Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə56/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

Sonra stolun           əyləşib portfelindən həbs protokolunu çıxardan qocaya: 
– Yaz, Lyaşapel ata, – dedi. – Mən etiraf edirəm: iyirmi il zəncirli məhbəsə məhkum edilən, “Ölüm-yalan” 
adı ilə şöhrət qazanan Jak Ko len mənəm. Bu adı nahaq yerə daşımadığımı indicə görə bildiniz. Sonra 
üzünü kirayənişinlərə tutaraq: – Mən barmağımı belə tərpətsəydim, bu üç casus mənim mərcani şirəmi 
Voke cicinin xalçaları üstünə tökəcəkdi. Bu boşboğazlar tələ qurmaqda mahirdirlər. 
Bu sözləri eşidən madam Voke halının dəyişdiyini hiss etdi. Silviyaya şikayətlənərək: 
– Aman Allah, – dedi. – Adamın başına hava gəlir! Mən də dünən axşam onunla Gete teatrına getmişdim! 
Ko len davam edərək: 
– Dünyaya bir az fəlsəfi nəzərlə baxın, Voke cici, – dedi. – Dünən axşam siz Getedə mənim lojamda 
əyləşmişdinizsə, bunun nə eybi var? Məgər siz bizdən yaxşısınız? Bizim çiynimizə basılan damğa çürüyən 
cəmiyyətin xəstə üzvlərinin ürəyinə basılan damğadan min dəfə yaxşıdır. 
Ko  en Rastinyaka mehriban nəzərlə baxdı, gülümsədi. Bu təbəssüm, bu baxış onun üzündəki sərt ifadə 
ilə təzad təşkil edirdi. 
– Şərtimiz, mənim mələyim, yenə baqidir, əlbəttə, əgər razı olarsa! Başa düşürsünüz? 
Kolen oxuya-oxuya: 
 
Fanşettam bir ulduzdur, 
Nə qədər sadə qızdır... – 
 
dedi. Sonra yenə sözünə davam edərək: 
– Narahat olmayın, mənim payıma düşəni almağı bacararam. Hamı məndən qorxur, mənə heç kəs kələk 
gələ bilməz! 
Artıq şəxsiyyət deyil, nəsli qurumuş heyvan cinsinin, vəhşi və ağıllı, yırtıcı heyvan kimi zirək tayfanın 
qalığından başqa bir şey olmayan bu adamın varlığında və sözlərində katorqanın adətləri, kəskin 
sıçrayışlarla təlxəklikdən dəhşətə keçən dili, katorqanın müdhiş əzəməti, rəsmiyyətsizliyi, qəddarlığı 
təcəssüm edirdi. Ko len bir an içində cəhənnəm dastanının mücəssəməsi oldu: burada bütün insan 
hissiyyatı ifadə olunmuşdu, yalnız bir hiss görünmürdü: peşmançılıq. Onun baxışı yenə də daimi mübarizə 
niyyətində olan düş ün, məğlub edilmiş bir mələyin baxışına bənzəyirdi. Onun rüsvayçı dostluğunu pis 
niyyətlərin cəzası kimi bağışlayan Rastinyak, başını aşağı saldı. Ko len otaqdakıları müdhiş nəzərlə gözdən 
keçirərək: 


– Məni kim satdı? – dedi. Baxışı madmazel Mişononun üzündə dayandı. – Məni sənmi satdın, qoca 
kaftar? Sən məni süni şəkildə xəstələndirdin, casus? Bircə həftə keçməz ki, boğazını üzmək üçün mənim 
ancaq iki kəlməm kifayət edər. Mən səni bağışlayıram, xristianam. Xeyr, məni sən satmadın. Bəs məni 
kim satdı? – Polislərin onun otağındakı şkafları sındırıb şeylərini götürdüklərini duyaraq, dəhşətli səslə 
bağırdı: – Hey! Hey! Yuxarıda nə axtarırsınız? Quşcuğazlar öz yuvasından hələ dünəndən uçmuşlar. Heç 
şeyi öyrənə bilməyəcəksiniz. Mənim ticarət kitablarımın hamısı bax buradadır. – O, alnına vurdu. – İndi 
başa düşdüm. Məni kimin satdığını öyrəndim. Məni satan məlun İpəksapıdır. Başqası ola bilməz. Elə 
deyilmi, cənab qarətkar? – Bu sualı Kol en polis rəisinə verdi. – Bizim bank biletlərimiz, doğrudan da 
yuxarıda idi, bunu isə ancaq o bilirdi. İndi mənim əziz casuslarım, orada heç şey qalmamışdır. İpəksapına 
gəlincə, yanına mühafizə üçün bütün jandarmlarınızı qoysanız belə, iki həftə keçməz ki, onu yerə 
sərərlər. Mişonetkaya nə qədər vermişsiniz? – deyə Ko len polislərdən soruşdu. – Bir neçə min? Mənim 
qiymətim daha bahadır. Vay səni çürük Ninon*, qəbir üstündəki Venera, cır-cındırlı Pompadur!* Sən 
mənə xəbərdarlıq etsəydin, altı minin olardı! Aha! Dirilərin ətini satan qoca möhtəkir, bu, sənin ağlına 
gəlməmişdir, yoxsa mənimlə düzəlişərdin. – Polislər Kol enin əllərinə zəncir taxdıqları zaman o əlavə etdi. 
– Mən sənə istədiyini verərdim, çünki səyahət etməyə heç həvəsim yoxdur, başdan-başa ziyandır. İndi 
bunlar məni əzişdirmək üçün oyan-buyana sürükləyəcəklər. Lap bu saat məni katorqaya göndərsəydilər,  
rfevr sahil küçəsi casuslarına* baxmayaraq, tezliklə yenə öz işlərimə qayıdardım. Katorqada hamı dəridən 
çıxar, ancaq yenə də öz generallarını, sevimli “Ölüm-yalan”larını qaçırdardılar. Mənim on mindən artıq 
qardaşım vardır ki, mənim yolumda özlərini oda atarlar, sizin də varınızdırmı? – Kol enin səsində qürur və 
inam hiss olunurdu. Döşünə vuraraq: – Bu, yaxşı ürəkdir. – dedi. – Mən ömrümdə heç kəsi heç vaxt 
satmamışam! Ey, qoca kaftar, bir bunlara baxsana. Görmürsənmi, onlar mənə qorxa-qorxa baxır, amma 
sənə baxanda iyrənirlər. Al payını! 
Kolen kirayənişinlərə baxa-baxa bir az sükut etdi. Sonra: 
– Amma nə axmaq görünüşünüz var! Ömrünüzdə katorqalı görməmisiniz nədir? Sizin qabağınızda mərd-
mərdanə duran Ko len kimi katorqalılar başqa adamlar kimi alçaq və qorxaq deyillər. O, Jan-Jakın* dediyi 
ictimai müqavilə qanunlarını pozanlara qarşı protest edir. Mən Jan-Jakın şagirdi ol        iftixar edirəm. 
Mən jandarmları, büdc   , məhkəmələri olan hakimiyyətin əleyhinə tək üsyan edirəm. Hökumətə qalib 
gəlirəm. 
Rəssam dedi: 
– Lənət şeytana! Ondan nə gözəl şəkil çəkmək olardı! 
Ko len gizli polis idarəsinin rəisinə müraciətlə: 
– Mənə bax, ey əlahəzrət cəlladın lələsi, Dul arvadın vadisi (katorqalılar müdhiş şeriyyətlə aşılanmış bu 
adı gilyotin  vermişlər), zəhmət olmasa, mənə sözün düzünü söylə: məni satan kimdir? İpəksapıdır  ? 
Yoxsa bu, haqsızlıq olar, mən istəmirəm ki, o, başqasının cəzasını çəksin. 
Bu      polislər Ko lenin otağını alt-üst edib, şeylərin siyahısını               sonra, aşağı endilər, rəisə pıçıltı ilə 
hesabat verməyə başladılar. İstintaq qurtarmışdı. 


Ko len kirayənişinlərə müraciətlə: 
– Cənablar, – dedi, – bu saat məni aparacaqlar. Mən burada yaşadığım müddətdə hamınız mənimlə 
nəzakətli olmusunuz, sizə minnətdarlığımı bildirirəm. İcazə versəniz, Provansdan sizin üçün üzüm 
göndərərəm. 
O, bir neçə addım atdı, sonra boylanıb Rastinyaka baxdı. Nitqinin kobud tövrünə qətiyyən oxşamayan 
mehriban və həzin səslə dedi: 
– Əlvida, Ejen. İşdir, əgər çətinə düşsən, sənin üçün vəfalı bir dost qoyub gedirəm. 
Ko len, qollarının zəncirlə bağlı olmağına baxmayaraq, döyüş vəziyyətini aldı, qılıncoynatma müəllimi 
kimi ayağını yerə vurdu və “ ir, iki!” əmri ilə hücuma hazırlaşdı. 
– Çətinliyə düşsən, ora gedərsən. Onun özü də, pulları da sənin ixtiyarındadır. 
Bu fövqəladə insan öz son sözlərini təlxək kimi məsxərə ilə söyləsə də, Rastinyak bunun mənasını aydın 
başa düşdü. Jandarmlar,          və polislər evdən çıxdıqdan sonra Silviya, xanımının gicgahlarına sirkə 
sürtə-sürtə, özlərini itirən pansionerlərə baxdı. 
– Nə deyirsiniz deyin, ancaq o, yaxşı adam idi. 
Silviyanın bu sözləri bu hadisənin təəssüratı altında əfsunlaşmış kimi görünən pansionerləri ayıltdı. Hamı 
bir-birinə baxdı və dərhal hamının nəzərini madmazel Mişononun mumiya kimi qurumuş, arıq və soyuq 
heykəli cəlb etdi. Mişono sobaya söykənmiş və başını aşağı salmışdı. Sanki, o, şlyapa günlüyünün kölgəsi 
şəffaf olduğundan, gözlərindəki ifadəni gizlədə bilməyəcəyindən qorxurdu. 
Əvvəllər də heç kəsin xoşuna gəlməyən bu adam artıq ifşa edilmişdi. Otaq boğuq etiraz səsləri ilə doldu, 
hamının ondan ikrah etdiyi görünürdü. 
Madmazel Mişono hər şeyi eşitsə də, yerindən tərpənmədi. Byanşon birinci olaraq qonşusuna tərəf 
əyilib, yavaşca dedi: 
– Bu mitil yenə bizimlə nahar etsə, mən başqa yerə köçəcəyəm. 
Puaredən başqa hamı dərhal tələbənin qərarına şərik olduğunu bildirdi. Byanşon da, hamının hüsn-
rəğbətinə əsasən, qoca kirayənişinə doğru yeridi. 
Byanşon qoca Puareyə dedi ki: 
– Sizin madmazel Mişono ilə xüsusi yaxınlığınız var. Onunla danışın, başa salın ki, bu saat yığışıb getsə, 
yaxşı olar. 
Puare təəccüblə: 
– Bu saat? – deyə təkrar etdi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə