Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə27/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

artıran borclar, təhlükələr! Senanın Sen-Jak küçəsi ilə Sen-Pyer küçəsi arasındakı sol sahilini tanımayanlar 
insan həyatında heç şey başa düşməzlər. 
Rastinyak hərəsi bir liara olan bişmiş armudları Vokenin pansionunda yediyi zaman düşünürdü: 
– Ah! Paris xanımları bilsəydilər, məhəbbət axtarmaq üçün buraya gələrdilər! 
Bu zaman “Kral poçt idarəsi”nin qasidi şəbəkəli bağ qapısının zəngini çalıb, yemək otağına daxil oldu. O, 
cənab Ejen de Rastinyakı xəbər aldı, ona iki kisə verərək, imza atmaq üçün qəbz təqdim etdi. Votrenin 
gözləri parladı: Rastinyaka elə baxdı ki, elə bil, onu qamçı ilə vurdu. 
Votren: 
– İndi sizin şpaqa döyüşü və güllə atmaq dərslərinin haqqını vermək üçün pulunuz var, – dedi. 
Madam Voke, kisələri nəzərdən keçirib: 
– Qalionlar* gəlib çıxdı! – dedi. 
Madmazel Mişono, hərisliyini büruzə verməmək üçün pula tərəf baxmaqdan ehtiyat edirdi. 
Madam Kutür: 
– Ananız səxavətlidir, – dedi. 
Puare təkrar etdi: 
– Ananız səxavətlidir. 
Votren dedi: 
– Bəli, anacığaz öz qanını vermişdir. İndi atınızı çapa bilərsiniz, cəmiyyətdə dolaşa bilərsiniz, qarmaqla 
varlı nişanlı tapa bilərsiniz, saçları şaftalı çiçəkləri ilə bəzənmiş qrafinyalarla rəqs edə bilərsiniz. Lakin 
mənim məsləhətimi unutmayın, cavan oğlan: güllə atmağa tez-tez gedin. 
Votren düşməni hədəfə alan adam kimi hərəkət etdi. Rastinyak qasidə bəxşiş vermək istədisə də, cibində 
bir şey tapmadı. Votren cibini yoxlayıb qasidə iyirmi su atdı. Tələbəyə baxaraq: 
– Siz hər vaxt kredit götürə bilərsiniz, – dedi. 
Rastinyak ona təşəkkür etməyə məcbur oldu. Halbuki Ejen, madam de Boseanın yanından gəldiyi gün 
Votrenlə toqquşduqdan sonra artıq bu adamdan zəhləsi gedirdi. Votrenlə Rastinyak bir həftə bir-birinə 
rast gələndə salamlaşmaz, ancaq bir-birinin hərəkətlərini izləyirdilər. Ejen nahaq yerə özlüyündə bunun 
səbəbini aydınlaşdırmaq istəyirdi. Şübhəsiz, düşüncələr, onları doğuran qüvvəyə uyğun məsafədə təsir 
göstərir və mortiradan1 çıxan bir mərmini idarə edən qüvvə kimi, riyaziyyat elminin müəyyən qanu  na 
əsasən, beyinin göndərdiyi hədəfə vurur. Bunların təsiri müxtəlif ola bilər. Bəzi yumşaq təbiətli 
insanlarda, yad fikirlər dərinləşdikdən sonra təxribat başlayır. Bununla belə, yaxşıca silahlanmış 
təbiətlərə, bürünclə zirehlənmiş kəllələrə rast gəlmək mümkündür ki, başqa bir adamın iradəsi onlara 


toxunduğu zaman əzilib məhv olur, daş divara dəyən güllə kimi yerə düşür. Bundan başqa, zəif və xəmir 
kimi yumşaq təbiətlər də var: yad fikirlər xəndəyin yumşaq torpağına girən mərmilər kimi taqətdən 
düşmüş halda bu təbiətlərə sancılır. Rastinyakın başı, içi barıtla dolu və bir qığılcımdan belə partlayacaq 
başlardan idi. Onun qəlbində gənclik çılğınlığı həddən çox idi; iradəmizdən asılı olmadan, bizi öz təsiri 
altına alan qəribə hadisələrlə qaynadığı halda, fikirlərin və hisslərin təsiri altına düşməmək qeyri-
mümkün görünürdü. Rastinyakın mənalı gözləri vardı. Ağıl və hissin qüvvəsi ilə aldığı ikiqat təəssüratında, 
hər hansı bir zirehin zəif nöqtələrini bir an içində tapmaq iqtidarında olan mahir şpaqa döyüşçüləri kimi, 
xüsusi qabiliyyət sahibi olan insanlarda bizi heyrətləndirən çeviklik, genişlik duyulurdu. Son ay 
müddətində Rastinyak məziyyətlərlə bərabər, bir çox nöqsanlar da mənimsəmişdi. Nöqsanların 
artmağına səbəb cəmiyyətin tələbləri və getdikcə artan arzuları təmin etmək ehtiyacı idi. Cənub 
qızğınlığı, hər halda, onun məziyyətlərindən sayılırdı. Bu qızğınlıq onu Luara çayının o tayından gəlməyə, 
maneəni dəf etmək üçün mübarizəyə atılmağa, bir yerdə mütərəddid dayanmamağa vadar edirdi. Şimal 
əhalisi, adətən, bu xüsusiyyətə bir nöqsan kimi baxar. Şimallıların fikrinə görə, qızğınlıq Müratın* 
yüksəlişinə səbəb olsa da, onun məhvinə də səbəb olmuşdu. Buradan belə bir nəticə çıxarmaq 
mümkündür: cənublu şimallıların zirəkliyini və Luaranın o tayında yaşayan əhalinin cəsarətini özündə 
birləşdirdiyi zaman, bir növ, kamillik dərəcəsinə yüksəlir və bu zaman o, öz mövqeyini heç kəsə        
etməz. 
Bu surətlə Ejen Votrenin dost, ya düşmən olduğunu aydınlaşdırmadan, Votrenin top atəşi qarşısında 
uzun müddət dayana bilməzdi. Bəzən Ejen bu xariqüladə şəxsiyyətin onun qəlbini oxuduğunu, 
ehtiraslarını duyduğunu zənn edirdi; halbuki Votren möhkəm qapalı idi, sanki, o, hər şeyi görən, hər şeyi 
bilən, lakin heç bir şey danışmayan sfinksin sarsılmaz nüfuzuna malik idi. İndi isə cibi dolu olduğundan, 
Ejen artıq cəsarətləndi. 
Votrenin ayağa durduğunu və qəhvəsini içib getmək istədiyini görüb dedi: 
– Lütfən, bir az dayanın. 
Bu qırx yaşlı kişi geniş kənarlı şlyapasını qoydu və dörd nəfər oğrunun belə hücumundan qorxmadığını 
isbat etmək üçün, tez-tez şpaqa döyüşünün “dəyirman” üsulunu göstərdiyi dəmir əsasını götürərək 
soruşdu: 
– Nə üçün? 
Rastinyak kisələrdən birini tələsik açıb, ev sahibi üçün yüz qırx frank ayıraraq: 
– Mən öz borcumu qaytarmaq istəyirəm, – deyə cavab verdi. Vokeyə müraciətlə: – Kisəsini açmayan 
dostunu itirər, – dedi. – Biz Silvestr gününə* qədər sizinlə haqq-hesabı çürütdük. Bu yüz sunu mənim 
üçün xırdalayın. 
Puare dostuna baxdı və: 
– Dostuna acıyan kisəsini itirər, – dedi. 
Rastinyak parikli sfinksə pul uzadaraq: 


– İyirmi sunu ala bilərsiniz, – dedi. 
Votren hər şeyi görən baxışı ilə gəncin qəlbinə nüfuz edərək, dəfələrlə Rastinyakın hirslənməyinə səbəb 
olan istehzalı Diogen gülüşü ilə: 
– Elə zənn etmək olar ki, – dedi, – siz mənə borclu qalmaqdan qorxursunuz. 
Tələbə kisələrini əlində tutaraq, öz otağına çəkilmək üçün ayağa durdu: 
– Siz... haqlısınız, – dedi. 
Votren salonun qapılarına tələbə isə pilləkən                                    .        salon qapısına əsasını çırparaq, 
ona soyuq nəzərlə baxan tələbəyə yaxınlaşdı: 
– Bilirsinizmi, markiz de Rastinyakorama, sizin bu saat söylədiyiniz sözlər o qədər də nəzakətli sözlər 
deyil! 
Rastinyak yemək otağının qapısını örtdü və Votrenlə birlikdə yemək otağı ilə mətbəx arasındakı pilləkən 
sahəsinə çıxdı. Buradan bağçaya qapı açılırdı. Qapının üstündə isə dəmir şəbəkəli uzunsov, alçaq bir 
pəncərə vardı. Bu zaman Silviya mətbəxdən çıxdı və tələbənin Votrenə bu sözləri söylədiyini eşitdi: 
“Cənab Votren, əvvəla, mən markiz deyiləm, ikinci  , mənim adım Rastinyakorama deyil”. 
Madmazel Mişono soyuqqanlıqla: 
– Onlar vuruşacaqlar, – dedi. 
Puare təkrar etdi: 
– Vuruşacaqlar. 
Voke əli ilə bir yığın qızıl pulun üstünə sığal çəkərək: 
– Xeyr, xeyr, – deyə cavab verdi. 
Madmazel Viktorina bağçaya nəzər salmaq niyyəti ilə yerindən duraraq: 
– Bəs onların cökə ağaclarına doğru getdiklərini görmürsünüzmü? – dedi. – Zavallı gənc, o tamamilə 
haqlıdır. 
Madam Kutür Viktorinaya müraciətlə: 
– Gedək, əzizim, gedək yuxarı, – dedi, – bu, bizə aid deyil. 
Madam Kutürlə Viktorina getmək üçün ayağa durdular, lakin qapının ağzında yoğun Silviya qabaqlarını 
kəsdi. Silviya: 
– Elə bir bu qalmışdı! – dedi. 
– Cənab Votren cənab Ejenə dedi: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə