Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə40/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   36   37   38   39   40   41   42   43   ...   77

– Bəlkə də! Amma yox, ailə davalarıdır, onları qəlbimdə gizlətməkdən başqa çarəm yoxdur. Məgər mən 
sizə o dəfə söyləmədimmi? Mən heç də xoşbəxt qadın deyiləm. Qızıl zəncirlər ən ağır zəncirlərdir. 
Bir qadın bir gəncə bədbəxt olduğunu söylədiyi zaman, bu gənc ağıllı isə, yaxşı geyinmişsə, cibində min 
beş yüz frankı varsa, o, Ejenin düşündüyünü düşünməli və özündən məmnun qalan lovğa adam olmalı 
idi. 
Ejen: 
– Sizə bundan artıq nə lazımdır? – dedi. – Siz gəncsiniz, gözəlsiniz, zənginsiniz, sevilirsiniz. 
Delfina başını yırğalayaraq, kədərli səslə: 
– Mənim barəmdə danışmaya da bilərik, – dedi. – Bir yerdə nahar edərik, sonra isə gözəl musiqiyə qulaq 
asmağa gedərik. – Sonda o, ayağa durub, nadir təsadüf edilən zərif İran naxışlı ağ k şmir  paltarını 
göstərərək: – Məni bəyənirsinizmi? – deyə soruşdu. 
Ejen cavab verdi: 
– Mən istərdim ki, siz bütün varlığınızla mənim olasınız. Siz cazibədarsınız. 
O, acı təbəssümlə: 
– Bu, sizin üçün kədərli qazanc olardı, – dedi. – Burada heç bir şey sizə bədbəxtliyi xəbər vermir, halbuki 
zahiri sakit görkəmə baxmayaraq, mən dərin məyusluq içindəyəm. Bu dərd məni yatmağa belə qoymur, 
mən gözəlliyimi də itirəcəyəm. 
Ejen etiraz etdi: 
– Yox, yox, bu ola bilməz! Mən sadiq məhəbbətin belə unutdura bilmədiyi kədərlərin nədən ibarət 
olduğunu bilmək istərdim. 
– Mən öz kədərimi sizə etibar edib lap danışsaydım, siz məndən qaçardınız. Sizin mənə bəslədiyiniz 
məhəbbət yalnız adi bir kişi eşqbazlığıdır. Əgər məni həqiqətən sevsəydiniz, siz də mənim kimi naümid 
olardınız. Mənim sükut etməyə məcbur olduğumu görürsünüz. Yalvarıram, başqa şeylərdən söhbət edək. 
Gedək, otaqlarımı sizə göstərmək istəyirəm. 
Rastinyak buxarının yanındakı balaca divanda madam de Nusingenin yanında əyləşərək: 
– Xeyr, – dedi, – burada oturaq. 
Ejen cəsarətlə onun əlindən tutdu. Delfina müqavimət göstərmədi, hətta Ejenin əlini həyəcanla, qüvvətlə 
sıxdı: onun dərin həyəcan içində olduğu görünürdü. 
Ejen: 
– Sözlərimə qulaq asın, – dedi. – Əgər sizin bir dərdiniz varsa, mütləq mənə söyləməlisiniz. Mən siz                          
, yalnız sizi         üçün sevirəm. Söhbətimizə davam edək, dərdinizi mənə açmalısınız, bir düjün adam 


öldürmək belə lazım gələrsə, mən sizin dərdinizi dağıtmalıyam. Əks təqdirdə mən buradan çıxıb gedər, 
bir daha qayıtmaram. 
Delfina naümid və birdən-birə onu bürümüş bir fikrin təsiri altında əlini alnına vuraraq: 
– Yaxşı! – dedi. – Mən bu saat sizi imtahandan keçirərəm. 
O, öz-özünə: “Bəli, başqa çarə yoxdur!” – deyə düşündü. Zəngi çaldı. İəri girən lakeydən: 
– Baronun karet  hazırdırmı? – deyə soruşdu. 
– Bəli, xanım. 
– Mən karetə gedəcəyəm. Baronun      ınca mənim ekipajımı göndərərsiniz. Saat yeddidə nahar edəcəyik. 
Sonra Ejenə əmr etdi: 
– Gedək. 
De Nusingenin karet     və bu qadınla yanaşı oturması tələbəyə yuxu kimi göründü. 
Baronessa           əmr etdi: 
– Pale-Royala, fransız teatrına tərəf sürün. 
Yolda, ehtimal ki, həyəcan keçirdiyindən, baronessa Rastinyakın suallarına cavab verməkdən çəkinirdi. 
Rastinyak bu dilsiz inadlı, dalğın müqavimətin mənasını başa düşməkdə acizdi. 
Öz-özünə düşünürdü: “Mən bir an içində onu əlimdən çıxartdım”. 
Karet dayandı, baronessa onun həvəslənib söylədiyi çılğın sözlərini bir baxışla kəsərək: 
– Siz məni sevirsinizmi? – soruşdu. 
Ejen getdikcə artan təlaşını göstərmədən: 
– Bəli, – dedi. 
– Mən sizdən nə tələb edərsəm, mənim barəmdə pis fikrə düşməzsiniz ki? 
– Qətiyyən. 
– Siz mənə itaət etməyə hazırsınızmı? 
– Gözlərim üstə. 
Sonra Delfina titrək səslə soruşdu: 
– Siz heç qumarxanada olmusunuzmu? 


– Qətiyyən. 
– Ah, mən azad nəfəs ala bilərəm. Siz mütləq udacaqsınız. Mənim kisəmi götürün, – dedi. – Götürün! 
Orada yüz frank var – xoşbəxt qadının ixtiyarında olan ancaq budur. Qumarxanalardan birinə girərsiniz. 
Harada olduğunu bilmirəm, ancaq Pale-Royalda qumarxana olduğundan xəbərim var. Bu frankı ruletkaya 
qoyarsınız: ya hamısını uduzarsınız, ya da mənə altı min frank gətirərsiniz. Qayıdandan sonra mən 
dərdimi sizə açıb söylərəm. 
Ejen fərəhlə: 
– Əgər nə edəcəyimi başa düşürəmsə, lənətə gəlim! Ancaq yenə də sizə itaət etməyə hazıram, – dedi. 
Eyni zamanda düşündü ki: “O, mənim iştirakımla özünü rüsvay edir, ona görə mənim heç bir xahişimi 
rədd edə bilməyəcək”. 
Ejen qəşəng kisəni götürdü və hazır paltar tacirlərindən qumarxananın yerini soruşub, cəld 9 nömrəli 
qapıya doğru cumdu. Pilləkənlə yuxarı çıxdı, şlyapasını verdi, içəri girib ruletkanın harada olduğunu 
soruşdu. Müştərilər təəccüblə ona baxırdılar, salondakı lakey isə onu uzun stola tərəf apardı. 
Tamaşaçılarla əhatə olunmuş Ejen, heç şeydən utanmadan, pulu hara qoymaq lazım gəldiyini soruşdu. 
Ağsaçlı kişi Ejenə dedi ki: 
– Bu otuz altı rəqəmdən birisinin üzərinə bir luidor qoysanız və sizin nömrənizə düşsə, otuz altı luidor 
apararsınız. 
Rastinyak yüz frankın hamısını öz yaşının sayı olan iyirmi bir rəqəminin üstünə atdı. O, hələ özünə 
gəlməmiş, birdən ətrafı heyrət səsləri bürüdü. Ejen özü bilmədən udmuşdu. 
Ağsaçlı kişi: 
– Pullarınızı götürün, – dedi. – İki dəfə dalbadal bu cür udmaq mümkün deyil. 
Qoca, pəri ona doğru uzatdı, Ejen üç min altı yüz frankı özünə tərəf çəkdi və sonra oyundan qətiyyən başı 
çıxmayaraq, pulların hamısını qırmızı rəqəmin üstünə qoydu. Onun yenə də oynadığını görənlər qibtə ilə 
ona baxırdılar. Çarx fırlandı, o, yenə uddu, bankqoyan ona tərəf daha üç min altı yüz frank tulladı. 
Qoca, Ejenə pıçıldadı: 
– Sizin yeddi min iki yüz frankınız var. Mənim məsləhətimə qulaq asın – çıxıb gedin: səkkiz dəfədir 
qırmızıya düşür. Əgər ürəyiniz təmizdirsə, özünüz sonra mənim bu məsləhətim üçün təşəkkür 
edəcəksiniz. Bir də, dərin ehtiyac içində olan sabiq Napoleon prefektinə bir şey bağışlarsınız. 
Ejen pərişan halda ağsaçlı kişiyə on luidor verdi, oyunun mənasını belə başa düşmədən bəxtinin 
gətirməyinə mat halda yeddi min frankı götürüb aşağı düşdü. 
Karet   qapısı örtülən kimi, Ejen yeddi min frankı madam de Nusingenə göstərərək: 
– Budur! – dedi. – İndi siz məni hara aparacaqsınız? 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə