Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə36/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

Qadınlar üçün ən xoş hiss şirin məhəbbət sözlərinə qulaq asmaqdır. Ən ciddi rahibə də bu məhəbbətə 
cavab vermək iqtidarında olmasa belə, dinləməkdən həzz alar. Rastinyak bu başlanğıcdan sonra boğuq 
səslə ürəyini açmaqda davam etdi. Madam de Nusingen ona təbəssümləri ilə ürək verir, knyaginya 
Qalatyonun lojasından çıxma an de Marseyə ara-sıra nəzər salırdı. Rastinyak, baronun öz arvadını evə 
aparmaq üçün gəldiyi dəqiqəyə qədər, madam de Nusingenin lojasında qaldı. 
Ejen baronessaya müraciətlə: 
– Madam, – dedi, – mən hersoginya Karilyanonun balından əvvəl sizin hüzurunuza gəlmək şərəfinə 
ümidvaram. 
Girdə üzündən xatalı hiyləgərlik yağan yoğun elzaslı alman ləhcəsi ilə cavab verdi. 
– Madam ki baronessa sizi dəvət etmişdir, əziz bir qonaq olacağınıza əmin ola bilərsiniz. 
Madam de Bosean artıq yerindən qalxmışdı və d’A uda ilə birlikdə getməyə hazırlaşırdı. Ejen kuzinası ilə 
vidalaşmaq üçün madam de Boseanın lojasına doğru gedərkən düşünürdü: “İşlərim yağ kimi gedir. O: 
“Siz məni sevə bilərsinizmi?” sualımdan o qədər də qorxmadı. Artıq atım şahə qalxmışdır, yəhərin üstünə 
sıçrayıb çapa bilərəm”. 
Zavallı tələbə baronessanın başqa bir şeylə maraqlandığından bixəbər idi: baronessa de Marsedən 
ürəkləri parçalayan son və qəti bir məktub intizarında idi. Öz uydurma müvəffəqiyyətinə valeh olan Ejen 
vikontessanı hamının ekipaj gözlədiyi bayır kolonnadasına qədər ötürdü. 
Ejen ayrıldıqdan sonra portuqaliyalı gülə-gülə madam de Boseana dedi ki: 
– Sizin kuzeni tanımaq mümkün deyil. O mütləq bankı   acaqdır. Bu gənc, ilanbalığı kimi qıvraq tərpənir. 
Zənnimcə,                           . Təsəlliyə ehtiyacı olan qadını onun üçün tapmağı yalnız siz bacara bilərdiniz. 
Madam de Bosean: 
– Ancaq, – dedi, – bu qadının ondan ayrılan şəxsi hələ də sevib-sevmədiyini bilmək lazımdır. 
 
Ejen İtalyan bulvarından Nev-Sent-Jenevyev küçəsinə qədər piyada getdi. O, gözəl xəyallar içində 
çırpınırdı. O, vikontessa və madam de Nusingenin lojalarında oturduğu zaman qrafinya de Restonun ona 
diqqətlə baxdığını aydın görürdü. Bundan belə bir nəticə çıxarmaq olardı ki, qrafinyanın qapıları onun 
üçün bağlı qalmayacaqdır. Ejen marşal Karilyanonun arvadına xoş gələcəyinə ümid bəsləyirdi. Bu surətlə 
yüksək Paris cəmiyyətinin zirvələrində o, dörd mühüm tanışlıq qazanmış olacaqdı. O, ümumi maddi 
mənafelərin mürəkkəb mexanizmində bir çarxdan yapışaraq, maşının üst qatına çıxmaq lazım gəldiyini 
anlayırdı. Nə vasitə ilə bunu əldə etmək mümkün olduğunu dumanlı şəkildə düşünsə də, əsas çarxın bir 
hissəsi ola bilmək üçün özünü kifayət qədər qüvvətli hiss edirdi. “Əgər baronessa Nusingen mənimlə 
maraqlanarsa, ərini necə idarə etməyi mən ona öyrədərəm. Onun əri qızıl dağlarını yerindən 
tərpətmişdir, o, mənim birdən-birə varlanmağıma kömək edə bilər”. Ejen bunu özünə açıq söyləmirdi, o, 
hələ hər bir şeyi nəzərə almaq və hesaba götürmək, hər bir vəziyyəti rəqəmlərə keçirmək üçün siyasətçi 


ola bilməmişdi. Onun fikirləri hələ pənbə buludlar kimi üfüqdə üzürdü və Votrenin ideyaları kimi kobud 
deyildi, lakin bunlar vicdan ocağında yandırılmış olsaydı, qalığı da təmiz olmazdı... İnsanlar öz vicdanları 
ilə bu cür sazişlərə girdiklərindən nəslimizin açıqdan-açığa qəbul etdiyi bir mənəvi səfalətə düçar olurlar. 
Nəslimizin arasında isə şər işlərə güzəştə getməyən və doğru xətdən azacıq əyilməyə cinayət kimi baxan 
açıqürəkli möhkəm iradəli insanlara, Molyerin Alsesti* və bir az bundan əvvəl V lter Skottun romanında 
təsvir edilmiş Cenni Dins* ilə atası kimi sənətkaranə xilqətləri vermiş gözəl sədaqət nümunələrinə az-az 
hallarda təsadüf edilir. Lakin kim bilir, bəlkə də, tamamilə başqa məzmunlu bir əsər də bu dərəcədə 
dramatik və gözəl əsər ola bilər: bu da yüksək cəmiyyətdə dolaşan bir şöhrətpərəstin, bir tərəfdən xarici 
ədəb qaydalarına riayət etmək, o biri tərəfdən, eyni zamanda, öz məqsədinə nail olmaq üçün şərdən 
yaxa qurtarmaq məqsədi ilə öz vicdanını dola bac yollarla aparmasının bədii təsviridir. Ejen pansiona 
çatana qədər artıq madam de Nusingenə məhəbbət bağladı: o, Ejenin nəzərində, qaranquş kimi zərif və 
yaraşıqlı görünürdü. Gözlərindəki nəvaziş, ipək kimi yumşaq olduğunu andıran və altında qan axdığı 
görünən incə dərisi, insanı valeh edən səsi, sarı saçları yadına düşdü. Bəlkə də, tez-tez yeridiyi üçün iti 
hərəkət edən qan dövranı başladığından, məftunluğu da daha şiddətlənmişdi. Tələbə               Qorio 
atanın qapısını döydü: 
– Əziz qonşum, mən madam Delfina ilə görüşdüm. 
– Harada? 
– İtalyan operasında. 
– O, vaxtını yaxşımı keçirdi? İçəri girin. 
Qoca, əynində köynək ayağa durdu, qapını açıb yenə tələsik yatağına uzandı. Sözünə davam edərək: 
– Danışın, danışın görüm, – deyə xahiş etdi. 
Ejen Qorionun otağına birinci dəfə idi ki girirdi. Odur ki qızının calalına valeh olduqdan sonra atasının 
yaşadığı mağaranı gördüyü zaman heyrətləndi. Pəncərələr pərdəsiz, rütubət basmış, divarların kağızları 
soyulmuş və bükülmüşdü, bəzi yerlərdə tüstüdən saralmış suvaq görünürdü. Qoca, miskin bir çarpayıda 
uzanmışdı. Üstündə nazik yorğan, ayaq tərəfində isə Vokenin köhnə paltarlarından tikilmiş içi pambıqlı 
örtük vardı. Döşəmədən rütubət iyi gəlirdi, otağı toz basmışdı. Pəncərənin qarşısında qırmızı ağacdan             
köhnə, yekəqarın bir       görünürdü.         üzüm meynəsi kimi əyri, budaqlı və yarpaqlı mis dəstələri vardı. 
Taxta lövhəli köhnə bir əlüzyuyanın üstündəki ləyənin içində bir su qabı, yanında isə üz qırxmaq alətləri 
görünürdü. Otağın bir küncünə ayaqqabılar atılmış, baş tərəfində qapısız, mərmər lövhəsiz kiçik gecə 
stolu qoyulmuşdu. Buxarının içində küldən əsər belə görünmürdü. Yan tərəfdə qoz ağacından            , 
aşağı tərəfi arakəsməli düzbucaq bir stol görünürdü. Qorio ata gümüş qablarını həmin bu stolun üstündə 
əzmişdi. Yöndəmsiz yazı stolunun üstünə Qorionun şlyapası qoyulmuşdu. Oturacağına saman 
doldurulmuş kreslo və iki stul bu səfalət yuvasının mənzərəsini tamamlayırdı. Çarpayı örtüyü əs i parçası 
ilə tavana bağlanmışdı. Pərdə əvəzinə ucuz, dama-dama ağ və qırmızı çit parçaları sallanmışdı. Ən yoxsul 
bir qasid belə Qorio atanın madam Vokenin evində yaşadığı kimi səfil həyat sürməzdi. Bu otağın təkcə 
görünüşü insanı üşütməyə salır, ürəyini sıxırdı. O, bir dustaqxana kamerasına, həm də ən pis kameraya 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə