45
Sübhanəllah! Siz buraya Iraq qoşunundan tez çatdığınıza görə suyu onların
üzünə bağlamayın! Allaha and olsun, əgər onlar sizdən əvvəl buraya
gəlsəydilər, sizə mane olmazdılar. Bu işinizlə yalnız onları müvəqqəti olaraq
sudan məhrum edirsiniz, lakin onların başqa bir fürsətdə sizi elə bu şəkildə
cəzalandıracaqları üçün hazır olun. Axı onların içində zəif və günahsız
adamlar, qul, kəniz, qulluqçular var! Allaha and olsun, sizin bu işiniz ilk
zülmdür. Ey Müaviyə, sən bu çirkin işlə qorxaq adamların gözünü açmısan,
səninlə vuruşmaq istəməyənləri özünə qarşı cürətləndirmisən.
1
Müaviyənin tənqid olunma məqamında adətən səbirlə rəftar etməsinə
baxmayaraq, Həmdan zahidinə həmlə edərək ondan Əmr Asa şikayət etdi.
Əmr Asın oğlu da onunla dost olduğuna görə zahidin üstünə qışqırdı. Lakin
o, Müaviyənin ordusunun axır-aqibətini çox müəmmalı, anlaşılmaz və
zülmətdə gördüyündən gecə yarısı Imam (ə)-ın ordusuna qoşuldu.
HÜCUM ƏMRININ VERILMƏSI VƏ MANEƏNIN
ARADAN QALDIRILMASI
Susuzluq Imam (ə)-ın əsgərlərini əldən salır, taqətlərini üzürdü. Imam
(ə)-ı qəm-qüssə bürümüşdü. Məzhic qəbiləsindən olan əsgərlərin yanına
gəldikdə onların uca fəryadlarını eşitdi. Onlar belə bir qəsidə oxuyurdular:
"Biz nizə ilə yaraqlanıb zirehli paltar geydiyimiz halda şamlılar bizi Fərat
suyuna həsrət qoyurlar?!"
2
Kində qəbiləsinə tərəf getdikdə əsgərlərin öz sərkərdələri Əşəs ibni
Qeysin xeyməsinin yanında belə bir şer oxuduqlarını gördü: "Əgər Əşəs bu
gün əzab-əziyyət içində qovrulan insanların ölüm təhlükəsini aradan
qaldırmasa, biz onun qılıncı ilə Fəratın suyundan içəcəyik. Ey Əşəs! Yaxşı
olar ki, ölüm ayağında olanları bizim ixtiyarımıza verəsən."
Imam (ə) bu iki qəbilə əsgərlərinin öz xeymələrində uca səslə oxuduqları
şerləri eşitdikdən sonra xeyməsinə qayıtdı. Əşəs gəlib dedi:–Şamlıların bizi
Fəratın suyundan məhrum etmələri düz işdirmi?! Halbuki sən bizim
içimizdəsən, qılınclarımız da özümüzlədir. Icazə ver, ya Fəratın yolunu
açım, ya da bu yolda ölüm. Əştərə də fərman ver, öz əsgərləri ilə birlikdə
harda desən, orda dayansın.
Imam (ə) buyurdu:–Ixtiyar sahibisiniz.
Sonra isə Imam (ə) Əştərin öz qoşunu ilə əlverişli mövqe tuta biləcəyi
yeri müəyyənləşdirdi və qoşunu arasında qısa bir xütbə oxudu. Bu xütbə elə
həyəcanlı idi ki, Imam (ə)-ın qoşununu həyəcana gətirdi, əsgərlər ildırım
sürəti ilə hərəkət edib Müaviyənin qoşununu qovdu və çayı öz ixtiyarına
keçirtdi. O xütbənin məzmunu belə idi: "Müaviyənin qoşunu bu əməli ilə (su
yolunu bağlamaqla) sizi döyüşə dəvət etmişdir. Indi iki yol ayrıcındasınız:
Ya zəlil olub öz yerinizdə oturun, ya da qılınclarınızı (onların qanı ilə)
doyurub, susuzluğunuzu aradan qaldırın. Ölüm sizin məğlubiyyətlə yanaşı
olan həyatınızda, həyat isə qələbə çaldığınız halda olan ölümünüzdür. Agah
1
"Tarixi-Yəqubi", 2-ci cild, səh.188; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.94;
"Vəqətu-Siffeyn" səh.160; "Tarixi-Təbəri", 3-cü cild, səh.240
2
"Vəqətu-Siffeyn", səh.164-166; "Murucuz-zəhəb", 2-ci cild, səh.385
46
olun, Müaviyə özü ilə bir dəstə xəbərsiz və azğın adamı gətirmiş, haqqı bər-
bəzək pərdəsi altında onlardan gizlətmişdir ki, özlərini (xəbərsiz olaraq)
qılınc və oxların qurbanı etsinlər."
1
Əşəs də həmin gecə öz tabeçiliyində olan əsgərlərə xəbərdarlıq edib,
dedi:–Hər kəs su, yaxud ölüm istəyirsə, bizim onunla görüşümüz sübh
vaxtıdır.
2
Bir tərəfdən susuzluğun göstərdiyi təzyiq, digər tərəfdən də Imam (ə)-ın
həyəcanlı xütbəsi və əsgərlərin ilhamverici şerləri nəticəsində Fəratı ələ
keçirmək üçün on iki min nəfər öz hazırlığını bildirdilər. Əşəs və Əştər
özlərinin ixtiyarında olan qoşun dəstələri ilə hücum edib suyun qarşısını alan
və onlardan iki qat gücü olan qoşunu qovdular. Bu hücum zamanı yeddi
nəfər Əştərin, beş nəfər də Əşəsin əli ilə öldürüldü. Bundan sonra
müharibənin müvazinəti Imam (ə)-ın xeyrinə dəyişdi. Fərat Imam (ə)-ın
qoşununun ixtiyarına keçdi. Elə bu vaxt Əmr As Müaviyəyə dedi:–Nə
fikirləşirsən, əgər Əli əvəz çıxıb suyu sənin qoşununun üzünə bağlasa nə
edəcəksən?
Əli (ə)-ın islami əxlaqından və insani ruhiyyəsindən, əzəmət və
alicənablığından agah olan Müaviyə dedi:–Məncə, o, suyu bizim üzümüzə
bağlamaz. Çünki o başqa bir məqsəd üçün gəlmişdir.
3
QÜDRƏTIN SON HƏDDINDƏ QANUNA RIAYƏT
ETMƏK
Imam (ə)-ın əsgərlərinin Fəratı ələ keçirmək üçün etdiyi hücumlar xüsusi
bir hərbi taktika əsasında baş verib sona çatdı, Müaviyənin əsgərləri ordan
qovuldu və susuz, otsuz, uca bir yerdə dayandılar. Şamlıların belə yerdə
qalması mümkün deyildi. Bir azdan onların suları tükənməyə başladı, naçar
qalıb bu üç yoldan birini seçməli idilər:
1- Hücum edib çayı yenidən ələ keçirmək; Lakin özlərində belə bir
cəsarət görmürdülər.
2- Susuzluqdan ölüb Siffeyni özləri üçün qəbiristanlığa çevirmək.
3- Qaçıb, Şamda və onun ətrafında bir yerə sığınmaq.
Amma Fəratın ələ keçirilməsi Şam qoşunlarının başçılarında, xüsusilə
Müaviyədə o qədər qorxu hissi yaratmamışdı. Çünki onlar Imam (ə)-ın
mərdlik, alicənablıq, islami və əxlaqi üsullara tam riayət etməsindən
xəbərdar olduqları üçün bilirdilər ki, o həzrət haqqı heç vaxt tapdalamaz.
Çünki onun nəzərində məram və məqsəd müqəddəs olsa da, ona çatmaqda
bəzi insani və islami qanunları pozmaq olmaz.
Əxlaqi normalara və yüksək insani dəyərlərə riayət etmək hər bir
alicənab insanın yüksək düşüncəsindən irəli gəlir. Bu qanun bütün hallarda
və şəraitlərdə–həm sülh, həm də müharibə şəraitində–cərəyan edib insanın
həyatında sair insanlarla olan əlaqələrinə aiddir. Belə ki, insani qanunlar heç
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.244; "Nəhcül-
bəlağə", 51-ci xütbə
2
"Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Vəqətu-Siffeyn", səh.166
3
"Murucuz-zəhəb", 2-ci cild, səh.368-387
Dostları ilə paylaş: |