Lüdovikin sarayındakı xanımlar bu böyük hökmdarın coşqun hisslər təsiri ilə hər bir manjetinin min ekü
qiyməti olduğunu unudaraq, hersoq de Vermanduanın doğulmasına yardım etmək məqsədi ilə,
manjetlərini parça-parça cırdığını görərək, madmazel de Lavalyerə* qibtə edirdilərsə, başqalarından nə
tələb etmək olar? Sərvəti, cavanlığı, kübarlığı öz varlığınızda birləşdirin, imkanınız varsa, daha çox
müvəffəqiyyət qazanın: məbudunuzun qarşısında nə qədər çox ətir saçsanız, onun meyli sizə bir o qədər
çox olacaqdır. Əlbəttə, məbudun olması birinci şərtdir. Məhəbbət
də din kimi şeydir, onun ayini, bəlkə
də, bütün dinlərin ayinindən baha başa gəlir: məhəbbət tez keçər, lakin onun gəlişi bütün yol boyu
vurub-yıxmaqla məşğul olan küçə uşağının gəlişinə bənzər. Hissiyyatın zənginliyi taxtapuşlarda yaşayan
yoxsulların poeziyasıdır. Bu zinət olmasaydı, məhəbbət nəyə lazım idi? Doğrudur, dəhşətli Paris
qanunlarının təsiri altında çıxarılmış ruhlar da var, lakin bu ruhlar fani dünyadan uzaqdır; onlara ancaq
ictimai görüşlərin təsiri altına düşməyən, sürətlə axan, lakin heç vaxt tükənməyən duru çeşmələrin
yaxınlığında yaşayan, yaşıl ağaclara sadiq qalan, hər şeydə və qəlblərində səslənən kainat sədalarını
dinləyən, özünü dünya işləri ilə bağlayanlara acıyaraq, göylərə qalxacaqlarını səbirlə gözləyən insanlar
arasında təsadüf etmək mümkündür. Hörmət və şöhrətin dadını duymuş gənclər kimi, Ejen də kübarlar
dünyasına tamam-kamal çıxmaq niyyətində idi: kübarlar dünyasının qızdırması ona da keçmiş, bu
dünyaya hökmranlıq iqtidarında olduğunu, bəlkə də, hiss etmişdi; lakin o, bu şöhrəti əldə etmək üçün nə
bir vasitə görür, nə də bunun qayəsini anlayırdı. Həyata məna və gözəllik verə biləcək pak və müqəddəs
məhəbbətdən məhrum olan insan üçün hakimiyyət ehtirası bir çox gözəl əməllərin doğmasına səbəb ola
bilər; bunun üçün ancaq şəxsi mənfəətdən imtina etmək, məmləkətin yüksəlişini qarşıya məqsəd
qoymaq lazım gəlir. Lakin Rastinyak həyatın axınını seyr edəcək və düzgün müəyyənləşdirə biləcək
yüksəkliyə qalxmamışdı. O, əyalətdə böyümüş insanların ilk gəncliyini yarpaq kimi bürüyən saf və şirin
arzuların sehrindən qurtula bilməmişdi. Hələ Ejen Paris Rubikonunu* keçməyə cəsarət etmirdi. O,
yeni hisslər həsrəti ilə çırpınmasına baxmayaraq, əsl zadəganın öz malikanəsində sürdüyü xoşbəxt həyat
haqqın akı gizli xülyadan ayrılmamışdı. Lakin öz xüsusi mənzilində olduğu günün ərəfəsində onun son
şübhələri çəkilib getdi. O, çoxdan bəri öz ictimai mənşəyinin imtiyazlarından istifadə etdiyi kimi, bu gün
də sərvətin maddi imtiyazlarından istifadə edərək əyalət cildini atıb, rahatca yeni vəziyyət oldu.
Artıq buradan onun qarşısında parlaq gələcəyə doğru yol açılırdı. Ona görə də bu saat az qala öz
ixtiyarına keçirmiş olduğu bu qəşəng buduarda kresloda əyləşib Delfinanı gözlədiyi zaman Ejen bir il
bundan qabaq Parisə yenicə gəlmiş Rastinyakdan nə qədər uzaq olduğunu gördü, bu yeni Rastinyaka
daxili mənəvi bir nəzərlə tamaşa edərək, özündən soruşdu: “Görəsən, mən bu saat heç özümə
oxşayırammı?”
Buduara daxil olan Tereza:
– Baronessa öz otağındadır, – dedi. Onun qəfil səsindən Ejen diksindi.
Delfina gümrah və təravətli halda buxarının yanındakı kiçik divanda uzanmışdı. Kis yi qırçınlar içində bu
qadın, meyvəsini çiçəklərinin ağuşuna alan qəşəng Hindistan bitkilərinə bənzəyirdi.
Delfina hərarətlə:
– Nəhayət, gəlib çıxdın!
Ejen Delfinanın yanında əyləşdi və əlini öpüb soruşdu: