Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə69/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

həyatımın qalan günlərini ona qurban verərdim. İndi işin nə yerdə olduğunu görürsünüz: mən hər şeyə 
tab gətirə bilərdim, ancaq sondəfəki pulsuzluğum mənim bütün varlığımı alt-üst elədi. Yo-ox. Mən çox da 
fikirləşmədim, elə birnəfəsə, qızışıb, kəmərləri və qab-qaşığı altı yüz franka satdım, sonra isə öz ömürlük 
rentamı Qobsek dayıya      dörd yüz franka girov qoydum. Nə eybi var, quru çörək yeyərəm! 
Cavanlığımda quru çörəklə az dolanmamışam, indi də birtəhər keçinərəm. Bunun əvəzində mənim Nazim 
öz gecəsini şad-xürrəm keçirər. Onun paltarı hamınınkından qəşəng olacaqdır. Min franklıq kağız 
yastığımın altındadır. Yazıq Nazini şad edəcək bir şeyin başımın altında olduğunu duyduqca, ürəyim isinir, 
fərəhlənirəm. İndi o, bu yaramaz Viktorinanı qova bilər. Heç belə şey görünübdür ki, qara aş öz xanımına 
inanmasın? Sabah mən yaxşı olacağam. Saat onda Nazi yanıma gələcək. Mən qətiyyən istəmirəm ki, 
onlar mənim xəstə olduğumu bilsinlər, Allah eləməsin, bala getməyib mənə qulluq etməyə başlarlar. 
Sabah Nazi öz uşağını öpən kimi məni öpəcək, onun nəvazişi məni sağaldacaq. Nə təfavütü var: bu min 
frank dərmanlara gedəcəkdimi? Mənim dərmanım Nazidir, bu pulu ona verərəm, başına gələn müsibəti 
unudar. Bu vasitə ilə ona ömürlük qazanc           görə öz günahımı yuya bilərəm. Qızım uçurumun 
dibindədir, mən isə onu oradan çıxarmaq iqtidarında deyiləm. Ah, mən yenə ticarət işlərinə 
başlayacağam. Taxıl üçün Odessaya gedəcəyəm. Orada buğda bizim yerlərə nisbətən üç dəfə ucuzdur. 
Doğrudur, taxıl gətirmək qadağan edilib, ancaq qanun tərtib edənlər taxıl məhsulunu qadağan etməyi 
unudublar. Odur ha! Mən bunu bu səhər başa düşmüşəm. Nişastadan çox pul qazanmaq olar. 
Ejen qocaya baxaraq: 
“Bu, dəli olmuşdur”, – deyə düşündü. 
– Yaxşı, – dedi, – sakit olun, danışmaq sizə ziyandır. 
Byanşon qayıdandan sonra Ejen xörək yemək üçün aşağı düşdü. Onlar növbə ilə gecəni xəstənin yanında 
keçirdilər. Biri tibb kitabları oxuyur, o biri isə anasına və bacılarına məktub yazırdı. O biri günün səhəri, 
Byanşonun mülahizəsinə görə, xəstənin vəziyyəti yaxşılaşmışdı. Ona daim qulluq etmək lazım gəlirdi ki, 
bunu da ancaq bu iki tələbə edə bilərdi. O dövrdəki ədəbi dilin bəkarətini pozmamaq üçün bunu təsvir 
etməkdən vaz keçməyə məcburuq. Qocanın taqətdən düşmüş bədəninə zəli qoyulur, bundan sonra 
təpitmə, ayaq vannası və cürbəcür müalicə vasitələrindən istifadə olunurdu. Bu isə yalnız iki gəncin 
fədakarlığı və qüvvəsi sayəsində mümkün idi. Qrafinya de Resto özü gəlməyib, pul           adam 
göndərmişdi. 
Qoca: 
– Mən onun özünün gələcəyini zənn edirdim. – Sonra isə bu hadisədən məmnun kimi əlavə etdi: – Eybi 
yoxdur, gəlib pərişan ola bilərdi. 
Axşam saat yeddidə Delfina Tereza ilə bir məktub göndərdi: 
“Dostum, siz nə ilə məşğulsunuz? Siz məni yenicə sevmisiniz, elə bu tezliklə də etinasızlıq göstərməkmi 
istəyirsiniz? Bir-birimizlə səmimi söhbətlər edərkən mən sizin safürəkli olduğunuzu anladım; siz, əlbəttə, 
hissin hər çalarını duyduqdan sonra axıra qədər sədaqətli qalan adamlardansınız. Söylədiyiniz kimi, 
Musanın duasını* dinlərkən, dediniz ki, “bəziləri üçün bu, eyni avazdır, lakin başqaları üçün intəhasız bir 


musiqidir”. Unutmayın ki, bu axşam biz vikontessa de Boseanın balına getməliyik, sizi gözləyəcəyəm. Bu 
səhər markiz d’A udanın nikah sənədin                                 qəti müəyyən edilmişdir, zavallı vikontessa isə 
bunu ancaq saat ikidə bilmişdir. Qrev meydanında edam zamanı camaat özünü meydana verdiyi kimi, bu 
gün də bütün Paris vikontessanın evinə axışacaq. Qadının öz dərdini necə gizlədə biləcəyinə, qəşəng bir 
əda ilə can verəcəyinə tamaşa etmək üçün getməkdən də böyük bir rəzalət olarmı? Əgər mən onun 
evinə birinci dəfə getməsəydim, əlbəttə, vaz keçərdim. Ancaq aydın məsələdir: bir daha onun evində 
qəbul mərasimi olmayacaq; odur ki mənim bu evi ziyarət etmək üçün göstərdiyim cəhdlər mənasız ola 
bilər. Mənim vəziyyətim başqalarının vəziyyətinə bənzəməz. Bundan başqa, mən ora yalnız özüm üçün 
deyil, sizin xatiriniz üçün də gedirəm. Sizi gözləyəcəyəm, əgər iki saatdan sonra mənim yanımda 
olmasanız, bu xəyanəti necə bağışlayacağımı bilmirəm”. 
Rastinyak qələmi əlinə alıb bu cavabı yazdı: 
“Mən atanızın sağ qalıb-qalmayacağını öyrənmək üçün həkim gözləyirəm. Atanız can verir. Mən sizə 
həkimin qərarını gətirəcəyəm, ancaq çox qorxuram ki, bu, ölüm qərarı olsun. İndi özünüz fikirləşin: siz 
bala gedə bilərsinizmi? Sizi məhəbbətlə öpürəm”. 
Həkim saat doqquzun yarısında gəldi: onun gəldiyi nəticə mənfi olsa da, o, xəstəliyin mütləq ölümlə 
nəticələnə biləcəyini güman eləmirdi. Xəstənin vəziyyəti gah yaxşılaşacaq, gah da xarablaşacaqdı. 
Qocanın həyatını və ağlını itirməməsi də bundan asılı idi. Həkimin son rəyi belə oldu: “Onun tez ölməsi 
daha yaxşıdır”. 
Ejen Qorio atanı Byanşona tapşırıb, madam de Nusingenin yanına getdi. Apardığı xoş xəbər deyildi, hələ 
qəyyumluq vəzifəsi hissəsindən məhrum olmayan Ejen elə zənn edirdi ki, bu xəbər heç bir sevincə yol 
verməyəcəkdir. Qorio yatmış kimi görünürdü, lakin Rastinyak otaqdan çıxanda qoca başını qaldırdı və 
dedi: 
– Ona deyərsiniz ki, narahat olmasın, şənlənsin. 
Cavan Ejen Delfinanın yanına gəldiyi zaman qəm-qüssə içində idi. Delfina isə artıq özünə təravət vermiş 
və ayaqqabılarını geymişdi, bal paltarını da geyinib yola düşməyə hazırlaşırdı. Lakin son dəfə yığışmağın 
lövhəni çəkib qurtaran bir rəssamın son nəqşlərinə bir növ bənzəyişi var: bu son nəqşlər əsas işdən daha 
çox vaxt lələb edir. 
Delfina təəccüblə soruşdu: 
– Siz hələ geyinməmisiniz? 
– Baronessa, sizin atanız... 
Delfina Ejenin sözünü kəsərək: 
– Yenə atam! – dedi. – Xahiş edirəm, qızlıq vəzifəmi mənə öyrətməyin Mən atamı çoxdan tanıyıram, 
Ejen, bu barədə bir kəlmə də danışmayaq! Siz geyinməyincəyə qədər mən sizə qulaq asmayacağam. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə