Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə29/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

paltarı, bir də qış paltarı var, bacılarınıza gəlincə, əllərinə düşəni geyinirlər. Mən hər şeyi bilirəm; mən 
cənubda yaşamışam. Mən sizin vəziyyətinizin də belə olduğunu bilirəm. Əgər sizə ildə min iki yüz frank 
pul göndərirlərsə, demək, torpağınızın mədaxili üç mindən artıq deyildir. Aşpaz da lazımdır, nökər də 
lazımdır, hər halda, atanız barondur, ədəb-qaydanı pozmaq olmaz. Özümüzə gəlincə, bizim də 
şöhrətpərəstliyimiz var, Bosean adlı qohumumuz var: amma həmişə piyada gəzərik; sərvət arzusunda 
olarıq, cibimizdə isə bir su pul tapılmaz; Voke cicinin biş-düşünü yeyərik, amma sevdiyimiz Sen-Jermen 
qəsəbəsindəki gözəl xörəklərdir; cındır yatağın üstündə yatırıq, amma mülk sahibi olmağı arzu edirik! 
Sizin meyillərinizi mən inkar etmirəm. Şöhrətpərəstlik, dostum, hər kəsin işi deyil. Qadınların hansı 
kişilərdən xoşlandıqlarını soruşsanız, görərsiniz ki, ən çox şöhrətpərəstləri sevirlər. Şöhrətpərəstin bel 
sümüyü möhkəm olar, qanında dəmir çox olar, ürəyi başqa kişilərin ürəyindən qızğın olar. Yetişmiş bir 
qadın isə xoşbəxt olar, gözəl olar; odur ki qüvvətli kişiləri üstün tutar, belini sındıra biləcəyindən 
qorxmaz. Sizin arzularınızı bir-bir saymaqda məqsədim sizə bir sual verməkdir. Sualım budur: iştah mız 
qurd iştah  ı, dişimiz də iti, bəs indi biz nə edək ki, qazanımız boş olmasın? Hər şeydən əvvəl, biz gərək 
“Qanun məcəlləsi”ni həzm edək. Bu, o qədər də ləzzətli şey deyil, adama heç bir şey öyrətməz, ancaq 
yenə də lazımdır. Tutaq ki, belədir. Nəhayət, biz məhkəmə üzvü oluruq, sonra cinayət məhkəməsinin 
sədri oluruq, – bizdən daha yaxşı adam olan bədbəxtlərin çiyinlərinə S.K.1 damğasını basmağa başlayırıq, 
varlıların sakit yata bilməsi üçün bu adamları katorqaya göndəririk. Bu, o qədər də əyləncəli bir şey deyil, 
lakin çox gözləmək lazım gəlir. Bunun üçün bir-iki il Parisdə sürünməli, nə qədər çox xoşumuza gəlsə də, 
şeylərə əl vurmadan tamaşa etməklə kifayətlənməliyik. Hər şey arzu etmək və heç şeyə nail olmaqdan da 
ağır hal ola bilərmi? Əgər vücudunuz zəif, təbiətiniz soxulcan təbiəti olsaydı, siz heç nədən qorxmaya 
bilərdiniz;  albuki qanınız aslan qanı kimi coşqun      , gündə iyirmi dəfə axmaq iş tutsanız da çat  . Allahın 
yaratdığı cəhənnəmdəki məşəqqətlərin ən dəhşətlisi budur ki, siz bu məşəqqətə dözə bilməzsiniz. Fərz 
edək ki, siz ağlınızı itirmisiniz, süd içib elegiya yazırsınız. O zaman, iti belə hiddətləndirəcək 
məhrumiyyətdən və uğursuzluqdan sonra siz uzaq qəsəbələrin birində alçaq bir prokurorun müavini 
vəzifəsinə təyin ediləcəksiniz. Hökumətin üzərinizə çilədiyi ildə min franklıq bir maaşla dolanacaqsınız, bu 
isə qəssabın itinə atılan sümük kimi bir şeydir. Oğruların üzərinə hür, varlıları müdafiə et, cəsur adamları 
gilyotinə göndər. Çox sağ olun! Sizə himayə göstərən bir şəxs tapılmasa, əyalət tribunalarında çürüyüb 
məhv olacaqsınız. Otuz yaşına çatdığınız zaman, hələ hakim mantiyasını cəhənnəmə atmamış olsanız, sizi 
min yüz frank maaşla hakim vəzifəsinə təyin edəcəklər. Qırx yaşında bir dəyirmançının qızını alacaqsınız, 
özünüzü altı min livr maaşla təmin edəcəksiniz. Çox sağ olun, bəd deyil! Halbuki himayəçiniz olsaydı, otuz 
yaşında əyalət prokuroru olub, min ekü maaş alardınız, şəhər bələdiyyə rəisinin qızı ilə evlənərdiniz. 
Səsvermə vərəqəsində Vil el əvəzində Man el* oxumaq kimi xırda-xırda siyasi alçaqlıqlara yol versəniz 
(bu iki familiya həmqafiyədir, odur ki vicdan əzabı çəkməyə bilərsiniz), qırx yaşında general-prokuror 
olarsınız, sizi deputat seçə bilərlər. Mehriban oğlum, bir şeyi unutmayın biz artıq vicdanımıza rəxnə 
vurmuşuq, iyirmi il ərzində çox əziyyətlər çəkmişik, gizli ehtiyaclara dözmüşük, bacılarımız isə evdə         
qalmışlar. Bir də, sizin diqqətinizi bir şeyə də cəlb etmək şərəfindəyəm: bütün Fransada ancaq iyirmi 
general-prokuror yeri var, halbuki bu yeri tutmaq istəyənlərin sayı iyirmi min nəfərdir, bunların içərisində 
isə bir pillə belə qalxmaq üçün öz ata-anasını sata biləcək cibgirlər də var. Bu peşə sizin xoşunuza 
gəlməyə bilər, başqa bir peşə axtaraq. Bəlkə, baron de Rastinyak       olmaq niyyətindədir? Çox gözəl, çox 
gözəl! Lakin Parisdə        iş tapmaq üçün on il gözləməli, ayda min frank xərcləməli, kitabxana, qəbul otağı 
saxlamalı, cəmiyyətdə dolaşmalı, boşboğazlıq etməli, vəkillərin ətəklərini öpməlidir. Bu peşə sizə 
yaraşırsa, mən də etiraz etmirəm, ancaq bütün Parisi axtarsanız, əlli yaşındlan yuxarı ildə əlli min qazancı 


olan beş nəfər       tapa bilməzsiniz. Yox, yox! Qəlbi çirkabla doldurmaqdansa, dəniz qulduru olmaq daha 
yaxşıdır. Bundan başqa, siz pulu haradan tapacaqsınız! Bu, o qədər də əyləncəli iş deyildir. Bizim yeganə 
bir imkanımız var ki, o da arvadımızın cehizidir. Evlənmək istəyirsinizmi? Evlənməkdənsə boynunuza daş 
salıb, özünüzü suya atmağınız yaxşıdır. Bir də, pul xatirinə evlənsəniz, bəs sizin namusunuz, şərəfli adınız 
harada qalacaq? Bunun əvəzində yaxşı olar ki, elə bu gündən insan əxlaqının məşrut qanunlarına qarşı 
üsyan qaldırasınız. Pul üçün evlənmək, arvadın qarşısında sürünmək, anasının ayaqlarını yalamaq, 
donuzları belə iyrəndirəcək əclaflıqlara yol vermək deməkdir. Tfu! Hələ xoşbəxt ola bilsəniz, yenə dərd 
yarıdır. Lakin belə izdivac sizi nəcis borusuna çevirəcəkdir. Öz arvadınla güləşməkdənsə, kişilərlə 
vuruşmaq yaxşıdır. Budur, gənc dostum, siz yolayrıcındasınız: istədiyiniz yolu seçə bilərsiniz! Siz artıq bir 
yol seçmisiniz: siz kuzinanız de Boseanı ziyarət etdiniz, zinət və sərvət qoxusunu duydunuz! Qorio atanın 
qızı qrafinya de Restonu ziyarət etdiniz – bir Paris xanımının rayihəsini duydunuz. Siz onun yanından evə 
qayıtdığınız gün alnınızda yalnız bir söz yazılmışdı. O sözü mən asanca oxudum: yarıb keçmək! Nə olur-
olsun, yarıb keçmək! Mən öz-özümə dedim ki, afərin bu oğlana, lap mənə yaraşan oğlandır. Sizə pul 
lazım oldu. Pulu haradan tapa bilərdiniz? Siz bacılarınızın qanını içib, pul tapdınız. Bütün qardaşlar 
həmişə öz bacılarını qarət etmişlər. Şabalıdı qızıl puldan daha çox olan bir əyalətdə bu min beş yüz 
frankın necə əldə edildiyini Allah bilir! Bu pullar qarətçi          kimi hərəsi bir yana dağılacaq. Bəs onda siz 
nə edəcəksiniz? Bəlkə, işləmək fikrindəsiniz? Lakin sizin düşündüyünüz iş Puare kimi adamlara Voke 
cicinin otağından başqa bir şey verməz. Bu saat sizin vəziyyətinizdə əlli min gənc vardır ki, tez varlanmaq 
məsələsini həll etmək üçün çırpınır, siz də bunların arasında ancaq bir vahidsiniz. Taleyinizi özünüz         
edə bilərsiniz: siz dəhşətli döyüşlərdən keçməli, çox çalışmalısınız. Əlli min gəlirli yer tapmaq mümkün 
deyil, siz bir-birinizi bankaya qoyulmuş hörümçəklər kimi gəmirməyə məcbursunuz. Burada insanların 
özlərinə necə yol açdıqlarını bilirsinizmi? Bunun üçün parlaq bir düha, yaxud satın ala bilmək qabiliyyəti 
lazımdır. Bu insan yığınına ya bir top mərmisi kimi girməli, ya da taun kimi arasından keçməli;  amuslu 
yolla heç bir şey əldə etmək mümkün deyildir. İnsanlar dahinin qüdrəti qarşısında səcdə edir və eyni 
zamanda, dahi hər bir şeyi tək özünə götürür deyə, ona iftira ataraq nifrət bəsləyirlər. Lakin o, hələ 
möhkəm durduqca, onun qarşısında səcdə etməyə məcburdurlar. Müxtəsər, dahini çirkaba bulaşdırmaq 
mümkün olmadığı zaman, diz çöküb ona pərəstiş edirlər. Hər yerdə satqına rast gələcəksiniz, halbuki 
istedad nadir şeylərdəndir. Buna görə də satqınlıq hər şeyi özünə tabe edən adi insanların əlində bir silah 
olmuşdur: bu silahın təsirini siz hər yerdə hiss edəcəksiniz. Siz ərləri vur-tut altı min frank alan arvadların 
bəzəkli paltarlara on min frankdan artıq xərclədiklərini görəcəksiniz. Min iki yüz frank maaşı olan 
məmurların mülk aldıqlarını görəcəksiniz. Siz Fransa perinin oğlunun kare      gəzmək üçün qadınların 
özlərini satdıqlarını görəcəksiniz, çünki bu karet   Lonşanın* orta xiyabanından keçmək mümkündür. Siz 
bu əbləh Qorio atanın qızının imza etdiyi vekseli ödəməyə məcbur olduğunu öz gözünüzlə görmüsünüz, 
halbuki onun ərinin ildə əlli min gəliri var. Sizinlə mərc gələ bilərəm ki, Parisdə iki addım atar-atmaz 
dərhal iblis fırıldaqlarına rast gələcəksiniz. Mən öz başımı bu kahı dəstəsinin qabagında mərcə qoyaram 
ki, sizin bəyəndiyiniz ilk qadın gənc, gözəl və zəngin olarsa, mütləq sizi bir arı pətəyinə sürükləyəcəkdir. 
Qadınlar qanunlarla daim münaqişədədirlər və hər bir bəhanədən istifadə edərək, ərləri ilə müharibə 
edirlər. Paltar, məşuq, uşaq, ev şeyləri, yaxud şöhrət üçün qadınların nə kimi sazişlərə girdiyini sizə nağıl 
etməyə başlasam, çox uzun çəkər. Hər halda, buna əmin ola bilərsiniz ki, xeyirxahlıq qadınlar arasında 
nadir şeylərdəndir. Bax buna görədir ki, namuslu insan hamıya düşməndir. Ancaq sizcə, namuslu adam 
kimə deyirlər? Parisdə namuslu adam – dinməyən adam, xeyrini, şərini hər kəsə söyləməyən adam 
deməkdir. Hələ mən zavallı ilotlardan1 bəhs etmirəm: onların qisməti daim əziyyət çəkmək, heç bir 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə