Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə35/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

Qəşəng portuqaliyalı ayağa durdu, tələbənin qoluna girdi. Bir an sonra Ejen artıq madam de Nusingenə 
təqdim olunurdu. 
D’A uda ona xitabən: 
– Baronessa, – deyirdi, – vikontessa de Boseanın kuzeni şevalye Ejen de Rastinyakı sizə təqdim etməyi 
özümə şərəf sayıram. Siz onu o qədər məftun etmişsiniz ki, mən ona öz məbuduna şəxsən yaxınlaşmaq 
səadətini bəxş etməyə qərar verdim.  
Bu sözlər, kobud mənasını yumşaltmaq üçün zarafat   söylənmişdi. Çünki bu, yaxşı bir şəklə salındıqda, 
qadınlarda narazılıq oyatmaz. Madam de Nusingen təbəssümlə cavab verdi və bir az bundan əvvəl lojanı 
tərk etmiş ərinin kreslosunu əyləşmək üçün Rastinyaka göstərdi. 
– Mən sizə mənimlə qalmağı təklif etməyə cəsarət etmirəm. Madam de Boseanın məclisində oturmaq 
səadətinə nail olanlar heç zaman oradan getməzlər. 
Ejen pıçıltı ilə: 
– Lakin, – dedi, – bəlkə də, mən kuzinamı məmnun etmək istəsəm, sizinlə qalmağım daha məsləhətdir, – 
sonra isə ucadan əlavə etdi: – Markizin gəlişindən əvvəl biz sizdən, sizin hər cəhətdən qəşəng 
olmağınızdan danışırdıq. 
D’A uda təzim edərək lojadan çıxdı. 
Baronessa soruşdu: 
– Siz doğrudanmı mənimlə qalmağı arzu edirsiniz? Elə isə bir-birimizlə daha yaxından tanış ola bilərik. 
Qrafinya de Resto məndə sizi görmək arzusu oyatmışdır. 
– Elə isə qrafinya səmimi deyil: o, məni qəbul etməyi qadağan etmişdir. 
– Nə üçün? 
– Bunun səbəbini söyləmək üçün mən vicdan əzabı çəkirəm. Lakin bu sirri sizə etibar etməklə, öz 
mərhəmətinizi əsirgəməyəcəyinizə ümidvaram. Sizin atanızla biz qapı-qapıya qonşuyuq. Lakin qrafinya 
de Restonun onun qızı olduğu mənə məlum deyildi. Heç kəsin x trinə dəymək istəmədiyim halda, 
ehtiyatsızlıq edərək mən atanızın söhbətini açdım, bununla da bacınızla ərinin hiddətlənməyinə səbəb 
oldum. Mən başıma gələn sərgüzəşti kuzinama və hersoginyaya danışdım, gülməkdən uğunub getdilər. 
Elə o zaman madam de Bosean, sizinlə bacınızı müqayisə edərək, ən hərarətli sözlərlə sizdən danışır və 
mənim qonşum cənab Qorio ilə gözəl rəftar etdiyinizi deyirdi. Necə ola bilər ki, siz onu sevməyəsiniz? O, 
sizə o qədər pərəstiş edir ki, hətta mən qısqanmağa başladım. Bu səhər mən onunla sizin barənizdə iki 
saat söhbət etdim. Axşam isə atanızın söylədiyi sözlərin təsiri altında, kuzinamın yanında nahar zamanı 
ondan soruşdum: “Sizin gözəlliyiniz atanıza qarşı bəslədiyiniz məhəbbətin dərəcəsində ola bilərmi?” 
Görünür, madam de Bosean bu atəşin məftunluğa qüvvət vermək üçün məni bura gətirmişdir. O hətta 
qabaqcadan, ona məxsus bir lütfkarlıqla sizi görəcəyimi söyləmişdi. 


Bankirin arvadı: 
– Mənim sizə necə minnətdar olduğumu bilsəydiniz! Biz bir az da söhbət etsək, lap köhnə dost olarıq. 
– Əlbəttə, sizinlə dostluq etmək o qədər adi şey deyil, lakin mən heç zaman sizin dostunuz olmaq 
istəməzdim. 
Yalnız birinci dəfə məclisə çıxan adamlara yaraşan bu        cümlələr soyuq-soyuq           zaman bayağı 
görünsə də, qadınlar üçün bunun ayrıca gözəlliyi var: bir gəncin ədası, səsinin ahəngi, baxışı bu mənasız 
sözlərə başqa ruh, başqa rəng verir. Madam de Nusingen bu qərara gəldi ki, Rastinyak cazibədar gəncdir. 
Bu qədər cəsarətlə verilən suala bütün qadınlar kimi cavab verməkdə aciz olan xanım, onun başladığı 
başqa bir mətləbə cavab verdi: 
– Bəli, bacım zavallı atamıza yaxşı münasibət bəsləmədiyinə görə çox məzəmmətlər alır. Halbuki atamız 
bizim üçün həqiqətən allah olmuşdur. Yalnız cənab de Nusingenin atamla ancaq səhərlər görüşmək 
haqqında qəti əmr verməsi məni bu məsələdə güzəştə getməyə vadar etmişdi. Lakin sonralar mən uzun 
müddət özümü bədbəxt hiss edirdim. Çox göz yaşı tökürdüm. Kobud izdivac toqquşmalarının nəticəsi 
olan bu zorakılıq ailə həyatımı bulandıran əsas səbəblərdəndir. Əlbəttə, cəmiyyət   nəzərində mən Parisin 
ən xoşbəxt qadını kimi görünürəm, halbuki həqiqətdə mən ən bədbəxt qadınam. Sizinlə belə danışdığım 
üçün məni ağılsız zənn edə bilərsiniz. Lakin siz mənim atamla tanışsınız, ona görə də mənim üçün yad 
adam deyilsiniz. 
Ejen cavab verdi: 
– Siz heç zaman mənim kimi sizə        olmağı arzulayan bir şəxsə rast gəlməyəcəksiniz. Siz qadınlar nə 
axtarırsınız? – Rastinyak təsirli səslə əlavə etdi: – Səadət! Əgər bir qadın səadəti üçün sevilmək, pərəstiş 
edilmək, bütün həsrətlərinə, arzularına, xəyallarına, sevinclərinə, dərdlərinə şərik olan bir dosta malik 
olmaq, könlünü bütün sevimli nöqsanları və gözəl məziyyətləri ilə, xəyanətdən qorxmadan açmaq və 
təslim etmək üçün bir dost tapmaq zərurətsə, mənə inana bilərsiniz ki, belə atəşin və vəfalı qəlbi siz 
ancaq sizin bir işarənizlə ölümə getməyə hazır olan, onun üçün bütün dünya yalnız sizdən ibarət 
olduğuna görə cəmiyyəti tanımayan və tanımaq belə istəməyən, xəyalət içində yaşayan bir gəncdə tapa 
bilərsiniz. Şəxsən özümə gəlincə, mənim sadəlövhlüyümə gülsəniz də, etiraf etməliyəm: mən uzaq bir 
əyalətdən gəlmişəm, çox şeylərə bələd deyiləm, hər vaxt təmizürəkli insanların içində gəzib-dolaşmışam. 
Burada məhəbbət tapa bilməyəcəyimə əmin idim. Mən təsadüfən kuzinama rast gəldim; o, məni böyük 
səmimiyyətlə qəbul etdi. Onun sayəsində qızğın məhəbbətin böyük sərvət olduğunu anladım. Gerubino* 
kimi mən də bütün qadınlara məftunam, bütün qəlbimi bu qadınlardan birinə vermək intizarı ilə 
yaşayıram. Teatra girdikdə sizi gördüyüm zaman sel sanki məni qaldırıb sizə doğru apardı. Mənim sizi nə 
qədər düşündüyümü bilsəydiniz... Lakin öz xəyalımda mən sizi bu qədər gözəl təsəvvür etməzdim. 
Madam de Bosean sizə uzun-uzadı, valeh nəzərlə baxmağı mənə qadağan etmişdir. O, sizin qəşəng al 
dodaqlarınıza, qar kimi ağappaq üzünüzə, mərhəmətli gözlərinizə tamaşa etməyin nə qədər ləzzətli 
olduğunu bilmir. Mən sizə ağlını itirmiş bir adam kimi görünə bilərəm, ancaq bir xahişim var: bu sözləri 
söyləməyi mənə qadağan etməyin! 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə