Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə50/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

Son sözlər, ehtimal ki, münasibətlərindəki bir hadisəyə işarə edirdi. Ejenin qəlbi riqqətlə çırpındı. Saatın 
qızıl qapağının içində Rastinyak gerbi mina ilə işlənmişdi. Bu qiymətli və arzulanan şey, bu zəncir, bu açar, 
bu forma və nəqşlər onun zövqünü oxşayırdı. Qorio ata fərəh içində idi. Delfinanın hədiyyəsinin Ejeni nə 
qədər sevindirdiyini və heyran qoyduğunu qızına danışmağı, əlbəttə, vəd etmişdi. Bundan başqa, bu gənc 
qəlblərin şadlığında o da iştirak edirdi, üçüncü şəxs olsa da, başqaları kimi onun da xoşbəxt olduğu 
duyulurdu. O, Ejeni bir insan kimi, həm də qızını xoşbəxt etdiyinə görə sevirdi. 
– Bu axşam Delfinanın yanına gedərsiniz: o, sizin yolunuzu gözləyir. Elzas kötüyü bu axşam öz 
rəqqasəsinin yanında olacaqdır. Vəkilim əhvalatı olduğu kimi ona başa saldığı zaman, onun səfeh 
baxışlarını görsəydiniz! Hələ bir qızıma pərəstiş etdiyini söyləməyə cəsarət edir!  
Mən qızıma barmağını belə vurmağa qoymaram, mən onu özüm öldürərəm! – O, dərindən bir ah çəkdi. – 
Delfinam onun... yox, yox, elə bu fikir məni cinayətə vadar edər, ancaq buna adam öldürmək deməzlər, o 
ki donuz gövdəli bir öküz başıdır. Yaxşı, razısınızmı, məni yanınızda yaşamağa qoyacaqsınızmı? 
– Əlbəttə, mehriban atam Qorio, siz ki mənim sizi nə qədər sevdiyimi bilirsiniz. 
– Doğrudur, görürəm, siz məndən ikrah etmirsiniz. İcazə verin, üzünüzdən öpüm! – Qorio ata tələb ni 
hərarətlə qucaqladı. – Mənə vəd edin ki, siz ona xoşbəxtlik verəcəksiniz! Bu axşam onun yanına 
gedəcəksiniz, deyilmi? 
– Əlbəttə! Yalnız təxirəsalınmaz bir iş üçün bir yerə getməliyəm. 
– Mənim sizə bir köməyim dəyməzmi? Qulluğunuzda hazıram. 
– Lap doğru deyirsiniz. Mən madam de Nusingenin yanında olduğum zaman cənab Tayferin yanına 
gedərsiniz və deyərsiniz ki, mühüm bir məsələ haqqında danışmaq üçün axşamüstü mənə vaxt təyin 
etsin. 
Qorio atanın üzü dəyişdi, dəhşətlə: 
– Cavan oğlan, demək, bu, həqiqətdir? – dedi. – Aşağıdakı axmaqların söylədiyi kimi, siz, yəqin, onun 
qızının       nca sürünürsünüz? Allah məni öldürsün! Hələ siz Qorionun yumruğunun ağırlığını 
görməmisiniz... Əgər siz məni aldatsanız, mənim bir yumruğum bəs elər. Yox, yox, mümkün deyil!.. 
Rastinyak cavab verdi: 
– And içirəm ki, yer üzündə mənim sevdiyim bir qadın varsa, o da ancaq Delfinadır, lakin mən bunu 
indiyə qədər dərk etməmişdim. 
Qorio ata səsləndi: 
– Ah, nə böyük səadət! 
Tələbə davam etdi: 


– Ancaq məsələ burasındadır ki, Tayferin oğlu sabah dueldə vuruşacaq, eşitdiyimə görə, onu öldürmək 
istəyirlər. 
Qorio soruşdu: 
– Bunun sizə nə dəxli var? 
Ejen dedi: 
– Atasına demək lazımdır ki, oğlunu buraxmasın. 
Bu      Votrenin səsi gəldi. O, qapının       nda oxuyurdu: 
 
Riçard, mənim kralım*, 
Hamı sizi tərk etmişdir... 
Brum! Brum! Brum! Brum! 
Vaxta ki dolaşdım bütün dünyanı, 
Hamı agah oldu bir sirli işdən... 
Tralya-lya-lya-lya... 
 
Kristof çığırdı: 
– Cənablar, xörək hazırdır, hamı süfrəyə buyura bilər. 
Votren Kristofa dedi: 
– Kristof, mənə bax, get mənim otağımdan bir şüşə bordo gətir. 
Qorio ata soruşdu: 
– Saat xoşunuza gəlirmi? Delfinanın yaxşı zövqü var. 
Votren, Qorio ata və Rastinyak birlikdə aşağı endilər. Naharın başlanğıcına gecikdikləri üçün üçü də 
süfrədə yanaşı oturmağa məcbur oldu. Madam Vokenin nöqteyi-nəzərincə, ümumiyyətlə, xoş görünən 
Votren bu gün çox şən olmasına baxmayaraq, Ejen onunla soyuq rəftar edirdi. Votren məzəli sözləri ilə 
bütün kirayənişinləri hərəkətə gətirirdi. Onun özünə güvənməsi, soyuqqanlı tərpənməsi Ejeni 
heyrətləndirirdi. 
Madam Voke soruşdu: 


– Sizə bu gün nə olub? Həddən çox şadlanırsınız. 
– Mən hər zaman xeyirli bir işdən sonra şad oluram. 
– İş? – deyə Ejen soruşdu. 
– Bəli! Mən bir partiya mal satmışam, odur ki komisyon pulu almağa haqqım var. – Madmazel 
Mişononun ona baxdığını görən Votren: – Madmazel Mişono, – dedi, – siz məni gözlərinizlə dəlirsiniz: 
bəlkə, üzümdə sizə xoş gəlməyən bir şey var. Açıq söyləyin. Sizi məmnun etmək üçün mən üzümü dəyişə 
də bilərəm... – Qoca məmura göz vuraraq əlavə etdi. – Hə, Puare, sizin buna acığınız tutmaz ki? 
Gənc rəssam: 
– Vallah, sizin şəklinizi meyxana Herkulesi* kimi çəkmək olardı. 
– Çox gözəl! Əgər madmazel Mişono qəbir üstündəki Veneranın* şəkli üçün naturaçı olmağa razıdırsa, 
mən də razı olaram! – deyə Votren cavab verdi. 
Byanşon soruşdu: 
– Bəs Puare? 
Votren ucadan: 
– Puareni ancaq Puarenin özünə baxıb çəkmək lazımdır!             -                      ,                                                          
.  
– Çürük          ! – Byanşon onun sözünü tamamladı. 
Madam Voke: 
– Bu axmaq söhbətləri buraxın, – dedi. – Daha yaxşı olardı ki, siz bizi şüşəsinin ağzı görünən bordo 
şərabına qonaq edəsiniz. Şərab kefimizi daha da duruldar. Bir də şərab mədə üçün çox mənfəətlidir 
Votren hamıya xitabən: 
– Ağalar, hörmətli cənablar, – dedi, – sədrimiz bizi intizama riayət etməyə çağırır. Madam Kutür və 
madmazel Viktorina bizim lağlağı söhbətlərimizdən inciməz, lakin Qorio atanın bakirliyinə hörmət edin. 
Mən şərəfli Lafit* naminə bir şərabrama bordo içməyi təklif edirəm. Xahiş edirəm, bur da siyasi eyham 
nişanəsi görməyəsiniz... – Yerində düz dayanmış Kristofa bağıraraq: 
– Ey, müqəvva! – dedi, – Kristof, bura! Yoxsa öz adını bilmirsən? Tez ol, müqəvva, şərabı hazırla! 
Kristof şərabı təqdim edərək: 
– Buyurun, – dedi. 


Votren Ejenin və Qorio atanın stəkanlarına şərab tökdükdən sonra bir neçə damcı da öz qabına tökdü, 
qonşuları içdikdə, o, dili ilə şərabın dadına baxdı, sonra birdən üzünü turşudaraq: 
– Şeytana lənət! – dedi. – Şərabdan tıxacın dadı gəlir! Götür bunu, Kristof, özün iç, bizə başqasını gətir. 
Sağ tərəfdə şərab şüşələri var. On altı adamıq, səkkiz şüşə gətirərsən. 
Rəssam: 
– İndi ki siz belə səxavət göstərirsiniz, mən də süfrəyə yüz şabalıd qoymağa boyun oluram, – dedi. 
– Ho! Ho! 
– Ura! 
– Brr! 
Kirayənişinlərin səsi fişəng kimi gurladı. 
Votren Vokeyə tərəf çığırdı: 
– Voke cici, siz də süfrəyə iki şüşə şampan qoyun! 
– Elə bu qalmışdı! Bəlkə, evin hamısını süfrənin üstünə qoyum? İki şüşə şampan! Bunun qiyməti on iki 
frankdır! Küçədən tapmamışam ki! Yox, yox, cənab Ejen pulunu verməyə razı olsa, mən sizə qara moruq 
arağı verərəm. 
Byanşon yavaşca: 
– Onun qara moruğundan adamın qarnı işləyir, ağ tikan kimi bir şeydir, – dedi. 
Rastinyak çığırdı: 
– Byanşon, səsini kəs. Ağ tikanın adı çəkiləndə ürəyim bulanır... Yaxşı, razıyam, şampanın pulunu mən öz 
öhdəmə götürürəm. 
– Silviya, biskvit və vafli gətirin. 
Votren dedi: 
– Sizin vaflinizi kif basıb, kifli olub. Biskvitləri isə gətirə bilərsiniz. 
Şərab şüşələri əldən-ələ keçdi, kef məclisi canlandı, şənlik bir az da artdı. Dəhşətli qəhqəhə səsləri gəlir, 
cürbəcür heyvanları təqlid edən bağırtılar eşidilirdi. Muzey məmurunun haradansa ağlına bir şey gəldi: o, 
erkək pişik miyo  ltusuna oxşar bir səs çıxartdı, dərhal səkkiz adam birdən çığırdı: 
– Ay bıçaq itiləyən, ay qayçı itiləyən! 
– Quş yemi, quş yemi alan! 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə