63
əməllərinə görə mükafatlandırsın. Agah olun və bilin ki, Allahın istəyi ilə
sabah düşmənlə qarşılaşacaqsınız. Belə isə, bu gecə daha çox namaz qılıb
Quran oxuyun, Allahdan qələbə istəyin. Sabah isə onlarla ciddiyyətlə və
ehtiyatla qarşılaşın və öz işinizdə doğruçu olun."
1
Imam (ə) getdikdən sonra əsgərlər öz silahlarını hazırlamağa və döyüş
üçün lazım olan şeyləri yerbəyer etməyə başladılar. Imam (ə) səfər ayının
səkkizində, çərşənbə günü fərman verdi ki, bir nəfər şamlıların qarşısında
dayanıb onlarla döyüşə hazır olduqlarını elan etsin.
Müaviyə də Imam (ə) kimi, öz qoşununu tərtibə salaraq müxtəlif
dəstələrə böldü. Həms, Ordon, Qənsər əhalisi onun qoşununun müxtəlif
cinahlarını təşkil edirdi. Zəhhak ibni Qeys Fərhi başda olmaqla şamlılar
Müaviyəni qorumağı öhdəsinə aldılar və onu əhatə etdilər ki, düşmənin
mərkəzə (Müaviyənin qərargahı olan yerə) nüfuz etməsinin qarşısını
alsınlar. Qoşunun bu şəkildə nizama salınması Əmr Asın xoşuna gəlmədi və
bu işdə Müaviyəyə kömək etmək istədi. Buna görə də birlikdə bağladıqları
əhd-peymanı (yəni qələbə çalacaqları təqdirdə Misrin hakimiyyətinin Əmr
Asa verilməsini) Müaviyəyə xatırlatdı və dedi:–Həms qəbiləsinin
sərkərdəliyini mənə ver və Əbül-Əvəri bu işdən götür.
Müaviyə bu təklifdən sevinib xoşhal oldu və dərhal Əbül-Əvərin yanına
bir adam göndərdi ki, ona belə desin: "Əmr Asın müharibə işlərində yaxşı
təcrübəsi vardır, amma bu təcrübə məndə və səndə yoxdur. Mən onu süvari
qoşun bölmələrinin sərkərdəsi seçmişəm. Sən başqa bir yerə get."
Əmr As Misrə hakim olmaq ümidi ilə iki oğlunu–Əbdüllahı və
Məhəmmədi çağırdı, öz təcrübəsi və fikri əsasında bir qoşun nizama saldı,
göstəriş verdi ki, zirehli paltarda olanlar ön cəbhədə, zirehsizlər isə arxa
cəbhədə yerləşsinlər. Sonra oğlanlarına dedi ki, cərgələrin arasında
gəzişərək onların nizam-intizamına dəqiq nəzarət etsinlər. Bununla da
kifayətlənməyib özü də dəstələrin arasında hərəkət etməyə, onların nizam-
intizamını yoxlamağa başladı. Sonra Müaviyə kimi qoşunun ortasında
minbərə çıxdı. Yəmənlilər onun mühafizəsini öz öhdələrinə aldılar. O əmr
vermişdi ki, hər kəsin minbərə yaxınlaşdığını hiss etsəniz, dərhal öldürün.
2
Bir adamın müharibə etməkdə məqsədi qüdrətə və rəhbərliyə çatmaq
olsa, onda özünü mühafizə etmək üçün çoxlu adam təyin etməlidir. Lakin
əgər məqsədi ali-insani məqamlara, mənəvi kamallara çatmaq olsa, onda öz
məram və məqsədi yolunda ölümdən heç bir qorxusu olmaz. Buna görə də
Imam (ə)-ı heç bir kəs mühafizə etmirdi, üstəlik o həzrət öz atına minib
fərman verir, qoşuna rəhbərlik edir, qorxulu nərələri ilə Şam pəhləvanlarının
canına vəlvələ salır və iti qılıncı ilə onları biçib-tökürdü.
Rəhbərlik üslubunda mövcud olan fərqlər məqsədlərdəki fərqlərdən irəli
gəlir. Şəhadət arzusu ilə olan bir mədəniyyət axirətə olan etiqaddan və
özünün haqq olmasına inamlı olmaqdan doğur.
Amma ölümdən qorxmaq, öz
1
"Tarixi-Təbəri", 3-cü cild, səh.. "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci
cild, səh.182; "Vəqətu-Siffeyn", səh.225; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.150
2
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.182; "Vəqətu-Siffeyn",
səh.226
64
canını qorumaq üçün başqalarını qurban etmək dünya həyatına bağlılıqdan
və qeyb aləmini inkar etməkdən irəli gəlir.
Maraqlıdır ki, Əmr Asın oğlu bu həqiqəti etiraf edərək Imam (ə)
barəsində belə demişdi: "Bunlar ilahi bir məqsədlə meydana gəlmişlər və
şəhadətdən əsla qorxuları yoxdur."
Əmr Asın Müaviyəyə xeyirxahlıq göstərməsi ona məhəbbətdən və ya
onun qələbə çalmasına çalışmaq üçün deyildi. O yalnız öz mənafeyini
nəzərə alaraq onun qələbə çalmasını istəyir və Müaviyə ilə məşvərət edib öz
rəyini söyləyərkən həmişə onu vurğulayırdı. Onların aşağıda qeyd olunan
söhbətlərində bu həqiqət aydın olur:
Müaviyə:–Tez ol, qoşunu nizama sal!
Əmr As:–Bu
şərtlə ki, hökumətim özüm üçün olsun!
Müaviyə, Imam (ə)-dan sonra Əmr Asın ona rəqib çıxacağından
qorxduğu üçün dərhal soruşdu:–Hansı hökumət?! Misrin hökumətindən
başqa bir şey də istəyirsənmi?!
Əmr As:–Məgər Misir cənnətin əvəzi ola bilərmi?! Məgər Əlini
öldürmək odu heç vaxt sönməyən cəhənnəm əzabı üçün münasib qiymət ola
bilərmi?!
Müaviyə bu sözlərin qoşun arasında yayılacağından qorxub həyəcanla
dedi:–Astadan danış, sözlərini bir kəs eşitməsin!"
Əmr As Misrə hakim olmaq arzusu ilə şamlılara dedi:–"Ey Şam
əsgərləri! Öz səflərinizi nizama salın, başlarınızı öz Allahınıza icarə verin.
Allahdan kömək istəyin, həm Onun düşmənləri, həm də öz düşmənlərinizlə
cihad edin! Onları öldürün, Allah onları öldürüb məhv etsin!"
1
O biri tərəfdən də Imam (ə) bir at istədi, ona ağ rəngli bir at gətirdilər ki,
çox güclü və cəld idi, iki cilovla cilovlanırdı. Imam (ə) onun yüyənini əlinə
alıb bu ayəni tilavət etdi:
"Pak və münəzzəhdir o Allah ki, minik
heyvanlarını bizim üçün ram etdi, halbuki bizdə o qüdrət və bacarıq yox
idi. Hamımız Ona tərəf qayıdacağıq."
Sonra əllərini qaldırıb belə dua etdi:
"Ilahi, qədəmlər Sənə tərəf
götürülür, bədənlər əziyyətə düşür, qəlblər ayılır, əllər göyə qalxır, gözlər
açılır... Ilahi, biz Peyğəmbərin həyatda olmadığı bir zamanda düşmənin
çoxluğundan, arzu və istəklərimizin pərakəndəliyindən Sənə şikayət edirik.
Ilahi, bizimlə bu tayfa arasında haqq əsasında hökm et! Sən hakimlərin
ən yaxşısısan."
2
Nəhayət, səfər ayının səkkizində, çərşənbə günü hərtərəfli hücumlar
başlandı. Sübhün əvvəlindən gecəyə kimi davam edən bu döyüşdə tərəflər
müsbət bir nəticə əldə etmədən öz mövqelərinə qayıtdılar. Cümə axşamı
Imam (ə) sübh namazını qaranlıqda qıldı və dua oxuyandan sonra özü
hücumu başladı. Onun ətrafındakılar da hər tərəfdən döyüşə girişdilər.
3
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.189-190; "Vəqətu-
Siffeyn", səh.237
2
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.186; "Vəqətu-Siffeyn",
səh.230-231
3
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151; "Tarixi-Təbəri", 3-cü cild, səh.8