Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə46/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

həqiqi bir hiss varsa, o da ancaq iki kişinin dostluğudur. Mənim ehtirasım Pyer və Jafye dir. Mən “Xilas 
edilən Venesiya”nı* əzbər bilirəm. Bu qədər möhkəm adamlar tapa bilərsinizmi ki, yoldaşı “gedək meyiti 
basdırmağa!” dediyi zaman, dinməz-söyləməz, zəhlətökən nəsihətlər vermədən, yoldaşının        ca düşüb 
getsin? Mən həmişə belə etmişəm. Mən hər kəslə bu cür söhbətlər etmirəm, lakin siz yüksək təbiətli 
insanlardansınız. Sizə hər şeyi söyləmək olar, siz hər şeyi başa düşə bilərsiniz. Siz qurbağa törəmələrinin 
yaşadığı bataqlıqda uzun müddət çırpınmayacaqsınız. Yanılmıramsa, şərtimiz aydındır? Siz evlənməlisiniz. 
Şpaqalarımız qınından çıxdı – döyüş meydanıdır! Mənim qılıncım poladdandır, heç zaman əyilməz, hə-
hə-hə! 
Votren mənfi cavab almamaq və Ejenə özünə gəlməyə imkan vermək üçün dərhal otaqdan çıxdı. 
Görünür, bütün bu zəif müqavimətlərin, bütün bu mübahisələrin insan üçün öz pis hərəkətlərinə bəraət 
qazandırmaq cəhdlərindən başqa bir şey olmadığı Votrenə məlum idi. 
Ejen isə öz-özünə dedi: 
“Nə istəyir eləsin, ancaq mən, əlbəttə, madmazel Tayferi almayacağam!” 
Qəlbində dəhşət oyadan, lakin məhz fikirlərinin həyasızlığı və cəmiyyətin mahiyyətini anlamaqda 
göstərdiyi cəsarət sayəsində gözləri qarşısında böyüyən bu şəxslə yalnız sazişə girmək qorxusundan onun 
bütün mənəviyyatı sarsılsa da, yenə buna davam gətirdi. Rastinyak geyinib, karet çağırtdırdı və madam 
de Restonun müsamirəsinə getdi. Bu xanım, hər addımı ilə yüksək cəmiyyətdə irəli gedən və gələcəkdə 
təhlükəli nüfuz qazana biləcək bu oğlana son günlər diqqətini ikiqat artırmışdı. Rastinyak markiz d’A uda 
və qraf de Trayla haqq-hesabını çürütdü, bütün gecəni vist oynadı və uduzduğunu geri qaytardı. Özünə 
yalqızca yol açan insanların əksəriyyəti adətən, az-çox fatalist olar; odur ki Rastinyak da mövhumatçı idi: 
o, bu uduşa, yaxşı əməl yolunda möhkəm dayanmağa qərar verdiyi üçün göylərin mükafatı kimi baxdı. 
Səhər tezdən o, hər şeydən əvvəl, vekselinin necə olduğunu Vortendən soruşdu. Ejen təbii bir 
məmnuniyyətlə Votrenə üç min frank qaytardı. 
Votren: 
– Hər şey öz yerindədir, – dedi. 
Ejen: 
– Ancaq mən sizə yoldaş deyiləm, – deyə cavab verdi. 
Votren Ejenin sözünü kəsərək: 
– Bilirəm, bilirəm, – dedi, – siz hələ uşaqlıq edirsiniz və sarsaq şeylərdə tərəddüd göstərirsiniz. 
İki gün sonra Puare ilə madmazel Mişono Botanika bağının xəlvət bir          , günəşin düşdüyü skamyada 
əyləşib, Byanşona haqlı olaraq şübhəli görünən bir cənabla söhbət edirdilər. 
Qondüro deyirdi: 
– Madmazel, mən sizin vicdanınızı narahat edəcək bir şey görmüşəm. Dövlət polis naziri həzrətləri... 


Puare: 
– Belə! Demək, dövlət polis naziri həzrətləri... – deyə təkrar etdi. 
Qondüro cavab verdi: 
– Bəli, bəli, nazir həzrətləri bu işlə maraqlanır. 
Düşünmək qabiliyyətindən məhrum olan, lakin heç şübhəsz, meşşan xasiyyətləri ilə aşılanmış sabiq bir 
məmurun, yəni Puarenin polis sözünü işlətməklə tərbiyəli bir adam maskası altında Beytül-müqəddəs 
küçəsindəki* idarənin agenti olduğunu büruzə verdikdən sonra belə, özünü Buffon küçəsində yaşayan 
saxta rantye kimi təqdim edən şəxsin sözlərinə yenə qulaq asacağına kim inana bilər? Bununla belə, 
burada qeyri-təbii heç nə yoxdur. Saysız-hesabsız sadəlövhlər ailəsində Puarenin necə xüsusi bir cins 
təşkil etdiyini, bəzi alimlərin hələ nəşr edilməmiş, lakin şöhrət qazanmış müşahidələri sayəsində 
tamamilə aydın görünə bilər: Dövlət büdcəsinin min iki yüz frank maaş alanlarının nüfuz etdiyi birinci en 
dairəsi ilə (bu, bir növ, inzibati Qrenlandiyadır) üç minlə altı min arasında maaşı olan isti yerlərin 
başladığı, mükafatların yaxşı bitdiyi, hətta bəslənməsinin çətinliyinə baxmayaraq, çiçək açdığı üçüncü 
dərəcə arasında (mülayim iqlimli bir sahədir), köçücü bir tayfa yaşayır. Bu kütbeyin xidmətçilərə xas olan 
cəhətlərdən biri də budur ki, onlar hər hansı bir nazirliyin dalay-lamasına* mexaniki, instinktiv, biixtiyar 
ehtiram bəslərlər, halbuki bu dalay-lamanı məmurlar ancaq aydın oxunulmayan imzasına görə və “nazir 
həzrətləri” adı ilə tanıyırlar. Bu iki söz onların nəzərində “Bağdad xəlifəsi”* əsərindəki II Bondo cani 
mislində bir şeydir, həm də bu miskin məxluq üçün etiraz qəbul etməyən müqəddəs bir hakimiyyətin 
timsalıdır: xristianların nəzərində papa, məmurların nəzərində isə nazir həzrətləri xətasıdır. Nazir 
həzrətlərinin dəbdəbəsi onun hərəkətlərində, sözlərində, hətta onun adından danışılan sözlərdə belə 
özünü göstərir, onun əmri ilə görülən bütün işləri onun zərbaftalı mundiri pərdələyir, qanun şəklinə salır. 
Nazir həzrətlərinin mənsəbi onun niyyətlərinin saf, göstərişlərinin müqəddəs, ən yaramaz ideyalar üçün 
bir vasitə olduğunu sübut edir. İnsan adlanın bu zavallılar “nazir həzrətləri”nin adı çəkiləndə öz şəxsi 
mənfəətlərindən ən artıq səy göstərirlər. Orduda olduğu kimi, dəftərxanalarda da passiv itaətkarlıq 
hökm sürür. Bu sistem vicdanları boğur, insan qəlbini xarabazara döndərir, insanı dövlət idarəsi 
maşınının balaca bir vintinə çevirir. Göründüyü kimi, insanları tanıyan Qondüro, dərhal Puarenin səfeh 
bir bürokrat olduğunu anlamış və batareyalarını ortalığa çıxarıb, agentin fikrinə görə, Mişono Puarenin 
məşuqəsi olduğu kimi, Mişononun məşuqu vəziyyətində olan Puareni heyrətləndirmək vaxtı çatanda, öz 
Deus ex machina,* yəni ecazkar “nazir həzrətləri”ni işə salmışdı. 
Puare dedi: 
– İndi ki nazir həzrətləri, şəxsən, bəli, nazir həzrətləri... Bu lap başqa şeydir, buna heç söz ola bilməz. 
Saxta rantye isə Mişonoya xitabən davam edirdi: 
– Bu cənabın dediklərini eşidirsinizmi? Siz ki, yanılmıramsa, ona etibar edirsiniz. Bəli, belədir ki var. Nazir 
həzrətləri bu fikirdədir ki, “Vokenin evi”ndə yaşayan və Votren adlanan şəxs Tulon katorqasından qaçmış 
və “Ölüm-yalan” adı ilə məşhur olan bir məhbusdur. 
Puare təkrar etdi: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə