69
Imam (ə) Müzər qəbiləsinin sağ cinahda möhkəm dayanmamasından
xəbərdar olduqda dərhal Maliki çağırıb ona fərman verdi ki, islami inzibatı
itirən bu qəbiləyə belə desin:
"Nə üçün qarşılaşmağı bacarmadığınız
ölümdən müvəqqəti həyata qaçırsınız?!"
Malik məğlubiyyətə uğramış sağ cinahın qarşısında dayanıb Imam (ə)-ın
sözünü onlara çatdırdı və çox həyəcanlı bir çıxışda dedi:–
"Cihad
meydanından qaçmaq izzətin və başıucalığın əldən getməsinə, beytül-
malın tələf olmasına, həyatda zillətə, dünya və axirətdə rüsvayçılığa,
Allahın qəzəbinə və Onun dərdli əzabına səbəb olacaq. Dişlərinizi bir-
birinə bərk-bərk sıxın və düşmənin qarşısına öz başlarınızla çıxın!"
Bunu deyib sağ cinahı nizama saldı, hücumu özü başladı, Müaviyənin
qoşununun (Imam (ə)-ın qoşununun sol cinahı ilə üzbəüz olan) sol cinahını
geriyə oturtdu və Müaviyənin mərkəzi cinahına çatdı.
1
Imam (ə) sağ cinahın məğlubiyyətdən sonra yenidən nizama
salınmasından xoşhal oldu, onlara buyurdu:
"Indi səbirli olun ki, sizə Allah
tərəfindən sabitlik və rahatlıq nazil oldu və Allah sizi yəqinlə möhkəmlətdi.
Məğlub olanlar (döyüş meydanında möhkəm dayanmayanlar) bilsinlər ki,
özlərini ilahi qəzəb və bəla qarşısında qoymuşlar. Cihaddan qaçmaq
həmişə Allahın qəzəbi və zillətlə yanaşıdır."
2
ÖZÜN ÖLDÜRÜRSƏN, ÖZÜN DƏ MATƏM TUTURSAN!
Sənanın şimal şərqində yerləşən Məarib şəhəri onda olan böyük bir
səddə görə məşhurlaşmışdı (bu sədd 542-570-ci illər arasında dağıdılmışdır).
Yəmən qəbilələri bu səddin bərəkətindən inkişaf etmiş və güclü əkinçilikdən
bəhrələnmişlər. Bu sədd "Ərm" adı ilə məşhur olan sel nəticəsində dağılmış,
şəhər əhalisi də Ərəbistanın digər məntəqələrinə səpələnmiş, əksəriyyəti
Şam, Iordoniya, Fələstin və Iraqda məskunlaşmışdılar. Onlar dağınıq halda
olmalarına baxmayaraq, öz əsil-nəsəblərini tamamilə qoruyub saxlamışdılar.
Buna görə də Əzd, Müzər, Kində, Xüzaə və Rəbiə qəbilələrinin bəzi şaxələri
Iraqda,
bəziləri isə Şam, Iordoniya və Fələstində yaşayırdılar.
3
Imam (ə)-ın ordunu tərtib etməkdə seçdiyi yol bu idi ki, Iraqda yaşayan
hər qəbilənin üzvləri həmin qəbilənin başqa yerlərdə yaşayan üzvləri ilə
qarşı-qarşıya dursunlar. Çünki bu cür qarşıdurmalar insani duyğuların təhrik
olunmasına
səbəb olur, nəticədə şiddətli qan axıdılmasının qarşısı alınırdı.
4
Bir gün Xəsəmi qəbiləsinin Şamda yaşayanlarının başçısı Əbdüllah
həmin qəbilənin Iraqda yaşayanlarının başçısı ilə görüşmək istədi. Çox
çəkmədən bu görüş baş tutdu. Şamlı qəbilə başçısı təklif etdi ki, hər ikisi
müharibəni saxlayıb nəticəni gözləsinlər, hansı tərəf qələbə çalsa, onunla
beyət etsinlər. Lakin onların müzakirəsi heç bir fayda vermədi. Çünki iraqlı
qəbilə başçısı bu təklifi heç cür qəbul etmədi və Imam (ə)-dan ayrılmaq
1
"Tarixi-Təbəri", 3-cü cild, səh.14
2
"Tarixi-Təbəri", 3-cü cild, səh.12 "Vəqətu-Siffeyn", səh.250; "Şərhi-Nəhcül-
bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.197-198
3
"Tarixi-Təbəri", 3-cü cild, səh.14
4
"Möcəmül-büldan", 5-ci cild, səh.34-35