Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə51/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

– Şirin qoğal, şirin qoğal! 
– Ay qab ağartdıran! 
– Ay dəyənək alan! Arvad və paltar çırpmaq üçün! 
– Ay köhnə paltarı olan, köhnə papağı olan, köhnə baftası olan! 
– Ay gilənar, təzə gilənar! 
Birinciliyi yenə də Byanşon qazandı. O, tın-tın səslə bağırdı: 
– Ay çətir alan, əsa alan! 
Otaqda elə gurultu vardı ki, baş partlayırdı. Hər şey bir-birinə qarışmışdı, gülüşlərdən, qəhqəhələrdən baş 
açmaq olmurdu. Bu operaya dirijorluq edən Votren gözlərini artıq sərməst olmuş Ejenlə Qorio atadan 
çəkmirdi. Ejen də, Qorio da stula söykənərək, ciddi nəzərlə bu qəribə qarışıqlığa baxır və az içirdlilər: 
onlar bu axşam edəcəkləri işi düşünür, lakin ayağa dura bilmirdilər. Votren qıyqacı onlara tərəf baxır, 
üzlərinin ifadəsini izləyirdi. Mürgüləməyə başlayanda, Votren fürsət tapıb, Ejenin qulağına pıçıldadı: 
– Belə, dostum, belə, sən hələ Votren lələ ilə güləşmək üçün yetişməmisən! O, səni çox sevir və sarsaq 
işlər görməyinə yol verməz. Əgər mən bir şeyə qərar vermişəmsə, ancaq Allah mənim yolumu kəsə bilər. 
Bəli! Bəli! Biz qoca Tayferi xəbardar etmək istəyirdik! Amma şagirdin kələyi baş tutmadı! Təndir qızıb, 
xəmir yoğrulub, kündə əlimizdədir. Sabah onu yeyib, qırıntılarını göyə sovuracağıq. Yox, yox, əzizim, 
kündə gərək bişsin! Xırda-mırda vicdan əzabı çəksək də, çörək mədəmizdə həzm edildikcə hər şey 
yaddan çıxacaq. İndi biz bir az yatarıq, polkovnik qraf Frankessini isə şpaqasının ucu ilə bizim üçün Mişel 
Tayferin sərvətinə yol açar. Viktorina qardaşının varisi olduqdan sonra ildə on beş min mədaxili olacaq. 
Mən artıq məlumat toplamışam, anası tərəfdən olan mirası üç yüz mindən artıqdır. 
Ejen bu sözləri eşitsə də, cavab verməkdə aciz idi: dili damağına yapışmışdı:, gözlərini yuxu basır, stol və 
kirayənişinlər isə nurlu duman içində görünürdü. Yavaş-yavaş gurultu azaldı, kirayənişinlər bir-bir 
dağılışmağa başladılar. Otaqda ancaq madam Voke, madam Kutür, madmazel Viktorina, Qorio ata və 
Ejen qaldı. Ejen yuxunun arasından, Vokenin süfrənin üstündəki şüşələri yığışdırıb, artığını bir şüşəyə 
tökdüyünü görürdü. 
Madam Voke deyirdi: 
– Ah, nə dəlisov cavanlardır! 
Bunlar Ejenin dərk edə bildiyi son sözlər idi. 
Silviya dedi: 
– Heç kəs cənab Votren kimi bu cür kələk işlədə bilməz! Baxın, Kristof necə xoruldayır! 
Votren dedi: 


– Əlvida, cici. Mən “Vəhşi dərə”dəki Martiyə baxmaq üçün teatra gedirəm. Bu, böyük pyesdir, 
“Rahib”dən təbdil edilmişdir. Arzu etsəniz, xanımları da oraya apara bilərəm. Madam Kutürü də, 
madmazel Viktorinanı da dəvət edirəm. 
Madam Kutür: 
– Təşəkkür edirəm, – deyə cavab verdi. 
Voke bağırdı: 
– Qonşu, niyə belə? Siz Şatobrianın “Atala”sı* üsulunda “Rahib”dən təbdil edilmiş bir əsərə baxmaq 
istəmirsiniz? Keçən yay cökə ağacları altında onu sevə-sevə oxuyub, Elodeya Maqdolinası kimi göz yaşı 
tökürdük. Tərbiyəvi əsərdir, gənc xanım üçün də faydalı ola bilər. 
Viktorina cavab verdi: 
– Biz teatra gedə bilmərik. 
Votren isə Ejenlə Qorio atanın başlarını gülməli halda yırğalayaraq: 
– Qoçaqlar lap hazır olublar, – dedi. 
Votren, tələbə rahat yatsın deyə, onun başını st lun      ına söykədi, hərarətlə alnından öpdü və oxudu: 
 
Şirin yuxuya dal, mənim əzizim! 
Qorxma, dincini al, mənim əzizim. 
Viktorina: 
– Qorxuram xəstələnsin, – dedi. 
Votren cavab verdi: 
– Elə isə yanında qalıb qulluq edin. – Viktorinanın qulağına pıçıldadı: – Bu, vəfalı bir arvad kimi sizin 
vəzifənizdir. O, sizə pərəstiş edir, onun arvadı olacağınıza əmin ola bilərsiniz. 
Sonra ucadan: 
– Bu surətlə, – dedi, – onlar hamının hörmətini qazandılar, xoşbəxt yaşadılar, çoxlu uşaq doğub-törədilər. 
Bütün məhəbbət romanlarının sonu budur. İndi isə Voke cici, – dedi və madam Vokeni qucaqladı, – 
şlyapanızı, gül naxışlı bayırlıq paltarınızı geyinin, qrafinya ş rf n z  başınıza salın. Sizin üçün          çağırmağa 
mən özüm gedirəm. 
Votren oxuya-oxuya eşiyə çıxdı: 
 


Ey günəş, ey günəş, sənsən yaradan, 
Boranı yetişir sənin istinlə... 
 
– Vallah, madam Kutür, belə bir adamla çardaqda da özümü xoşbəxt hiss ed rəm. Qorio ata da keflənib. – 
Üzünü vermişel fabrikantına doğru çevirdi: – Bu qoca simic məni bir dəfə də olsun bir yerə aparmamışdır. 
Aman Allah, o, bu saat yerə yıxılacaq! Qoca adamın ağlını itirməsi biabırçılıqdır! Siz deyə bilərsiniz ki, 
gərək ağlı olsun ki, itirsin də... Silviya, Qorio atanı otağına aparın. 
Silviya qocanın qoltuğundan yapışıb yuxarı apardı, elə paltarlı-paltarlı, yük kimi, çarpayının üstünə yıxdı. 
Madam Kutür Ejenin gözləri    üstünə düşən saçlarını sığallayaraq: 
– Yazıq oğlan, – deyirdi, – lap qız kimidir: bir damcı artıq içə bilmir. 
Voke dedi: 
– Ah, mən otuz ildir pansion saxlayıram. Bir çox cavanlar gəlib, necə deyərlər, mənim əlimdən keçib, 
amma cənab Ejen kimi sevimli, tərbiyəli cavan görməmişəm. Madam Kutür, onun başını çiyninizin üstünə 
qoyun. Buna bax, buna bax, onun başı madmazel Viktorinaya doğru meyil edir. Görünür, taleyin hökmü 
belədir. Az qalmışdı başı stula dəysin. Amma ikisi bir yerdə nə qəşəng görünür! 
Madam Kutür hirslə: 
– Səsinizi kəsin, qonşu. Siz elə sözlər danışırsınız ki... 
Madam Voke cavab verdi: 
– Nə olar, o ki eşitmir. Silviya, gedək paltarımızı geyək. Mən korset taxacağam. 
Silviya təəccüblə dedi: 
– Nə danışırsınız, xanım, nahardan sonra da hündür korset taxmaq olar? Yox canım, korseti çəkmək üçün 
başqasını tapın. Mən sizin qatiliniz ola bilmərəm. Belə ehtiyatsızlıqdan adam ölə də bilər. 
– Çarə yoxdur, cənab Votrenin xatiri üçündür. 
– Demək, siz öz varislərinizi çox sevirsiniz. 
Madam Voke: 
– Yaxşı, Silviya, bəsdir danışdın, – dedi və öz otağına keçdi. 
Silviya Viktorinaya öz xanımını göstərərək: 
– Heç bu yaşda da belə şey edərlər?! – dedi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə