77
ağıllı olsa, bir daha cavab yazmaz."
Məktub Əmr Asa çatdıqda onu Müaviyəyə göstərib dedi:–"Sən məni
məktub yazmağa dəvət etdin, amma bunun nə sənə xeyri oldu, nə də mənə."
Müaviyə dedi:–"Əli ilə Ibni Abbasın qəlbi birdir, hər ikisi Əbdül-Müttəlibin
övladlarıdır."
1
5-Müaviyə Imam (ə)-ın əsgərləri arasında canlanmanın çoxaldığını,
mühasirə dairəsinin getdikcə kiçildiyini və şamlıların qərargahının süqut
etməsinə az qaldığını hiss edəndə, qərara aldı ki, birbaşa Ibni Abbasa
məktub yazsın, bu müharibənin Bəni-Haşimlə Bəni-Üməyyə arasında olan
bir ədavət odu olduğunu bildirsin və onu bu müharibənin pis aqibətindən
çəkindirsin. O, bu məktubda Ibni Abbası tamahlandırmaq üçün yazmışdı:
"Əgər camaat səninlə beyət etsə, biz də beyət etməyə hazırıq." Bu məktub
Ibni Abbasa çatanda dəlil-sübut üzündən olan çox sərt bir cavab yazdı. Belə
ki, hətta Müaviyə də bu məktubu yazdığına görə peşman oldu və dedi:–"Bu
öz işimin nəticəsidir. Daha bir il müddətində ona məktub yazmayacağam."
2
ƏMMAR VƏ ITAƏTSIZLIK EDƏNLƏR
Yasirin ailəsi islamda əsil-nəsəbli ailələrdən biridir və islamın
əvvəllərində hamılıqla Peyğəmbər (s)-ə iman gətirib bu yolda çox amansız
zülmlərə, ağır işkəncələrə məruz qaldılar. Nəhayət Yasir və onun arvadı
Süməyyə canlarını islam yolunda və Əbu Cəhl ilə onun həmfikirlərinin
işkəncələri altında qurban verdilər. Onların cavan oğlu Əmmar Məkkə
cavanlarının vasitəçiliyi və həmçinin zahirdə islamdan bezarlıq elan etməklə
canını qurtara bildi. Allah-Taala Əmmarın bu işinin iradsız olduğunu
aşağıdakı ayədə elan etmişdir: "(Küfr izhar etməyə) məcbur olan, qəlbi isə
imanla aram olanlardan başqa..." ("Nəhl", 106) Əmmarın başına gələnlər
və onun zahirdə küfr danışması xəbəri Peyğəmbər (s)-ə çatanda həzrət
buyurdu: "Əsla! (O kafir olmayıb!) Əmmar başdan-ayağa imandır. Tövhid
onun əti-qanı ilə qaynayıb qarışmışdır." Bu halda Əmmar ağlaya-ağlaya
gəlib çatdı. Peyğəmbər (s) onun göz yaşını silib dedi ki, əgər yenə də belə
bir çıxılmaz vəziyyətə düşsə, bezarlıq izhar etsin.
3
Bu fədakar səhabə barəsində təkcə bu ayə nazil olmamış, təfsirçilər əlavə
iki ayənin də onun barəsində nazil olduğunu qeyd etmişlər.
4
O, Peyğəmbər
(s)-in Mədinəyə hicrətindən sonra daim onunla birgə idi və bütün qəzvələrdə
və bəzi səriyyələrdə iştirak etmişdi. Peyğəmbər (s) vəfat edəndən sonra
rəsmi xilafətə etiraz etməsinə baxmayaraq, xəlifə ilə həmkarlıq etmək hər
yerdə islamın xeyrinə olsaydı, əlindən gələni əsirgəməzdi.
Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra ilk işi məscid tikmək idi. O
məscidin tikilişində Əmmar hamıdan çox çalışıb zəhmət çəkir, təklikdə bir
1
"Vəqətu-Siffeyn", səh.410-414; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.98-99
2
"Əl-imamətu vəs-siyasət",1-ci cild, səh.100; "Vəqətu-Siffeyn", səh.414-416
3
"Təfsiri Təbəri", 14-cü cild, səh.122; "Əsbabun-nuzul", səh.212 və başqa
təfsirlər
4
"Əddürrül-mənsur" təfsiri, "Zümər" surəsinin 9-cu və "Ənam" surəsinin 52-ci
ayəsinin təfsirinə bax.
