Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə57/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

Puare qoca Mişonoya yaxınlaşdı və onun qulağına bir neçə söz dedi. Mişono pansionerlərə koramal kimi 
baxaraq: 
– Axı mən bir ayın pulunu qabaqcadan vermişəm, – dedi. – Mən burada hamı kimi öz pulumla yaşayıram. 
Rastinyak etiraz etdi: 
– Bunun heç bir mənası yoxdur. Biz yığıb sizin pulunuzu qaytararıq. 
Mişono zəhərli və casus nəzərləri ilə Rastinyaka baxaraq: 
– Cənab Rastinyak, əlbəttə, Ko lenin tərəfdarıdır, – dedi, – səbəbi hamıya məlumdur. 
Rastinyak qoca Mişononu boğmaq niyyəti ilə qabağa atıldı. O, məşum işıqla qəlbini odlandıran bu baxışın 
nə qədər xəyanətkar olduğunu anlamışdı. 
Pansionerlər çığırdılar: 
– Ona baş qoşmayın! 
Rastinyak qollarını döşündə çarpazladı və cavab vermədi. 
Rəssam madam Vokeyə müraciətlə: 
– Gəlin bu madmazel Yəhudanın məsələsini qurtaraq. Əgər siz Mişononu qovmasanız, biz sizin baqqal 
dükanınızı tərk edəcəyik, hər yerdə də danışacağıq ki, burada ancaq katorqalılar və casuslar yaşayırlar. 
Ancaq siz bizim təklifimizlə razılaşsanız, heç bir söz deməyəcəyik, çünki katorqalıların alnına damğa 
basmayınca, Paris vətəndaşları kimi geyinməyi onlara qadağan etməyincə və camaatı ələ salmağa 
qoymayınca, belə hadisələr ən yaxşı cəmiyyətlərdə də ola bilər. 
Bu tələbi eşidən madam Voke birdən-birə sağaldı: o, qəddini düzəltdi, qollarını çarpazladı, göz yaşı 
əlaməti belə görünməyən şüşə gözlərini açdı. 
– Yoxsa, mənim əzizim, siz mənim evimi viran etmək fikrindəsiniz? Görürsünüzmü, Votren bizim başımıza 
nə oyun açdı... Aman Allah, mən yenə də onu adam adı ilə çağırıram. Budur otaqların biri boşaldı, amma 
siz tələb edirsiniz ki, ikisi boşalsın... Bəs ilin bu vaxtında, hamı özünə otaq tapandan sonra mən bunları 
kimə kirayə   verəcəyəm? 
Byanşon təklif etdi: 
– Ağalar, şlyapalarınızı götürün, Sorbonna meydanındakı Flikotonun* restoranına nahar etməyə gedək. 
Madam Voke dərhal hansının daha mənfəətli olduğunu anlayıb, madmazel Mişononun üstünə cumdu. 
– Mənim gözəlim, siz ki mənim müflis olmağıma razı olmazsınız! Ağaların nə tələb etdiyini 
görmürsünüzmü? Heç olmasa, bir axşamlığa öz otağınıza çəkilin. 
Pansionerlər çığırdılar: 


– Bizim istədiyimiz bu deyil, qətiyyən bu deyil. Biz tələb edirik ki, o, bu saat çıxıb getsin. 
Puare yalvardı: 
– Axı yazıq madmazel hələ nahar etməmişdir... 
– Qoy rədd olsun, ürəyi istədiyi yerdə nahar eləsin, – deyə pansionerlər yenə səsləndilər. 
– Rədd olsun casus! 
– Casusları qovun! 
Birdən Puare cürətləndi: axı məhəbbət qoyunlara da cəsarət verir. O: 
– Cənablar, – dedi, – qadına hörmətiniz olsun. 
Rəssam etiraz etdi: 
– Casusun erkəyi, dişisi olmaz. 
– Qadınramaya bax! 
– Rədd ol cəhənnəmramaya! 
– Cənablar! Yaxşı deyil. Adamla vidalaşanda ədəblə, nəzakətlə vidalaşarlar. Kirayə pulunu vermişik, 
qalmağa da ixtiyarımız var. 
Puare papağını başına qoydu, stulunu madmazel Mişononun yanına çəkdi, oturdu. Madam Voke isə 
madmazeli yola gətirməyə çalışırdı. 
Rəssam məsxərə ilə Puareyə dedi: 
– Vay səni dəcəl, rədd ol bur dan! 
Byanşon dedi: 
– Eybi yoxdur, indi ki siz getmirsiniz, biz gedirik. 
Pansionerlərin hamısı otaqdan çıxmaq üçün hərəkətə gəldi. 
Voke çığırdı: 
– Madmazel, axı siz məndən nə istəyirsiniz? Mən talan oldum. Sizin bur da qalmağınız mümkün deyil: 
axırda zor gücünə sizi buradan qovacaqlar. 
Madmazel Mişono ayağa durdu. 
– Deyəsən, gedir! 
– Yox, getmir! 


– Gedir! 
– Getmir! 
Bir-birini təqib edən bu səslər və düşmən hərəkətlər, madam Voke ilə bir qədər pıçıldaşdıqdan sonra 
madmazel Mişononu evi tərk etməyə məcbur etdi. Hədələyici tövrlə o: 
– Mən madam Bünonun evinə köçürəm, – dedi. 
Bünonun pansionu “Voke    evi”nin rəqibi idi, buna görə də madam Voke bu pansiona nifrət bəsləyirdi. 
Mişononun bu evi seçməsindən təhqir edilmiş madam Voke: 
– Hara ürəyiniz istəyir, gedə bilərsiniz, madmazel, – dedi. – Bünonun pansionuna köçün, orada sizə elə 
şərab içirdərlər ki, qarnınızı tutarsınız, yeməklərini də Allah göstərməsin. 
Pansionerlər dərin sükut içində sıraya düzüldülər. Puare mehriban nəzərlə madmazel Mişonoya baxdı, 
onun      ınca düşməkmi, qalmaqmı, yoxsa nə etmək lazım gəldiyini bilmədən, elə tərəddüd göstərdi ki, 
qoca Mişononun köçməyindən şad olan pansionerlər bir-birinin üzünə baxıb gülüşdülər. 
Rəssam çığırdı. 
– Pıs, pıs, pıs, Puare. Bir, iki, bir, iki, hop, hop! 
Muzey məmuru məşhur bir romansın əvvəlini məsxərə ilə oxudu: 
 
Bir gün yola düşdü Suriyaya tərəf 
Bizim gözəl oğlan, qəşəng Dünua... 
 
Byanşon dedi: 
– Gedin, gedin, siz ki onun həsrətindən ölürsünüz. Trahit gua guemgue foluptas.1 
Repetitor əlavə etdi: 
– Hər kəs öz sevgilisinin      ınca gedər. V rgilinin sözlərinin sərbəst tərcüməsi budur. 
Madmazel Mişono Puareyə baxdı və qolundan tutmaq istədiyinə işarə etdi. Puare bu çağırışa dözməyib, 
ona yaxınlaşdı və qolunu       . 
Qəhqəhə və alqış səsləri gurladı. 
– Afərin, Puare! 
– Vay səni qoca Puare! 


– Apollon Puare! 
– Mars Puare! 
– Qoçaq Puare! 
Bu      qasid içəri girdi və madam Vokeyə bir məktub verdi. Voke məktubu oxuyub, taqətsiz halda stulun 
üst  ə çökdü. 
– Evimi yandırmaqdan başqa çarəm qalmayıb! Fələk belimi sındırdı! Saat üçdə Tayferin oğlu vəfat etdi. 
Mən zavallı gəncin fəlakəti bahasına madam Kutür və Viktorinaya yaxşılıq arzu etdiyimə görə cəzamı 
aldım. İndi bu xanımlar şeylərini geri istəyirlər: onlar qoca Tayferin yanında yaşayacaqlar. Tayfer madam 
Kutürün də evində qalmağına icazə vermişdir. Artıq beş otaq boşaldı, beş kirayənişin azaldı! Nə 
müsibətlərə düşdüm! 
Voke az qala ağlayırdı. Küçədən ekipaj keçirdi. Birdən onun səsi evin qabağında kəsildi. 
Silviya: 
– Başımıza yeni müsibət gəlir, – dedi. 
Birdən otaqda Qorio göründü. Onun üzündən xoşbəxtlik nuru yağırdı, təzəcə anadan olmuş kimi gümrah 
görünürdü. 
Pansionerlər: 
– Qorio ekipaja minib! Görünür, qiyamət günü çatıb, – deyə çığırdılar. 
Qoca, Ejenin dalğın oturduğu       doğru yönəldi. Onun qolundan tutub, şad halda dedi: 
– Gedək. 
Rastinyak cavab verdi: 
– Siz hələ nələr olduğunu bilmirsiniz! Votren katorqalı imiş, onu bu saat həbs edib apardılar, Tayferin 
oğlu isə ölmüşdür. 
Qorio ata dedi: 
– Bunun bizə nə dəxli var?! Mən qızımla birlikdə, sizin evinizdə nahar edəcəyəm, başa düşürsünüzmü? 
Qızım sizi gözləyir, gedək! 
O, öz məşuqəsini qaçırırmış kimi, zorla Ejenin qolundan çəkdi, tələbəni aparmaq istədi. 
Byanşon səsləndi: 
– Gəlin nahar edək! 
Hamı stul götürüb, süfrənin ətrafında əyləşdi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə