Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə55/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

– Qəzetdə qəribə bir hadisə       xəbər var, – dedi. – Tayferin oğlu köhnə qvardiya zabiti qraf Frankes ini 
ilə dueldə vuruşmuşdur. Qraf öz şpaqasını iki düym onun alnına soxmuşdur. İndi Viktorina Parisin ən 
zəngin qızlarından biri sayılır. Eh, adam qabaqcadan bilsəydi! Ölüm də qumar kimi bir şeydir! 
Viktorinanın sənə məhəbbətlə baxdığı düzdürmü? 
– Sus, Byanşon, sus, mən heç vaxt onunla evlənməyəcəyəm. Mən gözəl bir qadını sevirəm, o qadın da 
məni sevir, mən... 
– Sən bu sözləri elə deyirsən ki, guya, var qüvvətlə ona xəyanət etməməyə çalışırsan. Mənə bir qadın 
göstər ki, onun xatirinə Tayfer cənablarının sərvətindən əl çəkmək mümkün olsun. 
Rastinyak bağırdı: 
– Yoxsa bütün iblislər məni təqib edir-nədir?! 
Byanşon dedi: 
– İblis hanı? Dəli olmusan-nədir? Əlini ver görüm, nəbzin necədir? Sənin qızdırman var. 
Rastinyak cavab verdi: 
– Voke cicinin yanına get. Quldur Votren ölü kimi yerə sərilmişdir. 
Byanşon: 
– Aha! Sən mənim şübhələrimi təsdiq edirsən. Bu saat gedib yoxlaram, – dedi. 
Hüquqşünas tələbənin uzunsürən gəzintisinin vacib nəticələri oldu. O, öz vicdanına hər tərəfdən nəzər 
saldı. Onun vicdanı bu amansız və dəhşətli imtahandan hər yoxlamaya tab gətirə biləcək dəmir dirək kimi 
möhkəm çıxmışdı. Ejen Qorio atanın dünənki etirafını xatırladı. Delfinanın onun üçün xüsusi tap     və 
d’Artua küçəsində yerləşən mənzilini xatirində canlandırdı, məktubu çıxarıb bir daha oxudu, öpdü. 
Ejen düşünürdü: 
“Bu məhəbbət mənim qurtuluşum üçün bir lövbərdir. Zavallı qoca çox əzablar çəkmişdir. O, öz dərdlərini 
deməsə də, bunları duymamaq mümkündürmü? Yaxşı! Mən öz atam kimi onun qayğısını çəkəcəyəm, 
onun sevincini mümkün qədər artırmağa çalışacağam. Delfina məni sevirsə, tez-tez mənim yanıma 
gələcək, gününü atası ilə keçirəcəkdir. Qrafinya de Restoya gəlincə, zalım öz atasını qapıçı etməyə belə 
hazırdır. Ah, mənim əziz Delfinam! O, qocaya daha yaxşı münasibət bəsləyir, o, məhəbbətə layiqdir. Mən 
bu axşam, nəhayət, xoşbəxt olacağam”. 
Ejen saatı çıxarıb, məftun nəzərlə onu seyr etdi. 
“Mənim hər işdə bəxtim gətirdi. Güclü, əbədi bir məhəbbətlə sevdiyin zaman aşiqlər bir-birinə kömək də 
edə bilər. Demək, mən bu hədiyyəni qəbul edə bilərəm. Həm də özümə yol açdıqdan sonra bu 
hədiyyələrin yüzqat artığını ona verə bilərəm. Bizim əlaqəmizdə cinayətkarlıq yoxdur, bu, ən ciddi 
namuskarlığa belə xələl gətirə bilməz. Bir çox namuslu adamlar bu cür ittifaqlara yol verir! Biz heç kəsi 


aldatmırıq, insanı alçaldan isə ancaq yalandır. Yalan satmaq öz mənliyindən əl çəkmək deməkdir. O artıq 
öz əri ilə çoxdan bəri ayrı yaşayır. Həm də bu elzaslı ona xoşbəxtlik vermək iqtidarında deyildirsə, mən 
özüm Delfinanı ondan tələb edəcəyəm!” 
Ejenin qəlbində uzun mübarizə getdi. Yenə də gəncliyin ən gözəl meyilləri qələbə çaldı, lakin buna 
baxmayaraq, yenilməz bir maraq təsiri altında, saat beşin yarısında, qaranlıq çökərkən, o, yenə “Voke    
evi”nə qayıtdı. O artıq həmişəlik bu evi tərk etməyə and içmişdi. Ejen Votrenin ölüb-ölmədiyini bilmək 
istəyirdi. Byanşon Votrenə qusmaq dərmanı verdi və kimyəvi təhlil üçün xəstəxanaya aparılmasını tələb 
etdi. Madmazel Mişononun buna hər vəchlə mane olmağa cəhd etdiyini gördüyü zaman Byanşonun 
şübhələri daha da artdı. Həm də ki Votren çox tez sağaldı. Byanşon pansionun bu şən oyunbazına qarşı 
sui-qəsd olduğundan şübhələnməyə başladı. Rastinyak gələndə Votren artıq yemək otağında, sobanın 
yanında dayanmışdı. Tayferin oğlunun duel xəbəri, bu hadisənin təfsilatını və Viktorina üçün nə nəticə 
verəcəyini öyrənmək arzusu pansionda yaşayanların vaxtından əvvəl pansiona toplaşmasına səbəb 
olmuşdu... Qorio atadan başqa hamı burada idi; hadisəni müzakirə edirdilər. Ejen içəri daxil olduğu 
zaman gözləri sakit görünən Votrenin gözlərinə sataşdı. 
Votrenin baxışı Ejenin qəlbinə o qədər dərin nüfuz etdi, çirkin hisslərin tellərinə elə qüvvətlə toxundu ki, 
Rastinyak diksindi. 
Qaçaq katorqalı Ejenə dedi: 
– Beləliklə, mənim sevimli oğlum, Dikburun hələ uzun müddət mənə qalib gələ bilməyəcək. Bizim 
xanımların dediyinə görə, mən kəli yıxa biləcək bir zərbənin altından qalibiyyətlə çıxdım. 
Madam Voke çığırdı: 
– Ah! Siz lap öküz də deyə bilərsiniz! 
Votren Ejenin ürəyindəkini duymuş kimi qulağına pıçıldadı: 
– Bəlkə, siz mənim sağ qalmağıma təəssüf edirsiniz? Axı bu, div kimi qüvvətli bir adamın ölümü olardı. 
Bu      Byanşon söhbətə qarışdı: 
– Ah! – dedi. – Yaxşı yadıma düşdü. Üç gün bundan əvvəl madmazel Mişono “Ölüm-yalan” adlı bir 
şəxsdən danışırdı. Bu ad sizə çox yaraşa bilərdi... 
Byanşonun bu xəbəri Votreni ildırım kimi vurdu. Votren sapsarı saraldı, silkələndi, onun maqnetik baxışı 
– günəş şüası kimi Mişononu dəlib keçdi, elə bil, onu kökündən baltaladı. Mişono st lun üstünə yıxıldı. 
Puare Mişononun təhlükə altında olduğunu başa düşərək Votrenlə onun arasında dayandı: əsl 
mahiyyətini gizlədən xeyirxahlıq maskasını atdıqdan sonra katorqalının üzü yırtıcı heyvan sifətini 
andırırdı. Faciənin nədən ibarət olduğunu hələ başa düşməyən pansionerlər donub qalmışdılar. Bu 
zaman küçədən ayaq səsləri və küçə daşlarına dəyən tüfənglərin taqqıltısı eşidildi. Ko len biixtiyar 
pəncərələrə və divarlara baxır, qaçmaq üçün yol axtarırdı. Bu zaman qonaq otağının qapısında dörd 
nəfər göründü. Qabaqda duran gizli polis idarəsinin rəisi, arxasında duranlar isə polis nəfərləri idi. 


Polislərdən biri: 
– Qanun və kral naminə, – dedi, lakin qopan heyrət gurultusu onun sözlərini eşitməyə qoymadı. 
Sonra dərhal dərin sükut bərpa oldu, pansionerlər kənara çəkilərək polis nəfərinə yol verdilər. Üç polis, 
əllərini yan ciblərinə salaraq, tapançanın çaxmağını hazır tutmuşdu. Polis rəisinin       nca iki jandarm daxil 
oldu, astanada dayandı, başqa iki jandarm isə pilləkən tərəfdəki qapının ağzında göründü. Evin fasadı 
boyunca uzanan daş döşəməli yolda            ayaq səsləri və tüfənglərin cingiltisi eşidilirdi. Qaçmağa ümid 
yolu yox idi. Biixtiyar hamının gözü “Ölüm-yalan”a dikilmişdi. Polis rəisi Votrenə yaxın gəldi və onun 
başına elə vurdu ki, dərhal parik yerə düşdü, Ko  enin əsl mənfur başı göründü. Qısa qayçılanmış kərpic 
kimi qırmızı saçları və üzü qüvvətin, xəyanətin dəhşətli uyuşmasını təcəssüm etdirdi. Bu mənzərə onun 
geniş sinəsi ilə gözəl bir uyğunluq idi. Sanki cəhənnəm odları bu mənzərənin üzərinə şəfəq saçırdı. Hər 
kəs Votrenin keçmişini, bu gününü, gələcəyini anlamış, onun zalimanə görüşlərini, özbaşınalığa 
pərəstişkarlığını, hər şeyə qadir olan orqanizminin qüvvəti və hərəkətlərindən, fikirlərinin həyasızlığından 
doğan əsl mahiyyətini duymuşdu. Qan Ko lenin üzünə vurdu, gözləri çölpişiyinin gözləri kimi alışıb-yandı. 
O, yırtıcı kimi yerində hoppandı, nərildədi, kirayənişinlər qorxularından bağırışdılar. Onun aslan kimi 
atıldığını görən polislər, gurultu və qışqırtıdan istifadə edərək tapançalarını ciblərindən çıxardılar. 
Tapança lüləsinin parıltısını görən Ko len bir an içində böyük insan iradəsinin qüvvəsini göstərdi. Bu, 
dəhşətli və əzəmətli bir mənzərə idi! Üzündə ancaq buxar qazanı ilə müqayisə edilə biləcək ifadələr 
görünürdü: təzyiq altında qalan buxar dağları yerindən sarsıtmağa qadir olduğu halda, bir damcı soyuq 
suyun təsiri ilə dərhal aşağı enirdi. Katorqalının qızğınlığını soyudan şey şimşək kimi onun beynindən 
keçən bir fikir idi. O gülümsədi və parikinə baxdı. 
Gizli polis idarəsinin rəisinə tərəf dönərək: 
– Sənin nəzakətli olduğun zamanlar ötüb-keçdi,* – dedi. Sonra başının işarəsi ilə jandarmları çağırıb, 
əllərini onlara uzatdı. – Cənablar, jandarm ağalar, zəncirləri taxa bilərsiniz. Buradakılar şahid olsunlar ki, 
mən müqavimət göstərmədim. 
Bu insan yanardağındakı atəş və lavanın sürətlə göyə qalxması və yenə yerə enməsi hamını heyran 
qoydu, yemək otağında heyrət səsləri eşidildi. 
Ko len gizli polis idarəsinin rəisinə baxaraq: 
– Kartın vuruldu, cənab qarətkar, – deyə davam etdi. 
Sent-Ann döngəsindən gələn adam son dərəcə ikrahla dedi: 
– Yaxşı, soyun görüm. 
Ko len: 
– Soyunmaq nəyə lazım? – dedi. – Burada xanımlar var. Mən heç şeyi danmıram və təslim oluram. 
O, bir az suküt etdi və qəribə şeylər xəbər vermək niyyətində olan natiqlər kimi ətrafına boylandı. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə