42
əsgərlərin və minik heyvanlarının rahatçılığı və salamatçılığına şərait
yaratsınlar. Ordu həmin yolu Imam (ə)-ın buyurduğu kimi ötüb keçdi.
Riqqəyə çatanda artıq Imam (ə) orada idi.
1
RIQQƏDƏN MÜAVIYƏYƏ GÖNDƏRILƏN MƏKTUB
Imam (ə)-ın köməkçiləri höccətin Müaviyəyə tamam edilməsi üçün bir
məktub yazılmasını təklif etdilər. Imam (ə) bu təklifi qəbul etdi. Çünki o
həzrət öyüd-nəsihətin məqam və hakimiyyət aşiqlərinə azacıq belə fayda
verməyəcəyini bildiyi halda, yenə də qan tökülmədən Müaviyənin
itaətsizliyinin qarşısını almaq istəyirdi. Məktub Müaviyəyə çatanda o, Imam
(ə)-ı müharibə ilə hədələyərək bir məktub yazdı. Buna görə də Imam (ə)-ın
qərarı daha da qətiləşdi və Riqqədən Siffeynə doğru sürətlə hərəkət etmək
əmrini verdi.
IMAM (Ə) KÖRPÜ SALIB FƏRATDAN KEÇIR
Qoşunun enli və dərin çay olan Fəratdan keçməsi çətin bir məsələ idi ki,
körpü salmadan, yaxud gəmiləri və qayıqları bir-birinə birləşdirmədən
mümkün deyildi. Imam (ə) Riqqə əhalisindən xahiş etdi ki, ordunun
Fəratdan keçməsi üçün lazım olan şeyləri hazırlasınlar. Lakin Iraq əhalisinin
əksinə olaraq buranın əhalisinin Əli (ə)-a qarşı rəğbəti olmadığından körpü
düzəltməkdən imtina etdilər. Imam (ə) müsəlmanların mövlası–tam ixtiyar
sahibi olmasına baxmayaraq onların bu işləri qarşısında heç bir əks-tədbir
görmədi və öz ordusu ilə uzaqda yerləşən Mənbic körpüsündən keçməyi
qərara aldı. Bu vaxt Malik Əştər nərə çəkib onları, sığındıqları qalanı viran
etməklə hədələdi. Riqqə əhalisi bir-birinə xəbər verib dedilər ki, Malik
həmişə dediyi sözün üstündə durur. Buna görə də dərhal körpü salmaq üçün
hazırlıqlarını bildirdilər. Körpü hazır olduqda Imam (ə) və onun piyada
qoşunu öz yükləri ilə birlikdə oradan keçdilər. Oradan keçən axırıncı adam
Malik oldu.
2
IMAM (Ə) ŞAMDA
Imam (ə) Fərat çayını keçərək Iraqı arxada qoydu və Şam vilayətinə
daxil oldu. Müaviyənin ehtimal verilən yürüşü və şeytani hərəkəti ilə
qarşılaşmaq üçün cəsur sərkərdələrdən ikisini ordunun önündə Müaviyənin
qoşununa tərəf göndərdi. Onlar "Sovrur-rum" adlı bir yerdə Müaviyənin
qoşununun ön hissəsi ilə qarşılaşdılar (onların sərkərdəsi Əbül-Əvəridi) və
düşmən qoşununun sərkərdəsini dinc yolla Imam (ə)-a tabe etməyə
çalışdılar. Amma onların göstərdiyi səylərinin heç bir faydası olmadı. Imam
(ə)-ın sərkərdələri təcili olaraq Haris ibni Cəmhan Cöfinin vasitəsilə Imam
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.208; "Vəqətu-
Siffeyn", səh.148
2
"Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.211; "Vəqətu-
Siffeyn", səh.151-154; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.114; "Tarixi-Təbəri", 3-cü
cild, səh.238