Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə48/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

Qondüro qoca bakirəyə doğru dönərək: 
– Hə, necə, razısınızmı? 
– Bəs damğa tapılmasa, mən yenə də iki min frankımı alacağammı? 
– Xeyr. 
– Bəs mənim mükafatım? 
– Siz beş yüz alacaqsınız. 
– Heç adam da bundan ötrü belə işlərə əl atarmı? Hələ mən nə qədər vicdan əzabı çəkəcəyəm, hələ 
vicdanımı sakit etməyə məcburam. 
Puare söhbətə qarışaraq: 
– Sizi inandıra bilərəm ki, – dedi, – madmazel çox vicdanlıdır. Bundan başqa, o çox nəzakətli və 
dərrakəlidir. 
Mişono qərar verdi. 
– Yaxşı, razıyam. Əgər bu adam “Ölüm-yalan” olarsa, siz mənə üç min frank verəcəksiniz, başqa adam 
olarsa, heç şey verməzsiniz. 
Qondüro cavab verdi: 
– Çox gözəl, ancaq bir şərtlə: bu işi sabahdan o yana qoymayasınız. 
– Bu qədər tez mümkün deyildir, əzizim, mən hələ ruhanimlə məsləhətləşməliyəm. 
Agent yerindən durdu: 
– Amma yaman hiyləgərsiniz! – dedi. – Demək, sabah görüşürük. Əgər mənimlə təcili görüşmək lazım 
gələrsə, Sent-Şapelin      tərəfindəki kilsə həyətinə, Sent-Ann döngəsinə gələrsiniz. Orada tağ altında 
ancaq bir qapı var. Qondüronu soruşarsınız. 
Bu zaman Küvyenin mühazirəsindən qayıdan Byanşon buradan keçirdi. “Ölüm-yalan” adının qəribəliyi 
tələbənin diqqətini cəlb etdi. O, bunun sayəsində, gizli polis idarəsinin məşhur rəisinin dediyi “çox gözəl” 
sözlərini də eşitmişdi. 
Puare madmazel Mişonodan soruşdu: 
– Siz nə üçün məsələni elə bu saat qurtarmadınız? Bu üç yüz frank ömürlük pensiya deməkdir. 
– Nə üçünmü? Bu məsələni hələ fikirləşmək lazımdır. Əgər Votren, doğrudan da, “Ölüm-yalan”sa, bəlkə 
də, onunla sazişə girmək daha mənfəətlidir. Ancaq ondan pul tələb etsək, məsələdən hali olar, əlimizdən 
sivişib çıxar. Fürsəti fövtə vermiş olarıq. 


Puare dedi: 
– O, məsələdən hali olsa belə, bu cənabın söylədiyi kimi, yenə də onu nəzarət altında saxlayacaqlar, 
deyilmi? Doğrudan da, siz fürsəti fövtə verərdiniz. 
Madmazel Mişono düşünürdü: “Bir də bu adam mənim heç xoşuma gəlmir. O, mənə ancaq acı sözlər 
deyir”. 
Puare davam etdi: 
– Lakin siz daha yaxşı hərəkət edə bilərdiniz. Məncə, bu cənab qanacaqlı adama oxşayır. O, belə bir söz 
dedi: caninin ləyaqəti nə qədər yüksək olsa da, qanunlara itaət cəmiyyəti canidən xilas olmağı tələb edir. 
Sərxoş sərxoşluğundan əl çəkməz. Bəlkə, birdən o, bizim hamımızı qırmaq fikrinə düşdü? Biz bütün bu 
cinayətlərə müqəssir ola bilərik. Hələ hamıdan əvvəl bizim özümüzü öldürə bilər! 
Madmazel Mişononun fikrə dalmağı, möhkəm burulmamış krandan damcılayan su kimi Puarenin 
ağzından axan sözlərə qulaq asmağına mane olurdu. Bu qocanın ağzının qaytanı açılanda və Mişono ona 
mane olmayanda, o, işə salınmış avtomat kimi aramsız danışardı. Bir məsələdən danışandan sonra heç 
bir nəticə çıxarmayıb, müxtəlif giriş cümlələrindən sonra tamam başqa bir mövzuya keçərdi. “Vokenin 
evi”nə yaxınlaşanda Puare söz yığınlarının bataqlığında dolaşıb, nəhayət, cənab Raqulo ilə madam 
Morenin məhkəməsində müdafiə tərəfində bir şahid kimi çıxış etdiyini nağıl etməyə başladı. İçəriyə 
girəndə onun rəfiqəsi Ejenlə madmazel Viktorinanı gördü. Onların başı səmimi söhbətə qarışdığından, 
yemək otağından keçən bu iki kirayənişinə zərrə qədər əhəmiyyət vermədilər. 
Madmazel Mişono Puareyə dedi ki: 
– Elə bunun axırı belə olmalı idi. Son həftə ikisi də bir-birinə xumar-xumar baxırdı. 
Puare dedi: 
– Bəli, bəli. Elə buna görə də ona cəza kəsdilər. 
– Kimə? 
– Madam Morenə. 
Madmazel Mişono huşsuzluğundan Puarenin otağına girərkən: 
– Mən sizə madmazel Tayferdən danışıram, – dedi, – siz isə mənə Morendən danışırsınız. Madam Moren 
kimdir? 
– Bəs madmazel Viktorinanın təqsiri nədir? 
– Onun təqsiri budur ki, Ejen de Rastinyakı sevir. Zavallı, sadəlövhlüyündən başına nə iş gələcəyini belə 
bilmir. 


Səhər madam de Nusingen Ejenin bütün ümidlərini qırdı. Ejen qəlbinin dərinliklərində artıq tamamilə 
Votrenə təslim olmuşdu, ancaq nə bu xariqüladə adamın nə üçün ona dostluq hissləri bəsləməsinin 
səbəblərini, nə də bu ittifaqın gələcək nəticələrini şüurlu olaraq düşünmürdü. Bir saat bundan əvvəl 
madmazel Tayferlə bir-birinə ən mehriban məhəbbət vəd verdikdən sonra az qala düşmək istədiyi 
uçurumdan onu ancaq fövqəladə bir hadisə çıxara bilərdi. Viktorina mələklərin səsinə qulaq asdığını zənn 
edir, göylərin seyrinə dalırdı. Artıq “Vokenin evi” belə rəssamın fırçası ilə canlanan teatr sarayları kimi 
fantastik boyalara bürünürdü: o sevir, o sevilirdi, hər halda, sevildiyinə inanırdı! Məgər bir az bundan 
əvvəl Rastinyakın üzünə baxaraq pansion arquslarından* gizli onun sözlərinə qulaq asan hər hansı qadın 
buna inanmaya bilərdimi? 
Hərəkətinin alçaqlığını, həm də bunu tamamilə şüurlu etdiyini dərindən düşünən Ejen, bir qadını xoşbəxt 
etməklə öz günahını yuya biləcəyini fikirləşir, özünü buna inandırmağa çalışırdı. O, bu vicdan 
mübarizələrində öz ümidsizliyindən hətta qəşəngləşmiş kimi görünürdü: gözləri qəlbində yanan 
cəhənnəm odları kimi parlayırdı. Onun xoşbəxtliyindən, belə bir fövqəladə hadisə baş verdi: Votren şad 
halda içəri girdi, iblis zəkasının hiyləgərlik toruna salıb nişanladığı bu iki gəncin qəlbində gizlənən fikirləri 
oxudu. O, yoğun səslə istehzalı bir tərzdə: 
 
Fanşettam bir ulduzdur, 
Nə qədər sadə qızdır... 
 
sözlərini oxuyan kimi hər şey dəyişdi. Ejenlə Viktorianın ürəklərində doğan sevinc duman kimi dağıldı. 
Viktorina yox oldu. O, qəlbində indiyə kimi sürdüyü həyatın müsibətləri qədər böyük bir səadət aparırdı. 
Yazıq qız! Bir-birlərinin əllərini sıxmaları, Ejenin saçlarının yanaqlarına toxunması, sevdiyi gəncin 
dodaqlarındakı hərarəti duya-duya, qulağına söylənilən bir kəlmə, belini qucaqlayan əlin titrəyişi, 
boynunda hiss etdiyi busə müqəddəs məhəbbət vədləri idi. Bu nur içində qərq olan yemək otağına kök 
Silviyanın birdən-birə girə biləcəyi qorxusu isə bu məhəbbəti daha da alovlandırır, canlandırır, ən məşhur 
məhəbbət dastanlarında tərənnüm edilən sədaqət hisslərindən belə daha cazibədar bir məhəbbət kimi 
sehr saçırdı. Babalarımızın sevimli bir ifadəsinə görə, bu həyalı məhəbbət nişanələri hər iki həftədən bir 
etiraf üçün kilsəyə gedən gənc, dindar bir qıza cinayət kimi görünürdü! O, sonralar, zəngin və xoşbəxt 
qadın olduğu zaman, bütün varlığını təslim etdiyi kişiyə bəxş edə bildiyindən də artıq, öz könül c 
vahirlərini bir saat ərzində Ejenə bəxş etmişdi. 
Votren Ejenə dedi: 
– İşlər düzəldi. Bizim ədabazlar savaşdı. Hər şey öz qaydasında oldu. Bizim göyərçin mənim şahinimi 
təhqir etdi. Sabah Klinyankur redutunda* görüşəcəklər. Saat onun yarısında, madmazel Tayfer şirin 
qoğalı sakitcə qəhvənin içində isladıb yediyi zaman, atasının məhəbbətinə və sərvətinə varis olacaq. 
Qəribədir, deyilmi? Cavan Tayfer şpaqa döyüşündə mahirdir, özünə çox əmindir, lakin mənim icad 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə