Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə34/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

gənc şöhrəti qazanmışdı, halbuki bu arxayınlığı o artıq indidən özündə yaratmağa başlayırdı. Buna görə 
də Ejen özünü itirmədi. Lakin coşqun xəyallı gənc, calalla düzülmüş süfrədə qəşəng gümüş qablar, zərif 
şeylər gördüyü, ilk dəfə lakeylərin səssiz hərəkətinə məftun olduğu bir zamanda, hələ səhər 
məhrumiyyətlə dolu həyat seçmək fikrində olsa belə, bu həyatı gözəl həyatdan üstün tutacağını təsəvvür 
etmək, əlbəttə, çətin məsələdir. Ejenin xəyalı onu bir anlıq geriyə, ailə pansionuna apardı, – o, elə 
dəhşətə gəldi ki, artıq yanvar ayında pansionu atmaq, yaxşı bir evdə yerləşmək, hər halda, Votrendən və 
onun ağır təzyiqindən qurtarmaq üçün and içdi. Parisdə nə qədər gizli və ağlasığmaz səfalət olduğunu 
təsəvvür edə bilsəniz, istər-istəməz özünüzə belə bir sual verəcəksiniz: dövlət hansı xatalı bir fikrə görə 
Parisdə məktəblər açır, gəncləri buraya toplayır, nə üçün buradakı qəşəng xanımlar hörmət qazana 
bilirlər, nə üçün sərrafların taxta qablarındakı qızıl bir sehrlə buradan yox olmur? Lakin gənclərin 
cinayətlərinin, hətta qəbahətlərinin nə qədər az olduğunu gördükdə, istər-istəməz, özləri ilə mübarizə 
aparan və adətən, bu mübarizədən qalib çıxan səbirli Tantallara* dərin hörmət bəsləməyə məcbur 
olursan;  isal üçün, bu yoxsul tələbəni də götürə bilərik. Onun Parisdə apardığı mübarizəsini olduğu kimi 
təsvir etsək, müasir mədəniyyətimizin ən faciəli epizodlarından biri yaranmış olar. 
Madam de Bosean hey Ejenin üzünə baxır və onu danışmağa sövq edirdisə də, Ejen vikontun hüzurunda 
danışmaq istəmirdi. 
Vikontessa ərindən soruşdu: 
– Məni bu gün italyan operasına ötürəcəksinizmi? 
Vikont, Rastinyakı təəccübləndirən istehzalı nəzakətlə: 
– Sizə itaətin məni nə qədər məmnun etdiyinə, əlbəttə, şübhə etməyə bilərsiniz, – dedi. – Lakin mən 
“Varyete” teatrında bəzi adamlarla görüşməliyəm. 
Madam de Bosean: “Öz məşuqəsi ilə görüşmək istəyir”, – deyə düşündü. 
Vikont soruşdu: 
– Məgər d’A uda bu axşam yanınıza gəlməyəcək? 
Vikontessa qeyri-məmnun halda: 
– Xeyr, – deyə cavab verdi. 
– Onda mütləq sizə bir kavaler lazımsa, özünüzlə cənab Rastinyakı apara bil rsiniz. 
Vikontessa gülümsəyərək Rastinyaka baxdı. 
– Bu, sizə çox ziyan verə bilər, – dedi. 
Rastinyak başını əydi və: 
– Şatobrian* deyir ki: “Fransızlar təhlükə sevər, çünki onlar təhlükə ilə şöhrət qazanarlar”. 


Bir neçə dəqiqə sonra ikiadamlıq karet madam de Boseanla onu çaparaq italyan operasına aparırdı. Ejen 
səhnənin qarşısındakı lojaya daxil olduğu zaman, bütün lo n tlər yalnız olduqca gözəl geyinmiş 
vikontessanı deyil, eyni zamanda onu da hədəfə aldı. Opera Rastinyaka əfsanəvi tamaşa kimi göründü. O, 
heyrət və məftunluq içində idi. 
Madam de Bosean Ejenə xatırladaraq: 
– Siz mənimlə danışmaq istəyirdiniz, – dedi. – Baxın, madam de Nusingen odur, bizdən üç loja aralı 
əyləşmişdir. Bizim o biri tərəfimizdə əyləşən isə onun bacısı ilə cənab de Traydır. 
Vikontessa bu sözlərlə madmazel Roşfidin əyləşdiyi lojaya baxdı, üzü birdən-birə nurlandı: d’A uda orada 
deyildi. 
Ejen madam de Nusingenə baxaraq: 
– O, cazibədar qadındır, – dedi. 
– Kirpikləri ağappaqdır. 
–          nə qədər qəşəng və incə vücudu var! 
– Əlləri çox iridir. 
– Gözləri gözəldir. 
– Üzü həddən artıq uzunsov görünür. 
– Uzunsov sifət cins  l mətidir. 
– Bu, onun üçün xoşbəxtlikdir, – deyə vikontessa cavab verməklə Ejenin böyük heyrətinə səbəb oldu. – 
Bir ona diqqət edin, lorneti necə qaldırdığına və endirdiyinə baxın! Onun hər bir hərəkətində Qorionu 
duymaq mümkündür. 
Həqiqətən, madam de Bosean, guya, madam de Nusingenə əhəmiyyət vermədən teatr salonunu lornetlə 
nəzərdən keçirdiyi halda, onun heç bir hərəkətini nəzərdən qaçırmırdı. Teatrın tamaşaçıları lap seçmə idi. 
Delfina Nusingen madam de Boseanın yanında əyləşən zərif geyimli kuzenin yalnız ona baxdığını 
duyduqca fərəhlənirdi. 
– Əgər siz gözlərinizi ona dikib baxmaqda davam edərsinizsə, bu, açıqdan-açığa ədəbsizlik olar. Bu qədər 
israrla siz heç bir şey əldə edə bilməzsiniz. 
Ejen vikontessaya: 
– Əziz kuzinam, – dedi, – siz mənə artıq xeyirxah bir havadarlıq göstərmişsiniz, öz xeyir işinizi axıra qədər 
aparmaq niyyətiniz varsa, mən sizdən yalnız bir şey xahiş etmək istərdim: bu, sizin üçün o qədər də çətin 
olmaz, halbuki mənim üçün səadət məsələsidir. Mən aşiq oldum. 
– Belə tezmi? 


– Bəli. 
– Bu qadınamı? 
Ejen mənalı nəzərlə kuzinasına baxaraq, azacıq sükutdan sonra sözünə davam etdi və: 
–        ənim iddialarım başqalarının ürəyində əks-səda tapa bilərmi? – dedi. – Hersoginya de Karilyano 
hersoginya Berri ilə yaxındır. Ehtimal ki, siz onunla görüşürsünüz. Lütfən, məni ona təqdim edin, həm də 
məni       bazar ertə i özünüzlə birlikdə bala aparın. Mən orada madam de Nusingenlə görüşərəm, birinci 
hücuma başlaram. 
Vikontessa cavab verdi: 
– Məmnuniyyətlə. Əgər siz artıq ona meyil edirsinizsə, hər halda, könül işləriniz əla vəziyyətdədir. Baxın, 
o, de Marsedir, knyaginya Qalatyonun lojasında oturmuşdur. Madam de Nusingen üçün bu, ən böyük 
əzabdır, o, qısqanclıqdan qovrulur. Bir qadına, xüsusilə bankir arvadına yanaşmaq üçün bundan da 
münasib diqqət ola bilərmi? Şosse d’Anten xanımlarının hamısı intiqamı çox sevər. 
– Bəs siz belə bir vəziyyətdə olsaydınız nə edərdiniz? 
– Mənmi? Mən sükut içində iztirab çəkərdim. 
Bu       markiz d’A uda madam de Boseanın lojasında göründü. 
– Mən sizi görmək arzusu ilə işlərimi cəld qurtardım, mənim hərəkətim fədakarlıq deyildir, elə ona görə 
bunu sizə ərz edirəm. 
Vikontessanın üzündəki nurani sevinc, Ejenə həqiqi məhəbbətin ifadələri ilə Paris işvəkarlığının ədaları 
arasındakı fərqi aydın göstərdi. Ejen kuzinasına məftun nəzərlə baxa-baxa susdu və ah çəkərək öz yerini 
markiz d’A udaya verdi. Ejen öz-özünə: “Belə məhəbbətlə sevən bu qadın nə qədər nəcib, nə qədər ülvi 
xilqətdir! – deyirdi. – Hələ bu adam bir oyuncaq xatirinə ona xəyanət edir də! Ona xəyanət etmək 
mümkündürmü?” Ejenin qəlbində uşaq hiddəti qaynayırdı. O, kuzinasının ayaqları altına düşmək istəyir, 
bir şahin, dərədə ovladığı ağ bir çəpişi qanad çalaraq göylərə qaldırdığı kimi, o da kuzinasını iblisanə bir 
qüdrətlə qəlbində gəzdirmək xəyalı ilə çırpınırdı. Öz məşuqəsini bir şəkil kimi sərgiyə qoymadan bu 
gözəllik muzeyində qalmaq ona həqarət kimi görünürdü. “Məşuqə və kral kimi bir mövqedə olmaq 
qüdrət əlamətləridir”. Ejen təhqir edilmiş adam kimi madam de Nusingenə doğru baxdı. Vikontessa 
boylandı və ancaq göz qapaqlarının ehtizası ilə onun bu təvazökarlığına qarşı öz minnətdarlığını bildirdi. 
Birinci pərdə qurtardı. 
Vikontessa markiz d’A udadan soruşdu: 
– Siz madam de Nusingenlə kifayət qədər tanışsınızmı? Rastinyakı ona təqdim edə bilərsinizmi? 
Markiz cavab verdi: 
– Cənab de Rastinyakı öz lojasında görmək madam de Nusingeni çox şad edər. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə