57
yalnız yığıncağı bir-birinə vurmaq idi. Bu məsələ barəsində mühakimə
yürütmək Osmanın qətlinin səbəblərini araşdırmağı gərəkli etdiyindən Imam
(ə) onu təsdiq etmədi. Onlar da elə bunu bəhanə edərək çıxıb getdilər və
dedilər:–"Hər kəs onun məzlumcasına öldürülməsinə şəhadət verməsə, biz
ondan bezarıq!"
Imam (ə) onları bu ayənin aşkar nümunəsi hesab etdi:–
"Sən ölüləri və
karları, arxa çevirdikləri vaxt anlada bilməzsən; və sən korları
zəlalətlərdən hidayətə gətirə bilməzsən. Sən yalnız Bizim ayələrimizə iman
gətirən və haqqın qarşısında təslim olan kəslərə söz eşitdirə bilərsən."
1
ON YEDDİNCİ FƏSİL
SIFFEYN
MÜHARIBƏSININ
MÜQƏDDƏRATININ
HƏLL EDILMƏSI
Imam (ə) səbir və mətinlik nümunəsi idi. O, Müaviyənin müxalifətçiliyi
qarşısında həmişə mülayim davranırdı. Amma vəzifə və rəyasət sevdası
Müaviyəni özünə elə məftun edib aldatmışdı ki, nümayəndə göndərib ona
öyüd-nəsihət verməyin nəinki faydası olmadı, üstəlik onu daha da inadkar
etdi. Imam (ə) çarəsizlikdən qərara aldı ki, məsələni müharibə ilə həll etsin,
öz qiymətli vaxtını daha bundan artıq hədər etməsin, bu "xərçəng virusunu"
islam cəmiyyətinin orqanizmindən qoparıb atsın.
Islamda cihad qanunlarından biri də budur ki, əgər islam hökuməti bir
qrupla dinc yanaşı yaşamaq barəsində müqavilə bağlasa, onda bu müqavilə
möhtərəmdir. Əgər islam hakimi əldə olan məlumatlara əsasən, qarşı tərəfin
müqaviləni pozmaq niyyətində olduğunu və xəyanət etmək istədiyini hiss
etsə, onda cəld hərəkət edir, müqavilənin artıq ləğv olunduğunu bildirir və
müharibəyə başlayır. Qurani-Kərim bu məsələyə toxunaraq buyurur:
"Hər
vaxt bir qövmün xəyanət edəcəyindən qorxsanız, onlarla olan müqaviləni
ədalətli şəkildə ləğv edin, çünki Allah xainləri sevməz."
2
Bu qanun göstərir ki, islam dini ədalətin və əxlaq normalarının
qorunmasına xüsusi diqqət yetirir, düşmənin söz-söhbət və rəftarından
xəyanət nişanələri görünsə belə, xəbərdarlıq etmədən düşmənə yürüş
edilməsinə icazə vermir. Imam (ə) Siffeyndə bu qanunun göstərişindən də
artıq diqqət yetirirdi. Çünki onunla Müaviyə arasında "dinc yanaşı yaşamaq"
barədə bir müqavilənin bağlanmadığına, yalnız haram aylarda hərbi
toqquşmanın qadağan olduğuna və nəticədə sakitliyin bir müddət Siffeynə
hakim olmasına baxmayaraq, şamlıların bu sakitliyin Məhərrəm ayından
sonra da qüvvədə qalacağını güman etməsinlər deyə, Imam (ə) Mərsəd ibni
Harisə fərman verdi ki, Məhərrəm ayının axırıncı günü günbatan çağı Şam
ordusunun qarşısında dayanıb uca səslə desin:–Ey Şam əhli, Əmirəl-
möminin deyir: "Mən sizə möhlət verdim və müharibə işində səbir etdim ki,
haqqa doğru qayıdasınız. Allahın Kitabından dəlil gətirib sizi ona tərəf dəvət
etdim, lakin siz tüğyançılıqdan əl çəkmədiniz. Belə bir şəraitdə mən hər bir
1
"Nəml" surəsi, ayə:80-81
2
"Ənfal" surəsi, ayə:58
58
amanı qarşılıqlı şəkildə ardan götürdüm. Allah xainləri sevməz."
1
Bu xəbər Müaviyənin qoşunu üçün oxunduqda hər iki tərəfdə canlanma
yarandı və döyüşən tərəflər ordunu nizama salmağa başladılar. Cinahların
sərkərdələri təyin edildi. Imam (ə) öz qoşununu aşağıdakı ardıcıllıqla tənzim
etdi: Əmmar Yasir süvarilərin, Əbdüllah ibni Bədil Xəzai piyada
qoşunlarının baş sərkərdəsi təyin edildi, ordunun ümumi bayrağı Haşim ibni
Ütbəyə tapşırıldı. Sonra Imam (ə) qoşunu üç hissəyə–sağ cinah, sol cinah və
mərkəzi cinaha böldü. Yəmənliləri ordunun sağ tərəfində, Rəbiə qəbiləsinin
müxtəlif şaxələrini sol tərəfdə və əksəriyyəti kufəli və bəsrəli olan Müzər
qəbiləsinin pəhləvanlarını ordunun mərkəzində yerləşdirdi. Bu üç bölmənin
hər birini süvarilərə və piyadalara böldü. Sağ və sol cinahlara Əşəs ibni
Qeyslə Əbdüllah Ibni Abbası, hər iki piyada qoşunu üçün də Süleyman ibni
Sürəd ilə Haris ibni Mərrəni təyin etdi. Sonra hər bir qəbilənin bayrağını
onun başçısına tapşırdı. Ibni Müzahim "Vəqətü-Siffeyn" kitabında hər biri
bir qəbiləyə məxsus olan iyirmi altı bayraq olduğunu qeyd edir.
2
Müaviyə də öz qoşununu həmin tərtiblə tənzim etməyə başladı,
sərkərdələri və bayraqdarları təyin etdi. Sübh çağı həlledici döyüşün baş
verməsi qəti oldu. Imam (ə) öz qoşununun içində ayağa qalxıb uca səslə
dedi: "Onlar sizinlə müharibəyə başlamayınca siz döyüşə başlamayın.
Allaha şükürlər olsun ki, sizin bu döyüşdə dəlil və sübutunuz vardır. Onlar
döyüşü başlayana kimi sizin başlamamağınız əlinizdə başqa bir sübutdur.
Onları məğlub etdiyiniz vaxt sizə arxa çevirib qaçanları və yaralıları
öldürməyin. Düşmənin övrətini açmayın, öldürülənlərin burun-qulağını
kəsməyin. Onların düşərgələrinə çatdığınız vaxt pərdələri yırtmayın, mənim
icazəm olmadan heç kimin evinə girməyin, döyüş meydanında ələ
keçirdiyiniz şeylərdən başqa düşmənin heç bir mal-dövlətinə əl vurmayın.
Heç bir qadına, hərçənd sizin özünüzə, sizin böyüklərinizə, ağsaqqallarınıza
nalayiq söz desə belə, əziyyət verməyin. Çünki onlar əql və qüdrət
cəhətindən zəif olurlar. Onlar müşrik olan vaxtda da bizə əmr olunmuşdu ki,
onlara əl vurmayaq. Əgər cahiliyyət dövründə bir kişi çəlik, yaxud dəmirlə
bir arvada həmlə etsəydi, bu iş onun üçün ar sayılırdı və onların övladları
sonralar bu işə görə məzəmmət olunurdular."
3
Əmirəl-möminin Əli (ə) Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində öz
əsgərlərinə belə tövsiyə edirdi: "Ey Allah bəndələri, Allah ilə müxalifət
etməkdən qorxun! Gözlərinizi aşağı salın və səsinizi alçaldın, az danışın.
Özünüzü düşmənlə mübarizə edib əlbəyaxa olmağa, dişlə müdafiə olunmağa
hazır edin. Mətin və möhkəm olun, Allahı yad edin ki, nicat tapasınız.
Ixtilafdan və ikitirəlikdən uzaq olun ki, süstləşməyəsiniz və şövkətiniz,
əzəmətiniz aradan getməsin.
Səbirli olun, Allah səbir edənlərlədir."
1
"Kamil" (Ibni Əsir), 1-ci cild, səh.25; "Tarixi-Təbəri", 3-cü cild, səh.5; "Vəqətu-
Siffeyn", səh.202-203; "Murucuz-zəhəb", 2-ci cild, səh.387
2
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.24-26; "Vəqətu-
Siffeyn", səh.205
3
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.149; "Tarixi-Təbəri", 3-cü cild, səh.6; "Vəqətu-
Siffeyn", səh.203-204; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.26