78
neçə adamın işini görürdü. Onun islama vəfadar və sədaqətli olması
başqalarının onu öz imkan və qüdrətindən artıq işə vadar etmələrinə səbəb
olmuşdur. Bir gün Əmmar onlardan Peyğəmbər (s)-ə şikayət edib dedi:–
"Bunlar məni öldürdülər!" Bu vaxt Peyğəmbər (s) özünün ürəkoxşayan
tarixi kəlamını buyurdu: "Zülmkar və haqdan azmış bir tayfa səni
öldürməyincə, sən ölməyəcəksən. Sənin dünyadan götürəcəyin axırıncı
azuqən bir qurtum süddür."
1
Bu söz Peyğəmbər (s)-in səhabələri arasında yayılaraq dillərə düşdü.
Əmmar o gündən xüsusi bir hörmətə layiq görüldü. Peyğəmbər (s) də onu
müxtəlif məclislərdə tərifləyirdi.
Siffeyn müharibəsində Əmmarın Imam (ə)-ın qoşununda olması xəbəri
Müaviyənin qoşunundakı aldanan şəxslərin ürəyinə qorxu saldı, onların
bəziləri bu barədə axtarış aparmağa başladılar.
ƏMMARIN ÇIXIŞI
Əmmar meydana getmək qərarına gəldikdə Imam (ə)-ın dostlarına dedi:–
Ey Allah bəndələri, ayağa qalxın və özünə zülm edərək Allahın Kitabının
əksinə hökm edən bir adamın (Osmanın) intiqamını almaq istəyənlərlə
mübarizə edin! Halbuki onu saleh insanlar, yaxşı işə əmr, təcavüzü inkar
edənlər öldürmüşlər. Lakin onun öldürülməsi ilə öz mənafelərinin təhlükəyə
düşdüyünü görənlər "o nə üçün öldürülmüşdür?!" deyə etiraz etdilər.
Cavabda dedik ki, o, pis və yaramaz əməllərinə görə öldürülmüşdür. Dedilər
ki, "axı o, pis bir iş görməmişdir!" Bəli, onların nəzərində Osman heç bir
qanunsuz iş görməmişdir. Halbuki o, beytül-malın dinarlarını onlara peşkəş
etdi, onlar da yeyib dağıtdılar. Onlar Osmanın intiqamını almaq istəmirlər,
sadəcə dünya ləzzətlərini dadmışlar və dünyanı sevirlər, bunu da bilirlər ki,
əgər bizim əlimizə düşsələr, o cür ləzzətli yeməklərdən məhrum olacaqlar.
Üməyyə sülaləsi islamı hamıdan əvvəl qəbul etməmişlər ki, bu cəhətdən
hakimiyyətə layiq olalar. Onlar camaatı aldadaraq "Imamımız (Osman)
məzlumcasına öldürülmüşdür" bəhanəsini kətirərək camaata zülm ilə hakim
olmaq istəyirlər. Bu bir hiylədir və gördüyünüz kimi, bu yolla istədiklərinə
çatmışlar. Əgər belə bir hiyləyə əl atmasaydılar, onlarla iki nəfər belə, beyət
etməz, onlara kömək etməzdilər."
2
Əmmar bu sözləri deyib meydana yola düşdü. Köməkçiləri də onun
arxasınca hərəkət etdilər. Onun gözü Əmr Asın xeyməsinə sataşdıqda uca
səslə dedi:–"Öz dinini Misir hökumətinə satdın! Vay olsun sənə!" Sonra
gözü Üübeydullah ibni Ömərin xeyməsinə sataşanda dedi:–Allah səni
öldürsün! Öz dinini Allahın və islamın düşməninin dünyasına satdın.
Übeydullah dedi:–Xeyr! Mən məzlum şəhidin qisasını almaq istəyirəm!
Əmmar dedi:–Yalan deyirsən! Allaha and olsun, sən Allahın razılığını
əsla istəmirsən. Sən əgər bu gün də öldürülməsən, sabah öləcəksən. Əgər
Allah Öz bəndələrini onların niyyətləri əsasında mükafatlandırıb
1
"Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.21
2
"Tarixi-Təbəri", 5-ci cild, səh.21; "Vəqətu-Siffeyn", səh.319; "Kamil" (Ibni Əsir),
3-cü cild, səh.157
Dostları ilə paylaş: |