razılaşdıqları
nöqtəyə çəkildilər, lakin ehtiyatı əldən vermədilər, atdan enən vaxt əllərini
qılıncların dəstəyində saxladılar. Əmr As Əmmarı görəndə ucadan kəlmeyi-
şəhadəti deməyə başladı. Bu yolla o, özünün islama məhəbbətini göstərmək
istəyirdi. Lakin Əmmar onun bu işinə aldanmadı və nərə çəkib dedi:–Sus!
Sən Peyğəmbər (s)-in sağlığında da, ondan sonra da onu tərk etdin, indi necə
onun risalətinə şəhadət verirsən?!
Əmr As həyasızcasına dedi:–Əmmar, biz bu məsələ üçün gəlməmişik.
Mən səni bu qoşun içində ən sadiq adam hesab edirəm. Hamımızın
Allahımız, qibləmiz, kitabımız bir olduğu halda nə üçün bizimlə
vuruşduğunuzu bilmək istəyirəm!
Əmmar qısa söhbətdən sonra dedi:–Peyğəmbər (s) mənə xəbər vermişdir
ki, mən əhd-peyman pozanlarla və haqdan azanlarla döyüşəcəyəm. Əhd-
peyman pozanlarla vuruşdum. Siz də haqdan azanlarsınız. Amma bilmirəm
ki, dindən çıxanlarla görüşə biləcəyəm, ya yox. Ey qoca, sən Peyğəmbər (s)-
in Əli barəsində belə buyurduğunu bilirsənmi:
"Mən kimin mövlasıyamsa,
Əli də onun mövlasıdır. Ilahi, onu sevəni sev, onunla düşmən olana
düşmən ol!"
Bu müzakirələr Osmanın qətli ilə əlaqədar söhbətdən sonra yekunlaşdı.
Sonra bir-birindən aralanıb öz yerlərinə qayıtdılar.
1
Bu görüşdən aydın oldu ki, Əmr As Əmmarın Imam (ə)-ın qoşununda
olub-olmamasını bilmək istəmirdi. Çünki o Əli (ə)-ın sərkərdələrini yaxşı
tanıyırdı. Buna görə də Əmmarın məntiqi dəlilləri qarşısında təslim olmaq
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.16-22; "Vəqətu-Siffeyn",
səh.332-336
82
əvəzinə, yersiz mübahisələrə başlayıb hay-küy saldı, Osmanın qətli
məsələsini ortaya atdı ki, bu işdə əli olduğunu onun da boynuna qoysun,
beləliklə də xəbərsiz şamlıları qiyama vadar etsin. Əlbəttə, Müaviyə və Əmr
Asın bəxti onda gətirdi ki, Zulkəla Əmmardan qabaq qətlə yetirildi. Çünki,
əgər o Əmmardan sonra sağ qalsaydı, onda Əmr As puç və əsassız
bəhanələrlə onu bir daha aldada bilməyəcək, bu da Müaviyə və Əmr As
üçün böyük bir çətinlik törədəcəkdi. Buna görə də Zulkəlanın
öldürülməsindən və Əmmarın şəhadətindən sonra Əmr As Müaviyəyə
dedi:–Mən bilmirəm bunların hansının ölümünə sevinim: Zulkəlanın, yoxsa
Əmmarın? Allaha and olsun, əgər Zulkəla qalsaydı, bütün Şam əhlini Əlinin
tərəfinə qaytaracaqdı!
1
SIFFEYN
MÜHARIBƏSINDƏ
IMAM
(Ə)-IN
GÖSTƏRDIYI QƏHRƏMANLIQLAR
Imam (ə) bütün qoşunların baş komandanı idi. O, Əmr As və Müaviyə
kimi deyildi ki, ən təhlükəsiz bir yerdə, xeymənin içində otursun, ordu
qəhrəmanlarından ibarət bir qrup onun mühafizəsini öz öhdəsinə alsın və
təhlükə hiss etdikdə qaçsın. O həzrət qoşunun müxtəlif bölmələrinə baş
vurmaqla özünün sərkərdəlik vəzifəsini ifa edir, ən çətin anlarda lap ön
cəbhədə vuruşurdu. Ağır hücumlarda qələbə onun mübarək və qüdrətli əlləri
ilə nəsib olurdu. Biz o həzrətin rəşadətlərindən bir neçəsini nümunə olaraq
burada qeyd edirik. (Bunlar tarix kitablarında, o cümlədən Ibni Müzahimin
"Vəqətü-Siffeyn" və Təbərinin "Tarix" kitabında ətraflı şəkildə qeyd
olunmuşdur.)
1-IMAM (Ə) YAĞIŞ KIMI YAĞAN OXLAR ALTINDA
Imam (ə)-ın qoşununun sağ cinahının sərkərdəsi Əbdüllah ibni Bədilin
öldürülməsi ilə bu cinahın vəziyyəti çox gərginləşdi və qoşunda çaxnaşma
yarandı. Müaviyə Həbib ibni Məsləməni göndərdi ki, o cinahın sağ
qalanlarını darmadağın etsin. Səhl ibni Hənif də Imam (ə)-ın qoşununun bu
hissəsini nizama salmaq barədə o həzrətdən göstəriş aldı, lakin bu səylər heç
bir müsbət nəticə vermədi. Sağ cinahın dağınıq vəziyyətdə olan dəstələri
Imam (ə)-ın rəhbərlik etdiyi mərkəzi cinaha qoşuldular.
Tarix Rəbiə və Cübn qəbilələrinin bu ağır şəraitdə göstərdiyi igidlik,
Müzər qəbiləsinin isə zəiflik və süstlüyündən xəbər verir. Imam (ə) belə bir
ağır şəraitdə irəli çıxdı və şəxsən döyüşə girdi. Siffeyn müharibəsində xəbər
aparıb-gətirən Zeyd ibni Vəhəb deyir: "Imam (ə)-ı yağış kimi yağan oxların
altında görürdüm. Düşmənin yağdırdığı oxlar ona dəymir, çiyni ilə
boynunun arasından uçub keçirdi. Imam (ə)-ın oğlanları düşmənin yağış
kimi yağdırdığı oxlar altında o həzrətə zərər dəyəcəyindən qorxurdular.
Buna görə də sipər kimi Imam (ə)-ın ətrafını tutdular. Lakin Imam (ə)
onların istəklərinin əksinə olaraq irəliləyib düşməni geri qovurdu. Birdən
Imam (ə)-ın qarşısında onun öz qulamı Kisan Əbu Süfyanın qulamı Əhmər
1
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.137