Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə74/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   69   70   71   72   73   74   75   76   77

– Heç biri gəlməyəcək, – dedi. – Onların işi var, onlar yatırlar, onlar gəlməyəcəklər. Bala nə demək 
olduğunu ancaq öləndə başa düşərsən. Ah, mənim dostum, heç vaxt evlənməyin, oğul-uşaq sahibi 
olmayın! Siz onlara həyat bəxş edirsiniz, onlar isə sizə ölüm bəxş edirlər. Siz onların bu dünyaya 
gəlməyinə səbəb olursunuz, onlar isə sizi bu dünyadan qovurlar. Onlar gəlməyəcəklər! Mən bunu on il 
əvvəl bilirdim. Mən dəfələrlə bunu özümə söyləmişəm, ancaq yenə də inanmaq istəmirdim. 
Qızarmış göz qapaqlarında iki damcı yaş göründü: göz yaşları  yanaqlarına axdı. 
– Ah, mən varlı olsaydım, öz sərvətimi onlara verməyib özümdə saxlasaydım, qızlarım bu saat mənim 
yanımda olardılar, üzüm onların busələrindən par-par parıldardı. Mən xüsusi malikanədə, gözəl 
otaqlarda yaşardım, yanımda xidmətçilərim olardı, otaqlar isti olardı, qızlarım ərləri ilə, uşaqları ilə 
birlikdə göz yaşı tökə-tökə gələrdilər. Bu hamısı belə ola bilərdi. İndi isə heç bir şeyim yoxdur. Pul 
bahasına hər şeyi satın almaq olar, hətta qızlarını belə satın ala bilərsən. Ah, mənim pullarım, 
hardasınız?! Mən varislərimə xəzinələr qoyub getsəydim, qızlarım mənim yanımdan uzaqlaşmazdılar. 
Məni müalicə edərdilər. Mən onların səslərini eşidər, onların üzünü görərdim. Ah, mənim mehriban 
oğlum, mənim yeganə balam, mən yurdsuz, yuvasız bir dilənçi olmaq istərdim. Heç olmasa, yoxsul əmin 
ola bilər ki, onu ancaq özünə görə sevirlər. Yox, yox, mən varlı olmaq istərdim, o zaman onların da üzünü 
görərdim.. Ancaq kim bilir? Onların qəlbi daş kimidir. Mən onları həddən artıq sevərdim ki, onlar da məni 
sevsinlər. Atalar mütləq varlı olmalıdırlar, uşaqlarının cilovunu kəhər atlar kimi öz əlində saxlamalıdırlar. 
Amma mən onların qarşısında hər zaman diz çökmüşəm. Yaramazlar! Onlar son on il ərzində mənimlə 
etdikləri rəftarı tamamlayırlar. Ərə getdikdən sonra birinci illər mənimlə nə qədər mehriban olduqlarını 
bilsəydiniz! Ah, başım nə yaman ağrıyır, nə dəhşətlidir! Mən hər birinə səkkiz yüz min frank cehiz verdim. 
O zaman nə onlara, nə    ərlərinə mənimlə təklifsiz rəftar etmək yaraşmırdı. Məni həmişə qəbul edirdilər: 
“Ata, burada otur, ata, orada otur!” Həmişə süfrədə mənim özümə məxsus çəngəl-bıçağım olardı. Ərləri 
mənə hörmət edərdi, mən onlarla birlikdə nahar edərdim. Onlar məndə hələ bəzi şeylər olduğunu zənn 
edirdilər. Buna səbəb nə idi? Mən heç vaxt onları öz işlərimlə tanış etməmişəm. Lakin səkkiz yüz min 
frank cehiz verən adam, hər halda, ehtirama layiqdir. Hamısı mənim başıma fırlanırdı. Əlbəttə, buna 
səbəb ancaq pullarım idi. Dünya pis dünyadır. Mən bunu öz gözlərimlə görmüşəm. Məni karetd  teatrlara 
aparırdılar, müsamirələrində ürəyim istədiyi qədər əyləşə bilirdim. Xülasə, onlar mənim qızım sayılırdılar, 
mənim ata olduğumu etiraf edirdilər. Mən hələ həssaslığımı itirməmişəm, məndən heç şey gizlətmək 
olmaz. Hər şeyi görərdim, hər şeyi başa düşərdim, hər şey ürəyimə xəncər kimi batardı. Mən bunun bir 
saxtakarlıq olduğunu bilirdim, ancaq dərdimə heç bir çarə yox idi. Mən özümü onların evində burada hiss 
etdiyim kimi sərbəst hiss etməzdim. Mən ürəyimin sözünü danışa bilməzdim. Bəzən kübar qonaqlardan 
biri kürəkənlərimin qulağına əyilib soruşardı: 
– Bu kimdir? 
– Bu, bizim atamızdır, pullu adamdır, varlıdır. 
Qonaqlar cavabında: 
– Bəli, belə, afərin, afərin! – deyərdilər və mənə... daha doğrusu, pullarıma ehtiramla baxardılar. Əlbəttə, 
bəzən mən bir az onları darıxdırardım, lakin hər halda, bu darıxmanın haqqını vermişdim, qüsurlarım 
bağışlanardı. Kimin qüsuru yoxdur? Başım dərin yara kimi ağrıyır! Bu saat mən çox əzab çəkirəm, elə bu 


əzabların şiddətindən ölə bilərəm, ancaq mənim əzizim cənab Ejen, Anastazinin bir baxışla mənə verdiyi 
əzabın yanında bu heç şeydir: mən bu dəhşətli əzabı Anastazinin ilk dəfə mənim axmaq bir söz 
danışdığıma işarə ilə məni rüsvay etdiyi zaman duydum. Onun bu baxışından damarlarımda qan dondu. 
Mən mətləbin nə yerdə olduğunu aydınlaşdırmaq istədim, ancaq yer üzündə artıq adam olduğumu 
anlaya bildim. Təsəlli tapmaq üçün mən o biri gün Delfinanın yanına getdim, lakin orada da bir sarsaqlıq 
elədim, qızımın qəzəbinə səbəb oldum. Bu hadisələr mənə o qədər təsir etmişdi ki, ağlım belə başımda 
deyildi. Bir həftə əziyyət çəkdim, bilmirdim nə edim. Töhmətlərindən qorxduğum üçün yanlarına 
getməyə cəsarət etmirdim, nəticədə iş bu yerə gə ib çıxdı ki, onların qapısı mənim üzümə bağlandı. 
Aman yarəb, pərvərdigara! Mənim nə qədər dərd çəkdiyimi, iztirab gördüyümü sən özün ki bilirsən! Sən 
bu müddət ərzində mənə vurulan ağır yaraların hesabını çəkirsən, bunların məni dəyişdiyini, qocaltdığını, 
saçlarımı ağartdığını, lap öldürdüyünü bilirsən! Bəs sən nə üçün mənə indi də əzab verirsən, yarəb? 
Mənim günahım ancaq mənim şiddətli məhəbbətim idi. Mən ki bu günahımın cəzasını çəkmişəm! Onlar 
mənim bu məhəbbətimi zülmlə qarşıladılar, bədənimi cəllad kimi yırtdılar, dağıtdılar! Çarəm nədir! 
Atalar həmişə axmaq olarlar. Mən onları o qədər sevirdim ki... Qumarbaz qumarxanadan ayrıla bilmədiyi 
kimi, onlar da hər zaman məni cəzb edirdilər. Mənim cinayətim, mənim eşqim, ehtirasım, mənim hər 
şeyim mənim qızlarım idi. Ürəkləri bir şey istəyəndə qulluqçuları mənə söylərdi, mən də məni daha yaxşı 
qəbul etsinlər deyə istədiklərini alıb bağışlardım. Bununla belə, qızlarım kübar cəmiyyətində özümü necə 
aparmaq haqqında mənə dərs verdilər. Ancaq bu dərsin nəticəsini gözləmədilər, yalnız mənim üçün 
qızarmağa, utanmağa başladılar. Bəli, bəli, uşaqlara yaxşı tərbiyə verməyin nəticəsi budur! Axı mən qoca 
yaşımda təzədən məktəbə daxil ola bilməzdim! Aman Allah, nə dəhşətli ağrılardır! Həkim çağırın! Həkim 
çağırın! Başımı yarsaydılar, bir az dincələrdim! Qızlarım, aman qızlarım, Anastazi, Delfina, siz haradasınız? 
Mən onları görmək istəyirəm! Onların       nca jandarm göndərin, onları zorla buraya gətirin! Ədalət 
mənim tərəfimdədir, təbiət mənim tərəfimdədir, qanunlar da mənim tərəfimdədir! Mən etiraz edirəm. 
Atalar ayaqlar altında tapdalanarlarsa, vətən məhv olar. Bu, aydın məsələdir. Bütün cəmiyyət, bütün 
dünya atalıq hissi üzərində qərar tutmuşdur, balalar öz atalarını sevməzlərsə, hər şey dağılar. Ah, mən 
onların yalnız üzünü görə bilsəydim, səsini eşidə bilsəydim! Qoy nə danışırlar danışsınlar, nə fərqi vardır, 
mən yalnız onların səsini eşitmək istəyirəm. Xüsusilə Delfinanın səsinə ehtiyacım var, onun səsi mənim 
ağrımı azaldardı. Ancaq onlar buraya gələrlərsə, xahiş edərsiniz ki, həmişəki kimi mənə soyuq nəzərlə 
baxmasınlar. Ah, mənim dostum, cənab Ejen, baxışlarda parlayan qızılın boz bir qurğuşuna çevrildiyini 
görməyin nə qədər ağır olduğunu siz bilməzsiniz... Qızlarımın gözləri məni öz şüaları ilə artıq 
isindirmədikləri gündən bəri, mənim ömrüm soyuq qışa dönmüşdür, hirsimi, acımı unutmaqdan başqa 
çarəm qalmamışdır. Mən çox acıları ürəyimdə gizlətmişəm, çox həqarətlərə dözmüşəm. Mən hər ikisini o 
qədər sevərdim ki, hər bir təhqirə dözər, bu təhqir bahasına balaca fərəhlərimi satın alardım. Ata da öz 
qızları ilə oğru kimi görüşərmi? Mən onlara bütün ömrümü fəda etdim, halbuki onlar bu gün mənim 
üçün bir saatı belə əsirgəyirlər! Atəş, ucalıq məni yaxıb-yandırır, içim od tutub yanır, ancaq onlar mənim 
can verməyimi yüngülləşdirmək üçün belə gəlmirlər... Mən artıq ölürəm, mən öldüyümü hiss edirəm. 
Görünür, onlar atanın cənazəsi üstündən keçmək nə olduğunu bilmirlər! Göydə Allah var, biz ataların 
intiqamını Allah alacaq, bizim xəbərimiz belə olmayacaq, yox, yox, onlar gələcəklər! Gəlin, ey mənim əziz 
balalarım, son dəfə mənim üzümdən öpün, ölüm duası əvəzində atanıza son busənizi verin, o, sizin üçün 
Allaha yalvaracaq, sizin yaxşı qız olduğunuza şəhadət edəcəkdir! O, sizi Allah dərgahında müdafiə 
edəcəkdir! Hər halda, günah onlarda deyildir. Dostum, onlar müqəssir deyillər. Bunu bütün dünyaya 
söylərsiniz ki, mənim üçün onları məzəmmət etməsinlər. Günah məndədir. Məni ayaqlar altında 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə