44
(ə)-ın əsgərlərini ona yaxın düşməyə qoymasınlar.
1
IMAM (Ə)-IN SIFFEYNƏ DAXIL OLMASI
Imam (ə) böyük bir ordu ilə Siffeynə daxil oldu və Malik Əştərin
başçılıq etdiyi qoşuna birləşdi. Əli (ə) Siffeynə daxil olduqda artıq düşmən
onun qoşunu ilə Fəratın arasında böyük bir ordu yerləşdirmişdi, Imam (ə)-ın
qoşunu su götürə bilmirdi. Əbdüllah ibni Ovf deyir: "Imamın qoşunundakı
su ehtiyatı tükənmək üzrə idi. Əbül-Əvər su yolunu süvari-piyadaların üzünə
bağlamış, onların qabağında oxçuları, onların ətrafında isə nizəliləri və
zirehli paltar geyənləri yerləşdirmişdi. Nəhayət, susuzluq Imam (ə)-ın
qoşununa təsir göstərdi, o həzrətə şikayət etdilər.
2
Hər bir sərkərdə belə bir ağır şəraitdə dərhal hücum hökmünü verər.
Lakin o həzrətin elə ilk gündən etibarən məqsədi bu məsələni mümkün olan
hər bir yolla, qan tökülmədən həll etmək idi.
3
O özünün sirrdaşlarından biri
olan Səsəə ibni Suhanı çağırıb buyurdu: Bir səfir kimi Müaviyənin yanına
gedib ona de: "Biz bu məntəqəyə gəlmişik və höccəti sizə tamam etməmiş
müharibəni başlamaq istəmirik. Sən var-qüvvən ilə birlikdə Şamdan çıxıb
gəlmisən, biz səninlə müharibəyə başlamazdan əvvəl sən müharibəyə
başlamısan. Bizim fikrimizcə sən gərək müharibədən əl çəkəsən ki, bizim
dəlil və məntiqimizi eşidəsən. Bu necə namərdlikdir, nə üçün su yolunu
bizim üzümüzə bağlamısan?! Maneələri aradan qaldır və bizim fikrimiz
haqda düşün. Əgər vəziyyətin elə bu halda qalmasını, adamların su üstündə
vuruşmasını və qələbə çalan tərəfin sudan istifadə etməsini istəyirsənsə,
onda bizim sözümüz yoxdur."
Səsəə Imam (ə)-ın nümayəndəsi kimi Müaviyənin xeyməsinə getdi (onun
xeyməsi qoşunun lap mərkəzində idi) və Imam (ə)-ın sözünü ona çatdırdı.
Vəlid ibni Üqbə kimi nadan adamlar Fəratın mühasirəsinin davam
etdirilməsini istəyirdilər. Onlar Imam (ə)-ın ordusunun susuzluqdan can
verməsinin tərəfdarı idilər. Lakin hiyləgər bir siyasətçi olan Əmr As
Ümməyyə övladlarının əksinə olaraq Müaviyəyə dedi: Su yolunu ordunun
üzünə aç və başqa döyüş məsələləri barədə düşün!
Başqa bir rəvayətə görə isə belə dedi:–Sənin sirab, Əlinin isə susuz
qalması yaxşı iş deyildir, halbuki onun ixtiyarında elə döyüşçülər vardır ki,
Fəratın suyuna göz dikiblər. Onlar axırda ya su yolunu ələ keçirəcəklər, ya
da bu yolda öləcəklər. Sən bilirsən ki, Əli çox şücaətli bir adamdır, Hicaz və
Iraq camaatı onunladır. Əli o şəxsdir ki, Fatimənin evi hücuma məruz
qalanda dedi: "Əgər mənimlə qırx nəfər olsaydı, intiqamımı
təcavüzkarlardan alardım."
Müaviyə isə su yolunu Imam (ə)-ın qoşununun üzünə bağlamağı özü
üçün ilk qələbə hesab edirdi. "Həmdan abidi" adı ilə məşhur olan, Əmr Asın
dostlarından və bacarıqlı söz ustası sayılan bir şəxs Müaviyəyə dedi:–
1
"Vəqətu-Siffeyn", səh.156-157
2
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.145; "Tarixi-Təbəri", 3-cü cild, səh.239; "Əl-
imamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Tarixi-Yəqubi", 2-ci cild, səh.187
3
"Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Tarixi-Təbəri", 3-cü cild, səh.240