Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə64/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

– Yox, ata, qoy mən öz bildiyimi edim, mən ərimi yola gətirərəm. O, məni sevir, çox gözəl! Mən onun 
üzərindəki hökmümdən istifadə edərəm, az bir zamanda işləri elə düzəldərəm ki, kapitalın bir hissəsini 
mənim adıma torpaq mülkiyyətinə qoyar. Bəlkə, mən Nusingen ailəsinin sabiq mülkünü adıma 
köçürtməyə də müvəffəq ola bildim. Bu mülk onun üçün əzizdir. Sabah isə siz işləri və dəftərləri 
yoxlamaq üçün gələrsiniz. Yox, sabah gəlməyin. Qanımı qaraltmaq istəmirəm. O birisi gün madam de 
Boseanın evində bal olacaq, mən orada gözəl və gümrah görünmək arzusundayam, mehriban Ejenimin 
iftixarı olmaq istəyirəm! Gedək, onun otağına baxaq! 
Bu       Nev-Sent-Jenevyev küçəsində bir karet dayandı. Pilləkəndə qrafinya de Restonun səsi eşidildi. 
Qrafinya Silviyadan soruşdu: 
– Atam evdədirmi? 
Bu hadisə Ejeni vəziyyətdən xilas etdi, yoxsa o, çarpayıya uzanıb, özünü yuxuluğa vurmaq istəyirdi. 
Delfina bacısının səsini tanıyaraq: 
– Ah, ata. Anastazinin başına gələn əhvalat sizə çatıbmı? – dedi. – Yanılmıramsa, onun da ailə həyatında 
vəziyyət yaxşı deyil. 
– Necə? – deyə Qorio ata çığırdı. – Əgər belə olarsa, artıq mənim axırımdır: mənim zavallı başım iki 
fəlakətə dözə bilməyəcək. 
Qrafinya içəri daxil olaraq: 
– Ata, xoş gördük, – dedi. – Delfina, sən də buradasan? 
Bacısı ilə rastlaşdığından qrafinya de Restonun pərişan olduğu görünürdü. 
Baronessa bacısına: 
– Xoş gördük, Nazi, – dedi. – Mənim burada olmağım sənə qəribəmi görünür? Mən hər gün atamla 
görüşürəm. 
– Nə zamandan bəri? 
– Sən bura tez-tez gəlsəydin, onda yaxşı bilərdin. 
Qrafinya ağlamsınaraq: 
– Mənə öcəşmə, Delfina, – dedi. – Mən o qədər bədbəxtəm ki... Ah, yazıq ata, mən artıq məhv oldum!.. 
Bu dəfə tamam məhv oldum. 
Qorio ata: 
– Nazi, Nazi, sənə nə olmuşdur? – dedi. Dərdini bizə danışsana, əziz balam. Delfina, onun üzü sapsarı 
oldu, görmürsənmi! Ona kömək et, mehriban ol, qızım, əgər mümkün olsa, mən səni daha çox 
sevəcəyəm! 


Madam de Nusingen bacısını stul   əyləşdirərək, mərhəmətlə: 
– Zavallı Nazi, – dedi. – Atamla mən səni hər vaxt sevəcək, hər şeyi bağışlayacağıq. Bilirsənmi, bacı! 
Doğmalıq hissi ən etibarlı hissdir. 
Delfina bacısına naşatır verdi..... Qrafinya özünə gəldi. 
Qorio ata: 
– Mən buna tab gətirməyəcəyəm! – dedi. Sobanın içində yanan torfu qarışdıra-qarışdıra: – Yaxın gəlin, 
mənim əziz qızlarım, – dedi. – Nədənsə üşüyürəm. Nazi, Nazi, sənə nə olmuşdur, qızım? Tez söylə, məni 
həlak etmə! 
– Məsələ burasındadır ki, artıq ərim hər şeyi bildi, – deyə zavallı qadın danışmağa başladı. – Ata, 
Maksimin vekseli yadınızdadırmı? İndi bilin ki, bu veksel birinci deyildi. Mən bir çox belə veksellər 
ödəmişəm. Yanvarın başlanğıcından mənə elə gəldi ki, qraf de Trayın nə isə dərdi var. O, mənə bir söz 
söyləmirdi, lakin sevdiyin bir insanın qəlbini oxumaq o qədər də çətin deyil: bəzən cüzi bir işarə 
kifayətdir, bir də, adamın ürəyinə damır. O, mənə qarşı məhəbbətini də artırmış, çox mehriban olmuşdu, 
mən heç vaxt onu belə görməmişdim, getdikcə özümü daha xoşbəxt duyurdum. Zavallı Maksim! O, 
intihar etməyə qərar verdikdən sonra xəyalən mənimlə vidalaşırmış. Bunu mənə sonralar söyləmişdi. 
Mən onu çox sorğu-suala tutdum, saatlarla yalvardım, qarşısında diz çökdüm, nəhayət, yüz min frank 
borcu olduğunu etiraf etdi. Ata! Yüz min! Mən lap dəli kimi oldum. Bu qədər pul sizdə ola bilməzdi, çünki 
mən bütün var-yoxunuzu çəkib aparmışam... 
– Yox, – deyə Qorio ata səsləndi, – mən bu pulu sənin üçün tapa bilməzdim. Oğurlamaqdan başqa bir 
çarəm qalmazdı. Elə lap oğurluğa də gedərdim. Yenə gedərəm. 
Can verən adamın xırıltısı kimi səslənən bu sözlər taqətsizlik dərəcəsinə gəlmiş atalıq hissinin elə bir can 
çəkişməsini ifadə edirdi ki, bacılar susmağa məcbur oldular. Uçuruma atılan daş, uçurumun nə qədər 
dərin olduğunu anlatdığı kimi, ümidsizliyin dərinliyini göstərən bu ürək naləsinə qarşı heç bir xudbin 
insan laqeyd qala bilməzdi. 
Qrafinya ağlaya-ağlaya: 
– Ata, – dedi, – mən bu pulu əldə etdim, ancaq özgə malının hesabına... 
Delfina mütəəssir oldu, başını bacısının çiyninə söykəyib ağladı. 
– Demək, bu, həqiqətmiş! 
Anastazi başını aşağı saldı. Madam de Nusingen onu qucaqlayaraq bağrına basdı və öpdü. 
– Burada səni heç kəs məzəmmət etməz, sən məhəbbətdən başqa bir şey görməzsən, – dedi. 
Qorio zəif səslə: 
– Mənim mələk qızlarım, – dedi, – nə üçün sizi ancaq fəlakət birləşdirdi? 


Qrafinya atasının və bacısının mehriban danışıqlarını görüb cürətləndi, sözünə davam edərək: 
– Maksimin həyatını, həm də öz səadətimi xilas etmək məqsədi ilə, – dedi, – mən bir sələmçinin yanına 
getdim, siz onu yaxşı tanıyırsınız, o, iblis kimi bir şeydir, rəhm və aman bilməyən Qobsekdir. Mən qraf de 
Restonun həmişə əziz tutduğu ailə brilyantlarını, həm özümün, həm də onun brilyantlarını həmin 
sələmçiyə satdım. Bəli, satdım! Başa düşürsünüzmü? Maksim xilas oldu! Lakin mən məhv oldum. Resto 
hər şeyi bildi. 
Qorio ata çığırdı: 
– Necə? Kim xəbər verdi? Mən onu öz əllərimlə öldürərəm! 
– O, dünən məni öz yanına çağırtdırdı. Mən də getdim... O, elə bir ahənglə mənə dedi ki: “Anastazi! (Ah, 
onun səsinin ahəngi mənim üçün kifayət idi, mən hər şeyi anladım!) Hanı sizin brilyantlarınız? Dedim ki: 
məndədir. O, mənə baxaraq cavab verdi: yox, sizdə deyil, budur,         üstündədir. Bu sözlərlə üstü cib 
yaylığı ilə örtülmüş futlyarı mənə göstərdi. “Siz bunların haradan gətirildiyini bilirsinizmi?” – deyə 
soruşdu. Mən onun ayaqlarına yıxıldım... Mən ağlayırdım, soruşurdum ki, hansı ölümlə ölməliyəm... 
– Sən beləmi dedin? – deyə Qorio ata bağırdı. – Allahın müqəddəs adına and olsun, sizə, ya sənə, ya ona 
kim zülm edərsə, mən nə qədər sağam, əmin ola bilər ki, mən ondan dəhşətli intiqam alacağam! Mən 
onu dişlərimlə parçalayacağam, mən... 
Artıq danışa bilmədi. Sözləri quruyub boğazında qaldı. 
– Mənim əziz bacım, bu işin axırı belə oldu ki, o, məndən ölümdən betər bir şey tələb etdi... Mənim 
eşitdiyimi Allah başqa bir qadına eşitdirməsin... 
Qorio ata sakitcə dedi: 
– Mən onu öldürəcəyəm. Ancaq onun bir ömrü var, halbuki o, mənə iki ömrün əvəzini verməlidir. Bəs 
sonra nə oldu? – deyə Qorio Anastazidən soruşdu. 
Qrafinya az sükutdan sonra, sözünə davam edərək: 
– Bəli... – dedi. – O, mənim üzümə baxdı və dedi ki: “Anastazi, mən məzar kimi lal olub, hər şeyi 
gizlədərəm və biz yenə də bir yerdə yaşarıq: bizim uşaqlarımız var. Mən cənab de Trayı dueldə öldürmək 
fikrində də deyiləm: hədəfi düz vurmaya da bilərəm, başqa bir vasitə ilə ondan qurtarmaq istəsəm, 
məhkəməyə düşməli olacağam. Onu sizin ağuşunuzda öldürmək uşaqları rüsvay etmək deməkdir. 
Halbuki mən nə uşaqlarınızın, nə onların atasının, nə də özümünkülərin ölümünü istəmirəm. Cavab verin: 
mən sizin hansı uşağınızın atasıyam?” “Böyüyünün, Ernestin”. O: “Yaxşı, – dedi, – indi siz mənim 
tələbimə itaət edəcəyinizə and içməlisiniz”. Mən and içdim. “Mən sizdən nə zaman tələb etsəm, bütün 
mülkünüzün satılması haqqında sənədə qol çəkməlisiniz”. 
Qorio ata çığırdı: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə