Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə45/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

– Əgər məsələ bu yerdə isə kavaler Ejen de Rastinyakla madmazel Tayferi adaxlandırmaq lazım 
gəlməzmi? – dedi. 
Madam Kutürlə madam Voke bir səslə çığırdılar: 
– Ah, siz məni lap qorxutdunuz! 
Votrenin səsi heç zaman duymadığı dəhşətli bir həyəcana səbəb olsa da, Rastinyak gülə-gülə cavab verdi: 
– Zənnimcə, mən ondan yaxşısını tapa bilməyəcəyəm. 
Madam Kutür onlara xitabən: 
– Münasibətsiz zarafatların yeri deyil! – dedi. – Viktorina, gedək otağımıza. 
Voke öz otağında şam və odun yandırmamaq üçün axşamını keçirmək məqsədi ilə qadınlarla bərabər 
yuxarı qalxdı. Ejen Votrenlə tək qaldı. 
Votren sarsılmaz soyuqqanlılıqla: 
– Sizin bu nəticəyə gələcəyinizi bilirdim, – dedi. – Lakin sözümə qulaq asın. Mənim də başqaları kimi 
qanacağım var. Siz bu saat heç bir qərara gəlməməlisiniz, siz pərişan görünürsünüz. Sizin borca 
düşdüyünüzü bilirəm. Mən arzu edərdim ki, sizi mənim dərgahıma gətirən nə ehtiras, nə də ümidsizlik 
deyil, ağıl olsun. Bəlkə, sizin bir neçə minə ehtiyacınız var? İstəsəniz, buyur       bilərsiniz. 
İblis pul kisəsini cibindən çıxartdı, bir neçə min franklıq götürüb Rastinyakın gözləri qabağında 
oynatmağa başladı. Ejenin vəziyyəti dəhşətli idi. O, markiz d’A udaya və qraf de Traya beş yüz frank 
uduzmuşdu. Cibi boş olduğundan qrafinya de Restonun müsamirəsinə getməyə cürət etmirdi. Halbuki 
gələcəyini vəd etmişdi. Qrafinya sadə bir müsamirə düzəltmişdi, yəni orada çaydan və peçenyedən başqa 
bir şey olmasa da, vist oyununda altıca min frank uduzmaq mümkün şeydi. 
Ejen bədənindəki titrəməni büruzə verməməyə çalışaraq Votrenə dedi: 
– Cənab Votren, siz anlamalısınız ki, mənə etdiyiniz təklifdən sonra sizdən heç bir iltifat qəbul edə 
bilmərəm. 
İblis dedi: 
– Çox gözəl! Siz mənə başqa bir cavab ver      , məni məyus edərdiniz. Siz cavansınız, qanacaqlısınız, şir 
kimi məğrursunuz, gənc qız kimi zərifsiniz. Şeytan üçün siz ən ləziz xörəksiniz. Mən cavanların bu cəhətini 
çox sevirəm. Yüksək siyasət aləmindən bir-iki fikir daha söyləsəm, dünyanın həqiqi mənzərəsini görmüş 
olarsınız. Bu dünyada bəzi kiçik qəhrəmanlıq səhnələrini oynamaq lazım gəlir, o zaman yüksəklərdə 
qanad çalanlar parterdə əyləşən axmaqların gurultulu alqışları altında bütün şıltaqlarını təmin edə 
bilərlər. Daha bir neçə gün keçər, siz bizə yoldaş olarsınız. Ah, əgər siz mənim şagirdim olmaq 
istəsəydiniz, hər şey əldə edə bilərdiniz. Ürəyinizdən hansı arzu keçərdisə, ona dərhal artıqlaması ilə 
əməl olunardı: şərəf istəsəniz, şərəf, pul istəsəniz, pul, qadın istəsəniz, qadın. Bütün mədəniyyət 
meyvələrindən biz sizə             hazırlardıq. Siz bizim nazlı balamız, bizim üçün Veniamin1 olardınız, sizin 


arzunuzu yerinə yetirmək üçün biz məmnuniyyətlə özümüzü parçalamağa belə razı olardıq. Yolunuzdakı 
bütün maneələri yox edər, hər şeyi göylərə püskürdərdik. Əgər siz məndən pul aldıqda vicdan əzabı 
çəkirsinizsə, demək, siz məni cinayətkar sayırsınız? Görürsünüzmü, sizin kimi özünü namuslu sayan 
cənab de Türen* quldurlarla xırda-xırda sazişlərə girir və bundan ləkələnə biləcəyini qətiyyən nəzərə 
almır. Siz mənə borclu qalmaq istəmirsiniz, eləmi? – Votren irişdi və yenə sözünə davam edərək: – Nə 
eybi var, – dedi. – Bu kağız parçasını götürün (Votren Rastinyaka gerbli bir kağız uzatdı). Bu kağızın 
kənarında yaza bilərsiniz ki: “Üç min beş yüz frank alınmış və bir ildən sonra qaytarılmalıdır”. Tarixini də 
qoyun! Faizi kifayət qədər çox olduğundan vicdan əzabı çəkməyə bilərsiniz; sizin məni sələmçi 
adlandırmağa haqqınız var, mənə qətiyyən minnətdar olmaya bilərsiniz. Bu gündən etibarən mənə nifrət 
belə etməyə icazə verirəm, mən əminəm ki, sonralar siz məni sevəcəksiniz. Siz mənim qəlbimdə dərin 
uçurumlar, bir yerə cəmləşmiş böyük hisslər görə bilərsiniz ki, axmaqlar bunu qəbahət adlandırır, lakin 
siz heç vaxt məndə naşükürlük və xəyanət görməzsiniz. Xülasə, əziz balam, mən nə fil, nə də piyadayam, 
mən şahmatdakı topam. 
Ejen əsəbi halda dedi: 
– Siz kimsiniz, necə adamsınız? Siz mənim qəlbimi parçalamaq üçün yaranmışsınız! 
– Qətiyyən. Mən ancaq xeyirxah adamam, sizi çirkabdan ömrünüzün sonuna qədər xilas etmək üçün sizin 
əvəzinizdə çirkaba girməyə hazır olan bir adam. Siz, yəqin fikirləşirsiniz ki, mənim bu sədaqətimə səbəb 
nə ola bilər? Eybi yoxdur, bir zaman gələr, mən bunun cavabını verərəm, ancaq yavaşca, qulağınıza 
söylərəm. Mən əvvəlcə ictimai quruluş mexanizmini və bu maşının mühərrikini göstərib, sizi qorxuya 
saldım. Lakin döyüş meydanında siz başa düşəcəksiniz ki, insanlar öz başlarına kral tacı qoyanları  səadəti 
uğrunda ölməyə məhkum olan             başqa bir şey deyillər. Zəmanə çox dəyişmişdir. Bir zamanlar bir 
qoçağa deyə bilərdilər ki, “al bu yüz qızılı, filankəsi öldür!” – Heç bir səbəb olmadan, günahsız bir adamı 
cəhənnəmə vasil edib, rahatca şam edərdilər. İndi isə mən sizə yalnız başınızla işarə etmək üçün böyük 
sərvət təklif edirəm, bu işarə sizi heç də alçaltmaz, siz isə hələ tərəddüd də edirsiniz. Əprimiş əsrdir! 
Ejen vekselə imza atdı və pulları götürdü. 
Votren sözünə davam edərək: 
– Afərin! – dedi. – İndi ciddi danışa bilərik. Mən bir neçə aydan sonra Amerikaya, tütün əkməyə gedirəm. 
Dostluq naminə sizə siqar göndərəcəyəm. Varlanarsam, sizə kömək edərəm. Əgər uşağım olmazsa (bu 
çox mümkündür, mən kök salmaq fikrində deyiləm), bütün sərvətimi sizə vəsiyyət edəcəyəm. Məgər bu, 
dostluq deyildir  ? Mən sizi sevirəm. Mən özümü bir başqasının yolunda qurban verməyə hazıram. Bu, 
mənim adətimdir. Məsələ burasındadır ki, əziz balam, mən başqa insanların yaşadığı fəzalardan daha 
yüksəklərdə dolaşıram. Mənim üçün hərəkət bir vasitədir, mənim gözlərimin qarşısındakı, ancaq 
hədəfimdir. İnsan mənim üçün nədir? Bax bu! – Votren baş barmağının dırnağını dişlərinə şıqqıldatdı. – 
İnsan ya hər şeydir, ya heç. Əgər onun adı Puare isə o, heçdən də balacadır, yastıdır, iy verir, taxtabiti 
kimi əzərsən, qanı da çıxmaz. Lakin insan sizə bənzərsə, o, Allahdır: o, artıq dəri ilə örtülmüş mexanizm 
deyil, bir teatrdır, burada ən gözəl hisslər oyun oynayır, mən isə ancaq hisslərimlə yaşayıram. Hissiyyat! 
Məgər bu, bir məqsəd üçün cəmləşmiş böyük bir aləm deyilmi? Elə bu Qorio ataya nəzər yetirin, onun 
üçün iki qızı böyük bir kainat, varlığın mehvəridir. Mən həyatı dərindən seyr etmişəm, mənim tanıdığım 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə