On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə31/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

 
61 
Əmmarın  və  Ibni  Abbasın  sözləri  həqiqəti  şamlılara  aydınlaşdırırdı.  Bu 
zaman Müaviyənin iddialarının əsassız olması müəyyən qədər sübuta yetdi. 
Buna  görə  də  döyüşün  beşinci  günü  Şimr  ibni  Əbrəhə  Hümeyri  bir  dəstə 
Şam  qarisi  ilə  birlikdə  Əli  (ə)-ın  tərəfinə  keçdi.  Onların  nura  tərəf  üz 
gətirmələri Müaviyənin qoşununu bürüyən zülməti göstərirdi. 
Şamın üsyankar rəhbəri bu kimi hadisələrin yenidən təkrarlanacağından 
bərk  qorxuya  düşmüşdü.  Bir  gün  Əmr  As  Müaviyəyə  dedi:–Sən 
Məhəmmədlə yaxın qohum və islamda böyük nüfuza malik olan bir adamla 
vuruşmaq  istəyirsən.  O  fəzilətdə,  mənəviyyətdə,  müharibə  fəndlərini 
bilməkdə misilsiz bir adamdır. O, səninlə müharibədə Məhəmmədin azsaylı 
dostları,  qəhrəmanlar,  qarilər  və  ən  şərafətli  adamlarla  birlikdə  səninlə 
müharibəyə gəlmişdir. Müsəlmanlar onlara xüsusi əzəmət gözü ilə baxırlar. 
Gərək şamlıları ən çətin şəraitdə qoyasan və müharibənin uzanması onlarda 
ruhi yorğunluq yaratmamış onları tamahlandırasan. Sən hər şeyi unudursan, 
amma bunu unutma ki, sən batil yoldasan. 
Müaviyə  onun  sözlərindən  başa  düşdü  ki,  şamlıları  döyüş  meydanına 
cəzb edən səbəblərdən biri batinində təqva və imandan heç bir əsər-əlamət 
olmasa da zahirdə özünü dindar, mömin və təqvalı göstərməsidir. Buna görə 
də  bir  minbər  düzəldilməsini  əmr  etdi,  sonra  sərkərdələri  yanına  çağırıb 
minbərə  çıxdı,  din  və  şəriət  üçün  ürək  ağrısı  keçirən  bir  adam  kimi  göz 
yaşları  axıdaraq  dedi:–"Ey  camaat,  canınızı  və  başınızı  bizə  tapşırın! 
Süstləşməyin  və  köməyinizi  əsirgəməyin.  Bu  gün  çox  təhlükəli  bir  gün, 
həqiqətin  qorunub-saxlanması  günüdür.  Siz  elə  bir  adamla  mübarizə 
edirsiniz  ki,  o,  beyəti  sındırmış,  nahaq  yerə  qan  axıtmışdır.  Göylərdə  heç 
kim onu üzürlü hesab etmir." 
Ondan sonra Əmr As minbərə çıxdı, Müaviyənin sözlərinə oxşar sözlər 
danışdıqdan sonra minbərdən endi.
1
 
IMAM (Ə)-IN ÇIXIŞI 
Müaviyənin  məkr  işlətməklə,  özünü  dindarlığa  vurmaqla  şamlıları 
mübarizəyə  dəvət  etməsi  xəbəri  Imam  (ə)-a  çatdıqda  hamının  bir  yerə 
yığışmasına  dair  göstəriş  verdi.  Ravi  deyir:  Imam  öz  kamanına  söykənmiş 
və  Peyğəmbərin  dostlarını  ətrafına  yığmışdı.  O,  camaatı  Peyğəmbər 
səhabələrinin  onun  ətrafında  olmasından  agah  etmək  istəyirdi.  O,  Allaha 
həmd-səna  etdikdən  sonra  dedi:–"Camaat!  Sözlərimə  qulaq  asın,  yadda 
saxlayın  ki,  özünü  bəyənməyin  mənşəyi  əmr  və  fərmandan  çıxmaq, 
lovğalığın  mənşəyi  isə  kibr  və  özünü  görməkdir.  Şeytan  sizə  puç  və  batil 
vədələr verən bir düşməndir. Agah olun: müsəlman müsəlmanın qardaşıdır. 
Nalayiq  sözlər  danışmayın  və  (bir-birinizə)  köməyinizi  əsirgəməyin.  Şəriət 
bir, onun yolları da düzdür. Hər kəs o yolu tutsa, ona qoşar və hər kəs o yolu 
tərk  etsə,  ondan  çıxmış  olar.  Hər  kəs  də  ondan  ayrılsa,  məhv  olmuşdur. 
Əmanətdar sayılan, lakin xəyanət edən, yaxud vədə verib ona əməl etməyən, 
danışanda  yalan  danışan  adam  müsəlman  deyildir.  Biz  rəhmət  ailəsiyik, 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.180;  "Vəqətu-Siffeyn", 
səh.222 


 
62 
sözlərimiz  doğru,  əməllərimiz  üstündür.  Peyğəmbərlərin  sonuncusu  da, 
islamın rəhbərliyi də, Allah kitabının qariləri də bizdəndir. Mən sizi Allaha 
və  Peyğəmbərə,  həmçinin  Allah  düşmənləri  ilə  cihada,  Onun  yolunda 
müqavimət göstərməyə, razılığını kəsb etməyə, namaz qılıb, zəkat verməyə, 
Allah  evini  ziyarət  etməyə,  Ramazan  ayının  orucunu  tutmağa,  beytül-malı 
onun öz sahiblərinə  çatdırmaqda çalışmağa dəvət edirəm.  Dünyanın  qəribə 
işlərindən  biri  də  budur  ki,  əməvi  sülaləsindən  olan  Müaviyə  və  Əmr  As 
camaatı  dindarlığa  təşviq  etməyi  qərara  almışlar.  Bilirsiniz  ki,  mən 
Peyğəmbərlə  heç  vaxt  müxalifət  etməmişəm,  qəhrəmanların  qorxudan  geri 
çəkilib  bədənləri  lərzəyə  düşdüyü  vaxt  mən  canımı  ona  qalxan  etmişəm. 
Allaha  şükürlər  olsun  ki,  məni  bu  fəzilətlə  əziz  etdi.  Allahın  Rəsulu,  başı 
mənim  sinəmdə  olan  halda  can  verdi.  Ona  təklikdə  qüsl  verdim;  mələklər 
onun pak cəsədini o yana-bu yana döndərirdilər. Allaha and olsun ki, hansısa 
bir  ümmət  öz  peyğəmbərlərinin  vəfatından  sonra  ixtilafa  düçar  olublarsa, 
(həmin vaxt) batil əhli haqq əhlinə qələbə çalıbdır.
1
 
Bu  zaman  o  həzrətin  imanlı  dostu  və  vəfalı  silahdaşı  Əmmar  camaata 
dedi:–Imam sizə bunu bildirmək istəyir ki, ümmət nə işin əvvəlində düzgün 
yol seçdilər, nə də axırında. 
Ibni  Müzahimin  yazdığından  aydın  olur  ki,  Imam  (ə)  bu  sözləri  səfər 
ayının  altısında,  bazar  ertəsi  günü  (axşamçağı)  buyurmuş,  axırda  da  fitnə-
fəsadın  kökünü  kəsmək  üçün  ordunun  hərtərəfli  hücuma  keçməsini 
istəmişdi. 
Imam  (ə)  səfərin  yeddisində,  çərşənbə  axşamı  günü  ordunu  kütləvi 
hücum üçün hazırladı və bir xütbə söyləyərək döyüş taktikasını bəyan etdi. 
ON SƏKKİZİNCİ FƏSİL 
ÜMUMI HÜCUMLAR BAŞLANIR 
Qanlı Siffeyn müharibəsinin başlanmasından səkkiz gün keçirdi, ara-sıra 
hücumlar  və  zirehli  qoşun  bölmələrinin  məhdud  hərəkəti  bir  nəticə 
verməmişdi.  Imam  (ə)  mümkün  qədər  ən  az  tələfat  vermək  yollarını 
fikirləşirdi.  Özü  də  arxayın  idi  ki,  məhdud  dairədə  aparılan  döyüşlərin 
tələfatdan  başqa  heç  bir  nəticəsi  yoxdur.  Buna  görə  də  səfər  ayının 
səkkizində  (çərşənbə  axşamı)  ay  işığında  öz  köməkçilərinə  belə  bir  xütbə 
söylədi:–O  Allaha  şükür  olsun  ki,  Onun  sındırdığı  şey  bir  daha  düzəlməz, 
möhkəmlətdiyi  şey  də  heç  vaxt  sınmaz.  Əgər  O  istəsəydi,  bu  ümmətdən, 
yaxud başqa məxluqlardan hətta iki nəfər belə, bir-biri ilə ixtilaf etməzdilər, 
fəziləti  az  olanlar  fəzilət  sahiblərinin  fəzilətini  inkar  etməzdilər.  Qəzavü-
qədər bizi və bu qrupu bura çəkib gətirdi və bizi bir-birimizlə qarşı-qarşıya 
qoydu.  Hamımız  Allahın  hüzurundayıq.  Əgər  istəsə,  zalımları  təkzib  və 
haqqı  aşkar  etmək  üçün  əzabın  nazil  olmasını  sürətləndirər.  O,  dünyanı 
əməl, axirəti isə əməllərə mükafat verilməsi evi etdi ki, pis əməl sahiblərini, 
yaramaz  əməllərinə  görə  cəzalandırsın,  yaxşı  əməl  sahiblərini  isə  yaxşı 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  4-cü  cild,  səh.181-182;  "Vəqətu-
Siffeyn", səh.223-224 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə