Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə60/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

Mən cəhənnəmə də gedə bilərəm. – Artıq nə deyəcəyini bilməyən qoca Qorio: – Gəlin nahar edək, nahar 
edək, burada hər şey bizimdir, – dedi. 
– Ah, sevimli atam! 
Qoca ayağa durdu, qızına yaxınlaşdı, başını əlinə alıb, saçlarının tağından öpdü. 
– Mənim balam, sən heç zəhmət çəkmədən mənə nə qədər xoşbəxtlik verə biləcəyini başa düşsəydin! 
Mənim otağım yuxarıdadır. İki addım yuxarı qalxıb mənim yanıma gəlsəydin, nə olardı ki?! Sən mənə vəd 
edirsənmi? 
– Bəli, sevimli atam. 
– Təkrar elə. 
– Bəli, sevimli atam. 
– Sus, yoxsa mən      bu sözləri yüz dəfə təkrar etməyə məcbur edə bilərəm. Gəlin nahar edək. 
Bütün axşam əyləncələr içində keçdi. Qorio ata hamıdan çox əylənirdi. O, qızının ayaqları yanında uzanıb, 
onları öpür, başını onun ətəklərinə sürtür, mehriban, cavan aşiq kimi divanəlik edirdi. 
Delfina Rastinyaka pıçıldayaraq: 
– Görürsünüzmü? – dedi. – Atam bizim yanımızda olanda, bütün varlığımızla ona tabe olmalıyıq. Bu isə 
bəzən adamı sıxır. 
Ejenin qəlbində dəfələrlə qısqanclıq odu alışırdı. O, nankorluq əlaməti olan bu fikri məzəmmət etmək 
iqtidarında deyildi. Otağı nəzərdən keçirərək: 
– Bəs mənzil nə vaxt tamam hazır olacaq? – dedi. – Görünür, biz bu gün ayrılmağa məcburuq. 
Delfina hiyləgər əda ilə: 
– Bəli, – deyə cavab verdi, – lakin sabah siz mənim evimdə nahar edəcəksiniz. Sabah italyan operası var. 
Qorio ata: 
– Mən parterdə oturacağam, – dedi. 
Gecə yarı oldu. Delfinanın      ınca karet gəldi. Tələbə ilə Qorio ata “Vokenin evi”nə qayıtdılar. Yolda daim 
Delfinadan danışırdılar; getdikcə ona daha artıq valeh olurdular. Gənclə qocanın söhbəti iki qadir 
ehtirasın arasında gedən söz yarışına oxşayırdı. Ejen, xoşbəxtlikdən uzaq ata məhəbbətinin, öz sarsılmaz 
qüdrəti və etibarı ilə onun məhəbbətinə üstün gəldiyini hiss edirdi. Ata məhəbbətinin məbudu həmişə 
pak və gözəl görünür, keçmiş və gələcək isə bu pərəstişkarlığa daha böyük qüvvət verirdi. 
Nəhayət, evə çatdılar. Madam Voke Silviya və Kristofun yanında, sobanın yaxınlığında oturmuşdu. Qoca 
ev sahibəsi Karfagen xərabələrində Mari i* andırırdı. Dərdini Silviyaya söyləyərək, iki son kirayənişini 


gözləyirdi. Lord Bayron öz Tassosunun* dili ilə həyatdan gözəl şikayətlər etsə də, onun bu şikayətləri 
madam Vokenin ələmlərindəki səmimiyyətlə muqayisə belə edilə bilməzdi 
– Demək, Silviya, sabah səhər ancaq üç fincan qəhvə bişirmək lazımdır. Görürsən necə oldu! Evim 
boşaldı; ürəyim parçalanır. Pansionersiz mənim həyatım nə olacaq? Heç bir şey. Evim kimsəsiz qaldı. 
Kimsəsiz qalan evdə həyat da qalmaz. Bilmirəm mən Allahın qarşısında nə günah işlətmişəm ki, o, bu 
müsibətləri mənə rəva görüb? Lobya və kartofumuz iyirmi adam üçün tədarük edilib. Mənim evimə polis 
qədəm basdı! Demək, biz ancaq kartofla dolanmağa məcburuq. Kristofu               lazım gələcək. 
Mürgüləyən savoyalı oyandı və soruşdu. 
– Nə buyurursunuz? 
Silviya dedi: 
– Yazıq uşaq! Lap         iti kimidir. 
– Pis zamandır, hamı özünə yer tapıb. Bura kirayənişin haradan gələcək? Dəli olaram. Hələ bu bəs 
deyilmiş, cadugər Mişono Puareni də məndən ayırdı. Puare tula kimi onun dalınca qaçır. Heç bilmirəm o, 
bu adamı özünə nə ilə bağlayıb? 
Silviya başını yırğalayaraq: 
– Eh, dedi, – bu qarımış qızlar hər şeyin təhərini yaxşı bilirlər. 
– Biçarə cənab Votreni katorqalı etdilər, amma bilirsənmi, Silviya, nə deyirsən de, ancaq mən buna indi 
də inanmıram. O necə şən adam idi! Ayda on beş franklıq “qloriya” içərdi, aldığı şeylərin pulunu həmişə n  
d verərdi! 
Kristof əlavə etdi: 
– Əliaçıq adam idi! 
Silviya: 
– Görünür, bu, səhv olmuşdur, – deyə öz fikrini bildirdi. 
Madam Voke yenə sözünə davam edərək: 
– Yox, ola bilməz, – dedi, – o özü etiraf etdi... Heç adamın                      , bütün bu müsibətlər mənim 
evimdə baş verdi. Bizim məhəllədə yad pişi     belə         . Namusuma and olsun, lap elə bil yuxu görürəm. 
Dünyada çox şeylər görmüşük, XVI Lüdovikin başına gələni də, imperatorun taxtdan düşməsini də, 
qayıtmağını da, yenə taxtdan düşməyini də, hamısını görmüşük, amma bunlar ağlasığan şey idi. Ailə 
pansionlarının axı kimə nə ziyanı var? Kralsız dolanmaq olar, ancaq ac qalmaq olmaz. Mənim kimi 
namuslu arvad, həm də de Konflan nəslindən olan bir arvad camaata yaxşı-yaxşı xörəklər verəndə məgər 
qiyamət qopar?.. Elədir ki var: qiyamət günü çatıb, dünyanın axırıdır. 


Silviya dedi: 
– Heç adamın ağlına    gəlməzdi ki, bütün bu tufanı qopardan madmazel Mişono olar! Hələ deyirlər 
bunun üçün min ekü pul alacaq. 
Madam Voke dedi: 
– Mənim yanımda onun            ! O, alçaq qadındır! Hələ Bünonun pansionuna köçməsi bir tərəfdə dursun, 
o nə istəsən eləyə bilər; mən onun keçmişdə yamaq işlər gördüyünə, oğurluq etdiyinə, adam 
öldürdüyünə əminəm. Bax katorqaya o zavallı deyil, bu getməli idi. 
Bu      Ejenlə Qorio ata zəngi çaldılar. 
Madam Voke içini çəkərək: 
– Ah, – dedi, – mənim vəfalı kirayənişinlərim gəldilər. 
Ailə pansionunun üz verən müsibətlərini olduqca dumanlı şəkildə özündə hifz edən bu iki “vəfalı” 
kirayənişin Şosse d’Anten küçəsinə köçəcəklərini açıqdan-açığa madam Vokeyə bildirdilər. 
Madam Voke bağırdı: 
– Silviya, mənim son ümidim də qırıldı! Cənablar, siz mənə ölümcül zərbə vurdunuz. Ürəyimə dağ 
çəkdiniz, sinəmi parça-parça etdiniz. Bu nə fəlakətli gün imiş! Məni on il qocaltdı. Namusuma and olsun, 
dəli oluram! Bəs lobyanı neyləyəcəyik? İş-işdən keçib, indi ki tək-tənha qaldım, sabah sənin haqq-
hesabını çəkməyə məcburam, Kristof! Əlvida, cənablar, gecəniz xeyrə qalsın! 
Ejen Silviyadan soruşdu: 
– Ona nə olub? 
– Nə olacaq! Bu əhvalatdan sonra bütün kirayənişinlər pansionu tərk etdilər. İndi yazığın başına hava 
gəlib. Bir diqqət edin, deyəsən, ağlayır. Eybi yoxdur, ağlayar, ürəyini boşaldar. Bu birinci dəfədir, mən 
burada olandan bəri bir dəfə də onun göz yaşı tökdüyünü görməmişəm. 
Səhər, madam Vokenin öz təbiri ilə desək, ağlı başına gəldi. Aydın məsələdir ki, bütün kirayənişinlərini 
itirmiş və həyatında böyük dönüş yaranan hər bir pansion sahibəsi kimi, o da məyus olmuşdu, lakin yenə 
də ağlını itirməmiş və maddi mənfəətlərə zərbə vuran, vərdiş etdiyi həyatı pozan əsl kədər mücəssəməsi 
olmuşdu. Təbii ki, öz məşuqəsinin yaşadığı yeri tərk etməyə məcbur olan bir aşiqin gözlərindəki qəm, boş 
qalmış süfrəyə baxan madam Vokenin gözlərindəki qəmdən daha az olardı. Ejen Vokeyə təsəlli verərək, 
bir neçə gündən sonra xəstəxanada təcrübə müddətini qurtaran Byanşonun onun otağına köçəcəyini, 
muzey məmurunun belə dəfələrlə madam Kutürün otağını tutacağı haqqında öz arzusunu bildirdiyini və 
beləliklə də az vaxtda pansionun yenə kirayənişinlərlə dolacağını söyləyirdi. 
Voke məşum nəzərlə yemək otağını seyr edərək: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə