49
aqibətin yaxşılıqla qurtarar.
Müaviyə:–Belə olarsa, Osmanın intiqamı təxirə düşər... Yox! Rəhman
Allaha and olsun, mən heç vaxt belə bir iş görmərəm!
Bu vaxt Həmdan qəbiləsindən olan kişi danışmaq istədi, lakin Təmimdən
olan onu qabaqlayıb dedi:–Bu kişiyə verdiyin cavabdan sənin məqsədinin nə
olduğu aydın oldu. Sənin məqsədin bizə gizli deyil. Sən camaatı aldatmaq və
onların diqqətlərini özünə cəlb etmək üçün yalnız bunu əsas tutub deyə
bilərsən ki, rəhbəriniz məzlumcasına öldürülüb, onun intiqamını almalısınız.
Buna görə də onların bir dəstəsi sənin çağırışına müsbət cavab vermişlər.
Halbuki özün də bilirsən ki, xəlifəyə kömək etməyi qəsdən təxirə saldın və
hazırda əlində olan bu məqama çatmaq üçün onun qətlinə razı oldun.
Çoxları müəyyən bir məqama çatmaq istər, lakin Allah onların arzularını
ürəyində qoyar. Düzdür ki, sən öz arzuna çatmaq istəyirsən, lakin sənin
istədiklərinin heç birində xeyir yoxdur. Əgər öz istədiyinə çatmasan,
acınacaqlı bir vəziyyətə düşəcəksən. Allahdan qorx və bu fikirləri başından
çıxart, hökumətə layiq olan adamlarla müharibəyə qalxma!
Bu məntiqli sözlər Müaviyənin qəzəb dalğasını coşdurdu. Əvvəllər öz
müxalifləri ilə mülayim rəftar etdiyi halda, bu dəfə öz adətinin əksinə olaraq
onun ruhən narahat olmasını göstərən kobud cavabı belə oldu:–Ey əclaflar,
ey zorakı çölçülər! Durun, buradan rədd olun! Mənimlə sizin aranızda
qılıncdan başqa bir şey hakim ola bilməz!
Təmimdən olan kişi dedi:–Bizi qılınclamı hədələyirsən?! Çox keçməz,
qılıncı sənə doğru qaldırarıq!
Sonra hər üçü Imam (ə)-ın yanına qayıtdı və söhbətin
nəticəsini o həzrətə
xəbər verdilər.
1
IRAQ VƏ ŞAM QARILƏRININ BIR YERƏ YIĞIŞMASI
Islamın əvvəllərində Quran qariləri xüsusi hörmətə layiq görülürdülər.
Hətta o qədər güclü mövqeləri var idi ki, onların hər hansı bir tərəfə meyl
etmələri müsəlmanların böyük bir hissəsinin həmin tərəfə yönəlməsinə
səbəb olurdu.
Sülh, razılıq və ümumiyyətlə sazişə heç bir ümid yeri olmayan şəraitdə,
sayı otuz mindən çox olan Iraq-Şam qariləri xüsusi bir yerdə düşərgə
saldılar. Onların nümayəndələri Übeydə Səlmani, Əlqəmə ibni Qeys,
Əbdüllah ibni Ütbə, Amir ibni Əbdül-Qeys qoşun başçıları arasında
müzakirə etməyə başladılar. Əvvəlcə Müaviyənin yanına getdilər və onunla
aşağıdakı kimi müzakirə etdilər:
Nümayəndələr:–Nə istəyirsən?
Müaviyə:–Osmanın intiqamını almaq!
Nümayəndələr:–Kimdən?
Müaviyə:–Əlidən!
Nümayəndələr:–Məgər onu Əli öldürmüşdürmü?!
Müaviyə:–Bəli, Osmanı o öldürmüş və onun qatillərinə sığınacaq
1
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.146; "Tarixi-Təbəri", 3-cü cild, səh.242;
"Vəqətu-Siffeyn", səh.187-188
50
vermişdir.
Nümayəndələr Imam (ə)-ın hüzuruna gəlib dedilər ki, Müaviyə onu
Osmanın qətlində təqsirləndirir. Imam (ə) buyurdu: Allaha and olsun ki,
bunu yalan deyir! Qəti olaraq
bilin ki, onu mən öldürməmişəm.
Nümayəndələr Müaviyənin yanına qayıdıb Imam (ə)-ın sözlərini ona
dedilər. Müaviyə dedi: Düzdür, Əli Osmanın qətlində iştirak etməmişdir,
lakin camaata fərman verərək onu öldürməyə təşviq etmişdir.
Imam (ə) Müaviyənin sözlərindən xəbərdar olandan sonra xəlifənin
qətlində əli olmasını yenidən təkzib etdi. Müaviyə Imam (ə)-ın hərtərəfli
təkzibindən xəbərdar olduqdan sonra başqa bir məsələni ortaya ataraq dedi:
Əgər belədirsə onda ya Osmanın qatillərini bizə təhvil versin, ya da onları
tutmaq üçün bizim qarşımızı almasın.
Imam cavabda buyurdu:–Qəsdən olmayan belə bir qətldə qisas hökmü
yoxdur. Çünki (qiyamçılar) Quranı onun qətlinin caiz olmasına dəlil
gətirmiş və onu (Quranı) təvil etmişlər. Xəlifə ilə onların arasında ixtilaf
yaranmış, xəlifə də qüdrətli olduğu halda öldürülmüşdür. (Əgər işin xəta
olduğunu
fərz etsək, belə bir qətldə qisas hökmü yoxdur.)
Nümayəndələr Imam (ə)-ın fiqhi dəlillərini (bu, "qəza" elmində, yəni
mühakimədə bir əsas müddəa sayılır) Müaviyə üçün deyəndə o özünün
günahkar olduğunu gördü. Buna görə də başqa bir məsələni ortaya ataraq
dedi: Nə üçün Əli bizimlə və burada olanlarla məşvərət etmədən xilafəti
əlinə keçirtdi və bizi ondan məhrum etdi?
Imam (ə) cavabda buyurdu:–Camaat mühacir və ənsarın yolu ilə gedir.
Onlar başqa ölkələrdə olan müsəlmanların danışan dilidir. Özü də mənimlə
tam rəğbətlə, razılıq və səmimiyyətlə beyət etdilər. Mən heç vaxt Müaviyə
kimilərin islam ümmətinə hakim olub, onların boynuna minməsinə icazə
vermərəm.
1
Müaviyə dedi:–Xəlifə seçilən zaman mühacir və ənsarın hamısı
Mədinədə deyildi, onların bəziləri Şamda yaşayırdı. Nə üçün onlarla
məşvərət olunmadı?
Imam (ə) dedi:–Rəhbərin seçilməsi dünyanın hər yerinə yayılmış
mühacir və ənsarın hamısına aid deyil. Əks halda seçki baş tutmazdı. Seçki
onların bir qisminə, yəni islamın əvvəllərində rəşadət göstərən və "Bədri"
adı ilə tanınanlara aiddir. Onların da hamısı mənimlə beyət etmişdir.
Sonra üzünü qarilərə tutub dedi:–Ehtiyatlı olun ki, Müaviyə sizi
aldatmasın, dininizin, canınızın puça çıxmasına səbəb olmasın.
IZAH
Peyğəmbər (s)-in vəfatından sonra mühacir və ənsar islam
hakimiyyətinin genişlənməsinə görə digər islam vilayətlərinə getdilər. O
zaman kütləvi informasiya vasitələri mövcud olmadığına görə, onların
hamısının rəyini soruşmaq mümkün deyildi. Belə bir işi gözləmək isə
hökumətin dağılmasına səbəb olardı. Buna görə də çıxış yolu yalnız Mədinə
əhalisinin əksəriyyətini təşkil edən ənsar və mühacirin rəyinin kifayət hesab
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.16; "Vəqətu-Siffeyn",
səh.189