Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə47/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

– Belə de! “Ölüm-yalan!” Görünür, işi rast gətirir ki, belə ad qazanıb... 
Agent dedi: 
– Əlbəttə. Ona bu adı həmişə bəxti gətirdiyinə görə veriblər: o, ən cəsarətli təşəbbüslərindən sağ-
salamat çıxarmış. Onun necə qorxulu adam olduğunu görürsünüz! Bəzi qabiliyyətlərinə görə bu, 
fövqəladə  şəxsdir. Onun katorqaya göndərilməsi böyük hadisə idi. Bunun sayəsində o, doğrudan da, 
böyük hörmət qazanmışdı... 
Puare soruşdu: 
– Demək, o, hörmət sahibidir? 
– Bəli, bir növ... O, könüllü olaraq başqasının cinayətini öz üstünə götürmüşdü. Onun sevdiyi olduqca 
gözəl bir gənc saxtakarlıq etmişdi. Bu gənc italyan dəhşətli qumarbaz idi. Sonralar hərbi qulluğa girmişdi, 
həm də özünü yaxşı aparırdı. 
Madmazel Mişono soruşdu: 
– Bəs polis naziri həzrətləri Votrenin “Ölüm-yalan” olduğunu bilirsə, mənə nə ehtiyac var? 
Puare dedi: 
– Bəli, bəli, doğrudan da. Əgər, siz buyurduğunuz kimi, cənab nazir müəyyən dərəcədə yəqinlik hasil 
edirsə... 
– “Yəqinlik” sözü o qədər də düz deyil: buna daha çox şübhə demək olar. Bu saat mən sizi başa salaram. 
“Ölüm-yalan” adı ilə şöhrət qazanan Jak Ko len üç katorqanın möhkəm etibarını qazanmışdır. Bu 
katorqalar onu agent və bankir seçmişlər. O, bu cür şeylərdən böyük pullar qazanır. Belə adamların 
xüsusi damğası var. 
– Ha-ha! Madmazel, bu cinası başa düşdünüzmü? – deyə Puare soruşdu. – Cənab Qondüro deyir ki, bu 
cür adamların xüsusi damğası var, yəni o, damğalı adamdır. 
Agent isə sözünə davam edərək: 
– Saxta Votren, – dedi, – katorqalıların kapitalını qəbul edir, ticarət işlərinə qoyur, katorqadan qaçan 
məhbusların özlərinə qaytarmaq, yaxud bu barədə vəsiyyətnamə yazmışsa, ailələrinə vermək üçün 
əmanət saxlayır, ya da saxta Votren adına yazılmış veksellər üzrə onların məşuqələrinə verir. 
Puare soruşdu: 
– Məşuqələrinə? Bəlkə, siz arvadlarına demək istəyirsiniz? 
– Xeyr, katorqalılar, adətən, qeyri-qanuni arvadlar saxlayırlar ki, bizdə buna nikahsız deyirlər. 
– Demək, onlar nikahsız yaş yırlar? 


– Tamamilə doğrudur. 
– Bu cür çirkin işlərə dözmək cənab nazirə yaraşmaz. Siz tez-tez nazir həzrətləri ilə görüşürsünüz, həm də 
siz, mənim rəyimcə, insanpərvər adamsınız, bu cür adamların əxlaqsızlığını nazirə başa salmaq sizin 
borcunuzdur, hər halda, cəmiyyət üçün bu, yaxşı nümunə deyildir. 
– Lakin hökumətin onları zindana salmaqda məqsədi əxlaq və xeyirxahlığın nümunəsini nümayiş 
etdirmək deyildir. 
– Haqlısınız. Ancaq müsaidənizlə... 
Madmazel Mişono söhbətə qarışaraq: 
– Dostum, – dedi, – qoysanız cənab Qondüro danışsın... 
Qondüro davam etdi: 
– Bilirsinizmi, madmazel, hökumət, şayiələrə görə, böyük məbləğ təşkil edən bu xəzinəni zəbt etməklə 
çox şey qazana bilər. “Ölüm-yalan”ın ixtiyarında bir çox qiymətli şeylər var. O yalnız bəzi yoldaşlarının 
deyil, hətta “On minlər şirkəti”nin də pullarını özündə saxlayır. 
Puare dəhşətlə bağırdı: 
– On min oğrumu? 
– Xeyr, “On minlər şirkəti” geniş dairədə fəaliyyət göstərən yüksəkmarkalı oğruların təşkilatıdır. Onlar on 
min frankdan əskik işlərə əllərini bulaşdırmazlar. Bu şirkətə daxil olanların hamısı seçmə adamlardır: 
belələrini biz Ali cinayət məhkəməsinin ixtiyarına göndəririk. Onlar “Qanun məcəlləsi”ni yaxşıca 
öyrənmişlər, cinayət üstə tutulsalar belə, heç vaxt edam cəzası maddəsinə düşməzlər. Kol en onların 
vəkili, məsləhətçisidir. O, ixtiyarında olan böyük sərvət sayəsində özünə məxsus bir polis idarəsi təşkil 
edib, geniş əlaqələr yaradıb və hər şeyi duman, sirr içində saxlayır. Artıq bir ildir biz onu casuslarla əhatə 
etsək də, yenə oyunlarını aça bilmirik. Bu surətlə, istər bu xəzinə, istərsə onun istedadı daim cinayətlərə 
qida verir, canilərin artmağına səbəb olur, silah altında o, bir ordu quldur saxlayır, bunlar da daim 
cəmiyyətlə müharibə edlirlər. “Ölüm-yalan”ı həbs etmək və onun bütün dəstəsini ələ keçirmək cinayətin 
kökünü kəsmək deməkdir. Buna görə də bu, təxirəsalınmaz işdir, dövlət işidir, siyasi işdir. Bu işin 
müvəffəqiyyət qazanmağına kömək etmək böyük şərəfdir. Bunun sayəsində siz yenə hökumət qulluğuna 
girə bilər, polis komissarının katibi ola bilər və eyni zamanda pensiyanızı ala bilərsiniz. 
Madmazel Mişono soruşdu: 
– Bəs nə üçün “Ölüm-yalan” xəzinəni götürüb qaçmır? 
– Bu mümkün deyil. O, hara qaçsa,       nca onu öldürmək üçün adam göndərəcəklər. Bundan başqa, 
katorqanın xəzinəsini oğurlamaq yaxşı bir ailədən qızı qaçırmaq kimi deyildir. Həm də Kolen qoçaq 
adamdır: belə zarafatları bacarmaz, rüsvayçılığa yol verməz. 
Puare dedi: 


– Doğru buyurursunuz. O lap rüsvay ola bilərdi... 
Madmazel Mişono: 
– Biz yenə də nə üçün onu, sadəcə, həbs etmək mümkün olmadığını başa düşmədik, – dedi. 
– Çox gözəl, mən bu saat başa salaram... (O, Mişonoya doğru əyilərək qulağına pıçıldadı: – Ancaq bir 
şərtlə. Kavalerinizi sözümü kəsməyə qoymayın, yoxsa biz heç vaxt söhbətimizi qurtarmayacağıq. Bu qoca 
çox varlı olmasa, heç kəs onu dinləməz.) “Ölüm-yalan” bura gəldiyi zaman abırlı adam cildinə girmiş, 
hörmətli bir Paris vətəndaşı olmuş, diqqəti cəlb etməyən bir pansionda yerləşmişdir. O, çox həssas 
adamdır, onu birdən yaxalamaq mümkün deyil. Bir sözlə, Votren böyük adamdır, böyük işlərlə 
məşğuldur. 
Puare öz-özünə: 
– Əlbəttə, əlbəttə, – dedi. 
– Əgər birdən səhvə yol verilsəydi və əsl Votren həbs edilsəydi, heç bilirsiniz nə olardı? Parisin bütün 
ticarət aləmi və əfkar -ümumi nazirə qarşı üsyan edərdi. Polis prefektinin də düşmənləri var, vəziyyəti 
möhkəm deyildir. İş baş tutmasa, onun yerinə keçmək istəyənlər onu bayıra atmaq üçün, dərhal 
liberalların mırıltısından, nəriltisindən istifadə edəcəklər. Bu işdə, özünü qraf de Sent-Elen elan edən 
Kuanyarın* işində olduğu kimi hərəkət etmək lazımdır. Əgər o, əsl qraf de Sent-Elen olsaydı, bizim 
dərimizi soyardılar. Bax buna görə hər şeyi yoxlamaq lazımdır. 
Madmazel Mişono cəld: 
– Demək, sizə qəşəng bir xanım lazımdır? 
– Xeyr, o, qadınları özünə yaxın qoymaz. Sizə bir sirri də aça bilərəm: “Ölüm-yalan”ın qadınlarla arası 
yoxdur. 
– Elə isə, fərz edək ki, mən buna iki minə razı ola bilərəm, lakin mən yenə də bu yoxlamada nə fayda 
verəcəyimi başa düşə bilmirəm. 
Məchul adam dedi: 
– Bu lap sadə şeydir. Mən sizə içi mayeli balaca bir şüşə verəcəyəm: bu dərmanı içəndə qan beyinə 
vurur; bu, qan gəlməsi kimi bir şeydir, ancaq heç bir təhlükəsi yoxdur. Dərmanı qəhvə ilə, yaxud şərabla 
qarışdırmaq olar. Dərman öz təsirini göstərdikdən sonra xəstəni çarpayısının üstünə uzadarsınız, guya, 
ölüm təhlükəsi olub-olmadığını yoxlamaq üçün paltarını soyundurarsınız. Onun yanında yalqız qaldıqdan 
sonra ovcunuzun içi ilə çiyninə bir şapalaq vurarsınız. O zaman damğanın görünüb-görünmədiyi məlum 
olar. 
Puare: 
– Bu lap boş şeydir ki... – dedi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə