Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə49/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   45   46   47   48   49   50   51   52   ...   77

etdiyim bir zərbə ilə o, məhv olacaq – şpaqanın yuxarı qalxması və alnından vurulması kifayətdir. Mən bu 
döyüş üsulunu sizə göstərəcəyəm, çünki çox gərəkli şeydir. 
Rastinyak küt nəzərlə Votrenə baxır və qulaq asırdı. O, cavab verə bilmirdi. Bu zaman Qorio ata, Byanşon, 
bir də kirayənişinlərdən bəziləri otağa daxil oldular. 
Votren dedi: 
– Mən sizi hər zaman belə cəsur görmək istərdim. Siz nə etdiyinizi bilirsiniz. Qoçağım, mənim qartal 
balam! Siz insanlara hökm edəcəksiniz, siz qüvvətlisiniz, dəmir kimi möhkəmsiniz, mübarizsiniz, mən sizə 
hörmət edirəm. 
Votren onun əlini sıxmaq istədi, lakin Ejen kəskin hərəkətlə əlini çəkdi və sapsarı saralıb stulun üstünə 
düşdü: ona elə gəldi ki, ayaqlarının altında qan görür, Votren yavaş səslə ona dedi: 
– Belə! Bizim üstümüzdə hələ xeyirxahlığa bulaşmış bir-iki əs i qalmışdır. Doliban atanın üç milyonu var, 
mən onun sərvətinə bələdəm. Cehiz sayəsində siz öz nəzərinizdə belə gəlin paltarından daha təmiz 
görünəcəksiniz. 
Rastinyak artıq tərəddüd etmirdi. Axşam gedib Tayferləri, atasını da, oğlunu da xəbərdar etməyə qərar 
verdi. Votren ondan uzaqlaşdı, Qorio ata isə qulağına pıçıldadı ki: 
– Oğlum, siz qəmgin görünürsünüz! Bu saat mən sizi şad edərəm. Gedək! 
Qoca fabrikant burma şamını çırağın odu ilə yandırdı. Ejen dərin maraq içində qocanın      ınca getdi. 
Qoca, tələbənin açarını Silviyadan alıb: 
– Sizin otağınıza gedək, – dedi. – Bu səhər siz elə güman etmisiniz ki, o, sizi sevmir. O sizi qovmağa 
məcbur olub, siz isə hirslənib getmişsiniz, məyus olmusunuz. Şıltaq! O, məni gözləyirdi. Başa 
düşdünüzmü? Biz gözəl bir mənzil düzəltmək üçün getməli idik, üç gündən sonra siz o mənzildə 
yaşayacaqsınız. Bu sirri sizə açdığımı ona söyləməzsiniz. O, sizə sürpriz hazırlayır, lakin mən artıq bu sirri 
sizdən gizlətməyə səbəb görmürəm. Mənzil d’Artua küçəsində, Sen-Lazar küçəsinin yaxınlığındadır. Siz 
orada lap knyaz kimi yaşayacaqsınız. Biz sizin üçün mebel düzəltmişik, elə bil təzə gəlin mebelidir. Son ay 
ərzində biz çox işlərlə məşğul olduq, ancaq sizə bir söz demirdik. Mənim vəkilim           qızımın otuz altı 
min frank illik gəliri olacaqdır, bu, cehizinin faizləridir. Onun səkkiz yüz min frankının gəlirli əmlaka 
çevrilməsini tələb edəcəyəm. 
Ejen susur, qollarını döşündə çarpazlayaraq, nizamsız, yoxsul otağında gəzişirdi. O, arxasını Qorio ataya 
çevirdiyi zaman, qoca qırmızı tumacdan         m ş və üzərində Rastinyak nəslinin qızıl gerbi həkk edilmiş 
bir futlyarı buxarının üstünə qoydu. 
– Əziz oğlum, mənim başım işlərə qarışıb. Lakin sözün düzü, məndə xeyli xudbinlik var: mən sizin 
köçməyinizlə çox maraqlanıram. Sizdən bir şey xahiş etsəm, rədd etməzsiniz ki? 
– Nə xahiş edirsiniz? 


– Təzə mənzilinizin üstündə, beşinci mərtəbədə bu mənzilə bağlı bir otaq var: mən orada yerləşsəm, 
etiraz etməzsiniz ki? Mən gündən-günə qocalıram, qızlarımdan çox uzaq yaşayıram. Mən sizə əziyyət 
vermərəm. Mən ancaq orada yaşayacağam. Hər axşam siz mənə qızımdan danışarsınız. Bu, sizə qətiyyən 
mane olmaz, halbuki mən, siz evə qayıtdığınız zaman, öz-özümə deyəcəyəm ki: “O, bir az bundan əvvəl 
mənim balaca Delfinamla görüşüb. O, mənim qızımla bala gedib, mənim qızım onun sayəsində 
xoşbəxtdir”. Xəstələndiyim zaman, evə qayıtdığınızı eşitmək, mebeli tərpətdiyinizi, otaqda gəzişdiyinizi 
duymaq mənim dərdlərimə dərman olacaq, siz mənə qızımı xatırladacaqsınız. Yelisey düzləri iki 
addımlıqdadır, mən həmişə gəzməyə çıxan qızlarımı görəcəyəm. Elə    gec qayıtmayacağam. Bəlkə, qızım 
sizə də gəldi. Mən onun səsini eşidəcəyəm, səhər kapotunda, oyan-buyana qaçdığını, pişik kimi nazlana-
nazlana gəzdiyini görəcəyəm. Son bir ayda lap yeniyetmə qız kimi şən, qəşəng olub. Ürəyi fərəhlənir, bu 
səadəti ona siz vermisiniz. Ah, mən sizin xatirinizə nələr etməzdim! Bu saat geri qayıtdığımız zaman onun 
mənə nə dediyini bilirsinizmi? O: “Ata, mən çox xoşbəxtəm!” – dedi. Onlar mənə ədəblə “atamız” 
deyəndə qəlbim üşüyür, lakin sadəcə “ata” deyəndə, onların uşaqlığı yadıma düşür, şirin xatirələrlə 
çırpınıram. O zaman ata olduğumu daha dərindən hiss edirəm. Belə zənn edirəm ki, onlar heç kəsin deyil, 
yenə mənimdir, mənim əziz qızlarım... 
Qoca göz yaşlarını sildi: o ağlayırdı. 
– Mən çoxdan bəri bu sözü eşitməmişdim, çoxdan idi ki, o, mənim qolumdan tutmamışdı. Bəli, bəli, on il 
olar mən qızlarımın heç biri ilə yanaşı gəzməmişəm. Onun paltarına toxunma   , addımlarımı onun 
addımlarına uyğunlaşdırma   , vücudunun hərarətini duymaq nə qədər xoş olduğunu bilsəydiniz! Bu 
səhər mən Delfinamla çox yerlər gəzdim. Dükanları dolaşdım. Evinə qədər ötürdüm. Ah, qoyun mən də 
sizin yaxınlığınızda yaşayım! Ah, bu yoğun Elzas kötüyü ölsəydi, podaqrası qarnından yapışsaydı, mənim 
qızım necə xoşbəxt olardı! Siz mənim kürəkənim, qızımın açıqdan-açığa əri olardınız. O, hələ dünyanın 
ləzzətini duymamış bədbəxt qadındır: odur ki mən ona hər şeyi əfv edirəm. Allah mehriban ataların 
tərəfində olmalıdır. – O, bir az susdu, sonra başını yırğalayıb əlavə etdi: – O sizi çox sevir, çox sevir! Yolda 
elə ancaq sizdən danışırdı: “Ata, o, xoşagəlimdir, mərhəmətlidir, deyilmi? O, məndən danışırmı?” D’Artua 
küçəsində P norama pasajına qədər mənə nələr danışmadı! O, çoxdan bəri mənə ürək sözünü demirdi! 
Bu səhər mən xoşbəxt idim, qocalığımı belə unutmuşdum, quş lələyi kimi yüngülləşmişdim! Min frankı 
mənə verdiyinizi söylədim. Ah, mənim sevimli qızım! Onun nə qədər mütəəssir olduğunu görsəydiniz! 
Gözləri yaşarmışdı! 
Nəhayət, Rastinyakın yerindən tərpənmədiyini görən Qorio ata səbir edə bilmədi: 
– Buxarının üstündəki nədir? – deyə soruşdu. 
Ejen tamam pərişan halda, küt nəzərlə qonşusuna baxırdı. Votrenin sözlərinə görə səhərə təyin edilmiş 
bu duel, onun ən müqəddəs arzularının həyata keçməsi ilə elə bir ziddiyyət təşkil edirdi ki, onun üçün hər 
şey qorxunc yuxuya bənzəyirdi. O, buxarıya doğru baxdı, buxarının üstündəki dördkünc futlyarı gördü, 
onu açıb, içində bir vərəq kağız, altında isə Breq t saatı olduğunu gördü. Vərəqdə bu sözlər yazılmışdı: 
“Mən istəyirəm ki, siz həmişə məni düşünəsiniz, çünki... Delfina”. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə