Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə38/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

– Sağ olun, qonşu, gecəniz xeyrə qalsın, sizə şirin yuxular arzu edirəm, mənim isə bu saat 
söylədiklərinizin sayəsində şirin yuxu görəcəyimə şübhə yoxdur. Allah sizə hər işdə kömək olsun! Bu 
axşam siz mənim üçün mələk yerində idiniz, sizdə qızımın rayihəsini duydum. 
Ejen isə yatağına uzanaraq düşünürdü: 
– Yazıq! Bu, daşürəkli adamlara da təsir edərdi. Qızı öz atasının dərdini Türkiyə sultanının dərdini çəkdiyi 
qədər çəkirdi. 
Bu söhbətdən sonra Qorio ata öz qonşusuna sirdaş, dost nəzəri ilə baxmağa başladı. Onların arasında 
qocanı başqa bir şəxsə bağlaya biləcək yeganə bir tel yaranmışdı. Ehtiras heç vaxt aldadıcı olmaz. Qorio 
ata belə təsəvvür edirdi ki, Ejen Delfinanın xoşuna gələrsə, o, öz qızına daha yaxın olar, onunla tez-tez 
görüşə bilər. Bundan başqa, qoca çəkdiyi iztirablarının səbəblərindən birini açıb Ejenə söyləmişdi. O, 
gündə yüz dəfə madam de Nusingenə xoşbəxtlik arzu edərdi, halbuki Delfina indiyə qədər məhəbbət 
sevinclərini duya bilməmişdi. Əlbəttə, Ejen Qorio atanın gözlərinə sevimli gənc kimi göründüyündəndir 
ki, qızının məhrum olduğu bütün nəşələri Rastinyakın ona verə biləcəyini düşünürdü. Bu surətlə Qorio 
ata öz qonşusu ilə dost oldu, bu dostluq getdikcə daha da möhkəmləndi; bu dostluğu nəzərə almasaydıq, 
hekayətimizin nəticəsi də aydın olmazdı. 
O birisi gün, səhər naharı zamanı Qorio atanın Rastinyakın yanında əyləşib gərgin diqqətlə ona baxması 
və Ejenə söylədiyi bir neçə kəlmə, həm də qocanın, adətən, gips maskasına oxşayan simasındakı 
dəyişiklik bütün kirayənişinlərin heyrətinə səbəb olmuşdu. Bu söhbətdən sonra Ejeni birinci dəfə görən 
Votren, sanki, onun ürəyindən nələr keçdiyini öyrənmək istəyirdi. Ejen bu gecə, yatağına uzanmazdan 
əvvəl, gözləri qarşısında açılan həyat üfüqlərinin enişliyini ölçdü, indi isə Votrenə rast gəldikdə onun 
təklifini yada salıb, özünü saxlaya bilmədi və varlı bir adaxlıya baxan xeyirxah gənc kimi, Viktorinaya 
nəzər saldı. Təsadüfən Ejenin və qızın gözləri rastlaşdı. Zavallı qız Rastinyakın təzə paltarda cazibədar 
olduğunu etiraf etməli idi. Qızla mənalı nəzərlərlə baxışdıqdan sonra Ejen bu nəticəyə gəldi ki, bütün 
gənc qızları həyəcana gətirən və ilk rast gəldikləri yaraşıqlı kişiyə onlarda meyil oyadan dumanlı eşq 
hissləri Viktorinaya da sirayət etmişdir. Daxili bir səs deyirdi: “Səkkiz yüz min frank”. Bununla belə, Ejen 
özünü yenə dünənki günün hadisələrinə qaytarıb, madam de Nusingenə bəslədiyi uydurma məhəbbətin 
onu pis fikirlərdən uzaqlaşdıra biləcəyinə qərar verdi: 
Rastinyak dedi: 
– Dünən italyan operasında Rossininin “Sevilya bərbəri”ni göstərirdilər. Mən ömrümdə belə gözəl musiqi 
eşitməmişəm. Yarəbbi, italyan operasında loja sahibi olmaq nə böyük səadətdir! 
Qorio ata ağasının hərəkətlərini duyan bir köpək kimi dərhal     ənin mənasını başa düşdü. 
Voke dedi: 
– Siz kişilər yağ içində üzürsünüz, kefiniz istədiyinizi edirsiniz. 
Votren soruşdu: 


– Siz evə nə ilə qayıtdınız? 
– Piyada qayıtdım, – deyə Rastinyak cavab verdi. 
Rastinyakı yolundan azdırmaq istəyən Votren sözün  davam edərək: 
– Bax belə yarımçıq nəşələr mənim xoşuma gəlməz: mən öz karet    minmək, öz lojamda oturmaq və 
evimə karet   qayıtmaq istərdim, – dedi. – Ya hər şey, ya da heç bir şey – budur mənim şüarım. 
Voke təsdiqlə: 
– Yaxşı şüardır, – dedi. 
Ejen Qorio ataya pıçıldadı: 
– Siz madam de Nusingeni ziyarət etmək istəmirsinizmi? O, sizi fərəhlə qəbul edər, o, mənim barəmdə 
təfsilatı öyrənmək istəyəcək. Mənə məlumdur ki, o, mənim kuzinam madam de Boseanın evini görmək 
üçün hər şeyə hazırdır. Mənim onu çox sevdiyimi və bu arzu     əməl etmək üçün düşündüyümü ona 
söyləməyi unutmazsınız. 
Rastinyak tələsik Hüquqşünaslıq məktəbinə getdi. O, bu miskin evdə mümkün dərəcədə az qalmaq 
istəyirdi. Bütün günü şəhəri dolaşdı. Başı qızdırma içində yanırdı: həddən artıq cəsarətli ümidlərlə 
yaşayan bütün gənclər bu vəziyyətə yaxşı bələddirlər. Ejen Votrenin gətirdiyi dəlillərin təsiri altında 
cəmiyyət həyatının ziddiyyətlərinə dalmışdı ki, bu halda Lüksemburq bağının* qapısında dostu Byanşona 
təsadüf etdi. 
     tələbə   soruşdu: 
– Nə olub belə, çox ciddi görünürsən? 
– Axmaq fikirlər mənə rahatlıq vermir. 
– Necə yəni axmaq fikirlər? Fikirlər üçün dərman var. 
– Nə dərmanı? 
– Onları icra etmək... dərmanı. 
– Sən zarafat eləyirsən, çünki bilmirsən məsələ nə yerdədir. Russonu oxumusanmı? 
–   . 
– Yadındadırmı, Russoda belə bir yer var: o, oxucuya bir sual verir, soruşur ki, əgər Parisdən kənara 
çıxmadan, yalnız bir arzu ilə Çində qoca bir mandarini1 öldürmək və bunun sayəsində varlanmaq 
mümkün olsaydı, oxucu nə edərdi? 
– Yadımdadır. 


– Bəs bu barədə fikrin nədir? 
– Boş şeydir. Mən bu saat otuz üçüncü mandarini öldürməklə məşğulam. 
– Zarafat eləmə. Sözümə qulaq as, əgər belə bir şeyin mümkünlüyünü sənə sübut etsələr və buna nail 
olmaq üçün yalnız başınla bir işarə etmək kifayət olduğunu söyləsələr, neylərdin? 
– Sənin mandarinin çox qocadırmı? Sözün doğrusunu axtarsan, sənin mandarinin qoca, ya cavan, sağlam, 
ya iflic olmasının... yox, yox, lənət şeytana. 
– Sən yaxşı oğlansan, Byanşon. Bəlkə, iş belə oldu: sən bir qadına aşiq olmusan, bütün varlığını onun 
yolunda verməyə hazırsan, onun bərbəzəyi, karet , arzu etdiyi şeylər üçün ona çoxlu pul lazımdır, onda 
nə edərdin? 
– Heç dəxli var? Sən əvvəlcə mənim ağlımı əlimdən alırsan, sonra da təklif edirsən ki fikirləşim. 
– Ah, Byanşon, mən dəli oluram, mənə əlac tap. Mənim iki bacım var, hər biri gözəllik və bəkarət 
məlakəsidir. Mən istəyirəm ki, onlar xoşbəxt olsunlar. Onlara cehiz vermək üçün beş il ərzində mən iki 
yüz min frankı haradan tapa bilərəm? İnsan həyatında elə hadisələr olur ki, xırda-xırda udmaqdansa, iri 
qumar oynamaq lazım gəlir. 
– Sən həyata yenicə qədəm basan hər kəsin qarşısında duran sualı mənə təklif edirsən; sən Qordi 
düyününü* bir qılınc zərbəsi ilə          istəyirsən. Əzizim, bunun üçün          olmaq lazımdır, yoxsa 
katorqaya sürülərsən. Mən şəxsən atamdan miras aldığım mövqeyi tutaraq, əyalətdə özüm üçün 
yaratmaq istədiyim sadə həyatla da xoşbəxt ola bilərəm. İnsan meyilləri böyük ərazidə olduğu kimi, kiçik 
bir sahədə də tamamilə təmin edilə bilər. Napoleon gündə bir dəfə nahar edərdi, hətta kapusinlər1 
xəstəxanası yanında yaşayan təbib tələbənin saxladığından çox məşuqə saxlamazdı. Əzizim, bizim 
xoşbəxtliyimiz hər vaxt ayaqlarımızın altı ilə təpəmiz arasındakı hüdudda olacaqdır və bu xoşbəxtliyin 
qiyməti ildə bir milyon, yaxud yüz luidor olsa belə, ondan eyni daxili bir hiss duyacağıq. Mən sənin 
çinlinin həyatına səs verirəm. 
– Sağ ol, Byanşon, sən mənim ürəyimi sakitləşdirdin! Biz səninlə həmişəlik dost olaraq qalacağıq. 
Tələbə isə sözünə davam edərək: 
– Sözümə qulaq as, – dedi. – Mən bu saat Küvyenin* mühazirəsindən gəlirəm. Oradan çıxıb Botanika 
bağına getdiyim zaman Puare ilə Mişononu gördüm; skamyada əyləşib, keçənilki qarışıqlıqlar vaxtında  
eputatlar palatasının yanında gördüyüm bir şəxslə söhbət edirdilər. Mənə elə gəldi ki, bu adam adi, 
özünü nəcib rantye kimi göstərən polis nəfəridir. Gəl bu bir cüt şəxsin işlərinə bələd olaq; bunun səbəbini 
mən sənə sonra başa salaram. Hələlik, salamat qal, saat dörddə yoxlamada olmalıyam. 
Ejen evə qayıtdığı zaman Qorio ata onu qapının ağzında gözləyirdi. Qoca: 
– Buyura bilərsiniz, bu məktub ondandır, – dedi. – Amma nə gözəl xətti var! 
Ejen məktubu açıb oxudu: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə