Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə28/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

– Məsələni aydınlaşdırarıq! Sonra onun qolundan tutub ənginara doğru getdilər. 
Bu zaman Votren göründü. Gülümsəyərək: 
– Voke cici, – dedi, – heç qorxuya düşməyin, bu saat cökə ağaclarının altında mən tapançamı 
yoxlayacağam. 
Viktorina, yalvarırmış kimi, əllərini çarpazlayaraq: 
– Amandır, cənab Votren, – dedi, – siz Ejeni nə üçün öldürmək istəyirsiniz? 
Vorten iki addım geri çəkildi və bir müddət Viktorinanın üzünə baxdı. İstehzalı bir əda ilə: 
– Çox qəribə məsələdir, – dedi. Onun bu sözlərindən, zavallı qız qıpqırmızı qızardı. Sonra əlavə etdi: 
– Amma bu gənc çox sevimli gəncə oxşayır, deyilmi? Mən ikinizi də xoşbəxt edəcəyəm. 
Madam Kutür talibəsinin qolundan tutub yan tərəfə çəkdi və qulağına pıçıldadı ki: 
– Viktorina, mən bu gün səni tanıya bilmirəm, sən çox dəyişmisən. 
Madam Voke: 
– Mən evimdə tapança atılmağını istəmirəm, – dedi. – Belə vaxtda güllə atmaqla qonşuların hamısını 
ayağa qaldırarsınız, polis tökülər gələr. 
Vorten: 
– Yavaş, Voke cici, – dedi, – hər şey düzələr. Biz tirə gedirik. 
O, Rastinyakın yanına qayıtdı və saymazyana onun qolundan tutaraq: 
– Əgər mən otuz beş addımlıqda beş dəfə dalbadal güllə ilə qaratoxmaq      vurduğumu sizə isbat etsəm, 
odunuz yenə yatmayacaq? Mənə elə gəlir ki, siz bir qədər dəlisovsunuz, sizi axmaq kimi öldürməyə 
məcbur olacağam. 
Ejen cavab verdi: 
– Siz artıq sözünüzdən dönursünüz! 
Vorten hədə ilə: 
– Məni hirsləndirməyin, – dedi. Yaşıl rəngli skamyaları göstərərək: – Bu gün soyuq deyil, gedək orada 
oturaq, heç kəs bizim söhbətimizi eşitməz. Mən sizinlə bəzi şeyləri aydınlaşdırmalıyam. Siz yaxşı 
oğlansınız, mən sizə pislik etmək fikrində deyiləm, and olsun yala... (lənət şeytana) Votrenin namusu 
haqqı, mən sizi sevirəm. Nə üçün sevdiyimi isə sonra sizə deyərəm. Mən sizi beş barmağım kimi 
tanıyıram və bunu bu saat sizə sübut edərəm. – Sonra dəyirmi stol  işarə edərək: – Kisələrinizi buraya 
qoya bilərsiniz! – dedi. 


Rastinyak bir az əvvəl onu öldürmək istəyən, indi isə himayə göstərmək niyyətində olduğunu söyləyən bu 
adamın rəftarındakı dəyişikliyə heyrət edərək, dərin maraqla pulu stolun üstünə qoydu. 
Votren sözə başlayaraq: 
– Siz mənim kim olduğumu, keçmişdə nə ilə məşğul olduğumu, indi nə etdiyimi bilmək istəyirsiniz, – 
dedi. – Siz hər şeylə maraqlanırsınız, oğlum. Yaxşı, yaxşı, sakit olun, hələ çox şeylər eşidəcəksiniz. Mənim 
bəxtim gətirmədi. Əvvəlcə mənə qulaq asın, sonra siz danışarsınız. Mən keçmiş həyatımı üç kəlmə ilə 
başa sala bilərəm. Mən kiməm? Votren. Nə ilə məşğulam? Xoşuma gələn işlə. Vəssalam. Xasiyyətimi 
bilmək istəyirsinizmi? Kim mənimlə yaxşı rəftar edərsə, yaxud xoşuma gələrsə, mən də ona yaxşılıq 
edərəm. Mən ona hər şeyə icazə verərəm, ayağımı bassa belə, dinmərəm. Lənət şeytana! Zəhləmi 
tökənlərlə, yaxud xoşuma gəlməyənlərlə mən iblis kimi kinli oluram. Etiraf etməliyəm: mənim üçün 
adam öldürmək tüpürmək kimi bir şeydir. Lakin mən ancaq məcburiyyət qarşısında adam öldürərəm, 
havayı yerə öldürmərəm, həm də öldürəndə işimi tərtəmiz başa çatdıraram. Mən də artist kimi bir 
şeyəm. Mən Benvenuto “Çellininin  atirələri”ni* oxumuşam, özü də italyanca! Çellini başkəsən, yolkəsən 
bir adam idi, mən ondan dərs almışam, hər addımda fələk kimi adam öldürməyi ondan öyrənmişəm. 
Lakin bundan başqa, o mənə hər yerdə gözəlliyi sevməyi öyrətmişdir. Bundan da gözəl rol ola bilərmi? 
Hamı bir tərəfdə, sən də bir tərəfdə, amma yenə müvəffəqiyyət qazanmağa şansın var! Mən ictimai 
intizamsızlığınızın müasir quruluşu ətrafında çox fikirləşmişəm. Duel, oğlum, uşaq oyunudur, sarsaqlıqdır. 
Əgər iki nəfər canlı adamın biri məhv olmalıdırsa, təsadüfə qurban getmək üçün, doğrudan da, axmaq 
olmaq lazımdır. Bəs duel nədir? Bəxtəbəxt şeydir. Vəssalam. Mən beş gülləni dalbadal qaratoxmaq      
vuraram, həm də otuz beş addımdan! Belə bir istedad sahibi, düşməni yerə sərə biləcəyinə əmin ola 
bilər. Buna baxmayaraq, mən bir dəfə iyirmi addımdan birinə güllə atmışdım, dəymədi. Halbuki bu 
oyunbaz ömründə bir dəfə belə əlinə tapança götürməmişdi. Əlinizdə yoxlayın! – deyə bu xariqüladə 
adam jiletini açdı və ayı beli kimi qıllı, iyrənc tünd-sarı tüklərlə örtülü döşünü Rastinyaka göstərdi. Sonra 
Rastinyakın barmağını döşündəki dəliyin içinə qoyaraq, əlavə etdi: – Mənim xəzimi həmin südəmər uşaq 
dəlmişdi, lakin mən o zaman sizin kimi iyirmi bir yaşlı uşaq idim. Hələ bəzi şeylərə, qadın məhəbbətinə, 
hələ sizin inandığınız bir çox axmaq şeylərə inanırdım. Çox ola bilsin ki, mən sizinlə döyüşəcəkdim, ola 
bilər! Çox mümkündür ki, siz məni öldürəydiniz. Belə fərz edək ki, mən qəbirdə yatmışam, bəs siz hara 
qaçacaqdınız? Əlbəttə, İsveçrəyə qaçmağa məcbur olacaqdınız, atanızın pullarını yeyib dolanacaqsınız. 
Halbuki atanızın pulu da yoxdur! Mən sizin vəziyyətinizi, dayandığım təpənin yüksəkliyindən bu saat sizin 
üçün aydın edə bilərəm, çünki mən dünya işlərinə bələdəm və dünyada ancaq iki yol bilirəm: küt bir 
itaət, yaxud üsyan. Mən şəxsən heç bir şeyə tabe olmaq istəmirəm, aydındırmı? Bəs sizə, bugünkü 
həvəsinizə görə nə qədər pul lazım olduğunu bilirsinizmi? Bir milyon, özü də lap bu saat, lakin bu olmasa, 
Allahın varlığına inanmaq üçün öz başımızla Sen-Klu torlarına* qədər səyahət etməyə məcbur olardıq. Bir 
milyonu sizə mən verəcəyəm. – Votren sükut etdi, Ejenə baxdı. – Aha! Siz Votren əmiyə daha mehriban 
nəzərlə baxırsınız. “Milyon” sözünü eşitcək siz “bu axşam” sözünü eşidib, pişiyin ağzı südə sulanan kimi, 
özünə zinət verməyə başlayan gənc qıza oxşadınız. Çox gözəl. Onda gəlin açıq danışaq. Əlinizi əlimə 
verin! Bu saat sizin var-yoxunuzu bir-bir yoxlayaq. Əyalətdə sizin atanız, ananız, qoca xalanız, on səkkiz və 
on yeddi yaşlı iki bacınız, on beş və on yaşlı iki qardaşınız var. Bütün komandanın siyahısı bundan 
ibarətdir. Xalanız bacılarınıza tərbiyə verir. Küre qardaşlarınıza latın dərsi verir. Ailəniz ağ çörəkdən    , 
şabalıd qovurması yeyir, atanız şalvarı dağılmasın deyə, onu ehtiyatla geyir, ananızın isə olsa-olsa bir yay 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə