71
Əli (ə)-a olan imanının mərtəbələrini öz əmioğlusuna aydınlaşdırıb dedi:–
"Tək olan Allaha and olsun! Əgər bacara bilsəm, əlimdəki qılıncla bu ağ
xeyməyə (Müaviyənin xeyməsinə işarə etdi) o qədər vuraram ki, onun
sahibindən heç bir əsər-əlamət qalmasın."
1
ŞIMR
IBNI
ZIL-CÖVŞƏN
IMAM
(Ə)-IN
QOŞUNUNDADIR
Dünyanın qəribəliklərindən biri də budur ki, Şimr Siffeyn müharibəsində
Imam (ə)-a qarşı sədaqət və vəfadarlıq göstərirdi. O, Ədhəm adlı bir nəfərlə
vuruşanda alnından ağır yaralandı və onun alın sümüyü sındı. O da əvəzini
çıxmaq üçün şamlıya bir qılınc zərbəsi endirdi, lakin zərbə boşa çıxdı. Şimr
dincəlmək üçün öz xeyməsinə qayıtdı, su içdikdən sonra bir nizə götürüb
meydana getdi və gördü ki, onun şamlı rəqibi yerindəcə dayanıb. Ona
möhlət vermədi, nizə ilə vurub atdan yerə saldı. Əgər şamlılar onun
köməyinə gəlməsəydilər, Şimr onu öldürəcəkdi. Bu vaxt Şimr dedi:–"Bu
nizə elə o qılınc zərbəsinin əvəzində!"
2
ŞƏHADƏTLƏ IFTIXAR ETMƏK
Şəhadət iftixarı və Allahla görüşə eşq müqəddəs hədəf uğrunda döyüşən
imanlı və axirətə etiqadı olan insanlarda bir amaldır və bu, başqa xalqlar
arasında mövcud deyildir. Şəhadətə olan eşq-məhəbbət cihadın ən böyük
amilidir. Şəhid bu əqidə ilə müvəqqəti dünya həyatını əbədi həyatla dəyişir
və bu yolda canından keçir.
Siffeyn müharibəsində bir gün Bəni-Əsəd qəbiləsindən olan güclü bir
pəhləvan Şam qoşunu tərəfdən meydana girib mübariz istədi. Iraqlılar bu
pəhləvanı görüb geri çəkildilər. Lakin gözlənilmədən Müqəttə Amiri adlı
qoca bir kişi ayağa qalxıb döyüşə getmək istədi. Imam (ə) onu meydana
getməyə qoymadı. O pəhləvanın "Bir kişi varmı qabağa çıxsın?!" - deyə
çəkdiyi nərə qulaqları cingildədir, hər dəfə də şəhadət aşiqi olan o qoca kişi
onunla döyüşmək üçün ayağa qalxırdı. Imam (ə) da onun getməsinə mane
olurdu. Axırda qoca kişi dedi:–"Ey Imam, icazə verin, bu döyüşdə iştirak
edim, ya şəhid olub cənnətə yola düşüm, ya da onu öldürüb şərini sizdən
uzaq edim."
Bu dəfə Imam (ə) icazə verdi və onun barəsində dua etdi. Bu qocanın
aşiqanə və rəşadətli hücumları şamlı pəhləvanın canına elə vəlvələ saldı ki,
qaçmağa başladı, meydandan uzaqlaşaraq Müaviyənin xeyməsinə çatdı.
Qoca kişi də onu ora qədər qovdu, amma ələ keçirə bilmədiyi üçün əvvəlki
yerinə qayıtdı.
Əli (ə) şəhadətə çatandan sonra camaat Müaviyə ilə beyət etdi.
Bu zaman
Müaviyə Müqəttə Amirini çağırtdırdı. O, qocalıq dövrünü yaşadığı halda,
1
"Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.213; "Vəqətu-
Siffeyn", səh.268
2
"Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.213; "Tarixi Təbəri",
3-cü cild, səh.18
72
Müaviyənin yanına gəldi. Müaviyə ona dedi:–Qardaş, əgər bu vəziyyətdə
bura gəlməsəydin, əlimdən qurtarmazdın.
Amiri:–Səni and verirəm Allaha, məni öldür və bu zillətli yaşayışdan
qurtar!
Müaviyə:–Səni
heç vaxt öldürmərəm, çünki mənə lazımsan.
Amiri:–Istəyin nədir?
Müaviyə:–Səninlə qardaş olmaq istəyirəm.
Amiri:–Mən keçmişdə Allah xatirinə səndən ayrılmışdım. Allah qiyamət
günü bizi bir yerə yığıb səninlə mənim aramda qəzavət edənə qədər elə o
fikirdə də qalacağam.
Müaviyə:–Qızını mənə ver.
Amiri:–Sənin bundan asan xahişini rədd etdimsə,
bu xahişini sözsüz rədd
edərəm.
Müaviyə:–Məndən bir hədiyyə qəbul et.
Amiri:–Sənin hədiyyənə ehtiyacım yoxdur.
1
HƏRBI TAKTIKA
Onuncu və ondan sonrakı günlərdə iraqlı süvarilərlə şamlı süvarilər
arasında şiddətli çarpışmalar başlandı, bu zaman Imam (ə)-ın ordusundan
min nəfər şamlıların mühasirəsinə düşdü və onların mərkəzi qərargahla olan
rabitələri kəsildi. Bu vaxt Imam (ə) uca səslə buyurdu:
"Bir kəs yoxdurmu
ki, Allahın razılığını alsın və axirətin müqabilində öz dünyasını satsın?!"
Əbül-Əziz adlı bir nəfər Imam (ə)-ın yanına gəlib dedi:–"Hər nə əmr
etsən, yerinə yetirməyə hazıram." O, boz ata minmişdi, bədəni zirehli
paltarda qərq olmuşdu, gözlərindən başqa bir yeri görünmürdü. Imam (ə)
onun üçün dua edib buyurdu: "Şam qoşununa hücum edib özünü
mühasirədəkilərə çatdır. Onlara yaxınlaşdıqda de ki, Əmirəl-möminin sizə
salam göndərir və istəyir ki, siz o tərəfdən təkbir deyəsiniz, biz də bu
tərəfdən; siz o tərəfdən hücum edin, biz isə bu tərəfdən. Sonra mühasirəni
yarıb, sizi azad edək."
Imam (ə)-ın göndərdiyi adam şücaətlə Şam qoşununa hücum edib özünü
mühasirədəkilərə çatdırdı. Onlar Imam (ə)-ın göndərdiyi xəbəri eşidəndə
sevindilər. Bu vaxt hər iki tərəfdən təkbir və "la ilahə illəllah" səsləri ucaldı,
mühasirə yarıldı və mühasirədəkilər Imam (ə)-ın qoşununa qoşuldular.
Şamlılar səkkiz yüz nəfər tələfat verməklə geri çəkildilər, bununla da
müharibə müvəqqəti olaraq sakitləşdi.
2
MÜHARIBƏNIN
QIZĞIN
ÇAĞINDA
SIYASI
HƏRƏKƏTLƏRIN ARTMASI
Hərbi icmalçılar Əli (ə)-ın qoşununun hərtərəfli hücumunun
1
"Vəqətu-Siffeyn", səh.278; "Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci
cild, səh.223-224
2
"Vəqətu-Siffeyn", səh.308; "Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci
cild, səh.243