51
edilməsi idi. Çünki təkcə mühacir və ənsarın rəylərinin qüvvədə olmasına
bir əsas yox idi və əgər rəy sorğusu mümkün olsaydı, onların Peyğəmbər (s)-
i görüb ona iman gətirən, lakin hicrət etməyən səhabələrlə heç bir fərqi yox
idi.
Imam (ə)-ın nəzərində isə imamət, əsas etibarı ilə "nəss" ilə olan bir
məsələdir. Yəni Imam da elə peyğəmbər kimi Allah tərəfindən təyin
olunmalıdır. Deməli, Imam Əli (ə) ənsarın, mühacirin, yaxud da "Bədr"də
olanların rəyindən söz açmaqla qarşı tərəfi onların öz dəlilləri ilə qane etmək
istəyir. Əgər məsələni seçki yolu ilə araşdırsaq,
onda həmin əsrdə mühacirin,
ənsarın, yaxud da ümumiyyətlə səhabələr və ya müsəlmanların rəylərindən
heç vaxt söz açmaq olmaz. Çünki o dövrdə camaatın bir-biri ilə əlaqəsi çox
zəif idi. Bir nəfər qasidin bir yerdən başqa məntəqəyə getməsi üçün aylarla
vaxt lazım idi. Buna görə də çarə yalnız böyük islami şəxsiyyətlərin, yaxud
Imam (ə)-ın öz ifadəsi ilə desək "Bədr"də iştirak edənlərin əhd-peymanı,
beyətinə kifayət olunmasında idi.
ARA-SIRA HÜCUMLƏR
Nümayəndələrin göndərilməsi və məktublaşma Cəmadiyul-əvvəl ayının
axırına qədər davam etdi. Bu müddət əzində ara-sıra hücumlar baş verirdi.
Lakin bu hücumlar müharibəyə və ya qan axıdılmasına gətirib
çıxarmamışdı, çünki, bu müddətdə şamlı və iraqlı qarilər vasitəçilik edərək,
onları bir-birindən ayırırdılar.
1
ƏBU-IMAMƏ VƏ ƏBUD-DƏRDA
Bu iki səhabə qan axıdılmasının qarşısını almaq üçün Müaviyənin yanına
getdilər və ona dedilər: Nə üçün Əli ilə müharibə edirsən?
Müaviyə cavabında dəfələrlə Imam (ə)-dan və onun dostlarından eşitdiyi
elə həmin bəhanələri gətirdi. O iki səhabə Müaviyənin sözlərini Imam (ə)-a
çatdırdılar. Bu dəfə Imam (ə) Müaviyəyə başqa cür cavab verdi: öz
köməkçiləri arasında belə bir xəbər yaydı ki, Müaviyə xəlifənin qatillərini
istəyir. Gözlənilmədən hamısı başdan-ayağa zirehli paltar geymiş,
gözlərindən başqa hər yeri bürünmüş iyirmi mindən artıq adam çölə axışdı,
hamısı da xəlifənin qatili olmasını iddia etdi.
2
Vəziyyəti belə görən o iki səhabə hər iki ordunu tərk etdilər ki,
müharibənin şahidi olmasınlar. Amma onların haqqı aydınlaşdırmaq üçün
səy göstərmələri və haqqı müdafiə etmələri daha yaxşı olardı.
36-cı ilin rəcəb ayı gəlib çatdı, pərakəndə həmlələr dayandı. Müaviyə iki
qoşunun arasında məskən salmış Quran qarilərinin Əli (ə)-a qoşulacağından
qorxurdu, buna görə də Imam (ə)-ın ordusunda qarışıqlıq yaratmaq
məqsədilə islam müharibələri tarixində misli çox az görünən bir hiyləyə əl
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.17; "Vəqətu-Siffeyn",
səh.190
2
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.17-18; "Vəqətu-
Siffeyn", səh.190
52
atdı.
FƏRATIN ÜSTÜNDƏKI SU BƏNDININ DAĞIDILMASI
BARƏDƏ ŞAYIƏ
Fərat çayının qoluna tərəf gedən su yolu ələ keçirildikdən sonra hərbi
vəziyyət Imam (ə)-ın qoşununun xeyrinə dəyişdi. Iraq və Şam qarilərinin
Imam (ə)-ın hüzuruna gəldikləri vaxt o həzrətin aşkar, kəskin və məntiqi
çıxışı nəticəsində şamlı qarilərin çoxu o həzrətin tərəfdarı oldu, bəziləri də
bitərəf mövqe seçdilər. Müaviyə Imam (ə)-ın nüfuzunun genişlənməsindən
qorxaraq müharibənin şəraitini öz xeyrinə dəyişmək üçün bir hiylə hazırladı.
Imam (ə)-ın düşərgəsi Siffeyn çölünün çökək yerində, Müaviyənin düşərgəsi
isə uca bir yerdə idi. Çölün bir yerində Fərat çayının qabağını kəsən bir bənd
var idi. Birdən Imam (ə)-ın əsgərləri arasında belə bir şayiə yayıldı ki,
Müaviyə bəndi dağıtmaq və suyun istiqamətini iraqlılara tərəf dövdərmək
istəyir.
Hadisə belə baş vermişdi: Müaviyə məxfi şəkildə göstəriş verdi ki, Imam
(ə)-ın əsgərlərinə tərəf bir ox atsınlar. Oxun üstünə bir kağız bağlamışdılar.
Kağızın içində də belə yazılmışdı: "Allahın xeyirxah bir bəndəsi tərəfindən!
Sizə xəbər verirəm ki, Müaviyə bəndi dağıdıb sizin hamınızı suda qərq
etmək istəyir.
Tez olun, bir çarə fikirləşin və ehtiyatı əldən verməyin!"
Bu kağız Imam (ə)-ın əsgərlərindən birinin əlinə keçdi, sonra əldən-ələ
gəzdi. Beləliklə, bu şayiə bütün qoşun içərisində yayıldı. Çoxları bu xəbərin
düzlüyünə inandılar. Bununla eyni zamanda Müaviyə iraqlıları aldatmaq
üçün iki yüz nəfərin əlinə bel və külüng verib Fərata doğru göndərdi ki,
oranı dağıtmaq niyyətində olduqlarını göstərsinlər. Imam (ə) Müaviyənin
məkr və hiyləsindən agah idi, buna görə də qoşun başçılarına dedi:–
Müaviyədə bəndi dağıtmaq qüdrəti yoxdur. O bu yolla sizi
qorxutmaq istəyir
ki, siz öz mövqeyinizi tərk edəsiniz, Fəratın qolunu yenidən öz əlinə
keçirsin.
Sərkərdələr dedilər:–Yox, bu ciddi bir işdir! Onlar bəndin ətəyində bir
neçə quyu qazmağa başlayıblar ki, suyu bizə tərəf axıtsınlar.
Imam (ə) buyurdu:–Ey Iraq camaatı, mənimlə müxalifət etməyin!
Sərkədələr dedilər:–Allaha and olsun, biz buranı tərk edirik! Əgər siz
qalmaq
istəyirsinizsə, qalın.
Bunu deyib hamılıqla oranı tərk etdilər və uca bir yerdə özlərinə mövqe
seçdilər. Imam (ə) çarəsizlikdən oranı tərk edən axırıncı nəfər oldu. Amma
bir azdan Imam (ə)-ın sözünün doğru olduğu aşkar oldu və Müaviyə sürətlə
Imam (ə)-ın düşərgəsini işğal etdi. Iraqlı əsgərlər heyrət içində donub
qaldılar.
1
MÜXALIFƏTIN ƏVƏZININ ÇIXILMASI
Imam (ə) müxalifət başçılarını hüzuruna çağırıb onları danladı. Əşəs ibni
Qeys özünün müxalifət etdiyinə görə üzr istədi və dedi ki, bu məğlubiyyətin
1
"Vəqətu-Siffeyn", səh.190-191