Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə44/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   40   41   42   43   44   45   46   47   ...   77

hər şey söhbətin şirinliyindən, yaxud mədənin pis-yaxşı həzm etməsindən asılı idi. Qışda yemək otağı az-
az hallarda saat səkkizdən əvvəl boşalardı; odur ki kişilərin çoxluğu sayəsində sükut etməyə məcbur olan 
dörd qadın bir tərəfə çəkilib yalqız əyləşərdi. O axşam Votren hara isə getməyə tələsirdi, lakin tələbənin 
məyusluğu onu çaşdırdığından getmədi, qaldı, ancaq Ejen onun getdiyini zənn etsin deyə, tələbənin 
gözünə görünməməyə çalışdı. Votren kirayənişinlər gedəndən sonra da getmədi, qonşuluqdakı salonun 
bir tərəfində gizləndi. O, tələbənin ürəyindəkini kitab kimi oxumuşdu və qəti dönüş yaranacağını 
gözləyirdi. 
Rastinyakın vəziyyəti, doğrudan da, getdikcə ağırlaşırdı. Ehtimal ki, bu vəziyyətdən bir çox gənc 
xəbərdardır. Məhəbbətdənmi, işvəkarlıqdanmı, hər halda, madam de Nusingen Paris qadın 
diplomatiyasının bütün vasitələrindən istifadə edərək, Ejeni həqiqi ehtirasın bütün həsrətlərini çəkməyə 
məcbur etmişdi. Vikontessa de Boseanın kuzenini mühafizə etmək üçün özünü cəmiyyət qabağında 
rüsvay etdikdən sonra Delfina yenə də öz ixtiyarını həqiqətən Ejenə verməkdə tərəddüd göstərirdi. 
Halbuki hamı bu ixtiyarın çoxdan onun əlində olduğunu zənn edirdi. Delfina bir ay uzunu Rastinyakın 
şəhvətini qızışdırdıqdan sonra artıq onun qəlbinə də təsir etmişdi. Bu dostluğun ilk günlərində Ejen 
özünü üstün zənn etsə də, bir az sonra madam de Nusingen, Paris gənclərinin hər birində iki, ya üç kişiyə 
kifayət edəcək bütün xeyirli və pis hissləri qızışdırmaqda xüsusi qabiliyyəti olması sayəsində qalib 
gəlmişdi. Bəlkə, o, bunu qəsdən edirdi? Xeyr, qadınlar ən həyasız yalanlarında belə təbii hissə 
qapıldıqlarından həmişə səmimi olurlar. Kim bilir, bəlkə də, Delfina əvvəlcə Ejenin üstün gəlməsinə 
imkan verdikdən və ona qarşı böyük hiss bəslədiyini büruzə verdikdən sonra, artıq öz vüqarını 
alçaltmamaq fikrinə tabe olaraq, onları bir müddət təxirə salmalı idi. Ehtiras odunda yanarkən belə öz 
süqut dəqiqəsini uzatmaq, öz gələcəyini təslim etdiyi kişinin qəlbini bir daha imtahandan keçirmək Paris 
qadınları üçün təbii haldır. Birinci dəfə madam de Nusingenin ümidləri puça çıxmışdı: gənc və xudbin 
Marseyə bəslədiyi hiss təhqir edilmişdi. Onun etibar etməməyə əsası vardı. Sürətli müvəffəqiyyət Ejeni 
ədabaza döndərmişdi. Çox ola bilsin ki, hər birinin vəziyyətindən asılı olaraq onun hərəkətlərində 
duyulan hörmətsizlik Delfinanın da diqqətini cəlb etmişdi. Onu atan məşuq     qarşısında uzun müddət 
alçaldıqdan sonra o, təbii olaraq gənc pərəstişkarının gözlərində yüksəlmək və özünə qarşı hörmət 
oyatmaq istəyirdi. Ejen də Marse ilə onun arasındakı əlaqədən xəbərdardı. Buna görə Delfina istəmirdi 
ki, Ejen onun üzərində asanlıqla qələbə çala biləcəyini düşünsün. Bir sözlə, bir gənc əxlaqsızdan, dəhşətli 
bir məşuqdan, onun hərarətli şəhvətpərəstliyindən qurtulduqdan sonra Delfina məhəbbətin çiçəklənən 
bağçalarında gəzməkdən böyük həzz alır və təsəlli tapırdı; o, təbiət mənzərələrini heyran-heyran seyr 
edir, ehtizazına uzun-uzadı qulaq asır, bəkarətli küləyin nəvazişlərinə özünü təslim edirdi. Saxta 
məhəbbət intiqamını həqiqi məhəbbətdən alırdı. Təəssüf ki, ilk yalan addımlarının gənc qadın qəlbində 
bir çox ətirli çiçəklər tapdadığını kişilər anlamayınca, bu cür mənasız işlər davam edəcəkdir. Lakin 
Delfinanın niyyəti nə olur-olsun, o, hər halda; Rastinyakla oyun oynayırdı, həm də sevildiyinə şübhə 
etmədiyindən və qadınlıq əzəməti könlü istədiyi zaman öz məşuqunun kədərlərinə son qoyacaq dərmanı 
əlində saxladığından həzz alırdı. Rastinyak isə özünə hörmət bəslədiyindən, ilk döyüşünün Delfinanın 
qələbəsi ilə nəticələnməsini istəmir və ovçu ov mövsümünün açılışı günündə mütləq kəkliyi vurmaq 
istədiyi kimi, o da inadla öz ovunu təqib edirdi. Mənliyinin təhqir edilməsi, qorxu, məyusluq, səmimi, 
yaxud uydurma ümidsizlik Rastinyakı bu qadına daha da bağlayırdı. Parisin yüksək cəmiyyəti madam de 
Nusingeni ona təslim etdiyi halda, onun müvəffəqiyyətləri tanışlığının birinci günündə müvəffəq 
olduğundan irəli getmirdi. Bəzən qadının işvələrində məhəbbətindəki nəşələrdən daha çox sevinc 


olduğunu anlamayan Ejen axmaqcasına hiddətlənirdi. Qadının məhəbbətlə çarpışdığı dəqiqələr 
Rastinyaka ilk səmərəsini vermişdi: bu meyvə hələ göy və turş idi, baha qiymətə otursa belə, dadı çox xoş 
və ləziz idi. Bəzən Ejen cibinin pulsuz, gələcəyinin isə dumanlı olduğunu gördükdə, vicdanına rəğmən, 
Votrenin təlqin etdiyi varlanmaq imkanını, yəni madmazel Tayferlə evlənməyi düşünürdü. İndi artıq elə 
bir zaman gəlmişdi ki, pulsuzluq gur səslə bağırırdı; odur ki Ejen bəzən Votrenin nüfuzlu baxışlarına 
təslim olaraq, istər-istəməz dəhşətli sfinksin hiylələrinin təsiri altına düşməyə başlayırdı. 
Nəhayət, Puare ilə madmazel Mişono madam Vokeni və madam Kutürü yalqız qoyaraq, üst qata 
qalxdılar. Madam Kutür sobanın yanında mürgüləyə-mürgüləyə yun əlcəklər hörürdü. Rastinyak bu 
otaqda arvadlardan başqa kimsə olmadığını zənn edərək, madmazel Tayferə mehriban nəzərlə baxdı. Qız 
başını aşağı saldı. 
Viktorina az sükutdan sonra soruşdu: 
– Nədənsə, qəmgin görünürsünüz, cənab Ejen? 
Rastinyak cavab verdi: 
– Qəmgin olmayan adam tapılarmı? Biz gənclər, hər zaman hazır olduğumuz fədakarlıqlar qarşısında 
güclü, sadiq məhəbbətlə sevildiyimizi bilsəydik, çox mümkündür ki, qəmgin olmazdıq. 
Madmazel Tayfer mənalı nəzərlə Ejenə baxdı. 
– Məsələn, sizi götürək, madmazel Viktorina. Siz bu gün öz hisslərinizə əmin görünə bilərsiniz, lakin heç 
zaman dəyişməyəcəyinizə məsul ola bilərsinizmi? 
Zavallı qızın dodaqlarında incə təbəssüm göründü. Sanki qəlbindən doğan bir nur şəfəq kimi onun üzünü 
işıqlandırdı. Rastinyakın özü belə qızın qəlbində tüğyan edən hisslərin şiddətindən qorxuya düşdü. 
– Bəlkə, siz sabah varlı və xoşbəxt bir qadın oldunuz, bəlkə, göylər sizə böyük sərvət bağışladı, siz hələ 
yoxsulluqda bəyəndiyiniz bir gənci yenə əvvəlki kimi sevə bilərdinizmi? 
O, sevimli bir əda ilə başını aşağı saldı. 
– Çox yoxsul bir gənci? 
Viktorina yenə başını aşağı saldı. 
Madam Voke bağırdı: 
– Orada nə boş-boş danışırsınız? 
Ejen dedi: 
– Bizi rahat qoyun, bizim öz işimiz var. 
Yemək otağının qapısında görünən Votren: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə