Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə58/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

Yoğun Silviya: 
– Bəli, – dedi, – bu gün bizim hər işimiz müsibətdir, qoyun ətinin qovurması da yandı. – Çarə yoxdur, elə 
yanmışını yeyərsiniz! 
Süfrənin ətrafında on səkkiz pansioner əvəzinə yalnız on nəfər əyləşmişdi. Madam Voke mat-məəttəl 
qalmış, dili tutulmuşdu. Hamı ona təsəlli verməyə və         a mağa çalışırdı. Əvvəlcə söhbət Votrendən və 
bu günün hadisələrindən başladı, lakin bir az sonra dola bac yollarla mövzunu dəyişib, duel, katorqa, 
məhkəmə, qanunların dəyişməsi və həbsxana məsələsinə keçdilər. Nəhayət, söhbət Jak Ko lendən, 
Viktorinadan, onun qardaşından min lyö məsafəsinə uzaqlaşdı. Otaqda ancaq on nəfər olmasına 
baxmayaraq, onlar iyirmi nəfərdən də bərk gurultu qopardılar. Bu dəfə camaatın həmişəkindən çox 
toplaşdığını zənn etmək belə olardı. Dünənki naharla bugünkü naharın fərqi də ancaq bunda idi. Parisin 
gündəlik hadisələri içərisində özü üçün hər vaxt yeni qida tapan bu xudbin insanlara yeni adi qayğısızlıq 
üstün gəldi. Madam Voke də kök Silviyanın səsindəki ümid əlamətlərinə aldanaraq sakit     . 
Bütün bu gün, səhərdən axşama qədər davam edən hadisələr, Rastinyakın nəzərində bir xəyal idi. 
Möhkəm iradəsinə və ağıllı olmağına baxmayaraq, o, ekipajda Qorio ata ilə yan-yana oturduğu halda, 
yenə fikirlərini bir yerə cəmləşdirə bilmirdi. Keçirdiyi həyəcanlardan sonra qocanın fövqəladə fərəhlə 
dolu mülahizələri Ejenə yuxu kimi görünürdü; sanki o, bu söhbətlərə yuxulu-yuxulu qulaq asırdı. 
– Səhər tezdən hər şeyi qurtardıq. Biz üçümüz də bir yerdə nahar edəcəyik! Başa düşürsünüzmü? Düz 
dörd ildir mən Delfina ilə, mənim Fifinamla nahar etməmişəm. İndi o, bütün axşamını mənimlə 
keçirəcək. Səhər obaşdannan mən sizin evinizdə çalışıram. Sürtukumu çıxarıb, fəhlə kimi işləyirdim. 
Mebeli daşımağa kömək edirdim. Ah, siz Fifinamın süfrə başında nə gözəl olduğunu bilmirsiniz! O qədər 
mənim qayğımı çəkir ki... “Atacan, bax bunu yeyin, çox dadlıdır!” Mən isə onu bu halda görəndə yemək 
belə yadımdan çıxır. Bəli, çoxdandır mən onunla belə xoş gün keçirməmişəm! 
Ejen dedi: 
– Demək, bu gün dünya alt-üst olub? 
Qorio ata təəccüblə: 
– Alt-üst olub? – deyə soruşdu. – Bəli, dünya heç zaman bu qədər gözəl olmamışdır. Küçələrdə bütün 
insanlar mənə şad görünür: hamı bir-birinin əlini sıxır, əhvalını xəbər alır, öpüşür, hamının üzündən 
səadət yağır; sanki bu gün hamı öz qızının yanına nahara gedir, sanki hamı mənim Fifinam kimi “İngilis 
kafesi”nin baş aşpazına ləziz xörəklər sifariş etmişdir. Bəli, onun hüzurunda turş xiyar belə baldan şirin 
olar! 
Ejen dedi: 
– Mən, deyəsən, özümə gəlirəm. 
Qorio ata ekipajın qabaq tərəfindəki şüşəni qaldırıb          : 


–  ez sür, tez, – dedi. – Sürəti artır, əgər mənim dediyim yerə on dəqiqəyə kimi çatsan, sənə on su 
araqpulu verəcəyəm. 
Qorionun bu vədini eşidən sürücü atları ildırım sürət  ilə sürdü. 
Qorio ata şikayətlənirdi: 
– Əşi, bu, yerindən tərpənmir ki... 
Rastinyak soruşdu: 
– Siz məni hara aparırsınız? 
– Öz evinizə, – deyə Qorio cavab verdi. 
Karet d’Artua küçəsində dayandı. Qoca qabaqca düşdü və şadlığından heç nəyi vecinə almayan adam 
səxavəti ilə sürücüyə on frank atdı. Rastinyaka: 
– Gedək, – dedi. 
Təzə, qəşəng bir evin      tərəfindəki həyətdən keçərək, Ejeni dördüncü mərtəbədəki mənzilin qapılarına 
yetirdi. Qorio ata zəngi belə çalmadı. Qapını madam de Nusingenin xidmətçisi Tereza açdı. Ejen 
dəhlizdən, kiçik salondan, yataq otağından və pəncərəsi bağçaya açılan kabinetdən ibarət qəşəng bir 
mənzilə daxil oldu. Kiçik salondakı rahat, zərif mebel göz oxşayırdı. Delfina mum şamların işığında, 
buxarının qabağındakı balaca divanın üstündə əyləşmişdi. Ejeni görən kimi ayağa durdu, buxar nın 
qapağını qoydu və mehriban səslə Rastinyaka dedi: 
– Bu nə deməkdir?     nızca adam göndərmək lazımdır, dilbilməz cənab! 
Tereza otaqdan çıxdı. Ejen Delfinanı qucaqladı, bağrına basdı, sevincindən ağladı. Bir gün ərzində 
keçirdiyi və ağlını, qəlbini yoran bu ağır həyəcanlardan sonra “Vokenin evi”ndəki mənzərədən bu 
mənzərəyə keçid Rastinyakın hisslərinə dərin təsir etmişdi. 
Danışmaq iqtidarında olmayan Ejen yorğun halda, bu sehrin haradan gəldiyini anlamadan, balaca divanın 
üstündə uzandığı vaxt Qorio ata qızına: 
– Onun səni sevdiyini mən bilirdim, – deyə pıçıldadı. 
– Gəlin, bir baxın, – deyə madam de Nusingen Rastinyakın qolundan tutub yataq otağına apardı. Burada 
hər şey – xalılar da, mebel də, hətta xırda şeylər də Delfinanın otağını xatırladırdı, fərq yalnız onda idi ki, 
burada hər şey kiçik həcmdə idi. 
Rastinyak: 
– Yalnız çarpayı çatmır, – dedi. 
Delfina qızardı və onun əlini sıxaraq: 


– Bəli, – deyə cavab verdi. 
Ejen Delfinanın üzünə baxdı: o, hələ gənc idi, sevən qadının qəlbində nə qədər ismət, həya olduğunu 
anladı; Delfina    qulağına pıçıldadı: 
– Siz pərəstişə layiqsiniz. Biz bir-birimizi yaxşı başa düşürük, odur ki mən cəsarətlə deyə bilərəm: 
məhəbbət nə qədər qüvvətli, nə qədər səmimi olarsa, bir o qədər də gözəl və əsrarəngiz olar. Sirrimizi 
heç kəsə verməyəcəyik, deyilmi? 
Qorio ata deyindi: 
– Görünür, siz məni hesaba almırsınız. 
– Siz özünüz yaxşı bilirsiniz ki, siz elə biz deməksiniz. 
– Ah, elə mən də bunu istəyirdim! Siz mənə fikir verməyəcəksiniz, deyilmi? Mən xeyirxah ruh kimi gəlib-
gedəcəyəm; siz onu görməyəcəksiniz, ancaq burada olduğu u biləcəksiniz. Görürsənmi, Fifinacan, Nini, 
Didi! Mən sənə: “d’Artua küçəsində yaxşıca bir mənzil var, gəl onu Ejen üçün hazırlayaq” deyəndə 
tamamilə haqlı idim. Hələ sən istəmirdin də; həyatı sənə mən vermişəm, sevinci də mən verəcəyəm. 
Atalar həmişə öz atalıq səadətlərindən feyz almalıdırlar. Atanın vəzifəsi həmişə        məkdir, almaq deyil. 
– Necə? 
– Bəli, bəli, elədir ki var. O, axmaq dedi-qodulardan qorxurdu: guya, kübar cəmiyyətin rəyi xoşbəxtlikdən 
üstündür! Halbuki bütün qadınlar onun etdiyi şeylərin həsrəti ilə yaşayırlar... 
Qorio ata təklikdə danışırdı, madam de Nusingen Ejeni kabinetə aparmışdı və bir azdan sonra oradan, 
çox ehtiyatlı olsa da, yenə də eşidilən busə səsi gəldi. Bu otağın da zərifliyi başqa otaqlardan geri 
qalmazdı. Bundan gözəl şey arzu etmək mümkün deyildi. 
 
Madam de Nusingen kiçik salona qayıdaraq, stol arxasında əyləşdi: 
– Sizin arzularınızı duya bilmişikmi? – deyə soruşdu. 
Ejen dedi: 
– Lap artıqlaması ilə. Heyif! Bütün bu zinət, həqiqətə çevrilmiş bu gözəl yuxu, gənc, gözəl bir həyatın bu 
şeriyyəti mənə o qədər təsir edir ki... mən buna layiq olmaq istərdim. Ancaq bunu mən sizdən qəbul 
etmək iqtidarında deyiləm, mən hələ çox yoxsulam, odur ki... 
Delfina başqalarının vicdan əzablarını dağıtmaq üçün məsxərəyə qoyan qadınlara məxsus yarızarafat-yarı      
bir əda, füsünkar işvə ilə: 
– Ah, beləmi! – dedi. – Siz mənə etirazmı edirsiniz? 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə