Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə30/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

zaman öz zəhmətlərinin haqqını almamaqdır. Onlara mən miskin böcəklərin şirkəti deyirəm. Orada 
yaxşılıq axmaqcasına olur, lakin orada hər zaman ehtiyac da var. Allah qiyamət günü zarafat xatirinə 
onların hüzuruna gəlməsə, bu mömin adamların halını mən bu saat təsəvvür edə bilərəm. Demək, əgər 
siz birdən-birə varlanmaq istəyirsinizsə, ya doğrudan da zəngin olmalı, ya zəngin bir adam kimi 
görünməlisiniz. Varlanmaq üçün       qumar oynamalı     , yoxsa xırda qumarla heç   yə nail olmazsınız. 
Sizin bacara biləcəyiniz yüz peşə sahiblərindən on nəfəri sürətlə müvəffəqiyyət qazanmış olarsa, camaat 
dərhal onları oğru adlandıracaqdır. Buradan özünüz nəticə çıxara bilərsiniz. Həyat budur, budur həyatın 
həqiqətləri! Həyat mətbəx iyi verir, əgər bir şey bişirmək fikrinə düşsən, əllərini bulaşdırmalısan, ancaq 
sonra əllərinin çirkini yaxşı-      yumalısan. Dövrümüzün əxalaqı budur. Mənim insan cəmiyyətinə belə bir 
nəzərlə baxmağa hüququm var, çünki mən bu cəmiyyətə yaxşı bələdəm. Siz elə güman edirsiniz ki, mən 
bu cəmiyyəti söyürəm? Zərrə qədər    yox. O, həmişə belə olmuşdur. Moralistlər də onu heç zaman 
dəyişə bilməyəcəklər. İnsan hələ kamillik dərəcəsinə çatmaqdan uzaqdır. İnsan bəzən az, bəzən çox 
riyakarlıq edər, axmaqlar isə birinin əxlaqlı, o birinin əxlaqsız olduğunu söylərlər. Mən sadə xalqı 
tərifləməklə varlıları qınamaq fikrində deyiləm: insan hər yerdə bir cürdür, aşağıda, ya yuxarıda, ya da 
ortada olmağının heç bir fərqi yoxdur. İnsan sürüsünün hər milyon nəfəri arasında özünü hər şeydən, 
qanunlardan belə yüksək tutan beş-on nəfər tapıla bilər, mən də o nadir adamlardanam. Siz isə ali əxlaqlı 
adamsınızsa, birbaşa cəsarətlə gedin. Lakin siz sadəlik, paxıllıq və iftira ilə daim vuruşmağa, bütün 
cəmiyyətin əleyhinə getməyə məcbur olacaqsınız. Napoleon Obri* adlı bir hərbiyyə naziri ilə 
toqquşduğundan, nazir az qalmışdı ki, onu müstəmləkəyə sürgün etsin. Özünüzü yoxlayın, hər gün səhər 
tezdən oyandığınız zaman iradənizin dünənkinə nisbətən daha qüvvətli olub-olmadığına diqqət edin. 
Bütün bü söylədiklərimi nəzərə aldıqdan sonra mən sizə elə bir iş təklif edəcəyəm ki, heç kəs onu rədd 
etməz. Diqqətlə sözlərimə qulaq asın. Müsaidənizlə sö ləməliyəm ki, mənim də özümə məxsus planım 
var. Birləşmiş Ştatların cənub tərəfində, yüz arpanlıq bir malikanədə patriarxal həyat qurmaq 
fikrindəyəm. Mən plantator olmaq, qul sahibi olmaq, tütün, öküz, ağac satışından bir neçə milyoncuğaz 
qazanmaq istəyirəm. Mən hökm etmək, istədiyimi yerinə yetirmək, bu malalanmış siçan yuvasında 
anlaşılmayacaq həyat sürmək istəyirəm. Mən böyük şairəm. Lakin mənim yazdığım şeir deyil: mənim 
şerim hərəkət və hissdir. Bu saat mənim əlli min frankım var, bu pulla isə ancaq qırx zənci almaq olar, 
halbuki məqsədimə çatmaq üçün mənə iki yüz zənci lazımdır, iki yüz zəncinin qiyməti isə iki yüz min 
frankdır. Soruşa bilərsiniz ki, nə üçün zənci? Məsələ burasındadır ki, zəncilər mənim üçün daha 
munasibdir: onlarla nə istəyirsən elə, heç bir diqqətli prokuror səni məsuliyyətə          bilməz. Bu qara 
kapitala malik olduqdan sonra mən on il ərzində üç-dörd milyon pul qazanacağam. Varlandıqdan sonra 
isə heç kəs məndən soruşmayacaq ki, sən kimsən. Mən cənab Dörd Milyon, Birləşmiş Ştatlar vətəndaşı 
olacağam. Yaşım əlliyə çatacaq, ancaq hələ ovulub tökülməyəcəyəm. Kefimi çəkəcəyəm. Xülasə, mən 
sizin üçün bir milyon manatlıq cehiz tapsam, mənə iki yüz min verərsinizmi? İyirmi faiz komisy   haqqı 
necədir? Məgər çox istəyirəm? Bir qızı özünüzə bənd edərsiniz, evləndikdən sonra özünüzü elə 
göstərərsiniz ki, guya dərdiniz var, vicdan əzabı çəkirsiniz. İki həftə bikef gəzərsiniz. Sonra bir gecə, bir az 
nazlandıqdan sonra arvadınızı öpə-öpə deyərsiniz ki iki yüz min borcunuz var, bir də “mənim sevgilim” 
sözləri   əlavə edərsiniz. Hər gün kübar gənclər bu cür məzhəkə oynayırlar. Gənc qadın tərəddüd 
göstərmədən, kisəsini dərhal sevgilisinə verəcəkdir. Bəlkə, siz ziyan çəkəcəyinizi zənn edirsiniz? Yox. Siz, 
hər halda, bir təşəbbüs göstərib bu iki yüz mini qaytarmağı bacararsınız. Sizdəki pulla, sizdəki ağılla, 
istəsəniz, böyük sərvət qazana bilərsiniz. E  o1, siz yarım il ərzində öz səadətinizi, əziz arvadınızın 
səadətini və biçarə Votrenin səadətini təmin etmiş olarsınız. Hələ mən qış gecələrində odun 


tapmadıqlarından barmaqlarını nəfəsləri ilə qızdıran ailənizin səadətindən danışmıram. Siz nə mənim bu 
təklifimə, nə də şərtlərimə heyrət etməyin! Parisdə a  mış izdivacdan qırx yeddisi bu cür sazişlər üzərində 
qurulmuşdur. Notarius palatası cənab... 
Rastinyak Votrenin sözünü kəsərək ehtirasla: 
– Mən nə etməliyəm? – dedi. 
– Heç bir şey. 
Votrenin üzündə, balığın qırmağa keçdiyini duyan bir balıqçının sevincinə bənzər gizli sevinc göründü. 
Sözünə davam edərək: 
– Sözlərimə yaxşı qulaq asın, – dedi. – Zavallı, yoxsul, bədbəxt bir qızın qəlbi – məhəbbəti ehtirasla öz 
canına çəkməyə hazır olan bir süngərə bənzər. Bu qəlb o qədər qurudur ki, bir damcı hiss onun üzərinə 
düşər-düşməz, şişməyə başlar. Hələ yoxsul, ümidsiz, yalqız, əlinə sərvət keçəcəyindən bixəbər olduğu 
zaman bir gənc qıza aşiq olmaq! Bilirsinizmi bu nədir? Bu o deməkdir ki, bütün xallar sizin əlinizdədir, 
lotereyanın bütün uduş nömrələrini bilirsiniz, bütün məlumatı qabaqcadan alaraq renta              
oynayırsınız! Siz dərhal sarsılmaz bir izdivacın möhkəm bünövrəsini qoymuş olursunuz. Belə bir qızın 
əlinə milyonlar düşərsə, o, bu milyonları çınqıl kimi sizin ayaqlarınızın altına səpələyəcəkdir. O: “Al, 
mənim əzizim, al, Adolf, Alfred, yaxud Ejen!” deyəcəkdir, bir şərtlə ki, Adolf, Alfred, yaxud Ejen bir 
fədakarlıq göstərməyi bacara. Fədakarlıq isə köhnə         sataraq bir dəfə birlikdə “Göy siferblat”* 
restoranına getməkdən, şampi yonlu kruton yeməkdən və sonra axşamüstü “Ambiq -Komik” teatrına 
getməkdən ibarətdir. Saatı beh qoyub bir şal da alıb ona bağışlamaq olar. Hələ mən qadınların sevdiyi 
aşiqanə məktublardan və bu kimi axmaq şeylərdən bəhs etmirəm;  əsələn, sevgilinlə görüşmədiyin 
zamanlar, poçt kağızının üzərinə göz yaşı deyə su səpələmək olar. Lakin mənə elə gəlir ki, siz ürəklərin 
dilini yaxşı bilirsiniz. Paris Şimali Amerikanın vəhşi meşələri kimidir: burada çoxlu vəhşi tayfalar, quronlar, 
illinoylar* dolaşar, ovla başlarını dolandırarlar. Siz, məsələn, milyonların ovuna çıxmışsınız. Bu milyonları 
ələ keçirmək üçün cələ, tələ, manka düzmək lazımdır. Onun da müxtəlif sahələri var. Biri cehiz ovlayır, o 
biri başqasının ticarətini ləğv etmək üçün ova çıxır. Birincinin ovladığı insan canlarıdır, o biri isə ona 
etimad göstərənlərin əl-qolunu bağlayıb alver edir. Ovdan torbası dolu qayıdanlara həmişə hörmət var, 
onları yaxşı cəmiyyətlərdə qəbul edərlər. Bu qonaqcıl torpağa haqq vermək lazımdır. Paris dünyanın ən 
dözümlü şəhəridir. Avropanın başqa paytaxtlarında yaşayan məğrur aristokratlar öz dairələrinə alçaq 
milyonçunu qoymadığı halda, Paris ağuşunu açır, onun ziyafətlərində iştirak edir, onun çörəyini yeyir, 
onun alçaqlığına badə qaldırır. 
– Bəs belə bir qızı mən haradan tapa bilərəm? 
– O, sizin yanınızdadır, buyurun! 
– Madmazel Viktorinanımı deyirsiniz? 
– Bəli, özüdür ki var. 
– Bu necə ola bilər? 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə