Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə63/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

var! Demək, onun bu ticarət işlərində iştirakı qiymətli kağızlar, qəbzlər, müqavilələrlə isbat olunmalıdır. 
Qoy o, bütün sənədləri sənə göstərsin, səninlə haqq-hesabını qurtarsın. Biz də mənfəətli işləri özümüz 
üçün seçərik və bəxtimizi sınayarıq; bu surətlə bizim qanun tərəfindən təsdiq edilmiş bir firmamız olar: 
öz zövcəsi baron de Nusingenlə təqsimi vəziyyətində olan Delfina Qorionun firması. Yoxsa o, bizi axmaq 
yerinə qoyub? Yoxsa o, belə zənn edir ki, mən sənin var-yoxunu itirib, bir parça çörəyə möhtac olduğunu 
bilə-bilə, iki gün dözə bilərəm?! Xeyr, mən bir gün belə, bir gecə belə, iki saat belə dözə bilmərəm! Əgər 
bu, həqiqət olarsa, mən sağ qalmaram! Hələ bu azdır! Mən qırx il zəhmət çəkmişəm,           kisə 
daşımışam, qan-tər tökmüşəm, sizin üçün bütün ömrüm boyu özümü hər şeydən məhrum etmişəm. 
Yalnız siz, mənim mələk qızlarım, yalnız siz mənim hər bir yükümü, hər bir zəhmətimi 
yüngülləşdirmisiniz! İndi isə mənim həyatım, mənim sərvətim puç olub gedəcək! Hiddətimdən, 
qəzəbimdən partlaram! And olsun müqəddəs göylərə, and olsun torpağa, biz onun iç üzünü açacağıq, 
dəftərləri, kassanı, müəssisələri, hər şeyi yoxlayacağıq! Sərvətinin yerli-yerində olduğunu sübut 
etməyincə gözümə yuxu getməyəcək, boğazımdan çörək keçməyəcək! Şük r olsun Allaha ki, sənin 
mülkünün idarəsi onunkundan ayrıdır! Xoşbəxtlikdən, sənin vəkilin namuslu adamdır. Dervilin özüdür. 
Allaha and olsun! Milyonc ğazın özünə qalacaq, sən ömrünün son günlərinə qədər ildə əlli min gəlirini 
alacaqsan, yoxsa mən Parisdə elə bir tufan qopardaram ki, bütün dünya mat qalar! Əgər bizim haqqımızı 
məhkəmələrdə tapdalasalar, hər iki  alataya müraciət edəcəyəm. Mən sənin pul cəhətdən təmin 
olunmağına əmin olmalıyam. Buna əmin olsam, dərdim azalar, üzüm gülər. Pul həyat deməkdir. Pul hər 
şey deməkdir. Gör sənin bu Elzas kötüyün bizi nə yerə qoyur! Delfina, qollarına zəncir taxan və səni 
bədbəxt edən bu piyli donuza bir liar belə güzəştə getmə! Əgər onun sənə ehtiyacı varsa, boynunu elə 
möhkəm burarıq ki, bir də ona dərs olsun! Allah, Allah! Başım od tutub yanır, elə bil, kəlləmin içinə od 
vurublar! Mənim Delfinam dilənçi günündə qalsın? Sən? Ah, Fifinacığım! Lənət şeytana! Hanı mənim 
əlcəklərim! Gedək, gedək bu saat, mən hər şeyi yoxlamaq istəyirəm: dəftərləri, n  d pulunu, məktubları, 
işləri, hər şeyi yoxlayacağam. Sərvətinin təhlükə altında olmadığını sübut edincəyə qədər mən 
sakitləşməyəcəyəm. Mən bunu öz gözlərimlə görməliyəm. 
– Mehriban ata, ehtiyatlı olun! Əgər siz bu məsələyə zərrə qədər belə intiqam hissi qarışdırsanız, həddən 
artıq ədavətə başlasanız, mən məhv oldum. O, sizi yaxşı tanıyır və sizin təsiriniz altında cehizimin taleyi 
ilə maraqlandığımı tamamilə təbii bir şey hesab edir, lakin and içirəm ki, mənim sərvətim onun əlindədir, 
ancaq o, bu sərvəti əldən verməməyi qət etmişdir. Bu alçaq bütün kapitalı götürüb qaça bilər, əlimiz 
boşa çıxar! O çox yaxşı bilir ki, adım rüsvay olmasın deyə onu təqib etməyəcəyəm. O həm acizdir, həm də 
qüvvətli. Mən hər şeyi ətraflı düşünmüşəm. Biz onu elə dərəcəyə çatdıra bilərik ki, o məni tamam müflis 
etdirər. 
– Demək, o, fırıldaqçıdır? 
Delfina ağlaya-ağlaya özünü kresloya atdı və: 
– Bəli, ata, bəli, elədir ki var, – dedi. – Məni belə bir adama ərə verdiyiniz üçün məyus olmağınızı 
istəmədiyimə görə bunu etiraf etmək istəmirdim. Onun gizli vərdişləri, vicdanı, ruhu, bədəni bir-birindən 
geri qalmaz. Bu, dəhşətli şeydir! Mən ondan ikrah edirəm, nifrət edirəm! Onun mənə söylədiyi sözlərdən 
sonra mən bu alçaq adamı görmək iqtidarında deyiləm. Onun mənə danışdığı maliyyə fırıldaqları ilə 
məşğul olmağa qadir olan bir şəxsin zərrə qədər vicdanı yoxdur. Mənim bütün qorxduğum da onun 


ürəyini açıqdan-açığa oxuya bilməyimdir. Təsəvvür edin, o, yəni mənim ərim, mənə tam azadlıq təklif 
etdi, siz bunun nə demək olduğunu başa düşürsünüzmü? O yalnız bir şərt qoydu ki, mən onun əlində alət 
olmalıyam, sözün qısası, onun fırıldaqları üçün bir pərdə olmalıyam. 
Qorio ata çığırdı: 
– Unutma ki, qanun var, məhkəmə var, bu cür kürəkənlər üçün Qrev meydanı var! Əgər cəllad tapılmasa, 
mən özüm onun başını gil otində vuraram! 
– Yox, ata, onun qarşısında qanunlar da acizdir. Nusingenin mənə danışdıqlarını iki kəlmə ilə, bəzək üçün 
söylədiyi sözlərdən təmizlənmiş şəkildə sizə söyləyə bilərəm: “Ya hər şey məhv olacaq, sizin bir liarınız 
belə qalmayacaq, iflas olacaqsınız, çünki sizdən başqa özümə köməkçi tapmaq mənim üçün mümkün 
deyildir; ya da gərək siz başladığım işləri axıra qədər aparmağa mənə imkan verəsiniz”. Aydındırmı? O, 
hələ mənimlə hesablaşır. O, mənim qadın namusuma inanır, o bilir ki, mən onun sərvətini 
mənimsəməyəcəyəm, öz sərvətimlə kifayətlənəcəyəm. Mən bu fırıldaqçı, şərəfsiz şirkətə razılıq verməyə 
məcburam, çünki razı olmasam, iflas olacağam. O, mənim vicdanımı satın alır və ürəyim istədiyi qədər 
Ejenə arvad olmağa icazə verir. O deyir ki: “Mən sənə hər bir günah işlətməyə icazə verirəm, sən də 
mənə yoxsulları qarət etmək üçün zülmlə məşğul olmağa imkan verməlisən!” Onun bu mülahizəsi də 
aydın deyilmi? Hələ siz onun əməliyyat nəyə dediyini bilirsinizmi? O, öz adına boş yerləri satın alır, sonra 
isə əlaltı adamlara bu yerdə ev tikməyi tapşırır. Bu adamlar da ev tikməyi podratçılara tapşırır və onlara 
uzunmüddətli veksellər verir, sonra isə cüzi məbləğ müqabilində mənim ərimə tikinti pulunun alınması 
haqqında qəbz verirlər. Bu surətdə evin sahibi Nusingen olur, əlaltı adamlar isə özlərini müflis elan 
edərək, podratçıları aldadırlar. Nusingen ticarət evinin firması bədbəxt inşaatçıların gözündən pərdə 
asmaq üçündür. Mən onun bu fırlıdağını başa düşdüm. Başa düşdüyüm başqa bir şey də var: Nusingen 
çox pul xərcləməyə məcbur olduğunu isbat etmək məqsədi ilə Amsterdama, Neapola, Londona, Vyanaya 
böyük məbləğdə pul köçürmüşdür. Biz bu pullar            bilərikmi? 
Ejen Qorio atanın otaqda yıxıldığını və dizlərinin boğuq bir səslə döşəmə taxtasına dəydiyini duydu. 
Qoca çığırırdı: 
– Pərvərdigara, mən sənə neyləmişəm? Mənim qızım qəddar bir əclafın əlindədir, o, nə tələb edirsə, 
qızım əməl etməyə məcburdur! Qızım, əziz balam, bağışla məni! 
Delfina dedi: 
– Bəli, əgər mən uçuruma yuvarlanmışamsa, bunda, bəlkə, siz də müqəssirsiniz. Biz ərə getdiyimiz zaman 
hələ ağılsız oluruq. Məgər biz dünya, kişilər, işlər, adətlər nə olduğunu başa düşürükmü? Bizim 
əvəzimizdə atalar düşünməyə məcburdurlar. Mehriban ata, bu sözləri söylədiyimə görə məni bağışlayın, 
mən sizi heç şeydə məzəmmət etmirəm. Bu məsələdə bütün günah mənim özümdədir. Ata, ağlama, ata! 
Delfina Qorionun alnından öpdü. 
– Sən də ağlama, mənim sevimli Delfinam! Yaxın gəl, qoy sənin göz yaşlarını dodaqlarımla qurudum. 
Mənə bax, qızım! Bu saat ağlımı başıma yığaram, ərinin kələfini açaram. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə