Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə43/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

Bu amansız məntiq sahibi: 
– Siz, – deyə dilləndi, – cəmiyyətlərdə dolaşan bir gəncin Nev-Sen-Jenevyev küçəsində, “Vokenin evi”ndə 
yaşaya biləcəyinimi zənn edirsiniz? Əlbəttə, bu pansion hər cəhətdən hörmətli pansiondur, ancaq o, hər 
halda, ən əla pansion deyildir. Əlbəttə, o, varlıdır, hər şeyi boldur, Rastinyak nəslindən birisi üçün 
müvəqqəti bir məkan olması ilə iftixar edir, lakin bununla belə, o, hər halda, Nev-Sent-Jenevyev 
küçəsindədir, calaldan, ehtişamdan xəbərsizdir, xalis patriarxalorama suyundandır. – Sonra Votren 
atalara məxsus zarafat tərzi ilə davam etdi: – Mənim gənc dostum, əgər siz Parisdə bir rol oynamaq 
fikrindəsinizsə, mütləq üç at saxlamalısınız, gündüzlər tilbüridə gəzməlisiniz, axşamlar isə ikiadamlıq 
karet  minməlisiniz, müxtəsər, yalnız at və araba üçün ildə doqquz min frank pulunuz olmalıdır. Əgər siz 
dərziyə ən azı üç min frank, ətriyyata altı yüz frank, şlyapa tikənə üç yüz frank, çəkməçiyə üç yüz frank 
sərf etməsəniz, öz taleyinizə layiq görünməzsiniz. Paltar yumaq üçün mincə frank lazımdır. Gənclər 
geyim məsələsində çox ehtiyatlı olmalıdırlar, hər şeydən artıq nəzər yetirilən paltar deyilmi? Məhəbbətin 
və kilsələrin mehrabları gözəl örtüklərlə bəzənməlidir. Demək, cəmi on dörd minə ehtiyac var. Hələ mən 
qumar, mərc, hədiyyə xərclərini nəzərə almıram. Xırda xərclər də, hər halda, iki min frankdan əskik olmaz 
Mən belə həyat sürdüyüm üçün bunun neçəyə başa gəldiyini bilirəm. Bundan başqa, üç yüz luidor yemək 
xərci, min frank da mənzil xərci üstə gəl  məlidir. Görürsünüzmü, bala, ildə iyirmi beş min franka çıxdı, 
bundan bir frank da əskik olmaz, çünki bizi məsxərəyə qoyarlar, burnumuzu palçığa soxarlar. Nə 
gələcəyimiz olar, nə müvəffəqiyyətimiz, nə də məşuqələrimiz! Hələ mən mehtəri, lakeyi nəzərə 
almamışam! Sizin məhəbbət məktublarınızı Kristof paylamayacaq ki! Bir də məgər siz öz məktublarınızı 
indi yazdığınız kağızda yazacaqsınız! Bu, intihar kimi bir şeydir. – Sonra o, yoğun səsilə ucadan əlavə etdi: 
– Dünyagörmüş, təcrübəsi olan bir qocaya inana bilərsiniz:  a bir mansardada özünüzü elmə qurban 
verməli, ya da başqa yol seçməlisiniz! 
Votren xəlvətcə madmazel Tayferə tərəf göz vurdu, sanki, bu nəzərlə Rastinyakın qəlbinə səpdiyi cazibə 
toxumlarını xatırladır və bunlara yekun vururdu. 
 
Bir neçə gün idi ki, Rastinyak dağınıq həyat sürürdü. O, demək olar, hər gün baronessa Nusingenin 
yanında nahar edir, onunla birlikdə qonaq gedirdi. O, evə ancaq səhər saat üçdə, ya dörddə qayıdır, saat 
on ikidə oyanır, geyinib, Delfina ilə Bulon meşəsinə gəzməyə gedir, qiymətli vaxtını əbəs yerə sərf edirdi. 
Xurma ağacının çiçək kasası erkək cinsiyyət hüceyrələrinin intizarında olduğu kimi, Ejen də ehtişamlı 
həyatın bütün cazibələrini böyük bir ehtirasla canına çəkirdi. Rastinyak qumar oynayır, uduzur, böyük 
məbləğlər udurdu. Bu surətlə o, Paris gənclərinin firavan həyatına öyrəşdi. Qumarda udduğu ilk 
pullarından anası ilə bacılarının min beş yüz frankını, qəşəng hədiyyələrlə birlikdə geri qaytardı. Artıq 
“Voke    evi”ni tərk etmək niyyətində olduğunu hamıya söylədikdən sonra oradan tez qurtulmaq üçün 
can atsa da, yanvar ayının son günlərində hələ yenə də orada yaşamaqda idi. Bütün gənclər, bəlkə də, 
izah edilməyəcək bir qanuna tabedirlər, bu qanunun əsasını təşkil edən şey də onların gəncliyi və nəşədə 
göstərdikləri şiddətdir. Nə qədər yoxsul, ya varlı olsalar da, heç zaman bu gənclərin gündəlik həyat 
ehtiyacları üçün pulları tapılmaz, halbuki əyləncə üçün pulları həmişə çox olar. Bir şeyin pulunu dərhal 
vermək lazım gəldikdə xəsislik göstərərlər, lakin borc almaq mümkün olsa, bədxərclik   ərlər. Sanki, bu s 
rətlə əlləri çatma    şeyin əvəzini çıxarar, əlləri çat nı isə yelə sovurardılar. Bu qanunu izah etmək üçün bir 


misal gətirə bilərik: tələbə həmişə paltarından artıq şlyapasını qoruyar. Dərzi, qazancı nə qədər çox olsa 
da, paltarı borc tikməyə məcburdur, halbuki şlyapa ucuz olduğu üçün, tələbələrin işi düşdüyü adamlar 
arasında papaqçı güzəştə getmə    adam sayılır. Teatrda           əyləşmiş bir gəncin əntiqə jileti gənc 
xanımların lornetlərini özünə cəlb edirsə, bu gəncin ayağında corab olduğuna şübhə etmək olar: corabçı 
da dibini yırtan taxıl biti cinsinə mənsubdur. Rastinyakın həyatı da belə idi. Onun madam Voke üçün hər 
zaman boş, şöhrətpərəstlik əyləncələri üçün hər zaman dolu kisəsi ən adi və zəruri xərclərdən asılı 
olmayaraq gah dolar, gah da boşalardı. O, yüksək cəmiyyət mövqeləri üçün bir həqarət olan bu üfunətli 
və mənfur pansiondan həqiqətən ayrılmaq istəyirdisə, madam Vokenin bir aylığını verdikdən sonra azad, 
şıq gəncə məxsus mənzil tutub, ev avadanlığı ala bilməzdimi? Məsələ də burasındadır ki, belə şeylər üçün 
onun cibində pul tapılmazdı. Rastinyak qumar üçün hər zaman pulu olsun deyə, udduğu zamanlar 
zərgərdən qiymətli qızıl zəncirlər və cib saatı alar, ehtiyacı olanda isə bu şeyləri gəncliyin ən kədərli və 
gizli dostlarından olan lombarda aparardı. Lakin mənzil pulunu, yemək pulunu vermək, yaxud yüksək 
cəmiyyət mədənlərini qazmaq üçün lazımi alətlər almaq məsələsinə gələndə, o, tərəddüd ed r və heç nə 
icad edə bilməzdi. Gündəlik ehtiyaclar, adi tələbləri təmin etmək üçün borc almaq zərurəti ona ilham 
verməzdi. Təsadüflə dolu həyatın dadını görmüş insanların əksəriyyəti kimi, o da, meşşanların nəzərində 
müqəddəs sayılan adətə rəğmən, öz borclarını ödəməyi son dəqiqəyə qədər təxirə salardı. Mirabo* da 
aldığı çörəyin pulunu, yalnız bu çörək məhkəməyə verilən bir veksel surətində bütün dəhşəti ilə zühur 
etdiyi zaman verərdi. Nəhayət, Rastinyak var-yoxunu qumara uduzdu, borca düşməyə məcbur oldu. O, 
müəyyən gəlir mənbəyi olmadan, artıq bu cür həyat sürməyin mümkün olmadığını anladı. Lakin 
Rastinyak bu qeyri-sabit həyatın nəticəsində yediyi kötəklərin ağrısından ufuldasa da, bu əyyaş həyatdan 
çəkilmək iqtidarında olmadığını hiss edir və      olursa olsun, bunu davam etdirmək istəyirdi. Varlanmağa 
ümid bəslədiyi xoşbəxt təsadüflər boş xəyala çevrilir, həqiqi maneələr isə getdikcə artırdı. Baron və 
baronessa Nusingenin ailə sirlərinə vaqif olduqdan sonra Ejen başa düşdü ki, məhəbbəti sərvət 
qazanmaq alətinə çevirərsə, rüsvayçılıq badəsini son damlaya qədər içməyə, gənclik günahlarına bəraət 
qazandıran alicənab ideyaları belə atmağa məcbur olacaqdır. O, zahirən parlaq görünən, lakin natəmiz 
bir vicdanın töhmətləri ilə zəhərlənmiş və əbədi iztirabların, qorxuların bahasına alınmış kiçik nəşələrlə 
müşayiət edilən bu həyatın burulğanına düşmüşdü: o, Labrüyerin* küçə arxında “Pərişan adam” kimi 
özünə yataq yeri düzəltmişdi, lakin o da “Pərişan adam” kimi hələlik ancaq paltarını palçığa 
bulaşdırmışdı. 
Bir dəfə Byanşon, süfrədən qalxdığı zaman, Rastinyakdan soruşdu: 
– Hə, işlər nə yerdədir? Mandarini öldürdünüzmü? 
Rastinyak cavab verdi: 
– Hələ ölməyib, ancaq xırıldayır. 
Byanşon bu cavabı zarafat kimi qəbul etsə də, zarafat deyildi. Uzun müddətdən sonra evdə ilk dəfə nahar 
edən Ejen dinməz-söyləməz xörəyini yeyir və nə isə fikirləşirdi. Şirnini yedikdən sonra öz otağına 
çəkilmək əvəzinə, yemək otağında madmazel Tayferin yanında əyləşdi. Hərdən bir ona mənalı nəzər 
salırdı. Kirayənişinlərin bəziləri də hələ süfrədən durmamışdı: kimi qoz sındırıb yeyir, kimi də ot        -           
başladığı mübahisəni davam etdirirdi. Axşamlar, adətən, hər kəs kefi istədiyi zaman öz otağına çəkilərdi: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə