Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə66/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

Qoca, qızının qəzəbini özünə tərəf yönəltdiyindən məmnun görünürdü. Oturaraq: 
– Ah, – dedi, – siz mənim ürəyimi parçaladınız. Mən artıq ölürəm, balalarım. Başım od tutub yanır. 
Mehriban olun, bir-birinizlə yaxşı rəftar edin, bir-birinizi sevin! Siz məni öldürəcəksiniz. Nazi, Delfina, siz 
ikiniz də həm haqlısınız, həm də haqsızsınız. – Qorio ata yaşarmış gözlərini baronessaya doğru qaldıraraq: 
– Mənə bax, Dedel, – dedi, – ona on iki min frank lazımdır, gəl bu pulu axtarıb tapaq. Bir-birinizə  əc 
baxmayın. 
Qorio Delfinanın qarşısında diz çökdü. Qulağına pıçıldadı: 
– Mənim xatirim üçün ondan üzr istə. Axı o daha çox bədbəxtdir. Yalvarıram. 
Delfina iztirabın şiddətindən atasının üzündə sezdiyi vəhşi və divanə ifadədən təlaşa düşərək: 
– Mənim yazıq Nazi bacım, – dedi, – mən sənə qarşı haqsızlıq etdim, öp məni... 
Qorio ata çığırdı: 
– Ah, siz mənim yarama məlhəm qoyursunuz. Ancaq bu on iki min frankı mən haradan tapım? Bəlkə, bir 
başqasının əvəzinə əsgərliyə getsəm... 
Bacılar atalarını qucaqlayıb, bir səslə çığırdılar: 
– Ata, sən nə danışırsan, ata? Heç belə şey olar? 
Delfina: 
– Sizin mükafatınızı Allah versin, ata, elə bu niyyət üçün biz sizə ömür boyu dua etməliyik. Elə deyilmi, 
Nazi? 
Qrafinya dedi: 
– Bundan başqa, ata, bu, dəryada bir damla mislində olardı. 
Qoca ümidsizliklə: 
– Demək, mən öz qanımın bahasına də kömək etmək iqtidarında deyiləm? – dedi. – Səni xilas edən 
adama mən qul olardım, Nazi! Mən onun yolunda adam belə öldürərdim... Votren kimi katorqaya 
gedərdim. Mən... – O, birdən, ildırım vurmuş kimi duruxdu. Saçlarını yolaraq: – Daha heç bir şeyim 
qalmadı! – dedi. – Ah, haradan oğurlamaq mümkün olduğunu bilsəydim... Heyif ki, belə bir yer tapmaq 
mümkün deyil... Bankı yarmaq üçün adam lazım, vaxt lazım... Görünür, mənim ölüm məqamım yetişib: 
daha başqa çarəm qalmadı. Mən artıq heç bir şeyə yaramıram, mən artıq ata belə deyiləm. Yox! Qızım 
ehtiyac içində, o, məndən xahiş edir, amma mən... Mənim heç bir şeyim yoxdur. Ah, qoca əclaf, avara 
qoca, sənin iki qızın var, amma sən özün üçün ömürlük renta düzəltmisən! Demək, sən onları sevmirsən? 
Öl, it kimi gəbər! Mən itdən də betərəm, it daha yaxşı rəftar edərdi! Ah, başım çatlayır! Od içində yanır! 
Qadınlar, qoca öz başını divara çırpmasın deyə, onun qollarından tutub qucaqladılar: 


– Ata, bəsdir. Özünüzü ələ alın! 
Qorio hıçqıra-hıçqıra ağlayırdı. Bütün bu hadisədən dəhşətə gələn Ejen, Votrenə verdiyi vekseli götürdü. 
Vekselin möhürü böyük məbləğ üçün də yarayırdı. Ejen rəqəmi dəyişdi, Qorionun adına on iki min 
franklıq bir veksel düzəltdi və içəri daxil oldu. 
Vekseli qrafinyaya uzadaraq: 
– Madam, – dedi, – istədiyiniz məbləği ala bilərsiniz. Mən yatmışdım, sizin söhbətinizdən oyandım, 
bunun sayəsində cənab Qorioya nə qədər pul borclu olduğumu aydınlaşdırdım. Bu vekseli alıb qeyd 
etdirə bilərsiniz, mən öz vaxtında ödəyərəm. 
Qrafinya, əlində veksel, hərəkətsiz dayanmışdı. Hiddətindən, həyəcanından, hirsindən bədəni titrəyə-
titrəyə, üzü sapsarı saralmış halda: 
– Delfina, – dedi, – Allah şahiddir ki, mən sənə çox şeyləri bağışlamışam, ancaq bunu səndən 
gözləməzdim!.. Cənab de Rastinyak qonşu otaqda imiş, sən bunu bilirdin! Sən nə qədər alçaq qadınsan 
ki, məndən belə dəhşətli bir intiqam alırsan, mənim sirlərimi, mənim həyatımı, uşaqlarımın taleyini, 
abrımı, namusumu buna satmağa məcbur etdin! Yadında saxla, artıq sən mənim üçün heç şeysən, mən 
sənə nifrət edirəm, mən də səndən intiqam alacağam... mən... 
Anastazi hiddətindən danışa bilmirdi, boğazı qurumuşdu. 
Qorio ata dedi: 
– Qızım, bu da mənim öz oğlumdur, sənin qardaşındır, sənin xilaskarındır! Nazi, qızım, qucaqla onu! 
Görmürsənmi, mən onu ata kimi qucaqlayıram. – Qoca çılğıncasına Ejeni bağrına basıb sıxırdı. – Ah, 
mənim balam! Mən sənin üçün atadan da artıq olacağam. Mən sənə ailəni əvəz edəcəyəm. Bütün 
dünyanı sənin ayaqların altına atmaq üçün mən Allah olmaq istərdim. Nazi, nə üçün onu öpmürsən, 
Nazi? Bu, insan deyil,mələkdir, göylər mələyidir. 
Delfina: 
– Ata, – dedi, – onu sakit burax. Bu saat onun ağlı başında deyildir. 
Qrafinya dedi: 
– Mənim ağlım başımda deyil! Mən ağlımı itirmişəm? Bəs sən kimsən, sən nəsən? 
Qorio ata: 
– Balalarım, susmasanız, mən öləcəyəm, – dedi və güllə dəymiş kimi çarpayının üstünə yıxıldı. Qoca 
ancaq bunu pıçıldaya bildi: 
– Onlar məni öldürdülər! 


Qrafinya Ejenin üzünə baxdı. O, gördüyü bu səhnədən mütəəssir olaraq, mat-məətəl, yerində 
dayanmışdı. 
Delfina cəld atasının jiletini açdı. Qrafinya atasına belə əhəmiyyət vermədən, üzünün ifadəsi, baxışı, 
səsinin ahəngi ilə bir şey soruşurmuş kimi yalnız: 
– Cənab Rastinyak... – deyə bildi. 
Rastinyak sualı gözləmədən: 
– Qrafinya, – dedi, – mən borcumu vaxtında verəcəyəm və susacağam. 
Delfina çarpayının üstə bihuş düşmüş qocanı göstərərək, məzəmmətlə bacısına: 
– Nazi, – dedi, – sən atamızı öldürdün. 
Ancaq qrafinya buna əhəmiyyət vermədi, cəld otaqdan çıxdı. 
Qoca, gözlərini açaraq: 
– Mən onu əfv edirəm, – dedi. – vəziyyəti çox ağırdır, hər kəs başını itirə bilər. Naziyə təsəlli ver, onunla 
mehriban ol, bunu can verən atana vəd et. 
Qoca Delfinanın əlini sıxaraq yalvarırdı. 
Delfina qorxmuş halda: 
– Ata, sizə nə olmuşdur? 
– Heç bir şey, qızım, keçər. Başımı nə isə sıxır, baş ağrısıdır. Görəsən, zavallı Nazinin gələcəyi necə 
olacaq? 
Bu      qrafinya geri qayıtdı və atasının ayaqları altına düşdü. 
– Məni bağışla, ata, – dedi. 
Atası: 
– Sən bu sözlərlə ürəyimi daha da parçalayırsan, – deyə bildi. 
Qrafinyanın gözləri yaşarmışdı. Üzünü Rastinyaka tutub: 
– Cənab Rastinyak, – dedi, – dərdimin şiddətindən mən sizə qarşı haqsızlıq etdim. – Əlini Ejenə doğru 
uzatdı. – Mənim qardaşım olarsınızmı? 
Delfina da bacısını qucaqlayaraq: 
– Nazi, mənim mehriban bacım, hər şeyi yaddan çıxaraq, – dedi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə