Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə26/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

“Əziz qardaşım, sənin məktubun lap yerinə düşdü. Mən də, Aqata da öz pullarımızı xərcləmək niyyətində 
idik, ancaq nə almaq barəsində münaqişəmiz oldu, nə alacağımıza qərar verə bilmədik. Sən də öz 
ağasının           saatlarını yerə salan İspaniya kralı    xidmətçisi kimi öz məqsədinə nail oldun: sən bizim 
aramızda saziş yaratdın. Biz həqiqətən hansı arzumuzu yerinə yetirmək üstündə savaşırdıq, lakin hər 
ikimizin arzumuzu birləşdirəcək bir şey ağlımıza belə gəlmirdi, əzizim Ejen. Aqata sevincindən atılıb-
düşməyə başladı. Bir sözlə, biz bütün günü başımızı itirmişdik, xalamızın dili ilə desək, bu o qədər gözə 
çarpırdı ki, nəhayət, anam ciddi bir halla bizdən soruşdu: “Qızlar, sizə nə olub?” Əgər anam bizi azacıq 
danlamış olsaydı, zənnimcə, biz daha məmnun olardıq. Sevdikləri adamın yolunda əziyyət çəkmək 
qadınlar üçün böyük fərəhdir. Yalnız mən, fərəhlənməyimə baxmayaraq, bir az fikrə daldım, məyus 
oldum. Görünür, mən yaxşı arvad olmayacağam – çox bədxərcəm. Mən bir az bundan əvvəl özüm üçün 
iki kəmər, bir də korsetimizdəki dəlikləri almaq üçün qəşəng bir burğu almışdım, bunun da nəticəsində 
mənim pulum şişman Aqatanın pulundan az oldu. Aqata qənaəti sevir, sağsağan kimi pulları yığıb təpə 
düzəldir, odur ki onun iki yüz frankı vardı! Mənim isə, yazıq dostum, ancaq yüz əlli frankım qalmışdır. 
Mən haqlı olaraq cəzamı aldım, kəmərimi quyuya atmaq belə istəyirdim, bu kəməri taxmaq artıq mənim 
üçün mümkün deyildir. Mən sənin pulunu oğurlamışdım. Amma Aqata çox yaxşı qızdır, o, mənə dedi ki: 
“Bu üç yüz əlli frankı ikimizin adından göndərərik!” Mən sənə əhvalatın gedişini təfsilatı ilə söyləmədim, 
amma sənin sifarişini yerinə yetirmək üçün bilirsənmi nə etdik? İkimiz də pulumuzu götürüb gəzməyə 
çıxdıq, lakin böyük yola çıxar-çıxmaz, yüyürə-yüyürə Rüfekə getdik, pulları “Kral poçt idarəsi”nin müdiri 
cənab Qrimbertə verdik. Geriyə döndüyümüz zaman qaranquş kimi qanad çalıb uçurduq. Aqata mənə 
dedi ki: “Bəlkə, xoşbəxtliyimizdən belə quş kimi uçuruq?” Biz bir-birimizə çox şeylər söylədik, ancaq bu 
sözləri, cənab parisli, mən sizə təkrar etməyəcəyəm, çünki bizim söhbətimizdə siz son dərəcə böyük rol 
oynayırdınız. Ah, mənim əziz qardaşım, biz səni çox sevirik, vəssalam. Qaldı ki, sirrin açılmağından heç 
qorxma, çünki xalanın dediyinə görə, bizim kimi saman altından su            hər şeyi, hətta sükut etməyi 
belə bacarar. Anamla xalam sirli şəkildə Anqulemə yola düşdülər, səfərlərinin yüksək siyasi qayələrindən 
bir kəlmə belə bizə danışmadılar. Onlar getmə dən əvvəl uzun müddət məşvərət etdilər, bu məşvərətə 
nə biz, nə də cənab baron buraxılmışdı. Rastinyak məmləkətində başlarda böyük fikirlər dolaşır. İnfantlar 
yenə əvvəlki kimi            kraliça üçün muslindən hörmə çiçəkli paltar tikməklə məşğuldur. Paltar çox gizli 
tikilir. Yalnız iki ətəyini tikmək qalmışdır. Ve tey tərəfdə divar çəkməmək üçün qərar çıxarılmışdır, orada 
ancaq balaca bir hasar olacaqdır. Qara camaat bunun sayəsində meyvədən və üzüm salxımlarından 
məhrum edilsə də, xaricilər üçün gözəl bir mənzərə yaradılacaqdır. Vəliəhdin cib yaylığına ehtiyacı 
vardırsa, məlumu olsun ki, dul kraliça de Marsi yak Pompeya və Kerkulanum* adı ilə şöhrət qazanan 
xəzinələrini araşdırdıqdan sonra çoxdan unutmuş olduğu əla bir holland kətanı tapmışdır. Şahzadə 
xanımlar L ra və Aqata, həmişəki kimi, qəşəng əllərini, iynələrini və saplarını onun ixtiyarına vermişlər.      
ənc şahzadə – don Anri ilə don Qabriel yenə də köhnə pis vərdişlərindən əl çəkməyib: çoxlu üzüm 
mürəbbəsi yeyir, bacılarını hirsləndirir, heç şey oxumur, quş yuvalarını dağıdır, səs-küy salır, dövlətin 
qanun-qaydalarını pozaraq, cavan söyüd budaqlarını kəsib-doğrayırlar. Roma papasının nunsisi, başqa 
təbirlə, bizim keşiş, imla dərsi əvəzinə yenə əvvəlki kimi boş-boşuna dolaşacaqlarsa, kilsədən məhrum 
edəcəyini onlara bildirmişdir. Xudahafiz, mehriban qardaşım, heç bir məktub bu məktub kimi başdan-
başa sənin səadətin üçün dualar və məmnun bir məhəbbətlə dolu olmamışdır. Buraya yolun düşərsə, 
bizə çox söhbətlər etməli olacaqsan. Mən sənin böyük bacınam. Mənə hər şeyi danışarsan! Xalam sənin 
yüksək cəmiyyətdə müvəffəqiyyət qazandığına işarə edir. 


Hamı xanım haqqında danışır, başqalarını yada salan yoxdur. 
Öz aramızda qalsın, Ejen! Əgər istəyirsənsə, biz özümüzə cib yaylığı tikmərik, sənin üçün köynək tikərik. 
Bu barədə bizə tez cavab yaz. Əgər sən yaxşı tikilmiş, qəşəng köynək istəyirsənsə, biz dərhal əyləşib, 
köynəkləri tikməyə başlamalıyıq. Əgər Parisdə bizə məlum olmayan fasonlar varsa, tez bizə göndər, 
xüsusilə manjet fasonu bizi çox maraqlandırır. Əlvida, əlvida, əzizim! Səni, alnının sol tərəfindən – yalnız 
mənə aid olan yerindən öpürəm. Mən Aqataya təmiz kağız vərəqi vermişəm, mənim sənə yazdığımı 
oxumamağı vəd etmişdir. Lakin mənim məktubumu oxumayacağına əmin olmaq üçün, yanında dayanıb 
məktubu yazıb qurtarmağını gözləyəcəyəm. Səni sevən bacın. 
L ra de Rastinyak”. 
 
Ejen öz-özünə: “Bəli, bəli, – deyirdi, – sərvət, nə olur-olsun, sərvət! Heç bir c vahirat bu vəfalı məhəbbəti 
əvəz edə bilməz. Ah, mən onlara bütün dünyanın səadətini birdəfəlik vermək istərdim!” 
Bir az sükutdan sonra yenə dedi: 
“Min beş yüz frank! Bu pulun hər biri hədəfə dəyməlidir! Laura haqlıdır. Doğrudan da, köynəklərimin 
hamısı sadə kətandan tikilmişdir. Başqasına səadət bəxş etmək üçün qız oğru kimi hiyləgər olur. Safürəkli 
bacım mənim qayğımı çəkir. O, bu dünyadakı günahları anlamayan, lakin bağışlayan bir mələkdir”. 
Artıq yüksək cəmiyyətə onun yolu açılmışdı. Dərhal dərzi çağırılmış, danışdırılmış, tabe edilmişdi. 
Rastinyak Maksim de Trayı görər-görməz gənclərin həyatında dərzinin necə böyük təsiri olduğunu 
anlamışdı. Əfsus! Dərzi haqqındakı məfhumların arasında orta hədd yoxdur. Dərzinin işindən məlum olur 
ki, o ya sənin dostundur, ya da qatı düşmənin. Ejenin tapdığı dərzi öz sənətinin qanun-qaydalarını 
bildiyindən, başa düşürdü ki, özünə, gənclərin bugünkü həyatı ilə gələcək həyatı arasında bir həlqə kimi 
baxmalıdır. Minnətdar Rastinyak, sonralar məzəli sözlər söyləməkdə mahir olduğundan, bu dərzi 
haqqında söylədiyi sözlə onun karyerasını təmin etmişdi; Rastinyak demişdi: 
– Onun tikdiyi iki şalvar ildə iyirmi min mədaxil verən nişanlı tapmağa imkan vermişdi. 
Min beş yüz frank və ürəyin istədiyi qədər paltar! Bu dəqiqədə yoxsul cənublu heç nəyə şübhə etmirdi. 
Nahar etmək üçün aşağıya düşərkən, bir az pulu olan gənclərə məxsus görünüşü vardı. Tələbənin cibinə 
pul düşər-düşməz, dərhal kefi fantastik bir zirvəyə qalxar:  ərhal yerişi yaxşılaşar, o, öz hərəkətləri üçün 
bir istinadgah tapar, hər şeyə açıq gözlə baxar, hərəkətlərində sürət əmələ gələr. Dünən o, qorxaq, 
miskin, hər təhqirə dözən bir gənc idi, bu gün isə lap baş naziri döyməyə qadirdir. O, artıq fövqəladə hal 
keçirir: o, hər şeyi arzu edir və hər şeyi etmək iqtidarındadır; arzuları bir-birinə qarışır, şad, səxavətli, 
həyəcanlı görünür. Bir sözlə, qanadsız bir quş qanadlanıb fəzalarda uçurdu. Pulsuz tələbə, min bir 
təhlükədən keçərək sümük oğurlayan, gəmirə-gəmirə sümüyün iliyini soran və yenə yoluna davam edən 
bir it kimi, nəşədən bir zərrə götürüb, atüstü istifadə edər. Lakin cibində içi dolu kisəsi cingildəyən bir 
gənc nəşəni uzadar, özündən məmnun qalar, göylərdə uçar, “yoxsulluq” sözünü belə unudar. Bütün Paris 
onun ixtiyarındadır. Bu elə bir dövrdür ki, bu dövrdə hər şey parlayır, qığılcım və alov saçır. Kişilərin və 
arvadların bihudə sərf etdikləri coşqun bir qüvvənin cövlan etdiyi dövr! Həyatın zövqlərini yalnız qat-qat 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə