Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə39/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

“Hörmətli cənab, atam mənə sizin italyan musiqisini sevdiyinizi söylədi. Lojamda əyləşməklə məni 
məmnun edəcəyinizdən çox şad olaram. Şənbə günü Fodor ilə Pelleqrini* oxuyacaqlar, – xahişimi rədd 
etməyəcəyinizə əminəm. Cənab Nusingen də mənim xahişimə şərikdir və sadəcə, nahara bizə 
gəlməyinizi rica edir. Sizin buna razılıq verməyiniz onu çox məmnun edər, məni ötürmək kimi ağır bir ailə 
vəzifəsini daşımaqdan azad edə bilər. Cavab verməyə də bilərsiniz, eləcə gəlin. Mənim minnətdarlığımı 
qəbul edin. 
D.de N.” 
 
Ejen məktubu oxuyub qurtardıqdan sonra qoca dedi: 
– Məktubu mənə göstərin. – Sonra məktubu iyləyə-iyləyə: – Siz, əlbəttə, gedəcəksiniz, deyilmi? – deyə 
soruşdu. – Məktubun nə gözəl ətri var! Ona qızımın barmaqları toxunmuşdur. 
Rastinyak düşündü: “Qadın kişinin boynuna belə asanlıqla atılmaz. O, de Marseni qaytarmaq üçün 
məndən istifadə etmək niyyətindədir. Qadın yalnız hirsindən belə addım ata bilər”. 
Qorio ata soruşdu: 
– Nə fikirləşirsiniz, fikirləşməyə nə var ki? 
Ejen o dövrdə bir çox qadının şöhrətpərəstlik həvəsinə düşdüyündən xəbərsizdi. O, madam de 
Nusingenin Sen-Jermen civarına yol açmaq üçün hər fədakarlığa hazır olduğunu bilmirdi. Bu dövrdə Sen-
Jermen civarı məclislərində, yəni Kiçik sarayın stats-damaları* arasında qəbul edilmək hər bir qadın üçün 
böyük şərəf sayılırdı. Bu sarayda madam de Bosean, onun dostları hersoginya Morfinyez və de Lanje 
birinci yerdə əyləşmişlər. Yalnız Rast nyak Şosse d’Anten xanımlarının kəhkəşan kimi parlayan bu bir neçə 
qadının yüksək dairəsinə düşmək üçün can atdıqlarını, çılğın ehtirasla çırpındıqlarını bilmirdi. Lakin Ejenin 
inamsızlığı ona xeyir verdi. Bu inamsızlıq sayəsində o, hər şeyə soyuqqanlı baxırdı. Madam de Nusingen 
ona başqalarının şərtini qəbul etmək deyil, özü şərt qoymaq kimi soyuqqanlılıq qabiliyyəti qazandırmışdı. 
Rastinyak Qorio ataya cavab verdi: 
– Bəli, gedəcəyəm. 
Bu surətlə sadə bir maraq Ejeni madam de Nusingenə doğru sövq edirdi, lakin o, Ejenə etinasızlıq göstər     
, bəlkə də, Ejen ona ehtirasla meyil edərdi. Hər halda, Ejen sabahkı günü və özünün dəvət saatını 
səbirsizliklə gözləyirdi. İlk intriqa bir gənc üçün ilk məhəbbətdən az cazibədar deyildir. Müvəffəqiyyət 
qazanacağına əmin olması onun qəlbində fərəhli hisslərin doğmasına səbəb olur, ancaq kişilər bunu 
etiraf etməzlər, halbuki bəzi qadınların bütün sehrkarlığı və cazibəsi də bundadır. Qələbənin çətin, yaxud 
asan əldə edilməsindən asılı olmayaraq, ehtiraslı arzular od kimi alışıb-yanmağa başlayır. Bütün insan 
ehtirasları, əlbəttə, məhəbbətin səltənətini iki müxtəlif aləmə ayıran bu iki təməl üzərində yaranır. Bəlkə 
də, bu təqsimat temperamentlərin mürəkkəb olmasından irəli gəlir, hər halda, nə deyirlərsə desinlər, 
temperament məsələsi bəşər cəmiyyətində əsas rol oynayır. Əgər melanxoliklərin vəcd dərəcəsinə 


çatması üçün müxtəlif işvəkarlıqlara ehtiyac vardısa, çılğın, həssas yaxud sanqviniklər* həddən artıq 
inadlı müqavimətə rast gəldikləri zaman dava meydanından qaça da bilərlər. Başqa sözlə, elegiya 
limfadan, difiramb isə öd kisəsindən asılıdır. 
Ejen paltarını dəyişdikcə, gənclərin istehzadan qorxduqları üçün bu barədə bəhs etməyi sevmədiyinə 
baxmayaraq, onların mənliyini oxşayan xırda, lakin xoş hisslər keçirirdi. Ejen, gənc qadının onun tellərinə 
oğrun nəzərlə baxacağını düşünə-düşünə, saçlarına sığal verdi. O da, bal üçün bəzəkli paltarlarını geyinən 
gənc qız kimi, uşaqcasına hərəkətlə bir az əzilib-büzüldü və frakını düzəltdiyi zaman məftun nəzərlə incə 
belini süzdü. Öz-özünə: “Əlbəttə, vücudları daha yaraşıqsız olan gənclər də var!” – dedi. Sonra aşağı 
düşdü. Artıq hamı süfrənin ətrafında əyləşmişdi. İçəri girəndə zərif görünüşü haqqında söylənilən axmaq 
zarafatlar dolu kimi yağsa da, Ejen tab gətirdi. Ailə pansionlarında hökm sürən adətlərdən biri də budur 
ki, səliqə ilə geyinmiş şəxsə baxdıqda təəccüb edirlər. Orada təzə paltar geyəndə hər kəs bu barədə bir 
söz deməyi özünə borc bilir. 
Byanşon at muşqurlayırmış kimi ağzını marçıldatdı. 
Madam Voke: 
– Lap anadangəlmə per və hersoqdur! – dedi. 
Madmazel Mişono soruşdu: 
– Siz qəlbləri fəth etməyəmi gedirsiniz? 
Rəssam çığırdı: 
– Quqquluqu! 
Muzey məmuru dedi: 
– Zövcənizə salamlar yetirin! 
Puare soruşdu: 
– Məgər cənab Rastinyakın zövcəsi var? 
Votren məzhəkəli bir yanıltmac kimi, bazar alverçisinin tonu ilə bağırdı: 
– Zövcə nə zövcə, lap əntiqəsi, dənə-dənə satılır, suda batmaz, rəngi getməz, qiyməti iyirmi beşdən qırxa 
kimi, dama-dama, son      , yuyular yırtılmaz, yarısı ipək, yarısı kətan, ay alan, ay satan, diş ağrısı, baş 
ağrısı, hər şeyin dərmanı Kral  ibb  kademiyası tərəfindən bəyənilmişdir. Uşaq üçün ən yaxşı dərman, 
başın ağrıyır, iç, mədən xarab oldu, iç, ayağın bağlıdır, iç, qulağın, gözün ağrıdı, iç! Sual edirsiniz ki, bu 
necə dərmandır, qiyməti iki su? Yox, lap havayı. Pulsuz satıram. Böyük Moğolun* sifarişlərindən artıq 
qalıb, bütün Avropa hökmdarları, Baden hersoqu hələ bunun tamaşasına gəlmişdir! Buyurun, yol açıqdır. 
Yolda kassaya dəyərsiniz! Çalğıçılar gəlsin! Brum-lya-lya, trin-lya-lya, bum-bum! – Sonra isə xırıltılı səslə 
əlavə etdi: – Ey, klarnet, düz çalsana! Yoxsa atanı yandıraram! 


Voke məmnun halda: 
– Vallah, bu, qiyamət adamdır, ömrün boyu onunla darıxmazsan. 
Votrenin bu əyləncəli çıxışından sonra, sanki, bir işarə ilə gurlayan qəhqəhələr və zarafatlar arasından, 
Ejen madmazel Tayferin madam Kutürə tərəf əyilib nə isə pıçıldayarkən, ona tərəf oğrun-oğrun baxdığını 
hiss etdi. 
Birdən Silviya: 
– Kabriolet gəldi, – dedi. 
Byanşon soruşdu: 
– Görəsən, o, harada nahar edir? 
Ejen: 
– Cənab Qorionun qızı baronessa de Nusingenin evində. 
Bu adı eşidər-eşitməz hamı vermişel fabrikantına tərəf baxdı, o isə qibtə ilə Rastinyaka baxırdı. 
 
Ejen Sen-Lazar küçəsində zərif üslubda tikilmiş, incə sütunlu, sadə dəhlizli, Parisdə “sevimli” adlanan 
evlərdən birinə yaxınlaşdı: bu, tipik bankir evi idi. Ev çox bahalı şeylərlə dolu idi. Pilləkənlərin mozaik 
mərmər meydançaları, gipsdən tökülmə naxışları var idi. Madam de Nusingen italyan zövqündə işlənmiş 
və qəhvəxana stilinə bənzəyən üslubda döşənmiş kiçik salonda idi. Baronessa məyus görünürdü. Onun öz 
məyusluğunu hiss etdirməyə çalışması o qədər səmimi idi ki, Ejen mütəəssir olmaya bilməzdi. Ejen bu 
gözəl qadını öz gəlişi ilə sevindirmək ümidində olduğu halda, onu qüssə içində gördü. Bu qəribə hal 
Ejenin mənliyinə toxunurdu. 
Pərişan halı haqqında zarafatla bir-iki kəlmə söylədikdən sonra Ejen ciddiyyətlə: 
– Sizin etimadınızı qazanmaq üçün mənim haqqım azdır, baronessa, – dedi. – Ancaq mən sizin 
səmimiyyətinizə inanıram: əgər sizi darıxdırıramsa, bunu mənə açıq söyləyə bilərsiniz. 
Delfina: 
– Rica edirəm, qalın, – dedi. – Cənab Nusingen evdə nahar etməyəcək, siz isə getsəniz, mən lap tək 
qalaram, halbuki qətiyyən yalqız qalmaq istəmirəm, pərişanlığımı dağıtmalıyam. 
– Bəs sizə nə olmuşdur? 
– Mən bunun səbəbini hər kəsə söyləsəm də, sizə söyləmərəm. 
– Mənsə bilmək istəyirəm. Belə məlum olur ki, bu sirdə mənim də bir rolum var. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə