Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə31/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

– Gələcək balaca baronessa de Rastinyak artıq sizə aşiq olmuşdur. 
Ejen təəccüblə: 
– Onun heç şeyi yoxdur, – dedi. 
– Aha! Biz əsl mətləbə indi gəlib çatdıq, – Votren cavab verdi. – Bir-iki kəlmə daha, hər şey aydın olar. 
Atası Tayfer qoca əclafdır: onun inqilab dövründə öz dostunu öldürməsindən şübhələnirlər. Mənim kimi 
fırıldaqçılardandır, müstəqil fikir sahibidir. Bankirdir, “Fred rik Tayfer və  irkəti” bankir evinin əsas pay 
sahiblərindəndir. O, Viktorinanı yoxsul qoyub, bütün var-yoxunu yeganə oğluna vəsiyyət etmək 
niyyətindədir. Belə haqsızlıq mənim heç xoşuma gəlməz. Mən Don-Kixot kimiyəm: zəifləri güclülərdən 
müdafiə etməyi sevirəm. Allah bankirin oğlunu öz yanına çağırmaq üçün müsaidə buyursaydı, Tayfer öz 
qızını geri qaytarmağa məcbur olardı. O, varissiz qalmaq istəmir, bu səfehlik insan təbiətinə məxsus 
şeydir, yenidən uşaq doğmaq isə artıq onun iqtidarında deyildir, mən bunu yaxşı bilirəm. Viktorina 
mülayim, sevimli qızdır: onu tez ələ keçirə bilər, onu fırfıraya çevirib, atalıq hissindən istifadə edərək, 
istədiyi kimi fırlaya bilər. Sizin məhəbbətiniz onu çox mütəəssir etmiş olacaq: o, sizi unutmayacaq, sizə 
ərə gedəcəkdir. Qəzavü-qədər rolunu isə mən oynayacağam, Allahın əmrini yerinə yetirəcəyəm. Mənim 
bir dostum var, ona çox yaxşılıqlar etmişəm. Luara ordusunun polkovnikidir*, bir az bundan əvvəl kral 
qvardiyasına daxil olmuşdur. Polkovnik mənim hər məsləhətimə qulaq asır, o, atəşin bir royalist 
olmuşdur. Axmaq deyil, odur ki, məsləkinə çox da yüksək qiymət verməz. Mənim mələk oğlum, mən sizə 
bir məsləhət də verə bilərəm: məsləkinizlə çox da hesablaşmayın, sözlərinizə çox da qiymət verməyin... 
Alan tapılarsa, bunu satmaqdan çəkinməyin. Birisi öz məsləkinə heç zaman xəyanət etməyəcəyini 
söyləyərək qürurlananda, daim bir xətlə yeriməyə məcburdur: buna ancaq heç bir günahı olmadığına 
əmin olan axmaq adam deyərlər. Prinsip yoxdur, ancaq hadisələr var. Qanun yoxdur, hər şey vəziyyətdən 
asılıdır. Yüksəklərdə qanad çalanlar, hadisələrə və vəziyyətlərə rəhbərlik etmək üçün özlərini bunlara 
uyuşdururlar. Prinsiplər və qanunlar əbədi olsaydı, xalqlar bunu çirkli köynək kimi dəyişməzdi. Bir fərd 
böyük bir millətdən ağıllı olmağa borclu deyildir. Bu gün Fransa qarşısında heç bir xidməti olmayan bir 
şəxsə, yalnız hər şeydən hərarətlə yapışdığına görə, büt kimi sitayiş edirlər. Halbuki onun layiq olduğu 
şeyi varsa, o da ancaq Sənaye muzeyində maşınlar arasında Lafayet* etiketi ilə dayanmaqdır. Eyni 
zamanda, bəşəriyyətə dərin nifrət bəslədiyindən, onun üzünə tələb olunduğu qədər vədlər çırpan bir 
knyazı hər kəs daşa basır, halbuki o, Vyana konqresi vaxtında Fransanın parçalanmasına yol verməmişdi. 
Onun başı çələnglə bəzənməli olduğu halda, üstünə palçıq atırlar. Ah! Mən işlərin nə vəziyyətdə 
olduğunu çox yaxşı bilirəm. Bir çox adamların sirri mənim əlimdədir! Yetər, kifayətdir! Mən müəyyən bir 
prinsipi yürütməkdə bir-biri ilə razılaşan üç nəfər tapdığım zaman möhkəm əqidələr sahibi olacağam. 
Heç bir məhkəmədə qanunun eyni maddəsi haqqında bir rəydə olan üç hakimə təsadüf etmək mümkün 
deyildir. Yenə dostumun məsələsinə qayıdıram. Əgər mən ondan xahiş etsəm, o, İsanı ikinci dəfə çarmıxa 
çəkə bilər. Votren dayının ancaq bir kəlməsi kifayətdir ki, o, öz zavallı bacısına beş frank göndərməyən bir 
lotunu savaşmağa məcbur edərək, sonra... 
Votren burada ayağa durdu və hücum hərəkəti göstərərək: 
– Cəhənnəmə vasil etsin, – dedi. 
Ejen: 


– Aman, n  dəhşətlidir! – dedi. – Cənab Votren, siz zarafat edirsiniz. 
Votren sözünə davam etdi: 
– Yaxşı, yaxşı, sakit olun! Özünüzü uşaq yerinə qoymayın... Ancaq xoşunuza gəlirsə, hiddətlənə də 
bilərsiniz, qızışa da bilərsiniz! İstəyirsinizsə mənə əclaf, məlun cani, quldur deyin, ancaq casus və 
fırıldaqçı adlandırmayın! Nə üçün dayanmısınız, nə üçün mənə atəş açmırsınız? Mən sizi bağışlayıram: siz 
yaşlı gənclər üçün bu, təbii şeydir. Mən özüm də bir zamanlar sizin kimi qızışırdım! Ancaq bir fikirləşin:  ir 
zaman gələcək, siz məndən də pis işlərə əl atacaqsınız. Siz xoşagəlim bir qadına aşiq olub, onun 
pullarından istifadə edəcəksiniz... Bu barədə heç fikirləşmisinizmi? Axı məhəbbətinizlə alver etmədən 
sizin üçün qabağa getmək mümkündürmü? Yaxşılıq, mənim əzizim, hissəyə bölünməz:  a yaxşılıq var, ya 
yox, – ikisindən biri. Bizə təklif edirlər ki, gərək tövbə edib, günahlar mızı təmizləyək. Niyə, bəd deyil! Bu 
sistemlə peşmançılıq günahı təmizləyə bilər. İctimai nərdivanın müəyyən pilləsinə qalxmaq üçün qadını 
aldatmaq, ailədə uşaqlar arasında nifaq doğurmaq, bir sözlə, şəxsi mənfəət və nəşə naminə üstüörtülü 
bir çox əclaflıqlara yol vermək, sonra isə tövbə etmək! Sizcə, buna nə deyərlər? Budur   din, ümid və 
məhəbbət yolunda sərf edilən səylər? Nə üçün uşaqlara çatacaq sərvətin yarısını bir gecədə mənimsəyən 
bir hoqqabaza iki ay həbs cəzası kəsildiyi halda, “təqsiri daha da ağırlaşdıracaq vəziyyətdə” min franklıq 
kağız parçasını oğurlamış bir yoxsulu katorqaya göndərirlər? Budur qanun. “Qanunlar məcəlləsi”ndə bir 
maddə tapılmaz ki, axmaqcasına olmasın. Əlində modalı əlcəklər, qəlbində isə yalan daşıyan bir şəxs, qan 
tökmədən, ancaq yalanla insanı öldürür. Qatil isə qapını gizli açarla açır. Bunların nə fərqi var? Hər ikisi 
gecə vaxtı icra edilən cinayət deyilmi? Halbuki sizin etdiyinizlə mənim sizə təklif etdiyim arasında qandan 
başqa heç bir fərq yoxdur. Hələ siz bu dünyada sarsılmaz qanunlara inanırsınız! Bəs nə üçün siz insanlara 
nifrət bəsləmirsiniz? Qanunlar məcəlləsinin torlarından keçmək üçün dəlik yerləri axtarırsınız? Haradan 
əmələ gəldiyi məlum olmayan bir çox böyük sərvətlərin sirri cinayətlə bağlıdır; bu cinayətin 
unudulmağına səbəb məharətlə edilməsidir. 
– Susunuz, rica edirəm, susunuz, mən sizi daha dinləmək istəmirəm, siz məni o dərəcəyə gətirərsiniz ki, 
artıq özümə belə inanmaram. Mən bu saat ancaq hiss                şeyləri bilirəm. 
– Özünüz bilərsiniz, gözəl oğlan. Mən sizi daha mətin zənn edirdim. Daha sizə heç bir şey 
söyləməyəcəyəm. Ancaq son bir sözüm var, – Votren tələbənin gözlərinin içinə baxdı və dedi: – Mən öz 
sirrimi sizə vermişəm. 
– Sizin təklifinizi rədd edən gənc, sirrinizi unuda da bilər. 
– Yaxşı sözdür, bu, mənim xoşuma gəlir. Başqası olsaydı, bu qədər əngəlli olmazdı. Mənim sizin üçün 
etmək istədiyimi unutmayın:  a hə, ya yox, öz ixtiyarınızdadır. 
Rastinyak, əsasını qoltuğuna vurub sakit addımlarla gedən Votrenin      ınca baxaraq: “Bu adamın dəmir 
kimi möhkəm məntiqi var! – deyə düşünürdü. – O, madam de Boseanın ədəblə dediklərini açıqdan-açığa, 
kobud şəkildə mənim üçün təkrar etdi. O, polad caynaqları ilə bağrımı yardı. Mən Delfina Nusingenin 
yanına nə üçün getmək istəyirəm? O, mənim niyyətlərimi hələ yenicə doğulduğu zaman duya bilmişdir. 
Bu quldur iki kəlmə ilə yaxşılığın nə olduğunu mənə başa saldı, halbuki mən bunu kitablardan və 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə